Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2552/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə X16 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə X16 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X16 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1 Qazma siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş qərarını nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, 1984-1991-ci il tarixində M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda ali təhsil almış, 1991-ci ilin oktyabr ayından şirkətdə müxtəlif dövrlərdə sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrində çalışmışdır. SOCAR-ın xx.xx.2022-ci il tarixli arxiv arayışı və "xxxx" MMC-nin verdiyi arayışlarda göründüyü kimi, iddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində işləmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.1 Qazma fəhlə hissəsinə nəzərdə tutuldugu, onun 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stajı olduğu halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1984-cü il tarixdən əmək fəaliyyətinə başladığını, 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stajı olduğunu, lakin cavabdeh tərəfindən güzəştli stajının 1 il nəzərə alındığını qeyd etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X16 Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən l/İT-l ******* nömrəli əmək kitabçasına və əlavə olunmuş sənədlərə əsasən onun güzəştli iş stajının 10 ildən az (1 il (xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi asagıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş yeraltı islərdə, əmək şəraiti xüsusilə zərərli və aqır olan islərdə, dənizdə neftçi kimi çalısan 52 yası tamam olmuş kişilərin güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ var. İş üzrə icraat materiallarına əlavə edilmiş “Turan Drilling & Engineering LLC”-nin xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında iddiaçı S.Z.Nəbivev xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində boru operatoru, xx.xx.2004xx.xx.2005-ci qazmaçı köməkçisi, xx.xx.2005-xx.xx.2005-ci il tarixlə arasındakı dövr ərzində isə qazmaçı vəzifələrində işlədiyi, həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının 1 nömrəli siyahısının X bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalının ******* şifrəsinə (Qazmaçı- a) fəhlə) uyğun olduğu göstərilmişdir. "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının X bölməsinin (“Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalı”) 1-ci bəndində qazmaçı - fəhlə, quyuların tədqiqatı üzrə operatorlar, quyuların yoxlanılması (sınanması) üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı S.Z.Nəbivev tərəfindən təqdim edilmiş əmək kitabçası və “Turan&Drillinq Engineering LLC”-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr, yəni sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi istinad olunan Siyahıda öz əksini tapmamış, həmin arayışda istinad olunan Siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir. Fondun Xüsusi Şərtlərlə X16 Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1967-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 saylı imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X16 Filialına 26 may 2022-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) quyuların tədqiqatı üzrə operatorlar, quyuların yoxlanılması (sınanması) üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “X5”-in 23 may 2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.1997xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətdə sıravi köməkçisi və boru operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sıravi köməkçisi və boru operatoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (1 il (xx.xx.2005-xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - SOCAR xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00165 saylı arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1991-ci ildən (Əmr №149/k, xx.xx.1991-ci il) “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X14 İdarəsində işləmişdir. “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin 10 mart 1993cü il 78 №li əmrinə əsasən xx.xx.1993-cü ii tarixindən “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X14 İdarəsinin adı dəyişdirilərək X6 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft“ İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə X6 Qazma İdarəsi Qazma Sexi kimi "Bayıl Limanı“ X14 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri" tresti yaradılmışdır və “Bayıl Limanı“ X14 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” X14 İdarəsinin adı dəyişdirilərək “Xəzər“ X14 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən "Xəzər” X14 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCARyi3-1000/01/SM-05- 000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri“ trestinin “Sahil“ Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid“ İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf-1" X17 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş (Əmr 149/k, xx.xx.1991-ci il.), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-1” X17 5-ci dərəcəli qazmaçı köməkçisi ( Əmr 30/k, xx.xx.1992-ci il.), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-3” X17 5-ci dərəcəli qazmaçı köməkçisi (Əmr 96/k, xx.xx.1992ci il.), xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-3” X17 buruq avadanlığı ücün mexanik ( Əmr 125/k, xx.xx.1992-ci il), xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək “Şelf-3” X17 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir (Əmr 93/k, xx.xx.1993-cü il), xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək “Şelf-3" X17 buruq avadanlığı ücün mexanik vəzifəsinə keçirilmiş (Əmr 8/k, xx.xx.1995-ci il), xx.xx.1997-ci ildən işdən azad edilmişdir (Əmr 276/k, xx.xx.1997-ci il). Ümumi iş stajı: 05 il 11 ay 06 gün, Güzəştli iş stajı: 05 il, 11 ay, 06 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar peşəsi, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər peşəsi 05 il, 11 ay, 06 gün güzəştli iş stajı təşkil edir. - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 01843 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1984-cü ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyularının qazılması texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş (Əmr: №02/882, xx.xx.1984-cü il), 1984-ci ildə əyani şöbənin İİ kursundan həqiqi hərbi xidmətə çağırılmış (Əmr: № 02/718, xx.xx.1986-cı il) və 1988-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa olmuş (Əmr: № 02/781, xx.xx.1988-ci il), 1991-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmiş (Əmr: № 02/906, xx.xx.1991-ci il), OB-İ № 082060 seriyalı diplom verilmişdir. - “Turan Drilling and Engineering” şirkətinin xx-xx-2022-ci il saylı xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı (FİN- xxxxxxx) xx.xx.2019-cu il tarixindən etibarən “Turan Drilling and Engineering” şirkətində növbə supervayzeri vəzifəsində işləyir, işçinin xahişi ilə əmək kitabçasına əsasən nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı bundan başqa xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək “X9” şirkətində sıravi köməkçi, xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Deutsche Tiefbohr A.G” şirkətində boru operatoru, xx.xx.2004-cü il tarixindən xx.xx.2005 - ci il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı köməkçisi, xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı, xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində növbə rəisi vəzifələrində işləmişdir. 26 iyul 2018-ci il tarixində "KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. "xxxx" MMC təsis olunanadək 1995-ci ildən başlayaraq BP (British Petroleum) əməliyyat şirkətinin Xəzər dənizindəki neft-qaz buruqlarında - Çıraq, Qərbi Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Şahdəniz və X18 yataqlarında "X9”, "Deutsche Tiefbohr-AG., Baku", "KCA Deutaq Caspian Limited" və "KCA Deutag Tiefbohrgesellschaft" adlanan Azərbaycan Respublikasındakı nümayəndəliyiklər qazma və mühəndislik xidmətlərini həyata keçirmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin və şirkətlərin adlarının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşçinin işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. İddiaçı yuxarıda qeyd edilən şirkətlərdə və hazırkı “Turan Drilling and Engineering Company" MMC-də işlədiyi bütün peşələrin (vəzifələrin) vəzifə təlimatları arayışa əlavə edilir. Nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində iştirak edib. Bu fəaliyyətə aid olan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma” siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.1. Qazma a) fəhlə ” hissəsində göstərilmişdir. - “Turan Drilling and Engineering” şirkətinin xx.xx.2022-ci il tarixli arayışı ilə bildirilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) həqiqətən, əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixində “X9” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Sıravi köməkçi” vəzifəsinə qəbul edilib. xx.xx.1998-ci il tarixində “Deutsche Tiefbohr- A.G., Baku” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Boru operatoru” kimi keçirilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Qazmaçı köməkçisi” vəzifəsinə təyin olunub. xx.xx.2005-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Qazmaçı” vəzifəsinə təyin edilib. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə rəisi” vəzifəsinə keçirilib. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin nümayəndəliyinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə rəisi” vəzifəsinə qəbul edilib. xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin nümayəndəliyində əmək müqaviləsinə xitam verilib. xx.xx.2019-cu ildə "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə supervayzeri” vəzifəsinə keçirilib. Hal-hazırda "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə supervayzeri” vəzifəsində işləyir. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx"' MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft- qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazmaçı köməkçisi, Qazmaçı, Növbə rəisi və Növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun olaraq adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazmaçı köməkçisi, Qazmaçı, Növbə rəisi və Növbə supervayzeri vəzifələri siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə uyğundur. Həmin işin funksiyaları barədə hazırkı arayışla aşağıdakı kimi izah veririk: Yuxarıda göstərilən peşələr, yəni İddiaçı: xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək işlədiyi (1 il, 21 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi (5 il, 3 ay, 23 gün) Boru operatoru (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi (1 il, 1 gün) Qazmaçı köməkçisi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək işlədiyi (6 il, 1 ay, 1 gün) Qazmaçı (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək işlədiyi (8 il, 3 ay, 1 gün) Növbə rəisi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); xx.xx.2019-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 3 il, 7 ay) növbə supervayzeri (bu vəzifədə faktiki olaraq qazmaçı rəisi peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 25 il, 03 ay 12 gün təşkil edir. - “Turan Drilling and Engineering” şirkəti tərəfindən verilmiş Qazmaçı vəzifəsinin təlimatından görünür ki, həmin vəzifənin xülasəsi aşağıdakı kimidir: Qazmaçı qazma qurğusunda hər gün həyata keçirilən əməliyyatlar üçün, komandasının və ya tabeliyində olan digər şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün Buruq rəhbərinin qarşısında cavabdehlik daşıyır. Başlıca vəzifələri bunlardır: Qazma meydançasında və nəzarət etdiyi ərazilərdə həyata keçirilən bütün əməliyyatlara nəzarət edir, bu əməliyyatların səmərəli qaydada, Əməliyyat Prosedurlarına və Şirkətin Təhlükəsizlik Siyasətinə uyğun olaraq həyata keçirilməsini təmin edir. Düzgün və səmərəli təhvil-təslim işləri də daxil olmaqla gündəlik qazma əməliyyatlarının qeydiyyatını aparır. Qazma parametrləri vasitəsilə quyunun vəziyyətini müşahidə edir və izləyir. Quyu dibində problemlər yaranarsa, müvafiq tədbirlər görür. Xüsusi işçilər kifayət qədər təcrübə əldə edənə qədər onlara nəzarət etmək üçün tabeliyində olan heyəti tələb olunduğu qaydada bütün əməliyyat məsələləri ilə bağlı tövsiyələrlə və təlimatlarla təmin edir. Bütün iş yerlərinin təmiz, səliqəli, təhlükəsiz vəziyyətdə olmasına və istifadə olunan bütün iş təcrübələrinin təhlükəsiz olmasına əmin olmaq üçün tabeçiliyindəki heyəti praktik mərhələlərlə yönləndirir. İşə nəzarət etmə, təlimatlandırma və təlim keçmə yolu ilə tabeliyində olan işçilərin diqqətinə iş yerində sağlamlığın, təhlükəsizliyin, və hadisələrin qarşısının alınmasının davamlı olaraq çatdırılmasını təmin edir. Əməliyyatları ən səmərəli qaydada həyata keçirtmək üçün bütün avadanlıqların və resursların mövcud olmasına əmin olur. Əməliyyatların təhlükəsiz və səmərəli qaydada həyata keçirilməsi üçün onların planlaşdırılmasının, ehtiyat avadanlıqların və planların nəzərə alınmasını təmin edir. Quyuya endirilən avadanlıqların bütün ölçülərinin qeydlərinin aparılmasını təmin edir. Endirmə-qaldırma əməliyyatları ərzində endirilən yaxud qaldırılan borunun sürətinə, borunun hər bir hissəsinin açılmasına və bağlanılmasına nəzarət edir. Qazma hesabatı üçün məlumatla məs. məhlul rəqəmləri təmin edir. Qazma müddətində müştərinin/platformanın standartlarına uyğun olaraq quyuya nəzarət avadanlığının təzyiq sınağını müvafiq mərhələlərdə həyata keçirir. Preventor blokunu yaxud rayzeri quraşdıran yaxud sökən zaman komandanın təhlükəsiz iş təcrübələrinə riayət etməsinə əmin olur. Boruların qeydiyyat sənədi (tally), X10 (BHA) / tamamlama komponentləri və quyuya ilişən zəruri alətlərin ölçülərini yəni daxili diametri/xarici diametri və birləşmələr də daxil olmaqla quyuya endirlən boruların düzgün qeydiyyatını aparır. Yerinə yetiriləcək bütün işlərin İşə İcazə sisteminə və X1 (RAP - X11) uyğun olaraq qiymətləndirir, zəruri olarsa İşə İcazə sistemini tətbiq edir, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə və işin ancaq İşə İcazə sənədində qeyd edildiyi kimi yerinə yetirilməsinə əmin olur. Məsul olduqları ərazidə işlərə cəlb edilmiş yaxud supervayzerləri tərəfindən bölüşdürülmüş vəzifələri icra edən heyətə nəzarət etmək üçün cavabdehlik daşıyır. Şirkət tərəfindən gözlənilən davranış və iş icraatının standartlarını təmin etmək üçün tabeliyində olan heyətin iş göstəricilərinin idarəedilməsinə cavabdehdir. Buruqda əməliyyatlara cəlb oluna bilən Xidmət şirkətinin yaxud Təchizatçı şirkətin nümayəndələrinə nəzarət edir, rəhbərlik edir və öyrədir. Atqıdan əvvəl hesablamaları həyata keçirir və quyuya nəzarət üzrə bütün avadanlıqların və prosedurların hər zaman mövcud olmasına əmin olur. Zəruri olarsa alternativ işləri yerinə yetirir. Birbaşa supervayzeri tərəfindən təlimatlandırıldığı kimi aidiyyəti üzrə başqa işləri yerinə yetirir. Zəruri olarsa, quruda yaxud dənizdə keçirilən iclaslarda və əlavə təlimlərdə iştirak edir. Əməliyyat göstəricisini xüsusilə zəruri olan əməliyyatların vaxtında yerinə yetirilməsini optimallaşdırır. Şirkətin Planlı Profilaktik Texniki Xidmət sisteminə uyğun olaraq texniki xidmət, təmir yaxuc hissələrin dəyişdirilməsini yerinə yetirir/nəzarət edir və qeydiyyatını aparır. Şirkətin Biznes İdarəetmə Sisteminə riayət edir. - “Turan Drilling and Engineering” şirkəti tərəfindən verilmiş qazmaçı köməkçisi vəzifəsinin təlimatından görünür ki, vəzifənin xülasəsi belədir: Qazmaçı köməkçisi təyin edilmiş iş tapşırıqlarını səmərəli qaydada və vaxtında yerinə yetirməklə Qazmaçıya kömək göstərmək üçün cavabdehlik daşıyır. Quyuların qazılmasında, quyuya müdaxilə və tamamlama əməliyyatlarında qazmaçıya kömək edir. Supervayzer tərəfindən təlimatlandırıldığı kimi buruğun sürüşdürülməsində, göyərtə və quyu ağzı işlərində kömək edir. Yuxarı ərazilərdə işləyən tabeçiliyindəki heyətin işi icra etməsinə rəhbərlik edir və nəzarət edir. Məsul olduğu ərazilərin və avadanlıqların, planlaşdırılmış yoxlamaların və müvafiq sənədlərin fiziki vəziyyətini saxlayır. Qazma işləri kompleksinin bütün sahələrində qazmaçıya kömək edir. Başlıca vəzifələri bunlardır: Buruqda yerinə yetirilən bütün işlərə nəzarət edilməsində zəruri olarsa qazmaçıya kömək edir və onu əvəz edir, bu işlərin səmərəli qaydada və səlahiyyətli əməliyyat prosedurlarına və Şirkətin Təhlükəsizliyi Siyasətinə uyğun olaraq yerinə yetirilməsini əmin edir. Quyu əməliyyatları üçün tələb olunan bütün alətlərin və avadanlıqların hazırlanmasında kömək edir. Boru qeydiyyat jurnalı (pipe tally), tam X2 / tamamlama komponentləri və quyuda qalan zəruri alətlərin ölçüləri (məs. daxili diametri/xarici diametri) də daxil olmaqla quyuya endirilən bütün boruların dəqiq qeydiyyatını aparır. Zəruri olan zaman gündəlik yoxlamaları həyata keçirir (məs. X7 və Preventorun stasunun yoxlanılması). Tələb olunan yerlərdə və tələb olunan zaman Şirkətin Planlaşdırılmış Profilaktik Texniki Xidmət Sisteminə müvafiq olaraq texniki xidmət, təmir və ya dəyişdirmə işlərinin yerinə yetirilməsinə dəstək göstərir. Düzgün təhviltəslim işlərinin yerinə yetirilməsini təmin edir və gündəlik qazma qeydlərini aparır. Bütün iş yerlərinin təmiz, səliqəli, təhlükəsiz vəziyyətdə olmasına və istifadə olunan bütün iş təcrübələrinin təhlükəsiz olmasına əmin olmaq üçün tabeçiliyindəki personalı praktik mərhələlərdə yönləndirir. Qazma məhlulu operatoru ilə birlikdə nasoslar, məhlul xəttləri, vibro ələkləri və məhlul çənləri də daxil olmaqla məhlul nasoslarını və bütün qazma məhlulunun dövriyyəsi sistemini idarə edir, nəzarət edir, təmir edir və texniki xidmət göstərir. Qazma məhlullarının və məhlullarının sınaq edilməsinə rəhbərlik edir və nəzarət edir. Preventor sistemini başa düşür və texniki xidmət göstərir, lay məhlulu və hidroakumulyator təzyiqini yoxlayır. Buraya işıq və səs siqnalları da daxildir. Bütün işlərin İşə İcazə sisteminin tələblərinə uyğun olaraq həyata keçirilməsini qiymətləndirir, zəruri olarsa İşə İcazələri təmin edir, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə və işin ancaq İşə İcazə sənədində qeyd edildiyi kimi yerinə yetirilməsinə əmin olur. Məsul olduqları sahə daxilində işlərə cəlb edilmiş, yaxud supervayzerləri tərəfindən təyin edilmiş heyətə nəzarət edir. Buruqda əməliyyatlara cəlb oluna bilən Xidmət şirkətinin yaxud Təchizatçı şirkətin nümayəndələrinə nəzarət edir, rəhbərlik edir və təlim keçir. Tələb olunduğu kimi alternativ işləri yerinə yetiririr. Birbaşa Supervayzeri tərəfindən təlimatlandırıldığı kimi digər müvafiq işləri yerinə yetirir. Zəruri olarsa, quruda yaxud dənizdə keçirilən iclaslarda və əlavə təlimlərdə iştirak edir. Əməliyyatın həyata keçirilməsinin optimallaşdırılmasına vaxtında dəstək göstərir. Ərazisi daxilində müvafiq iş üçün istifadə olunan İşə İcazə sistemini tam tətbiq edir. Şirkətin Biznes İdarəetmə Sisteminə riayət edir. Təsir ərazisi daxilində əməliyyat X3 (KPİ) nail olmaq məqsədilə əməliyyat göstəricilərinin vaxtında optimallaşdırılmasının təmin edilməsində təlimatlandırıldığı qaydada kömək edir. Xərcləri azaltmaq məqsədilə ələk filtirlərinin istehlakının optimallaşdırılmasını təmin edir. Vəzifə Təlimatına uyğun olaraq öz vəzifələrinin icrasına, sahədə əməliyyat statusu haqda düzgün məlumatların verilməsinə, sifarişlərin, memorandumların və rəhbərliyin təlimatlarının yerinə yetirilməsinə məsuliyyət daşıyır. Bütün müvafiq Əməliyyat İdarəetmə sistemlərinin (Siyasətlər, prosedurlar, qaydalar və Müştərinin Müddəalarının) tətbiq edilməsinin təmin edilməsində kömək edir. Biznes yaxud maliyyə məlumatlarının məxfi saxlanılmasına cavabdehlik daşıyır. - İddiaçıya məxsus ******* saylı əmək kitabçasından müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildən 1991-ci ilədək Əzizbəyov adına Azərbaycan Sənaye Universitetində təhsil almış, xx.xx.1986-ci ildən xx.xx.1988-ci ilədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf- 1" X17 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş (Əmr 149/k, xx.xx.1991-ci il), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-1” X17 5-ci dərəcəli qazmaçı köməkçisi (Əmr 30/k, xx.xx.1992-ci il) xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək “Şelf-3” X8maçı köməkçisi (Əmr 96/k, xx.xx.1992-ci il), xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək “Şelf-3" X17 buruq avadanlığı ücün mexanik vəzifəsində, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “X9” şirkətində sıravi köməkçi, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək “Deutsche Tiefbohr A.G” şirkətində boru operatoru, xx.xx.2004-cü ildən xx.xx.2005ci ilədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı köməkçisi, xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı, xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində növbə rəisi vəzifələrində işləmişdir. - İddiaçıya məxsus FV № 082060 saylı diplomdan görünür ki, iddiaçı 1984-cü il tarixdə Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunda neft və qaz quyularının qazılması ixtisasına daxil olmuş, 1991-ci ilin iyun ayında bitirmişdir. - hərbi biletdən görünür ki, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından məlum olur ki, iddiaçı ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) quyuların tədqiqatı üzrə operatorlar, quyuların yoxlanılması (sınanması) üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “X5”-in 23 may 2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətdə sıravı köməkçisi və boru operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sıravi köməkçisi və boru operatoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (1 il (xx.xx.2005-xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından, habelə, xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən iş stajını topladığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçası və güzəştli iş stajı haqqında arayışlarla müəyyən edilmişdir ki, iddiaçının güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçının “X5”də xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sıravi köməkçisi və boru operatoru vəzifəsində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında göstərilmədiyini əsas gətirmişdir. Halbuki, iddiaçı xx.xx.1991-xx.xx.1992-ci illərdə “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf-1" X15 4-cü dərəcəli qazmaçı köməkçisi – 5 ay 20 gün, xx.xx.1992-xx.xx.1992-ci illərdə “Şelf-1” X17 5-ci dərəcəli qazmaçı köməkçisi – 6 ay 11 gün, xx.xx.1992-xx.xx.1995-ci illərdə “Şelf-3” X8maçı köməkçisi – 2 il 5 ay 20 gün, xx.xx.1995-xx.xx.1997-ci illərdə “Şelf-3" X17 buruq avadanlığı ücün mexanik – 2 il 5 ay 17 gün, xx.xx.1997-xx.xx.1998-ci illərdə “X9” şirkətində sıravi köməkçi – 1 il 20 gün, xx.xx.1998-xx.xx.2004-cü illərdə “Deutsche Tiefbohr A.G” şirkətində boru operatoru – 5 il 3 ay 21 gün, xx.xx.2004-xx.xx.2005-ci illərdə “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı köməkçisi – 1 il 29 gün, xx.xx.2005-xx.xx.2006-ci illərdə “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı – 1 il işləməklə, ümumilikdə 14 il 18 gün xüsusi iş stajını toplamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində: 1100000a—11297 saylı şifrlə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər peşəsi təsbit olunmuşdur. Həmçinin iş materialarında olan “Turan Drilling and Engineering” şirkətinin güzətli işlər barədə arayışları ilə bildirilmişdir ki, iddiaçının işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun olaraq adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələri siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçıları peşəsinə uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sıravi köməkçi və boru operatoru vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında göstərilmədiyini əsas gətirərək güzəştli iş stajı kimi nəzərə alınmaması əsassız olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında işəgötürən tərəfindən onun fasiləsiz iş stajının bərpa edilməsi barədə müvafiq qeyd oldugundan bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının xx.xx.2019-cu il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. İddiaçının ümumi iş stajını toplaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş matariallarında məlum olur ki, iddiaçı tələb olunan 20 ildən artıq ümumi, tələb olunan 10 ildən artıq isə xüsusi iş stajını toplamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X16 Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X16 Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva