Məhkəmə qərarları › İş №2-1(112)-2559/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2559/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2559/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “cavabdehin iddiaçıya və onun ailə üzvlərinə qarşı hərəkətlərinə müvafiq hüquqi qiymət verilməsi, iddiaçının və ailə üzvlərinin mənzilə köçürülməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin ona və ailə üzvlərinə qarşı haqsız hərəkətinə hüquqi qiymət verərək, onun və ailə üzvlərinin ünvan 2 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı və ailə üzvləri (oğlu, nəvəsi, gəlini, həyat yoldaşı) 1992-ci ildən Bakı şəhəri Cavabdehin köməyi və göstərişi əsasında ünvan 3 ünvanına köçürülmüş və məskunlaşmışdır. İddiaçının əri vəfat etmişdir. Həmin mənzil vaxtilə milliyyəti erməni olan bir şəxsə məxsus olmuşdur. İddiaçı ailə üzvləri ilə birlikdə sözügedən mənzildə 27 il yaşamışlar. Həmin mənzildə iddiaçı və ailəsi məskunlaşdıqdan sonra kommunal xidmət müqavilələri iddiaçının adına keçirilmiş, xidmət haqları onun tərəfindən ödənilmişdir. İddiaçı həmin mənzilə köçərkən evin əvvəlki sahibinə müəyyən məbləğdə pul vəsaiti də ödəmişdir. İddiaçının mənzildə olmamasından istifadə etməklə onun yaşadığı mənzilə bir qrup şəxs qanunsuz olaraq yerləşdirilmişdir. İddiaçının iştirakı olmadan ona məxsus əşyaları mənzildən atılmışdır. Bu barədə iddiaçı Bakı şəhəri Nərimanov rayon polis idarəsinə müraciət etmiş, lakin müraciylə bağlı heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçı Bakı şəhəri Cavabdehə müraciət etmişdir. Cavab olaraq ona bildirilmişdir ki, aidiyyəti qaydada şikayətlərlə müraciət edə bilər. İddiaçı hesab edir ki, onun istifadə etdiyi mənzilə digər şəxslərin yerləşdirilməsi qeyri-qanunidir. İddiaçı ailə üzvləri ilə birlikdə hal-hazırda kirayədə yaşayır. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması ilə əlaqədar məhkəmə iclası 06 avqust 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 3-yə dair hal-hazırda heç bir sənədi yoxdur. Əlində olan sənədləri isə itirmişdir. Vaxtilə həmin mənzili milliyyəti erməni olan bir şəxsdən almışdır. Həmin mənzilə Şuşa şəhəri işğal edildikdən sonra köçmüşdür. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ona mənzillə təmin edilənədək kirayə haqqı ödənilir. Sözügedən mənzil sonradan qanunsuz olaraq zəbt edilmişdir. Əşyaları da həmin mənzildə qalmışdır. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər etsə də, həmin müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Sadəcə olaraq, ona bildirilmişdir ki, müraciətlərində göstərilən hallarla bağlı məhkəmə orqanlarına müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmədə iddia qaldırmışdır. İddiaçı izahatının sonunda ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçının məcburi köçkün statusu vardır və bu barədə onun adına məcburi köçkün vəsiqəsi də verilmişdir. İddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ona mənzillə təmin edilənədək kirayə haqqı ödənilir. Belə ki, o, Komitənin Nərimanov rayon filialında məcburi köçkün kimi qeydiyyatdadır. İddiaçının Bakı şəhəri, ünvan 3-ə dair subyektiv hüququnun olub-olmaması məsələsinə gəldikdə isə, qeyd edilməlidir ki, iddiaçı tərəf sözügedən mənzilə dair adına olan hər hansı sənəd təqdim edə bilmədiyindən iddia mümkün sayılmamalıdır. Nümayəndə izahatının sonunda iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İşə əlavə edilmiş sənədlərə və işin faktiki hallarına istinadən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsində əsas məqsədi Bakı şəhəri, ünvan 3-ə köçürülməsindən ibarətdir. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məcburi köçkün statusu vardır, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Nərimanov rayon filialında məcburi köçkün kimi qeydiyyatdadır və ona Komitənin tərəfindən mənzillə təmin edilənədək kirayə haqqı ödənilir. İddiaçının Bakı şəhəri, ünvan 3-ə dair subyektiv hüququnun olub-olmaması məsələsinə gəldikdə isə, qeyd edilməlidir ki, iddiaçı tərəf sözügedən mənzilə dair adına olan hər hansı sənəd təqdim etmir, iddia edilən ünvan 4 ünvanında yerləşən 27 saylı mənzil isə əslində 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)-375/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı əsasında icra edilərək X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Göstərilən qanunvericilik normalarından tələblərindən göründüyü kimi hazırki iddia üzrə iddiaçının mənzillə təmin olunma (konkret olaraq ünvan 4 ünvanında yerləşən 27 saylı mənzilə köçürülmə) predmetli iddia qaldırmağa dair subyektiv hüququn sahibi olmadığı anlamına gəlir. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, məhkəmə hesab edir ki, bu halda iddiaçıya iddianın dəyişdirilməsinə dair hüquqi yardımın göstərilməsi məqsədəmüvafiq deyildir və iddiaçı ünvan 3 ilə bağlı mülkiyyət hüquqlarının pozulduğunu hesab edirsə, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin icraatında olmuş 2- 1(82)-375/2014 saylı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Belə ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 Sədrlik edən: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar