Məhkəmə qərarları › İş №2-1(112)-2551/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2551/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2551/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X23 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və verilmiş lisenziyanın bərpa edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İddiaçı MMC-yə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz sayılmasına və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş lisenziyanın (№ 041309) bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2001-ci il tarixdə yaradılmış və sözügedən Cəmiyyət xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Lisenziya (№ 041309) əsasında özəl mühafizə xidməti fəaliyyəti ilə məşğul olmuşdur.2019-cu ildə İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş X170 fəaliyyətində səhlənkarlıq edərək yol verdiyi qanun pozuntularına görə onun barəsində müvafiq istintaq orqanı və məhkəmə tərəfindən cinayət təqibi həyala keçirilmişdir. Cəmiyyətin direktoru vəzifəsində işləmiş F.X185 Cinayətlər Məhkəməsinin 1(099)-114/2021 №-li, 04 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur, belə ki, o, həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs X100 tərəfindən bir qrup şəxsin Cəmiyyətdə işə düzəldilməsi adı altında aldadılması və s. qanunsuz əməllərinə etinasız yanaşmış, lazımi ehtiyatlılıq göstərməmiş və səhlənkarlıq etmişdir.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-114/2021 №-li, 04 iyun 2021-ci il tarixli hökmündə müəyyən olunur ki, F.Əliyevin öz xidməti vəzifəsini yerinə yetirməməsi İddiaçı MMC-nin hüquqlarına və qanuni mənafelərinə, işçilərinin xidməti məqsəd və zərurətə uyğun qanuni əsaslarla işə qəbul edilməsi və komplektləşdirilməsi fəaliyyəti, eləcə də etibar və nüfuzunun pozulması, xüsusilə də fəaliyyətində yol verilmiş nöqsanlara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyasının 23 noyabr 2019-cu il tarixdə ləğv edilməsində ifadə olunan ağır nəticələrə səbəb olan mühüm zərər vurduğuna görə Fuad Əliyev səhlənkarlıq etmişdir.Şirvan Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.F.Əliyev və digərinin məhkum edilməsi ilə nəticələnən cinayət işi üzrə İddiaçı MMC zərərçəkən şəxs qismində tanınmışdır.Beləliklə, qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə birmənalı olaraq müəyyən olunmuşdur ki, İddiaçı MMC F.Əliyev və digərinin cinayət əməlləri nəticəsində zərər çəkmişdir, onların cinayət əməlləri İddiaçı MMC-nin özəl mühafizə xidməti fəaliyyəti üçün verilmiş lisenziyasının ləğvinə səbəb olmuşdur. İddiaçı MMC-nin fəaliyyəti ərzində hüquqi şəxs tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, lisenziya tələblərindən kənara çıxılmamışdır. Yalnız F.Əliyev və digərinin cinayət əməlləri nəticəsində İddiaçı MMC zərər çəkməsinə baxmayaraq Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası xx.xx.2019-cu ildə ləğv edilmişdir. F.Əliyev və digərinin cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxs kimi tanınan İddiaçı MMC-nin lisenziyası ləğv olunmuşdur. Odur ki, başqasının cinayət əməli nəticəsində zərər çəkmiş hüquqi şəxsin özəl mühafizə xidməti fəaliyyətinə verilmiş lisenziyasının ləğv olunması adekvat olmamaqla İddiaçı MMCnin uzun illərdə formalaşmış peşəkar fəaliyyətindən məhrum olması ilə nəticələnmişdir.Yuxarıda göstərilən xüsusatlarla yanaşı, İddiaçı MMC 2001-ci ildən özəl mühafizə fəaliyyətində peşəkar xidmət göstərmişdir. Fəaliyyəti dövründə 28 sayda dövlət və qeyri-dövlət müəssisələri ilə daimi əsaslarla bağlanmış müqavilələr üzrə fəaliyyət göstərmişdir. Cəmiyyətin 450 sayda peşəkar əməkdaşları olmuşdur ki, onlar uzun müddət ərzində özəl mühafizə xidmətində formalaşmışlar. İddiaçı MMC-nin fəaliyyəti özəl mühafizə sahəsində dövlət və qeyri-dövlət təşkilatlarında yüksək peşəkarlıqla xidmət göstərilməsi ilə yanaşı, xüsusən, gənclərin işlə təmin olunması baxımından da əhəmiyyətli olmuşdur. İddiaçı Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün İddiaçı MMC-yə xx.xx.2014-cü il tarixdə verilmiş lisenziyanın bərpa olunmasına köməklik göstərilməsinə dair 04 iyul 2023-cü il tarixli, 01/23 nömrəli məktubla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə müraciət etmişdir.Lakin müraciətə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı mühafizəçi vəzifəsinə işə qəbul ediləcək namizədlər barədə 3 gün müddətində Daxili İşlər Nazirliyinə müəyyən olunmuş qaydada məlumat vermədiyi, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsləri mühafizəçi vəzifəsinə işə qəbul etdiyi, Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formasının tələblərini dəfələrlə pozduğu üçün İddiaçınə xx.xx.2019-cu il tarixdə verilmiş 000528 nömrəli lisenziya “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.4.5-ci və 11.1.3-cü maddələrinə əsasən xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. 4.İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü

5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətinə əsasən iddiaçı xx.xx.2014-cü il tarixli lisenziyanın bərpa edilməsini xahiş etmişdir. 9.Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-694/2021 №li, xx.xx.2021-ci il tarixli qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı direktoru vəzifəsində işləmiş X170 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici və inzibati təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, həmin hökmdən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-694/2021 №li, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir, cinayət işinə baxılan zaman müəyyən edilmişdir ki,Fuad Əliyev ona görə CM-nin 314.2-ci maddəsilə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş lisenziya əsasında qeyri-dövlət (özəl) mühafizə fəaliyyətini həyata keçirən İddiaçı MMC-nin təsisçisi X2 3 yanvar 2019-cu il tarixli, 20 nömrəli əmrilə həmin Cəmiyyətin direktoru vəzifəsini icra etdiyi dövrdə və 20 may 2019-cu il tarixdə müvafiq vəzifəyə təyin olunduqdan sonra 25 noyabr 2019-cu il tarixədək olan müddət ərzində Cəmiyyətin Nizamnaməsinin 4.6-4.8-ci maddələrinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik etmək, operativ idarə edilməsini həyata keçirmək, işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmasından irəli gələrək, təsisçi X5 tərəfindən və Cəmiyyətin möhürü ilə təsdiq edilmiş Sabirabad filialının Əsasnaməsinin 7-ci bəndinə əsasən filialın rəisinə filialın əməkdaşlarını yalnız Baş təşkilatın razılığı və dərkənarı əsasında işə qəbul etmək səlahiyyəti olduğuna görə 01 oktyabr 2018-ci tarixdən Cəmiyyətin Sabirabad rayon filialının rəis vəzifəsini icra etmiş və 28 mart 2019-cu il tarixdən Sabirabad rayon şöbəsinin rəisi vəzifəsində işləmiş X24 filialın (şöbənin) əməkdaşlarını onun işə qəbul barədə ərizələrlə tanış olması və ərizələrə işə qəbula razılıq verdiyinə dair dərkənar qoymasından sonra işə qəbul etmək səlahiyyəti olduğu halda, Baba Qədirovun bu sahədə üzərinə düşən vəzifələri qanuni şəkildə yerinə yetirəcəyinə inandığına görə Cəmiyyətin Sabirabad rayon filialına (şöbəsinə) Baba Qədirovun “Sabirabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin cinayətdən xəbərsiz olmuş direktoru X76 ilə şifahi qaydada razılaşması əsasında yalnız həmin obyektin mühafizəsini həyata keçirdiyini, buna görə də həmin filiala (şöbəyə) çoxlu sayda işə götürüləcək şəxslərin maddi və sair əmək hüquqlarının təmin edilməsinin açıq-aşkar mümkün olmayacağını qabaqcadan görməli olduğu halda görməmişdir. Fuad Əliyevin göstərilən məzmunda ifadə olunan hərəkətsizliyi və tabeçiliyində olmuş Baba Qədirovun yaranmış şəraitdən istifadə edib cinayət əməlləri törətməklə ştat vahidindən dəfələrlə artıq sayda 126 nəfər şəxsi, konkret olaraq X16, X101, X6, X139, X42, X77, X17, X43, X102, X78, X156 oqlu, X44, X140, X3, X7, X141, X142, X25, X26, X4, X103, X104, X12, X79, X63, Babaşov Rizvan Cəfər oğlu, X80, X105, X8, X106, X171, X107, X64, X9, X27, X18, X172, X108, X81, X109, X143, X45, X110, X144, X111, X145, X82, X46, X112, X83, X113, İsmayılov Samir, X84, X13, Mənsimov Rahil, X65, X47, X146, X173, X147, X14, X48, X148, X19, X149, X28, X49, X29, X114, X85, X115, X86, X150, X151, X116, X87, X88, X152, X66, X67, X89, X117, X50, X68, X30, X51, X31, X69, X90, X91, X118, Talıblı Arzu Hicran oğlu, X15, X70, X52, X92, X119, X32, X120, X33, X34, X121, X93, X122, X20, X35, X53, X10, X54, X36, X55, X21, X71, X37, X56, X153, X38 və X39 adlı şəxsləri Cəmiyyətin Sabirabad filialında (şöbəsində) mühafizəçi, növbə rəisi, texniki işçi və s. vəzifələrə təyin etməsi, habelə X11 texniki işçi və sonuncunun arvadı X1 vəzifəsinə rəsmiləşdirməsi, beləliklə də Fuad Əliyevin işə vicdansız və laqeyid münasibəti nəticəsində cinayətkarcasına etinasızlıq göstərib, öz xidməti vəzifəsini yerinə yetirməməsi İddiaçı MMC-nin hüquqlarına və qanuni mənafelərinə işçilərinin xidməti məqsəd və zərurətə uyğun qanuni əsaslarla işə qəbul edilməsi və komplektləşdirilməsi fəaliyyəti, eləcə də etibar və nüfuzun pozulması, xüsusilə də fəaliyyətində yol verilmiş bu nöqsanlara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyasının 23 noyabr 2019-cu il tarixdə ləğv edilməsində ifadə olunan ağır nəticələrə səbəb olan mühüm zərər vurduğuna görə Fuad Əliyev səhlənkarlıq etmişdir.

Tətbiq edilən hüquq

10. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyir, onun hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti (bundan sonra “özəl mühafizə fəaliyyəti”) - qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsidir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən qeyri-dövlət (özəl) mühafizə müəssisəsi (bundan sonra “özəl mühafizə müəssisəsi”) - fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərini göstərən, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş və müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxsdir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, özəl mühafizə fəaliyyəti dövlət orqanları, o cümlədən hüquq - mühafizə orqanlarının fəaliyyətini məhdudlaşdırmamalı, üçüncü şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, nizamnamə və özəl mühafizə fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən mühafizəçi vəzifəsinə 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Şəxs özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyən olunmuş qaydada məlumat verilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz:9.4.1. ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən şəxslər;9.4.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;9.4.3. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla);9.4.4. sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər;9.4.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə aşağıdakılar qadağan edilir: (...) 11.1.3. özünü prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və ya digər dövlət orqanlarının əməkdaşı kimi təqdim etmək, həmin orqanların, habelə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin xüsusi və ya hərbi geyim forması, fərqlənmə nişanları və digər simvollarından istifadə etmək; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Qanunun 17.6-cı maddəsinə əsasən özəl mühafizə fəaliyyətində bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarının pozulması özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılması və ya ləğv edilməsinə əsasdır. 11.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

Məhkəmənin mövqeyi

13.İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı lisenziya üzrə göstərdiyi fəaliyyəti qanunçuluq və insan və vətəndaş hüquqlarına hörmət prinsiplərinə uyğun olmamışdır. Belə ki,iş materaillarından göründüyü kimi İddiaçı qanuni təmsilçisi (direktoru) tərəfindən özəl mühafizə fəaliyyəti ilə əlaqədar cinayət qanunvericiliyinin normalarının pozulması hallarına yol verildiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm mövcuddur. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İddiaçı MMC-yə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətləri qanunsuz olmamışdır və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş Lisenziyanın (№ 041309) bərpa edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 16.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İddiaçı MMC-yə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz sayılması və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş Lisenziyanın (№ 041309) bərpa edilməsi barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ 17.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İddiaçı MMC-yə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz sayılması və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş Lisenziyanın (№ 041309) bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar