Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2554/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh X2rşı “işsizlik müavinətinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 4 ay üzrə işsizlik müavinətinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2015-ci ildə Rabitə Yüksək Texnologiyaları X1 idarəsinə iqtisadçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2016-ci ildə həmin vəzifədən azad olunmuşdur. Bakı şəhəri Xətai rayonu Məşğulluq idarəsinə işsizlikdən müavinət üçün müraciət etmişdir və ona əmək haqqının 70%-i dəyərində 6 ay müavinət təyin olunmuşdur. Bu məbləğin 2 ay olan hissəsini Xətai rayon Məşğulluq idarəsinə bağlı olan "xxxx" kartından çıxartmışdır. Qalan 4 aya olan məbləği ala bilməmişdir. İddiaçıdan rüşvət tələb olunduğu və o, razılaşmadığı üçün heç bir səbəb olmadan yerdə qalan 4 ay verilməmişdir. Bu barədə dəfələrlə şifahi, 2 dəfə rəsmi yazılı olaraq Bakı şəhəri Məşğulluq idarəsinə müraciət etmişdir. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 094480 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dövlət Radiotezlik idarəsi” – 10-cu dərəcəli iqtisadçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində həmin idarəyə 11-ci dərəcəli iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan X3 Bakı Regional Məşğulluq Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya təyin edilmiş işsizlik müavinətinin ödənişləri barədə heç bir məlumat aşkar olunmamışdır. İddiaçı hazırda ona 2016-cı ildə təyin edilmiş 6 ay müddətinə işsizlik müavinətinin 4 aya münasibətdə ödənilmədiyini bildirərək, həmin məbləğin ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X3 Nizamnaməsinin 1.1-ci maddəsinə əsasən X5 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.17-ci yarımbəndinə əsasən sığorta ödənişlərinin verilməsini və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini təmin etmək Agentliyin vəzifələrindəndir. İddiaçının ona müavinət verildiyini iddia etdiyi dövrdə, yəni 2016-cı ildə qüvvədə olan “Məşğulluq haqqında” Qanuna əsasən: Maddə 2 4 . İşsizlik müavinətinin məbləğinin müəyyənləşdirilməsi qaydaları 24.1. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. 24.2. İşsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olanlar üçün müavinətin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.3. Bütün başqa hallarda işsizlik müavinəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müavinətin minimum məbləğində (bundan sonra "təsdiq olunmuş müavinətin minimum məbləği") müəyyən edilir. M a d d ə 2 5 . İşsizlik müavinətinin ödənilməsi şərtləri və müddətləri 25.1. İşsiz statusu almış vətəndaşa işsizlik müavinəti, təkrar müavinət alınan hallar istisna olmaqla, ona status müəyyən edildiyi gündən hesablanır. 25.2. Müavinətin ödənilməsi müddəti 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz. 25.3. Hüquqi şəxslərin ləğv edilməsi və ya işçilərin sayı və ştatların ixtisar olunması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sərbəstləşdirilmiş və işdən azad edildikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş işdənçıxarma müavinəti və orta əmək haqqı ödənilən müddət ərzində işə düzəldilməmiş vətəndaşlara işsizlik müavinəti bu müddətin qurtardığı birinci gündən təyin edilir. 25.4. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanında yenidən qeydiyyatdan keçməklə müavinət alırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir. 25.5. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur. Qanunvericiliyin istinad olunan normalarından görünür ki, şəxsə işsizlik müavinəti təyin edildikdə, müavinəti işsizin şəhər, rayon məşğulluq mərkəzində ayda bir dəfə yenidən qeydiyyata alınması şərti ilə ayda bir dəfə ödənilir. İddiaçı 2016-cı ildə ona 6 aylıq işsizlik müavinət təyin edildiyini bildirsə də, bunula bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan X3 xx.xx.2024-cü il tarixli məktubundan isə görünür ki, Agentlikdə İddiaçı işsizlik müavinətinin təyin edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı tələbinin əsası kimi ona xx.xx.2018-ci ildə "xxxx" ASC vasiəsilə 948,02 manat ödəniş edilməsini bildirmiş, bununla bağlı "xxxx" ASC-yə verilmiş sorğuya cavab olaraq "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdə 948,02 manat vəsaitə dair məlumat aşkar olunmamışdır. O da qeyd edilməlidir ki, iddiaçının ona işsizlik müavinətinin verildiyini iddia etdiyi 2018-ci ildə qüvvədə olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. İddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini nəzərə alan məhkəmə qeyd edir ki, ona ödəniş edildiyi iddia edilən dövrdə o heç ödəniş almaq hüququ olan şəxslər dairəsinə də aid olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçı tələbinin təmin edilməsinə dair faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2554/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2554/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver