Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2548/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il təvəllüdlüdür. İddiaçının belində “bel onurğa fəqərələrinin ostexondrozu” xəstəliyi vardır. Bununla bağlı bir sıra müalicələr aparılsa da, nəticə etibarı ilə sağlamlığı ilə bağlı heç bir müsbət nəticə əldə edilməmiş və xx.xx.2016-cı ildə iddiaçıya 2-ci dərəcəli əllik “bel onurğa fəqərələrinin ostexondrozu” diaqnozu ilə bağlı təyin edilmişdir. xx.xx.2021 -ci ildə isə yenidən müayinə olunduqdan sonra iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik ləğv edilmişdir. Əlilliyinin ləğv edilməsi səbəbi isə “əlillik əlamətinin təyin etməməsi” olmuşdur. İddiaçı yaranmış vəziyyətlə dəfələrlə aidiyyatı quruma müraciət etsə də, nəticə etibarı ilə heç bir müsbət nəticə əldə edə bilməmişdir. Sonuncu müəyinə zamanı iddiaçıya “Radikulopatiya. Diskogen radikulpatiya. Qonartroz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu” diaqnozu qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən iddiaçının sağlamlığı ilə bağlı qəbul etdiyi qərar əlilliyin təyin olunmasına imkan vermir. İddiaçı isə sağlamlığında olan xəstəliklə bağlı əmək fəaliyyəti göstərə bilmir. Eyni zamanda, iddiaçı onkoloji xəstəlikdən, mədə bağırsaq xəstəliklərindən, fərəqərələrin yırtığı və onurğadan bir sıra xəstəlikdən, ayarlarında əyilmədən, keyləşmədən, diz qapaqlarında lokal xpondromalyasiya, göz xəstəlikləri və s xəstəlikdərdən əziyyət çəkir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti 28 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının “Bel oma fəqərələrinin ostroxondozu” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə “ilkin”; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə "təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq, ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən “Radikulopatiya. Diskogen radikulpatiya. Qonartroz. Hər iki diz oynağının artrozu.” diaqnozu ilə rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli P00194338SPD nömrəli göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti DTSERA-da komissiya şəraitində qiymətləndirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-3-5733/2024 nömrəli qərara əsasən barəsində “Diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən, bel nahiyəsində, diz oynağında ağrılardan olmuş, anamnestik olaraq X8 dəfələrlə ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları ilə oynaqların aşağı ətrafa irradiyyasiyası, yerişin çətinləşməsi.” şəklində göstərilmiş, X9 xx.xx.2024-xx.xx.2024-cü il tarixli epikrizinə əsasən diaqnoz “Diskogen radikulopatiya ağrı sindromu ilə. Bel-oma fəqərələrinin osteoxondrozu. Şmorle düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu. Aşağı ətrafların neyropatiyası. Hipertoniya xəstəliyi İİ mərhələ. Hər iki diz oynağının artrozu. Vegetativ damar distoniyası.” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, həkimnevroloq müayinəsinin nəticəsi “Vətər refleksləri D=S, canlıdır. Parez, atrofiya, atoniya qeyd edilmir. Bel-oma nahiyyəsində paravertebral nöqtələr ağrılıdır. Yerişi - əsayla qoruyucudur. Əlillik təyinatına əsas verən ağırlaşmalar müşahidə edilmir.” kimi qiymətləndirilmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən hər iki diz oynaqlarında qeyri-stabillik müşahidə edilməmiş, açma funksiyası və bükmə funksiyası tam olmuş, kontraktura, hərəkət məhdudluğu kimi hallar izlənilməmiş, əlillik təyinatına əsas verən dayaq hərəkət pozğunluğu, nevroloji defisit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkimekspertlər tərəfindən X4 və Ortopediya İnstitutuna göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Bel fəqərələrinin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları ilə. Ağrıların aşağı ətrafa irradiyasiyası. Sağ bud-çanaq oynaqlarının koksartrozu, ağrı sindromu ilə. Sol diz oynağının arxa buynuzunun grade İİ degenerasiyası, horizontal yırtığı, patellofemoral oynağının artrozu, ağrı sindromu ilə, yerişin çətinləşməsi.” şəklində göstərilmiş, orada aparılmış hər iki diz oynaqlarının Rentgenoqrafiyası müayinəsinin nəticəsi “Hər iki diz oynağının konqruentliyi normaldır. Sümüklərdə kobud patoloji dəyişiklik izlənilmədi.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli P00194338SPD nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli, P00194338SPD nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “M54.1 - Radikulopatiya. Diskogen radikulpatiya; R52.2 – Digər daimi ağrı. Davamlı ağrı sindromu; M43 – Digər deformasiyaedən dorsopatiyalar, Şmoril düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu; fəqərəarası disklərin yırtığı; G62– Digər polinevropatiyalar; R26 – Hərəkətin və yerişin pozulmaları” qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-24581/2024 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti 28 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının “Bel oma fəqərələrinin ostroxondozu" diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, 01,07.2013-cü il tarixindən 01,07.2014-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə “İlkin"; 01,07.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı ıl tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə 'təkrar'; xx.xx.2016-cı ıl tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq, ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə idarəsi tərəfindən "Radikulopatiya. Diskoqerı radikulpatiya. Qonartroz. Hər iki diz oynağının artrozu" diaqnozu ilə rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli P00194338SPD nömrəli göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti DTSERA-da komissiya şəraitində qiymətləndirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-3- 5733/2024 nömrəli qərara əsasən barəsində "Diaqnozun təsdiqim tapmaması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, 07.11,2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən, bel nahiyəsində, diz oynağında ağrılardan olmuş, anamnestik olaraq X8 dəfələrlə ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında X4 və Ortopediya institutunun xx.xx.2024cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları ilə oynaqların aşağı ətrafa irradiyyasiyası, yerişin çətinləşməsi." şəklində göstərilmiş, X9 15 03.2024-xx.xx.2024-cü il tarixli epıkrizinə əsasən diaqnoz “Diskogen radikulopatiya ağrı sindromu ilə. Bel-oma fəqərələrinin osteoxondrozu. Şmorle düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu. fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu. Aşağı ətrafların neyropatiyası. Hipertoniya xəstəliyi İİ mərhələ. Hər iki diz oynağının artrozu. Vegetativ damar distoniyası.” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, həkim-nevroloq müayinəsinin nəticəsi "Vətər refleksləri D=S, canlıdır. Parez, atrofiya, atoniya qeyd edilmir. Bel-oma nahiyyəsində paravertebral nöqtələr ağrılıdır. Yerişi - əsayla qoruyucudur. Əlillik təyinatına əsas verən ağırlaşmalar müşahidə edilmir.” kimi qiymətləndirilmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən hər iki diz oynaqlarında qeyri-stabillik müşahidə edilməmiş, açma funksiyası və bükmə funksiyası tam olmuş, kontraktura, hərəkət məhdudluğu kimi hallar izlənilməmiş, əlillik təyinatına əsas verən dayaq hərəkət pozğunluğu, nevroloji defislt və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkim-ekspertlər tərəfindən X4 və Ortopediya institutuna göndəriş verilmiş, 18.11,2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Bel fəqərələrinin yayılmış osteoxondrozu. yayılmış spondilyozu, ağrı sindromu Hə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları İlə. Ağrıların aşağı ətrafa irradiyasıyası. Sağ bud-çanaq oynaqlarının koksartrozu. ağrı sindromu ilə. Sol diz oynağının arxa buynuzunun grade İİ degeneraslyası, horizontal yırtığı, oatellofemoral oynağının artrozu. ağrı sindromu ilə, yerişin çətinləşməsi." şəklində göstərilmiş, orada aparılmış hər iki diz oynaqlarının Rentgenoqrafiyası müayinəsinin nəticəsi 'Hər iki diz oynağının konqruentlıyı normaldır. Sümüklərdə kobud patoloji dəyişiklik izlənilmədi." kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli P00194338SPD nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli T266/2025 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda müayinə olunarkən “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə, bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcülc ağrıları ilə, ağrıların aşağı ətrafa irradiasiyası, yerişin çətinləşməsi (M42; M43; M54.1; G54.1; R52.0; R26.8)” diaqnozu, 15.03.-xx.xx.2024-cü il tarixlərində “X11” phş-də ilə stasionar müalicədə olarkən ona “Diskogen radikulopatiya, bel-oma fəqərələrinin osteoxondrozu, limblərində Şmorl düyümləri və vertebral kanalın stenozu. yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu, aşağı ətrafların neyropatiyası, hipertoniya xəstəliyi İİ mərhələ, hər iki diz oynağının artrozu, vegetativ damar distoniyası-M54.1; M42; M43; R52.0; R26.8; İ10; M17; G90” diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndində və yarım bəndlərində olan suallar meyarların təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nm 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli T721/2025 saylı rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: M54.1-Radikulopatiya, diskogen radikulopatiya, Ağırlaşma: R52.2-Digər daimi ağrı, davamlı ağrı sindromu, M43-Digər deformasiya edən dorsopatiyalar, Şmorl düyünləri və vertebral kanalın stenozu, yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, G62-Digər polinevropatiyalar, R26-Hərəkətin və yerişin pozulmaları; Yanaşı xəstəliklər: M17- Qonartroz (diz oynağının artrozu), qonartroz (diz oynağının artrozu), hər iki diz oynağının artrozu, G90-Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, M42-Onurğanın osteoxondrozu” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Şəxsin xx.xx.2025-ci tarixdə məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakılar qeyd edilmişdir: yerişi pozulmuş, çəliklə hərəkət edir, çəliksiz ayaqüstə durarkən müvazinətini saxlaya bilmir. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə X10 daxil olmuş və ona “XBT-10 kodu üzrə: M54.1, M42, G50, R52.2, R26, G62, İ10, G90, M23.5-Diskogen radikulopatiya, Bel-oma fəqərələrinin osteoxondrozu. Fəqərə limblərində lokal Şmorl düyünləri, vertebral kanalın stenozu. Davamlı ağrı sindromu. Yeriş və hərəkət funksiyasının pozulması, polineyropatiya. Hipertoniya. Vegetativ damar distoniyası. Hər iki diz oynağının xroniki qeyri-stabilliyi” diaqnozu qoyulmuşdur. Qərardadın müvafiq yarımbəndlərində göstərilən hallar meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 6.1.10 Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25- R29 Qiymətləndirmə 6.1.10.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları (35-60 faiz 1 il) 6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları (65-80 faiz 2 il) 6.1.10.3. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi (85-100 faiz müddətsiz) 6.8. Digər polinevropatiyalar G62 Qiymətləndirmə 6.8.1. cüzi əzələ zəifliyi (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə); cüzi dərəcəli hissi pozulmalar; cüzi statodinamik pozuntular (40 faiz 1 il); 6.8.2. orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası , yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular (50-60 faiz 2 il); 6.8.3. təzahür edən əzələ zəifliyi (əzələ gücünün 2 bala qədər azalması, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının ağır dərəcəli pozulması, yerişin çətinləşməsi); kobud dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; statodinamik funksiyanın əhəmiyyətli pozuntusu (65-80 faiz müddətsiz); 6.8.4. əhəmiyyətli təzahür edən əzələ zəifliyi (əzələ gücünün 1 bala qədər azalması, sərbəst hərəkətin qeyri-mümkünlüyü, yuxarı ətrafın əsas funksiyasının pozulması (kiçik və böyük əşyaların tutulması və saxlanılmasının qeyri-mümkünlüyü), mahiyyətcə yataq xəstəsi); ağır dərəcədə təzahür edən statodinamik pozuntular (85-100 faiz müddətsiz); 13.5. Dorsopatiyalar М40-М54 Qeyd. Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Bu halda aşağıdakılar rəhbər tutulur: - qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu, sidiyin və nəcisin orta dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 40- 60 bal verilir; daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu, sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 70-90 bal verilir; onurğa sütununun təzahür edən statodinamik funksiyasının pozuntuları, yuxarı və aşağı ətrafların funksiyalarının əhəmiyyətli təzahür edən pozuntusu; - gigiyenik vasitələrin istifadə edilməsinin qeyri-mümkünlüyü və digər şəxslərin daimi qulluğuna ehtiyac olduğu zaman sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10 bal verilir. 13.5.1: digər deformasiya edən dorsopatiyalar M43; dorsalgiya M54 Qiymətləndirmə 13.5.1.1.nəzərəçarpan formada təzahür edən anadangəlmə inkişaf qüsurları (60 faiz - müddətsiz) 13.5.1.2. döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz İİİ-İV mərhələ), əyilmə bucağı 65 dərəcədən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə (50-70 faiz- müddətsiz) 13.5.1.3. onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu: (70-90 faizmüddətsiz) - yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; - distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; - sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi 13.5.1.4. onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): (100 faiz- müddətsiz) - beldə olan əhəmiyyətli ağrılarla; - yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; - digər insanların daimi yardımına ehtiyac; - gigiyenik vasitələrin istifadəsinin qeyri-mümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dərəcəsi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “M54.1 - Radikulopatiya. Diskogen radikulpatiya; R52.2 – Digər daimi ağrı. Davamlı ağrı sindromu; M43 – Digər deformasiyaedən dorsopatiyalar, Şmoril düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu; fəqərəarası disklərin yırtığı; G62 – Digər polinevropatiyalar; R26 – Hərəkətin və yerişin pozulmaları;” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 6.1.10, 6.8, və 13.5.1-ci bəndlərində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T266/2025 saylı ekspert rəyində yalnız birinci suala cavab verilərək qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda müayinə olunarkən “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə, bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları ilə, ağrıların aşağı ətrafa irradiasiyası, yerişin çətinləşməsi (M42; M43; M54.1; G54.1; R52.0; R26.8)” diaqnozu, 15.03.-xx.xx.2024-cü il tarixlərində “X11” phş-də ilə stasionar müalicədə olarkən ona “Diskogen radikulopatiya, bel-oma fəqərələrinin osteoxondrozu, limblərində Şmorl düyümləri və vertebral kanalın stenozu, yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu, aşağı ətrafların neyropatiyası, hipertoniya xəstəliyi İİ mərhələ, hər iki diz oynağının artrozu, vegetativ damar distoniyası- M54.1; M42; M43; R52.0; R26.8; 110; M17; G90” diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndində və yarım bəndlərində olan suallar meyarların təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Buna görə də əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli T721/2025 saylı rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: M54.1-Radikulopatiya, diskogen radikulopatiya, Ağırlaşma: R52.2-Digər daimi ağrı, davamlı ağrı sindromu, M43-Digər deformasiya edən dorsopatiyalar, Şmorl düyünləri və vertebral kanalın stenozu, yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, G62-Digər polinevropatiyalar, R26-Hərəkətin və yerişin pozulmaları; Yanaşı xəstəliklər: M17- Qonartroz (diz oynağının artrozu), qonartroz (diz oynağının artrozu), hər iki diz oynağının artrozu, G90-Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, M42-Onurğanın osteoxondrozu” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Şəxsin xx.xx.2025-ci tarixdə məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakılar qeyd edilmişdir: yerişi pozulmuş, çəliklə hərəkət edir, çəliksiz ayaqüstə durarkən müvazinətini saxlaya bilmir. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə X10 daxil olmuş və ona “XBT-10 kodu üzrə: M54.1, M42, G50, R52.2, R26, G62, İ10, G90, M23.5-Diskogen radikulopatiya, Bel-oma fəqərələrinin osteoxondrozu. Fəqərə limblərində lokal Şmorl düyünləri, vertebral kanalın stenozu. Davamlı ağrı sindromu. Yeriş və hərəkət funksiyasının pozulması, polineyropatiya. Hipertoniya. Vegetativ damar distoniyası. Hər iki diz oynağının xroniki qeyri-stabilliyi” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliyin tələbdə qeyd edildiyi kimi 2-ci qrup əlilliyə, yəni yeni qaydalarla orqanizmin funksiyalarının minimum 61 faiz pozulması ilə əlilliyin təyininə (65-80 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün Əsasənamənin 6.1.10.2-ci bəndində göstərilən ağırlıq dərəcəsi (başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları) müəyyən edilməlidir ki, ən azından şəxsin yerişinin pozulması, çəliklə hərəkət etməsi, çəliksiz ayaqüstə durarkən müvazinətini saxlaya bilməməsi ekspert rəyi ilə öz təsdiqini tapır və bu, qeyd edilən yürüşün və durmanın pozuntuları əlamətlərinə uyğundur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixli, P00194338SPD nömrəli tibbi göndəriş əsasında orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.1.10.2-ci bəndinə əsasən) əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, P00194338SPD nömrəli tibbi göndəriş əsasında orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.1.10.2-ci bəndinə əsasən) əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2548/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2548/2025
24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver