Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2546/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxs Cavabdeh1 ASC) qarşı kompensasiyanın hesablanması tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-ya, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il Fərmanına əsasən hesablanmış 1657,20 manat kompensasiyanın nəzərə alınaraq, Cavabdeh1 ASC-ya olan kredit borcuna yönəldilməsinin və qanunsuz olaraq hesablanmış borc məbləğinin azaldılmasının cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq islasında iş üzrə Cavabdeh1 ASC cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və 1.657,41 manat məbləğində kompensasiya hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “Azər-Türk Bank" ASC arasında 11 noyabr 2015-ci il tarixdə bağlanmış 37 saylı kredit müqaviləsinə əsasən 3000 (üç min) ABŞ dolları məbləğində iddiaçıya kredit verilmişdir. Sonuncu devalvasiya onun da maliyyə vəziyyətinə təsir etmiş, kredit ödənişini gecikdirdiyinə görə, cavabdeh bank onu rəsmi şəkildə heç bir xəbərdarlıq etmədən məhkəməyə vermiş və icra sənədi üzrə ödəniş onun əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə etmiş və “pk.fimsa.az” saytında axtarış nəticəsində ona aid kompensasiya ilə bağlı cədvəl çıxmışdır. Həmin rəsmi məlumata əsasən 21 dekabr 2015ci il tarixdə xarici valyutada olan əsas kredit borcuna 1657.20 manat kompensasiya hesablandığı, kompensasiya məbləğinin ödəniş müddətini keçmiş əsas kredit borcu ödənişinə proporsional şəkildə yönəldiyi qeyd edilmişdir. 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentinə) 3225,49 manat, borcun azaldılmasına yönəldilən məbləğ-1657.20 manat, qalıq borcun məbləği isə 1568,29 manat göstərilmişdir. Bu rəsmi məlumata inanaraq və əsaslanaraq iddiaçı bankdan ona məlumat gələcəyini gözləmişdir. Noyabr ayında cavabdeh bank tərəfindən onunla əlaqə saxlanılaraq 3.225,49 manat borcunun olduğu bildirilmişdir. Halbuki, qeyd etdiyi kimi kompensasiya hesablanmış vətəndaş kimi onun palatanın saytında yerləşdirilmiş siyahıda adı qeyd olunmuş və hesablanmış 1657,20 manat kompensasiya məbləğinin borca yönəldilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. İddiaçı hal-hazırda ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət etmişdir. Palatadan ona bildirilmişdir ki, bankın verdiyi məlumatlar əsasında kompensasiyanın məbləği hesablanmışdır və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı 2015-ci il 25 fevral və 21 dekabr tarixlərinə fiziki şəxlərin kredit təşkilatlarına 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına şamil olunur. Bu tarixlərdə kredit müqaviləsi üzrə borcun məbləği xarici valyutada qeyd edilmişdirsə bu zaman fərman həmin şəxslərə şamil olunur. Sözügedən fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10.000 ABŞ dollarınadək xarici valyutada olan istər istehlak, istər biznes, istər təminatlı, istərsə də təminatsız olan bütün növ kreditlərinə aid edilir. Bu fərman həmçinin 1-ci və/və ya 2-ci devalvasiyaların tarixinə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10.000 ABŞ dollarınadək fiziki şəxslərə şamil edilir. Sözügedən fərmana əsasən həm kredit borcunu 1 yanvar 2012-ci il tarixidən 1-ci devalvasiya tarixinədək olan dövrdə götürüb həmin devalvasiyadan və ya 2-ci devalvasiyadan sonra kreditini bağlayanlara, həm də 2-ci devalvasiyadan əvvəl kredit götürüb həmin devalvasiyadan sonra kreditini bağlayan şəxslərə devalvasiya tarixlərində əsas borcun qalıq məbləğinə uyğun kompensasiya ödənilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxlərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıda qeyd olunmuş qaydada qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: •2015-ci il fevralın 21-nə xarci valyutada mövcud olan əsas kredit borcuna münasibətdə -1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; •2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; •2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; Adı çəkilən Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankına tövsiyyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxlərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanın müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında Cavabdeh1 ASC ilə xx.xx.2015-ci il tarixində 3.000,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilmişdir. Lakin bu məlumatlar sırasında bank tərəfindən ikinci devalvasiya tarixinə borclunun kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Hazırda Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 2.762,36 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Beləliklə, qeyd edilən sənədlər üzrə məlumatlara əsasən Cavabdeh1 ASC ilə İddiaçı oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 1.657,41 mana kompensasiya hesablanmasına etiraz edilmir. Üçüncü şəxs Cavabdeh1 ASC iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müaviləsi üzrə xx.xx.2015-ci il tarixə olan borcu 2.762,36 USD təşkil edir, bu günə olan qalıq borcu 1.269,01 USD təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya dair yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, üçüncü şəxs və cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İşdə olan Cavabdeh1 ASC-nin xx.xx.2015-ci il tarixinə olan kredit hesabından şıxarışdan görünür ki, bank tərəfindən İddiaçı illik 18 faizlə, 12 ay müddətinə, 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı xx.xx.2015-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-dən 3000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı Cavabdeh1 ASC ilə bağladığı kredit müqaviləsi üzrə kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyini, buna görə də ödənilməli olan kompensasiya məbləğinin hesablanmasını cavabdehdən tələb edir. Belə ki, cavabdeh iddiaçının yuxarıda göstərilən Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməməsinə əsas olaraq X1 Kredit Reyestri və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında Cavabdeh1 ASC ilə xx.xx.2015-cü il tarixində 3.000,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanmasına dair qeydlər daxil edildiyini göstərmişdir. Lakin bu məlumatlar sırasında bank tərəfindən ikinci devalvasiya tarixinə borclunun kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 1-ci bəndinə əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”ndan görünür ki, Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2-ci bəndinə əsasən 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Fərmanının 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. İddiaçı ilə Cavabdeh1 ASC arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixində bağlandığından, ona verilmiş kredit məbləği 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmadığından onun həmin Fərmanın çərçivəsinə daxilində sözügedən kredit müqaviləsi üzrə kompensasiya almaq hüququ olmuşdur. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibətdə sözügedən kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiya məbləğinin 1.657,41 manat təşkil etdiyini göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində iddiaçıya ödənilməli olan 1.657, 41 manat kompensasiya məbləğinin hesablanması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində ödənilməli olan 1.657,41 (bir min altı yüz əlli yeddi manat, qırx bir qəpik) manat kompensasiya məbləğinin İddiaçı hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2546/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2546/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver