Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2553/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı Üçüncü şəxs Mehdiyeva Xalidə Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq X7 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatının gedişində məhkəmənin 12 yanvar 2021-ci il tarixli 2021-ci il tarixli, 2-1(112)-2553/2021 saylı qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 24 fevral 2021-ci il tarixli 2-1(112)-2553/2021 saylı qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatında prosessual iştirakına xitam verilmiş, X12 inzibati iş üzrə üçüncü şəxs qismində inzibati icraata cəlb olunmuşdur. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr-n M.Cəlal küçəsi, ev 56, 67 saylı mənzil iddiaçının sahibliyindədir. Üçüncü şəxs ona məxsus olan mənzilə qanunsuz olaraq qeydiyyata düşmüşdür. Bu barədə iddiaçı Nəsimi rayon Məhkəməsinin icraatında olan mülki iş olan zaman məhkəmənin sorğusu əsasında Nəsimi rayonu Polis İdarəsindən verilmiş cavab məktubundan xəbər tutmuşdur. Belə ki, mənzil ilk əvvəl X5 tərəfindən qanunsuz olaraq özəlləşdirilmiş və həmin mənzilə çıxarış alınmışdır. Sonradan iddiaçı həmin çıxarışı etibarsız hesab elətdirərək evi ilkin statusuna qaytarmışdır. Lakin bu xanım, onda olan çıxarışın etibarsız olduğunu bildiyi halda həmin çıxarışı Polis İdarəsinə təqdim etməklə üçüncü şəxsi iddiaçıya məxsus olan mənzilə pasport qeydiyyatına saldırmağa nail olmuşdur. Hazırda iddiaçı və ailə üzvləri evin özəlləşdirilməsini istəsələr də, üçüncü şəxsin pasport qeydiyyatında olmasına görə bunu edə bilmirlər. Üçüncü şəxsin iddiaçıya məxsus həmin mənzildən qeydiyyatdan çıxarılması üçün müvafiq olaraq iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassız olmuşdur. Buna səbəb kimi, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzilə hər hansı istifadə hüquqları yaranmaması göstərilmişdir. Buna görə də iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh sərəncamın icrası ilə əlaqədar 27.07.2021-ci il tarixli, 082-27272-124 saylı və 18.08.2021-ci il tarixli ********* saylı məktubları ilə keçiriləcək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması iddiaçının vəkili və nümayəndəsinə təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etiraz edərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o ünvan 2 ünvanında qeydiyyatdadır. - Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 87 saylı 20 noyabr 2000-ci il tarixli sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkrn, M.Cəlal küçəsi 56 saylı evin, sahəsi 33,13 kv.m olan, 2 otaqlı, 67 saylı mənzilin kirayə müqaviləsi 5 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu, keçmiş həyat yoldaşı və keçmiş qaynanası) X9 ilə bağlanmış və həmin mənzilin kirayəçisi hesab edilmiş, keçmiş mənzil sahibi X1 adına olan 1323 saylı şəxsi vərəqəsinin bağlanması, X4 adına şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 mart 2001-cı il tarixli 2-550-2001 saylı qətnaməsindən görünür ki, X4 cavabdeh X6 və qeyrilərinə qarşı Bakı şəhəri, 4-cü mkr-n, M.Cəlal küçəsi, ev 56, mənzil 67 ünvanının mənzilinin özəlləşdirilməsinə cavabdehlərin etirazlarının etibarsız hesab edilməsi və həmin mənzilin tərəflərin ümumi paylı mülkiyyətinə verilməsinə dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 dekabr 2011-cı il tarixli 2-(006)-3937/11 saylı qətnaməsindən görünür ki, X6 və Mehdiyeva Xalidə Yusif qızının cavabdehlər İddiaçı, Tapdıqov Cavad Yəhya oğlu, X18 və X10 qarşı mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdehlər X6 və X11 qarşı istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin iddia qismən təmin edilmiş, X2 Bakı şəhəri, M. Cəlal küçəsi 56 saylı evin 67 saylı mənzilinə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı cavabdehlər X6 və X11 qarşı istifadə hüquqlarına qarşı xitam verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edillmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin 30/3617 № li 22.08.2000-ci il məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin iş 2-796/2000-ci il 04.07.2000-ci il tarixli qətnaməsinə əsasən, M.Cəlal küçəsindəki 56 saylı evin 67-ci mənzilinin X2 adına özəlləşməsi tərəflərindən 22.06.2000-ci il tarixdə icra olunmuşdur. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2006-cı il tarixli 2-1653/2006-cı il tarixli qətnaməsindən görünür ki, X2 X3 qarşı mənzilə hüququn itirilməsi barədə iddiası rədd edilmişdir. - Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22 oktyabr 2020-ci il tarixli 082 ********** saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin ünvan 5 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri uzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, ünvan 5 iddiaçının qanuni sahibliyindədir, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 87 saylı 20 noyabr 2000-ci il tarixli sərəncamı ilə mənzilin kirayə müqaviləsi 5 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu, keçmiş həyat yoldaşı və keçmiş qaynanası) iddiaçı ilə bağlanmış və iddiaçı həmin mənzilin kirayəçisi hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 dekabr 2011-cı il tarixli 2-(006)-3937/11 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X6 və X11 qarşı istifadə hüquqlarına qarşı xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, Mehdiyeva Xalidə kirayəçinin razılıgı ilə mübahisəli mənzilə köçməmiş, kirayəçi və ailə üzvləri ilə birgə təsərrüfat aparmamış, bu səbəbdən mənzilə istifadə hüququ əldə etməmiş, ona görə də iddiaçıya Xalidə Mehdiyevanın mənzilə olan qeydiyyatının ləgv edilməsi ilə baglı aidiyyəti üzrə daxili işlər orqanına müraciət etmək hüququ izah edilmişdir. Hazırda üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıdıgından cavabdehin imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X8 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X8 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 HAKİM Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2553/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2553/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver