Məhkəmə qərarları › İş №2-1(112)-2556/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2556/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2556/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X14, Cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X33 X24 İdarəsinin nümayəndəsi və vəkili X6 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X33 X1rşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X33 X5rşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, ona 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və X26 Nazirliyinin yanında Dövət X27 X24 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixə qədər X10 malların qəbulu peşəsində işləmişdir. xx xxxx 1978-ci il tarixdən x xxxxxxxx 1979- cu il tarixə qədər Stepanakerd Elektrik zavodunda mexaniki təchizatda yükləyici işləmişdir. xx xxxxxxx 1979-cu il tarixdən xx xxxxxxx 1980-ci il tarixə qədər Özəl Təhlükəsizlik Xidmətində mühafizədə işləmiş, x xxxxxx 1980-ci il tarixdən xx xxxxxx 1982-ci il tarixə qədər Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Bütün bunları iş materiallarına əlavə olunan MT-İ № ******* nömrəli əmək kitabçası sübut edir.İş materiallarına əlavə olunan xx xxxxxx 2019-cu il tarixli Arayışdan da görünür ki, iddiaçı, xx xxxxxx 1983-cü il tarixdə 1 saylı X16ndə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxxxx 1987-ci il tarixdə həmin müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx xxxxxxx 1987-ci il tarixdə KZOT müəssisəsində vəzifədən azad edilmiş, xx xxxxxxx 1987-ci il tarixdə X25 PTR-6 əl ilə 4- cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 1988-ci il tarixdə həmin müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş və xx xxxxx 1988-ci il tarixdə başqa işə köçürülməyi ilə əlaqədar olaraq işdən azad edilmişdir.xx xxxxx 1988-ci il tarixdə Bakı şəhəri Boruçəkmə idarəsinə 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxx 1989-cu il tarixdə həmin idarədə 6-cə dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş və xx xxxxx 1998-ci ildə öz xahişim ilə işdən azad edilmişdir.Əmək kitabçasından da göründüyü kimi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxx 2000-ci.il tarixə qədər 1 saylı Körpütikinti qatarının Yevlax sahəsində qaynaqçı işləmiş, xx xxxxx 2000-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixə qədər Fizuli rayon 6 nömrəli Tədarük istehsalat Kontorunda təchizatçı işləmişdir.İş matriallarına əlavə olunan xx xxxxxx 2019-cu il tarixli arayışdan və əmək kitabçasından da göründüyü kimi xx xxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixə qədər "Xəzərdənzineftqaztikinti"trestinin 4 saylı ixtisalaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı peşəsində işləmişdir."Xəzərdənzineftqaztikinti"tresti SOCAR-ın xx xxxx 2007-ci il tarixli əmrinə əsasən "Neftqaztikinti"tresti adlandırılaraq SOCAR-ın xx xxxx 2007-ci il tarixli əmrinə əsasən 4 saylı X16 adlandırılmışdır.Bundan başqa iddiaçı xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixə qədər 3 saylı TikintiQuraşdırma idarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı işləmişdir (Əmək stajı 9 ay təşkil edir). xx xxxxxx 2015-ci il tarixdə "Neftqaztikinti" trestinin 3 saylı Tikinti Quraşdırma bölümünün3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbuledilmişdir. Əmək stajı 4 il 2 ay 29 gün təşkil etmişdir. Ümumiyyətlə buradan göründüyü kimielə təkcə bu arayışa əsasən elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 17 il 2 ay 16 gün təşkil etmişdir. Qeyd olunmalıdır ki, bu günə qədər də iddiaçı həmin idarədə elektrik qaynaqçısı olaraq işləyir. Bütün bunları qeyd edərək və sənədləri təqdim edərək iddiaçı güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etsə də, Azərbaycan respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X33 X24 İdarəsi tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə imtina məktubu göndərilərək bildirildi ki, əmək kitabçasında qeyd edilmiş xx xxxxxxx 1976-cı il tarixdən xx xxxxxx 2002-ci il tarixə qədərki dövr arxiv arayışları ilə təsdiq edilmir. Qeyd olunmalıdır ki, xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajımı tamamladığım üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Qanunvericiliyə əsasən də bu iş stajım əmək kitabçam ilə sübuta yetirilir. Bu əsasdan hesab olunur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin l hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X33 X24 İdarəsinin nümayəndəsi və vəkili X7 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı, ƏPQ-nin 31.2-1-ci maddəsində nəzərdə tutulmuş dövlət arxiv arayışlarını təqdim edə bilmədiyindən İdarənin onun müraciətinə cavabı qanuna uyğun olmuşdur. Fərz edək ki, iddiaçının ümumi əmək stajı müəyyən edilə bilir. Bu zaman, aşağıdakıları da diqqətə almaq lazımdır. Belə ki, iddiaçı xx xxxxxx 2019-cu i! tarixli bir Arayışa istinad edərək güzəştli iş stajının olduğunu iddia edir. Halbuki həmin Arayışın mötəbərliyi şübhə altındadır. Ona görə ki: əvvəla, arayışı imzalayan şəxsin “xxxxxxxxxxxxxxxxxxxx" icarə müəssisəsində tutduğu vəzifə bəlli deyil. X15 əldə olunan Çıxarışla “xxxxxxxxxxxxxxxxxxxx" icarə müəssisəsinin (VÖEN **********) qanuni təmsilçisinin X18 olduğu təsdiqlənir (surəti əlavə olunur); ikincisi, “Mülkiyyət” qəzetinin xx xxxx 2019-cu ildə çap edilmiş 30-cu sayında bu məzmunda elan verilib: “xxxxxxxxxxxxxxxxxxxx” icarə müəssisəsinin və “xxxxxxxxxxxxxxxxxxxx” Trestinin 4 nömrəli Tikinti Quraşdırma müəssisəsinin hüquqi sənədlərinin (nizamnamənin, şəhadətnamə və VÖEN), o cümlədən möhür və ştamplarının itdiyi üçün etibarsız hesab edilsin” (surəti əlavə olunur). Bu hal. arayışa vurulmuş möhürün mötəbərliyini də şübhə altına alır; iddiaçı, iddia etdiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə güzəştli arayuşı təqdim edə bilməyib. Halbuki Əmək və X21 Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda. Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “əmək pensiyaları haqqında" qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin təqdim etməlidir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Hacıyeva iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X33 X24 İdarəsinin nümayəndəsi və vəkili X7 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə Şuşa rayonunda anadan olmuşdur. İddiaçı Şuşa rayonu, Aşağı Quşçular kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Bakı “X2” tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə (əmr No 23 OT xx.xx.1983-cü il) 1 saylı X12 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1987-ci il tarixdə (əmr No 130 OT xx.xx.1987-ci il) həmin müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə verilib. xx.xx.1987-ci il (əmr No 139 OT xx.xx.1987-ci il) KZOT müəssisəsində vəzifəsindən azad edilir. xx.xx.1987-ci il (əmr № 91 OT xx.xx.1987-ci il) X25 PTR-6 əl ilə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1988-ci il (əmr № 9k OT xx.xx.1988-ci il) həmin müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilib. xx.xx.1988-ci il (əmr №28 OT xx.xx.1988-ci il) başqa işə (5 st 29 k 30 saylı əmr RSFSR) köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilir.xx.xx.1988-ci il (əmr №51 OT xx.xx.1988-ci il) SMY №1 Bakı şəhəri Boruçəkmə İdarəsinə 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1989-cu il (əmr № 32 OT xx.xx.1989cu il) həmin idarədə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilib.xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. - Socar “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın sürətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixində (əmr № 81/k, xx.xx.2002-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı X3 filialına elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində (əmr № 667/k, xx.xx.2014-cü il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 12 il 2 ay 17 gün (on iki il iki ay on yeddi gun) təşkil edir. “Xəzərdənizneftqaztikinti” tresti SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. 4 saylı X3 Filialı SOCAR-ın xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən 4 saylı X16 adlandırılmışdır. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 750/k, xx.xx.2014-cü il) “Neftqaztikinti” trestinin 3 saylı X12 əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 176-k, xx.xx.2015-ci il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay (doqquz ay) təşkil edib. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000253,xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 4 il 2 ay 29 gün (dörd il iki ay iyirmi doqquz gün). İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 17 il 2 ay 16 gün (on yeddi il iki ay on altı gün) təşkil edir. - Socar “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində fəaliyyət göstərir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suşa rayon Bölməsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 291 saylı arayışdan görünür ki, iddiaçı X19 xx.xx.1988-ci il keçmiş Şuşa rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmış, xx.xx.2011-ci il tarixdə 50(yaş) həddi ilə qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyası tərəfindən verilmiş QS-0177-18 saylı sərtifikatdan görünür ki, həmin sertifikat xx xxxx 2018-ci il tarixdə X11 X34 X4 dair Tövsiyyəsinə uyğun olaraq neftçi vəzifəsində olan İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X27 xx xxxxxx 2020-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə İdarəyə təqdim olunan xx xxxx 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1976-xx.xx.2002-ci il tarixləri arasındaki dövr ərzində ayrı-ayrı müəssisə və təşkilatlarda müxtəlif vəzifələrdə işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxılacaqdır. İşdə olan iddiaçının nömrəli İT-İ № nömrəli əmək kitabçasından və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki: -İddiaçı xx.xx.1976-cı ildən Barama dolama avtomatı sexinə barama qaynadan şagirdi qismində işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə barama qaynadan vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1978-ci il tarixdən xx xxxxxxxx 1979-cu il tarixədək Stepanakert elektrik texniki zavodunda maditexniki təminat şöbəsinə yükvuran fəhlə qismində fəaliyyət göstərmiş; xx.xx.1979xx.xx.1980-ci il tarixədək DQMV Dİİ idarədəknəra mühafizə şöbəsinə qarovulçu qismində qəbul edilmiş; xx.xx.1980-xx.xx.1982-ci il tarixədək Sovet ordusunun sıralarında xidmət etmiş, 01.0.1983-cü il tarixdən TQİ “Azərbaycan boru-kəmər tikinti”də 3-cu dərəcəli çilingər qismində işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli izolyasiyaçı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə kurs bitdikdən sonra 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş və xx.xx.1987-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1987-ci il tarixdən İxtisaslaşdırılmış STTİ-6 MİMPS trestində 4-cü dərəcəli əl qaynağı elektrik qaynaqçısı vəzifəsinə köçürülmə ilə qəbul olunmuş, xx.xx.1988-ci il tarixə əl ilə qaynaq elektrik qaynaqçısı 5-ci dərəcəsi verilmiş və xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1988-ci il tarixdən TQİ №1 “Azərbaycan boru-kəmər tikinti”də ixtisaslaşdırılmış STTİ-6 MİMPS trestindən köçürülmə ilə 5-ci dərəcəli əl ilə qaynaq elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu ildə əl ilə qaynaq elektik qaynaqçısı 6-cı dərəcəsi verilmiş və xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1998-ci il tarixində 1 saylı KTQ-nin Yevlax sahəsinə qaynaqçı qəbul edilmiş, xx.xx.1998-ci il tarixində 1 saylı KTQ-nin ləşvinə görə 3 saylı X23ynaqçı qəbul edilmiş,xx.xx.2000-ci il tarixində idarənin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.2000-ci il tarixində Fizuli 6-X29 Kontoruna Təhcizatçı təyin edilmiş, xx.xx.2002-ci il tarixində işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdən “Xəzərdənizneftqaztikinti” tresitinin 4 saylı X3 filialının 1 saylı sahəsinə 5-ci dərəcə ilə əl qaynaqçısı, xx.xx.2002-ci il tarixdən həmin peşə üzrə 3 saylı sahəyə keçirilmiş, xx.xx.2003-cü il tarixdə elektik-qaynaqçı kimi 6-cı dərəcə verilmiş və xx.xx.2014-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2014-cü il tarixdən “Nefqaztikinti “ trestinin 3 saylı X12 əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci il tarixində işdən azad edilmiş, xx.xx.2015-ci il tarixdə SOCAR-ın Neftqaztikinti tresti 3 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, halhazıradək həmin peşədə işləyir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya cavab məktubundan görünür ki: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxx 2020-ci il tarixli, 472 saylı məktubuna əsasən, “xxxxxxxxxxxxxxxxxxxx” İcarə müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona əmək kitabçasında olan xx.xx.1976-xx.xx.2002-ci il tarixlləri arasındakı dövr ərzində ayrı-ayrı müəssisə və təşkilatlarda müxtəlif vəzifələrdə işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxılacağı barədə məlumat verilmişdir. İşin mübahisələndirilən halı odur ki, cavabdeh iddiaçıya verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışın mötəbərliyini şübhə altına alır, həmçinin imtinanın əsasını xx.xx.1976xx.xx.2002-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi vəzifələr ilə bağlı arxiv arayışınının təqdim edə bilməməsidir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, iddiaçının tələb olunan yaşı, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş NZ-368800 saylı hərbi biletin və əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxxxx 1980-ci il tarixdən xx xxxxxx 1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 01 ay 18 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Bundan başqa, iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək hərbi xidmət illəri daxil edilməklə, ümumilikdə 25 ildən cox ümumi iş stajı olmuşdur ki bunlardan, 12 il 06 aydan çox xüsusi iş stajına aiddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyi yanında Dövlət X33 haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyi yanında Dövlət X33 məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, əl ilə elektrik qaynaqçısı (23200000-19906); 27-ci bölməsinin («Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri») 2290000a—12520 kodu ilə izolyasiyaçılar güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 19 il 06 ay iş stajına malik olmuşdur. Hərbi illəri ( 2 il 01 ay 18 gün) daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən çox iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli arayışın mötəbər sübut kimi qəbul edilməməsini, həmçinin xx xxxx 2019-cu il tarixli “Mülkiyyət” qəzetinin elan sahəsindən çıxarış təqdim edərək bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxx” Trestinin 4 nömrəli Tikinti Quraşdırma müəssisəsinin hüquqi sənədlərin , o, cümlədən möhür və ştampların itdiyi üçün etibarsız hesab olunmuşdur. Bu səbəbdən, iddiaçı tərəfindən təqdim olunmuş arayış , iddiaçının xüsusi iş stajının təsdiq edən sənəd kimi qəbul olunmamalıdır. Məhkəmə bunun ilə bağlı qeyd etmək istəyir ki, hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında “ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Həmçinin, Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq arayış ilə bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, xx xxxxxx 2019-cu il tarixli arayış “xxxxxxxxxxxxxxxxxxxx” İcarə Müəssisəsinin müdiri Vahid Əhmədov tərəfindən imzalanmışdır. “xxxxxxxxxxxxxxxxxxxx” İcarə Müəssisəsinin xx xxxxx 2002-ci il tarixli əmri əsasında, X20 müvəqqəti olaraq “xxxxxxxxxxxxxxxxxxxx” İcarə Müəssisəsinin TQM-nin rəis vəzifəsinin icraçısı təyin olunmuşdur. Həmçinin, hazırda “xxxxxxxxxxxxxxxxxxxx” İcarə Müəssisəsinin direktoru vəzifəsində fəaliyyət göstərən V.M.Orucovun məhkəməyə ünvanlanmış məktubundan aydın olur ki, MMC-nin rəhbəri tərəfindən həmin MMC-nin işçilərinin əmr və qeydiyyat arxiv materialları hal-hazırki vaxtadək təqdim olunmamışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli arayışının həqiqiliyini yoxlamaq mümkün olmamışdır. Məhkəmə həmçinin, fikrini ümumiləşdirərək qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş idarələrdə işləməsinə dair əmrlərin nə Dövlət arxivinə, nə də “X2” MMC-nin hazırki rəhbərliyinə təhvil verilməməsi iddiaçının əsas sübut kimi təqdim etdiyi əmək kitabçasının həqiqiliyini şübhə altına ala bilməz. Belə ki, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (2№-Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında aşkar olaraq göstərilmişdir. Beləliklə, Məhkəmə araşdırılması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericilikdə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İMP- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“inzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X22 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X17 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X21 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X24 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X21 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X24 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar