Məhkəmə qərarları › İş №2-1(112)-256/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-256/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-256/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İ.Mübahisənin pedmeti

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “19 fevral 2007-ci il tarixdə təyin edilmiş və 26 fevral 2014-cü il tarixdə ikinci dərəcəyə dəyişdirilmiş əlilliyinin ləğv olunduğu 05 mart 2021-cil tarixdən bərpa edilməsi (yenidən təyin edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27 dekabr 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya əlilliyin dayandırıldığı 05 mart 2021-ci il tarixdən bərpa edilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Birinci Qarabağ müharibəsinin qazisidir.Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, Qarabağ döyüşlərində yaralanmışdır.Belə ki, Qarabağ bölgəsində 28 mart 1993-cü il tarixdə N saylı hərbi hissəsinin tərkibində Ağdərə bölgəsində döyüşlərdə iştirak edən zaman başından qəlpə yarası almış, eyni zamanda kontuziya olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə almışdır.Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra hərbi xidmət zamanı aldığı yaralar səhhətində öz təsirini göstərməyə başlamış və bu yaralanmanın təsiri altında onun sağlamlığı pozulmağa bağlamışdır.Nəticədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 dekabr 2006-cı il tarixli Qərarı ilə xəsarətlərin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış hərbi travma olduğu təsdiqlənərək "davamlı vegetativ-damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş beynin silkələnməsinin (xx.xx.1993-cü il) qalıq əlamətləri" diaqnozu qoyularaq dinc dövrdə hərbi xidmətə yararsız,müharibə dövründə isə məhdud yararlı sayılmışdır.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 28 dekabr 2006-cı il tarixli Qərarı ilə təsdiqlənmiş "davamlı vegetativ-damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının,baş beynin silkələnməsinin (xx.xx.1993-cü il) qalıq əlamətləri" diaqnozu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 4 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən də təsdiqlənmiş və 19 fevral 2007-ci il tarixdə iddiaçıya üçüncü dərəcəli əlillik təyin olunmuşdur.Sonradan o, hər il mütəmadi olaraq təkrar müayinədən keçirilərək əlilliyinin müddəti 1 il olmaqla 2016-cı ilədək uzadılmışdır.Nəhayət 2016-cı ilin fevral ayında aidiyyəti qurumlara aydın olmuşdur ki, müharibə zamanı aldığı xəsarətlər nəticəsində iddiaçının pozulmuş sağlamlığı 1 İİ ərzində bərpa oluna bilməz və iddiaçının əlilllik müddəti 2021-ci ilin fevral ayınadək uzadılmışdır. Lakin 2021-ci ilin fevral ayında iddiaçı təkrar müayinədən keçdikdə iddiaçının əlillik müddəti əsassız olaraq uzadılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtinanın əsası olaraq əlavə müalicəyə ehtiyacının olması,müayinə və müalicə müddətinin yetərli olmaması,vəziyyətinin dəqiqləşdirilməsi üçün müayinə və müalicənin məsləhət görüldüyü bildirilmişdir.Bundan sonra iddiaçı 2 ildir ki,müalicə alaraq yenidən müayinədən keçsə də, onun əlilliyinin yenidən təyin edilərək bərpası cavabdeh tərəfindən əsassız olaraq həyata keçirilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı şəhər 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri Digər neqativ pozğunluqlar, Kəskin asteno nevrotik sindrom. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Göründüyü kimi, İddiaçı Məmrnədhəsən oğlunun əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022- ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmişdir, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 8.Habelə iddiaçı iddia müddətinin bərpa edilməsi barədə məhkəməyə ərizə vermiş, ərizəsini onunla əsaslandırmışdır ki, 19 fevral 2007-ci il tarixində ona üçüncü dərəcəli əlillik təyin olunmuşdur və hər il mütəmadi olaraq təkrar müayinədən keçirilərək əlilliyinin müddəti 1 il olmaqla 2016-cı ilədək uzadılmışdır. Daha sonra 26 fevral 2014-cü ildə əlilliyi ikinci dərəcəli əlilliyə dəyişdirilmiş və müddəti 2021-ci ilin fevral ayınadək uzadılmışdır.Pensiya kartına pensiyasının yüklənməməsini müəyyən etdikdən sonra dəfələrlə şifahi qaydada DOST xidmətinə müraciət etmişdir. Son dəfə xx.xx.2023-cü il tarixində əlilliyin alt sistemindən çıxarış almaq üçün “DOST" Agentliyinə müraciət etmişdir.Yalnız bu müraciəti etdikdən sonra ona pensiyanın təyin edilməsindən imtinaya dair bildiriş təqdim edilmişdir.Həmin bildiriş iddiaçının poçt ünvanına göndərilməmişdir, bundan da əlavə olaraq elektron imza, asan imza yə ya digər elektron rabitə vasitəsindən iştifadə etmədiyi üçün inzibati orqanın göndərdiyi akt və məktublar nəticə etibarı ilə ona çatdırılmamış, inzibati içraat zamanı dinlənilmə hüququ kobudçaşına pozulmuşdur,bununla əlaqədar olaraq, ərizənin icraşından imtina məktubu ona təqdim edildikdən şonra 30 günlük prosessual müddəti ötürməmiş, aidiyyəti inzibati məhkəməyə ərizə ilə müraciət etmişdir. 9.Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2007-ci il tarixdə təyin edilmiş və 26 fevral 2014- cü il tarixdə ikinci dərəcəyə dəyişdirilmiş əlilliyinin ləğv olunduğu 05 mart 2021-ci il tarixdən bərpa edilməsi (yenidən təyin edilməsi) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” haqqında iddiası üzrə buraxılmış iddia müddəti bərpa olunmuşdur.Məhkəmə iddia müddətini bərpa edən zaman Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli qərarında qeyd edilmiş – məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilsə də yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlərin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz – hüquqi mövqeyini, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasıın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsi hüququnun olmasını, habelə iddiaçıya sağlamlığı məhdud olan şəxs kimi pensiya təyin edilməsindən imtina barədə yazılı qərar təqdim edilmədiyini, bu barədə bildirişi xx.xx.2023-cü ildə yazılı şəkildə əldə etdiyini və həmin tarixdən 17 gün sonra xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə almışdır.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ( vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 11.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. 12.Məhkəmə iş materiallarında olan: İddiaçının ambulator kitabçasından çıxarışa əsasən iddiaçı keçirilmiş qapalı kəlləbeyin travması və digər xəstəliklərlə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər D.Məlikov adına 6 nömrəli birləşdirilmiş şəhər xəstəxanasında, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər Bakı Baş Səhiyyə İdarəsinin “X8”ndə stasionar müalicə olunmuşdur. 17 nömrəli, xx.xx.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edən zaman “Başın təpə nahiyəsinin qəlpə yarası, kontuziya, Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, asteno-vegetativ təzahürlərlə, və digər əlamətlərlə müalicə olunmuşdur, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə zamanı məhdud yararlı hesab edilmişdir, diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nin qərarı: “Davamlı vegetativ-damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş-beyin silkələnməsinin (xx.xx.1993-cü il) qalıq əlamətləri” olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı xx.xx.2021-ci ildə “XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz T90.5 Kəllədaxiii travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonraki davamlı qalıq əlamətləri. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxiii hipertenziya, Kəllədaxili hipertenziya. Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beynin silkələnməsindən sonrakı qalıq əlamətləri. Ağırlaşma G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya. Ağırlaşma R52.0 Kəskin ağrı, Davamlı ağrı sindromu. Ağırlaşma F48.0 Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər 110 Essens! [birincili] hipertenziya, Arterial hepertenziya İİİ mərhələ” diaqnozu ilə müayinəyə göndərilmiş, ona əlilliyin təyinatından imtina edilmişdir, imtinanın səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kliniki xəstəxanasında müayinə və müalicəsi məsləhət görülür” göstərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2022-ci ildə və xx.xx.2021-ci ildə iddiaçıya “Kəllədaxili travmaların nəticələri, keirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri Digər neqativ pozğunluqlar Kəskin asteno -nevrotik sindrom” diaqnozu ilə əlillik verilməsindən imtina edilmiş, səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2016-cı ildə iddiaçıya “Keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri posttravmatik ensefalopatiya Kəskin asteno -nevrotik sindrom” diaqnozu ilə xx.xx.2021-ci ilə qədər İİ dərəcəli əlillik verilmişdir. Tibbi-Sosial Ekspert komissiyasının 034278 nömrəli arayışına əsasən iddiaçıya xx.xx.2008-ci ilə qədər, 473266 nömrəli arayışına əsasən 01 mart 2009-cu ilə qədər, 650086 nömrəli arayışına əsasən xx.xx.2010-cu ilədək, 766921 nömrəli arayışına əsasən xx.xx.2011-ci ilədək, 976659 nömrəli arayışına əsasən xx.xx.2012-ci ilədək, 214526 nömrəli arayışına əsasən xx.xx.2013-cü ilə qədər, 091772 nömrəli arayışına əsasən xx.xx.2014-cü ilə qədər 3-cü dərəcəli, 318904 nömrəli arayışına əsasən xx.xx.2015-ci ilə qədər 2-ci dərəcəli, 493492 nömrəli arayışına əsasən xx.xx.2016-cı ilə qədər 2-ci dərəcəli əlillik verilmişdir. Ağdaş MRX-nın 1117 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər başın təpə nahiyəsinin qəlpə yarası, kontuziya diaqnozu ilə stasionar müalicədə olmuşdir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarına əsasən vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli, 17 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Davamlı vegetativ damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş beyin silkələnməsinin (xx.xx.1993) qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksəlməsindən, yuxusuzluqdan, başgicəllənmədən, sol tərəfində gücsüzlükdən şikayətlənmişdir. Nevroloji müayinə zamanı kəllə-beyin sinirləri tərəfindən yaşa uyğun dəyişikliklər, əzələ gücü və tonusu dəyişiksiz, reflekslər D=S canlı, Romberq vəziyyətində dayanıqlı qeyd olunmuş, Serebellar testləri düzgün icra etmiş, patoloji reflekslər çağrılmamışdır.TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ xx.xx.2021-ci il tarixli, 5256 nömrəli ambulator kitabçadan çıxarışında diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasından, baş, beyin şilkələnməsindən sonrakı qalıq əlamətləri, posttraymatik enşefalopatiya, aşteno-nevrotik sindrom. Beyinin normal KT görünüşü” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə uyğun olaraq diaqnoz əlillik əlaməti, təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ-nin T632/2024 nömrəli rəyinə əsasən 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından və İddiaçı tibb müəssisəsində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı.Lakin, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 10 nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0096003AADYH nömrəli Forma 088-də göndərişində qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşmalar: J96-başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, tənəffüs çatmamazlığı İİ dərəcə, J42- dəqiqləşdirilməmiş xroniki bronxit, xroniki bronxit obstruktiv sindromla kəskinləşmə mərhələsi. Yanaşı xəstəliklər: F06.5-üzvi mənşəli emosional labil (astenik) pozğunluq, üzvi mənşəli emosional labil pozuntu, asteno-nevrotik vəziyyət, A16.0-digər oynaqların posttravmatik artrozu, sol diz oynağının hemartrozuna görə punksiya və gips sarğısından sonrakı vəziyyət” diaqnozlar ona stasionarda müalicəsi zamanı anamnestik və laborator instrumental müayinələr əsasında müəyyən edildiyindən və xəstəlik xroniki hala keçdiyindən onun həmin xəstəliklərə düçar olmasını inkar etmək olmaz. 2.Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli,11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.3. Xəstəliklərin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir (xəstəlik haqqında şəhadətnamə №-17, xx.xx.2006-cı il). İV.Məhkəmənin mövqeyi 13.”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 14.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 15.İddiaçıya ikinci dərəcə əlilliyinin növbəti müayinə zamanı təyin edilməsindən imtina verildiyi 05 mart 2021-cil tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.1-ci bəndinə əsasən,birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2.-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz;3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.1-ci və 13.6-cı bəndlərinə əsasən başın travmalarının nəticələri T.90 - əlilliyin təyinatına əsas verən xəstəlik – meyardır; 17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 18.İşin faktiki hallarından göründüyü kimi 17 nömrəli, xx.xx.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edən zaman “Başın təpə nahiyəsinin qəlpə yarası, kontuziya, Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, asteno-vegetativ təzahürlərlə, və digər əlamətlərlə müalicə olunmuşdur, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə zamanı məhdud yararlı hesab edilmişdir, diaqnoz və yaralanmanın, travmanın, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nin qərarı: “Davamlı vegetativ-damar əlamətlər və nevrozabənzər sindromla nəticələnmiş keçirilmiş kəllə-beyin travmasının, baş-beyin silkələnməsinin (xx.xx.1993-cü il) qalıq əlamətləri” olmuşdur. İddiaçıya xx.xx.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci və 13.6cı bəndlərində göstərilən xəstəliklə (başın travmalarının nəticələri T.90) eyni olması təyin edilmiş məhkəmə-tibbi ekspertizasının nəticə ilə təsdiq edilir. Eyni zamanda məhkəmə tibbi ekspertizasının nəticəsindən görünür ki, iddiaçının düçar olduğu xəstəlikləri xroniki hala keçmişdir və Bakı 10 nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0096003AADYH nömrəli Forma 088-də göndərişində qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri” 17 nömrəli, xx.xx.2006-cı il tarixli xəstəlik haqqında şəhadətnamədə göstərilən xəstəliklərə uyğundur, yəni iddiaçı 2006-cı ildə şəhadətləndirildikdən sonra 2022-ci ilə qədər olan müddətdə onun səhhətində müsbətə doğru irəliləyiş olmamışdır.

19. Cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliyinin və digər yanaşı xəstəliklərinin olması, uzun müddət xəstə olması kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina edilməsi haqqında qərar qəbul etmiş və iddiaçıya əlillik təyin etməmişdir, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini, nəticədə iddiaçının sosial təminat almaq hüququ olan Azərbaycan Respublikasının vətəndaşının hüquqlarını pozmuşdur. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 21.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 22.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 27 dekabr 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya əlilliyinin dayandırıldığı 05 mart 2021-ci il tarixdən bərpa edilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

23.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci,33-ci, 35ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 27 dekabr 2006-cı il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən əlilliyin dayandırıldığı 05 mart 2021-ci il tarixdən bərpa edilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar