Məhkəmə qərarları › İş №2-1(112)-2550/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2550/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2550/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, ev 4A; ixtisası: mühəndis; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Cavabdehnə 3-cü şəxslər - Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qarşı “obyektlərin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh 17 iyun 1998-ci il tarixli, 915 saylı sərəncamı ilə iddiaçıya verilmiş 15 metr uzunluğu 6.5 metr eni olan ticarət obyektinin Badamdar qəsəbəsi, T.Məmmədov 9A ünvanında bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4988/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icratında olan 2-1(112)-4988/2021 saylı (İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “ticarət obyektinin ünvanda bərpa edilməsi” tələbinə dair) və 2-1(112)-2550/2021 saylı (İddiaçı Cavabdehnə qarşı “ticarət obyektinin ünvanda bərpa edilməsi” tələbinə dair) inzibati işlər birləşdirilmiş, həmçinin İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “ticarət obyektinin ünvanda bərpa edilməsi” tələbinə dair iş 2- 1(112)-2550/2021 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya məxsus Badamdar qəsəbəsi, T.Məmmədov 9A ünvanında yerləşən ticarət obyekti 2011-ci ildə Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. Dəfələrlə ona məxsus obyektin bərpa edilməsi üçün cavabdeh təşkilata müraciət olunmasına baxmayaraq, müraciətinə heç bir müsbət cavab verilməmişdir. Sonuncu dəfə 17 sentyabr 2020-ci il tarixdə cavabdeh təşkilata müraciət edilmişdir. Bakı şəhəri Cavabdeh 22 oktyabr 2020-ci il tarixdə cavab məktubu ilə bildirilmişdir ki, müraciətinə baxılmış və məsələ ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmçinin, iddiaçıya məxsus Badamdar qəsəbəsi, T.Məmmədov 3 ünvanında yerləşən 101 kv.m torpaq sahəsi üzərində 70.05 kv.m sahədən ibarət ticarət obyekti 2011ci ildə Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. Dəfələrlə ona məxsus həmin obyektin bərpa edilməsi üçün cavabdeh təşkilata müraciət olunmasına baxmayaraq, müraciətinə heç bir müsbət cavab verilməmişdir. Sonuncu dəfə 08 fevral 2021-ci il tarixdə cavabdeh təşkilata müraciət edilmişdir. Bakı şəhəri Cavabdeh 22 oktyabr 2020-ci il tarixdə cavab məktubu ilə bildirilmişdir ki, müraciətinə baxılmış və məsələ ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri Cavabdeh 17 iyun 1998-ci il tarixli, 915 saylı sərəncamı ilə iddiaçıya verilmiş 15 metr uzunluğu 6.5 metr eni olan ticarət obyektinin Badamdar qəsəbəsi, T.Məmmədov 9A ünvanında bərpa edilməsini, həmçinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 ünvanında istifadədə olan 0.01015 ha torpaq sahəsində iddiaçının mülkiyyətində olan 70.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin bərpa edilməsini xahiş edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. İş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialı 979 nömrəli xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh “Badamdar qəsəbəsində mövcud tikintinin sənədləşdirilməsi barədə” 915 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamının təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Cavabdeh “Badamdar qəsəbəsində mövcud tikintinin sənədləşdirilməsi barədə” 915 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi ilə T.Məmmədov küçəsinin kəsişdiyi yerdə mövcud ticarət obyekti İddiaçı adına sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının Badamdar qəsəbə Nümayəndəliyinin 64 nömrəli xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan Ə.Nəzərov küçəsi ilə T.Məmmədov küçəsinin kəsişdiyi yerləşən ticarət obyektinin faktiki ünvanı T.Məmmədov küçəsi 9A-dır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair müvafiq sənədlərin surəti məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2003-cü il tarixli 001244 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən 47 saylı mağaza İddiaçı tərəfindən satın alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-775/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş reyestr kitabının 2-ci nömrəsində 84-cü səhifədə 01244 nömrə ilə xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmış Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 47 saylı mağazanın əvvəlki ünvan 5 ünvanı dəyişdirilərək ünvan 6 qət edilmişdir. Həmin qətnamə xx.xx.2009-cu il tarixdə qüvvəsini almışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 ünvanda yerlşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh xx.xx.2011-ci il tarixli 8-N-62 saylı məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7-300/2 saylı xx.xx.2011-ci il tarixli məktubuna əsasən Bakı şəhəri ərazisində yol zolağına, səkilərə çıxan və piyadaların hərəkətlərinə maneçilik yaradan müxtəlif tikili və obyektlərin sökülməsi, gələcəkdə küçələrin hərəkət hissələrinin, səkilərin daralması hesabına tikinti aparılmasının qarşısının alınması məqsədi ilə Badamdar qəsəbəsində səkilərin üzərində yerləşən tikililərin ləğv olunması və burada abadlıq-quruculuq işlərinin aparılması məqsədi ilə digər obyektlərlə yanaşı səkinin tam şəkildə zəbt olunması hesabına genişləndirilmiş iddiaçıya məxsus obyektdə sökülmüşdür. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 ünvanda yerlşən qeyri-yaşayış binasının, həmçinin Badamdar qəsəbəsi, T.Məmmədov 9A ünvanda yerlşən 15 metr uzunluğu 6.5 metr eni olan ticarət obyektinin iddiaçıya məxsus olması , həmin obyektlərin cavabdeh tərəfindən sökülməsi işin mübahisəsiz hallarını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29.1 və 29.2-ci maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan obyektlərin İddiaçı məxsus olması və həmin obyektlərin cavabdeh tərəfindən sökülməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Cavabdeh 17 iyun 1998-ci il tarixli, 915 saylı sərəncamı ilə İddiaçı verilmiş 15 metr uzunluğu 6.5 metr eni olan ticarət obyektinin Badamdar qəsəbəsi, T.Məmmədov 9A ünvanında bərpa edilməsi, həmçinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 ünvanında istifadədə olan 0.01015 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olan 70.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh 17 iyun 1998-ci il tarixli, 915 saylı sərəncamı ilə İddiaçı verilmiş 15 metr uzunluğu 6.5 metr eni olan ticarət obyektinin Badamdar qəsəbəsi, T.Məmmədov 9A ünvanında bərpa edilməsi, həmçinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 ünvanında istifadədə olan 0.01015 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olan 70.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar