Məhkəmə qərarları › İş №2-1(112)-2550/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2550/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2550/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı verilmiş əlilliyin təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1967-cu il tarixdə doğulmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Akademik M.A.Topçubaşov adına X7 002458 nömrəli epikrizinə əsasən İddiaçı 21 noyabr 2022-ci ildən xx.xx.2022-ci il tarixədək müalicə almışdır. Ona metral qapağın stenozu, aortal qapaq çatışmamazlığı və ağırlaşma: Qan dövranı çatmamazlığı 2 dərəcə muayniyyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi- X2 Trastorakal exokartioqrafiya 17 yanvar 2023-ci il tarixli arayışına əsasən İddiaçı Mitral qapağın süni protez implantasiyası və aortal qapaq təmiri əməliyyatından sonraki vəziyyəti (2022) Sistolik funksiyası azalıb( LVEF-50%), Sol mədəciyin konsertik hipertofiyası qeyd edilir, Sol qulaqcıq bir qədər qenişlənib(41 mm), Aorta kökü sərtləşib, Aorta qapaqları fibrotikdir. Mitral qapağın süni implantasiya qeyd olunur, qanın axın sürəti( Vmax-1,2m/san. Pmax-6 mmHg funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik müəyyən edilməsindən imtina edilmişdir. İmtina məktubu 13 iyun 2023-ci ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əavə əyani müayinəsi həyata keçirilərək Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 14 saylı Birləşdirilmiş şəhər xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => l30-152 - Ürəyin digər xəstəlikləri => 134- Mitral qapağın qeyrirevmatik zədələnmələri => l34.2 – Mitğral qapağın qeyri-travmatik stenozu, Diaqnozun mətni: ürəyin kombinə olunmuş qusuru mitral və aortal stenoz. q.d. çat-ğı. İİ dər., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: ürəyin kombinə olunmuş qusuru mitral və aortal stenoz. q.d. çat-ğı. İİ dər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətına elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => l30-152 - Ürəyin digər xəstəlikləri => 134- Mitral qapağın qeyri-revmatik zədələnmələri => l34.2 – Mitğral qapağın qeyri-travmatik stenozu, Diaqnozun mətni: ürəyin kombinə olunmuş qusuru mitral və aortal stenoz. q.d. çat-ğı. İİ dər., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: ürəyin kombinə olunmuş qusuru mitral və aortal stenoz. q.d. çat-ğı. İİ dər.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 14 saylı Birləşdirilmiş şəhər xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => l20-l25 – Ürəyin işemik xəstəlikləri => l20 – Stenokardiya (döş inağı) => l20.9 – Dəqiqləşdirilməmiş stenokardiya, Diaqnozun mətni: ÜİX.Mitral və aorta qapaqlarının eyni zamanda zədələnməsi. Durğunluq ürək çatmamazlığı. QDÇ-İİ dərəcə, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (l01-l09, l11.0, l13-l13.2, l20l25,... səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 14 saylı Birləşdirilmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => l20-l25 – Ürəyin işemik xəstəlikləri => l20 – Stenokardiya (döş inağı) => l20.1 – Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya, Diaqnozun mətni: Dənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX-xəstəliyi stabil gərginlik stenokardiyası fs İİ dərəcə. Qazanılmış kombinə olunmuş ürək qüsuru. Mitral və aortal stenoz. Ağırlaşma l50 Ürək çatmamazlığı, İİ fs, Ağciyər hipertenziyası. Yanaşı xəstəliklər l10 Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ dərəcə. Yanaşı xəstəliklər l08 Bir neçə qapağın zədələnməsi, Mitral və aortal qapaqların stenozu, Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacı olması – Səbəb: - Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Mitral qapağın revmatik xəstəliyi, Qazanılmış ürək qüsuru. Ürəyin xroniki revmatik xəstəliyi. Qeyri fəal mərhələ. Mitral stenozun üstünlüyü ilə, Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Xəstənin vəziyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin. 2022-ci ilin dekabr ayının göstəricilərinə əsasən: Əsas Diaqnoz: l05 – Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik mitral qapaq xəstəliyi mitral stenozun üstünlüyü ilə. Ağırlaşma: l05.0 – Mitral stenoz, Mitral qapağın stenozu. Ağırlaşma: l07.0 – Trikuspidal (üçtaylı qapaq) stenoz, Trikuspidal qapaq çatışmazlığı İ dərəcə. Ağırlaşma: l05.2 – Çatmamazlıqla müşayiət olunan mitral stenoz, Mitral qapaq çatışmazlığı İ-İİ dərəcə. Ağırlaşma: l50 – Ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİ dərəcə. A/F 45%. Ağırlaşma: l06.1 – Aorta qapağın revmatik mənşəli çatmamazlığı, Aortal qapaq çatmamazlığı İ dərəcə. Ağırlaşma: l35.0 – Aorta (qapaq) stenozu, Aorta stenoz. Ağırlaşma: l20.8 – Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası İİ f/s. Ağırlaşma: l48 – Qulaqcıqlarin fibrilyasiyası və titrəməsi, Daim forma qulaqcıq fibrilyasiyası. Ağırlaşma: l09.0 – Revmatik miokardit, Kombinə olunmuş aortal İİİ dərəcə, Ağırlaşma: l27.0 – Birincili ağciyər hipertenziyası, Pulmunar hipertenziya İİİ dər (SPAP 60mmHg), Yanaşı xəstəliklər: l77.2 – Arteriyaların cırılması, Sağ talamus işemik insultdan sonra vəziyyət. Yanaşı xəstəliklər: G81.1 – Spastik hemiplegiya.Sol tərəfli hemiparez əzələ gücü 4 bal. Yanaşı xəstəliklər: G40 –Epilepsiya, Epilepsiya. Anamnestik qıcolma tutmaları. İddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin P00063631BXV nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik mitral qapaq xəstəliyi mitral stenozun üstünlyüy ilə. Ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİ dərəcə. A/F 45%. Epilepsiya, Epilepsiya. Anamnestik qıcolma tutmaları. Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2023-cü il tarixli Əyani müayinə aktından görünür ki, Bakı, Buzovna Qəs., H.İsgəndər Küç.Dön.2, 33 ünvanında qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin P00063631BXV nömrəli göndərişinə əsasən xx.xx.2023ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdi. Ətraflı səbəb:“ Laborator müayinələr tam aparılmamışdır.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin P00063631BXV nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik mitral qapaq xəstəliyi mitral stenozun üstünlüyü ilə.Ürək çatmamazlığı, Xroniki ürək çatışmazlığı İİ dərəcə. A/F 45%. Epilepsiya, Epilepsiya. Anamnestik qıcolma tutmaları)diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İşin sadalanan hallarından görünür ki, iddiaçı 2014-cü il tarixdən əlillik dərəcəsi təyin edilmiş, sonuncu dəfə barəsində əlillik təyinatına Bakı Xəzər Tibb Mərkəzinin P00063631BXV nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında, eləcə də xx.xx.2023-cü il tarixli əyani müayinə zamanı baxılmış və iddiaçıya diaqnoz əlillik əlaməti təyin etmir qərarı verilmişdir. Məhkəmə icraatı gedişində məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinəyə dəvət edilərək yoxlanılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 20 (iyirmi) günlük müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspet komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının qüvvədə olan “Əlilliyin müəyəyn olunması meyarları№na müvafiq olaraq əlillik təyininə əəsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2550/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2024-cü il tarixli, 4381 nömrəli məktubu ilə təqdim edilmiş T 602/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinədən keçərkən “Akademik C.Abdullayev adma Elmi-Tədqiqat Kardiolo-giya İnstitutu”na göndərilmiş və xx.xx.2024-cü il tarixdə orada tərtib edilmiş tibbi rəyə əsasən müayinələrdən sonra ona “QÜQ, mitral qapağın stenozu, aortal qapaq çatmazlığı, mitral qapağın protezləşməsi və aortal qapağın plastikası, əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2022-ci il, AF-50%, xroniki ürək çatmamazlığı İİ FS (İ05.0, İ06.1, İ50.0)” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Xəzər Tibb Mərkəzi”ndən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, xx.xx.2023-cü il tarixli, P00063631BXV (Forma TQS N2O88) saylı göndərişində XBT 10 kodu ilə qeyd edilmiş əsas diaqnoz və ağırlaşmalarından “QÜQ, mitral qapağın stenozu, aortal qapaq çatmazlığı, mitral qapağın protezləşməsi və aortal qapağın plastikası, əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2022-ci il, AF-50%, xroniki ürək çatmamazlığı İİ FS (İ05.0, İ06.1, İ50.0)” göstərilənlərə rast gəlinsə də digər ağırlaşmalara rast gəlinmədi. Qərardadın 3-cü bənd və yarımbəndlərində suallarda göstərilən xəstəliklərlə əlaqədar 1-ci bənddə göstərilən xəstəliklər istisna olmaqla başqa xəstəliklərə rast gəlinmədi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin sadalanan hallarından görünür ki, iddiaçı 2014-2015, 2015-2016, 2016-2021-ci il tarixli qiymətləndirillməsində “ürəyin kombinə olunmuş qusuru mitral və aortal stenoz. q.d. çat-ğı. İİ dər” diaqnozu ilə 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (l01-l09, l11.0, l13-l13.2, l20-l25,...meyarı əsasında ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçı barəsində əlillik təyinatına Bakı Xəzər Tibb Mərkəzinin P00063631BXV nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında, eləcə də xx.xx.2023-cü il tarixli əyani müayinə zamanı baxılmış və iddiaçıya diaqnoz əlillik əlaməti təyin etmir qərarı verilmişdir. Məhkəmə qeyd edir ki, iddiçının tibbi göndərişində əsas diaqnozu “Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik mitral qapaq xəstəliyi mitral stenozun üstünlüyü ilə. Ürək çatmamazlığı, Xroniki ürək çatışmazlığı İİ dərəcə. A/F 45%. Epilepsiya, Epilepsiya. Anamnestik qıcolma tutmaları” qeyd edilmiş, lakin cavadehin əyani müayinəsi protokolunda sadalanan əsas xəstəlik, onun ağırlaşmalarını yuxarı adıçəkilən 187 nömrəli qərarla təsdiq edilmiş əlilliyin meyarlarındakı qeyd olunan qiymətləndirmələr üzrə hansıların iddiaçıda mövcud olduğu, hansıların olmadığı, iddiaçıya həmin diaqnozlardan onun əlillik təyinatına əsas verməməsinin əsasları müəyyən olunmamışdır. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş yenidən əyani müayinə zamanı cavabdeh ekspert komissiyası nəticəyə gələrkən iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, belə bir müayinələrin nəticələrinə istinad etməmiş, yalnız komissiyanın özündə EXO-KQ müayinəsini aparmış, həmin müayinənin nəticələrini qeyd etmiş, eyni zamanda alınmış nəticənin hansı xüsusiyyətlərinə və meyarlarına görə əlillik təyinatına əsas vermədiyi barədə hüquqi və faktiki cəhətdən əsaslandırma təqdim etməmişdir. Məhkəmə ekspertizası zamanı isə ekspertlər akademik C.Abdullayev adına X1 xx.xx.2024-cü il tarixli transtorakal exokardioqrafiya müayinəsinin nəticəsinə əsaslanaraq iddiaçıda “QÜQ, mitral qapağın stenozu, aortal qapaq çatmazlığı, mitral qapağın protezləşməsi və aortal qapağın plastikası, əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2022-ci il, AF-50%, xroniki ürək çatmamazlığı İİ FS (İ05.0, İ06.1, İ50.0” diaqnozunun olduğu qənaətinə gəlmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın 2.9-cu bəndində xroniki revmatik xəstəlikləri İ05 - İ09 xəstəliklər sadalanmış, qiymətləndirmə meyarları aşağıdakıılardır: -ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması -ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (..). Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş P00063631BXV nömrəli xx.xx.2023-cü il tarixli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının P00063631BXV nömrəli xx.xx.2023-cü il tarixli tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar