Məhkəmə qərarları › İş №2-1(112)-2565/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2565/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2565/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehən qarşı X12, X22, X23, X30 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12, X22, X23, X19 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı komissarı küçəsi, ev 8a, 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.09.2021-ci il tarixli, 2-1(112)-10568/2021 nömrəli qərardadı ilə hazırki iş üzrə X12, X22, X23, X30 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı cavabdehin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Naziliyinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X20, X23, X22 və X19 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02.04.2015-ci il tarixli, ******* saylı Azərbaycan Respublikası ƏMDKY-da DƏDRX-ti tərəfindən qeydiyyata alınmış çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, ev 8 a, 4 saylı mənzil onun mülkiyyətindədir. 14.07.2021-ci il tarixli, Forma №2 arayışa əsasən onun mülkiyyətində olan mənzildə X12 08.07.1989-cu il, X22 14.02.1987-ci il, X23 09.07.2011-ci il və X30 08.10.2012-ci il doğum tarixli vətəndaşları qeydiyyatdadırlar. Qeydiyyatdan çıxmırlar, aralarında tez-tez münaqişələr olu. Sabunçu rayon Pİ-nin pasport qeydiyyat şöbəsinə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* №-li, 02.04.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 148 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli, 335 №-li arayışdan görünür ki, İddiaçı Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 8a №-li, 2 mərtəbəli evin 1 mərtəbəsində, yaşayış sahəsi 50,0 kvm. olan 4 №-li 2 otaqlı mənzildə yaşayır. Mənzildə X22, X23, X30, X12 qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 13.07.2021-ci il tarixli arayışdan görünür ki, 26.06.2011-ci il təvəllüdlü X31, 22.05.2010-cu il təvəllüdlü X29, 09.07.2011-ci il təvəllüdlü X23, 08.05.1991-ci il təvəllüdlü X24, 14.02.1987-ci il təvəllüdlü X22, 08.10.2012-ci il təvəllüdlü X30, 08.07.1989-cu il təvəllüdlü X12 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 23.12.2021-ci il tarixli, 073-38503- 1221 №-li məktuba əlavə edilmiş “X49”larının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Qəniyeva (Quliyeva) Humay Vidadi qızı 02.04.2013-cü il tarixdə, X12 20.06.2014-cü il tarixdə ünvan 3 ünvanı üzrə qeydiyyata alınmışlar. Onların həmin yaşayış sahəsinə qeydiyyatları DƏDRX tərəfindən verilmiş 26.03.2004-cü il tarixli, ÖM 072283 nömrəli çıxarışa əsasən mülkiyyətçi X6 ərizəsi əsasında aparımışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.10.2021-ci il tarixli, **********63 nömrəli məktubdan görünür ki, X4, X7, X8, X19 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, ev 8a, 4 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak ilkin olaraq dövlət reyestrində X5 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 02.08.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlak X18 tərəfindən X1. X25 15.02.2000-ci il tarixli bağışlanma müqaviləsinə əsasən mənzili bacısı X14 bağışlamışdır. X9 həmin mənzil üzərində mülkiyyət hüquqları 28.01.2014-cü ildə qeydə alınmışdır. 25 fevral 2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-5754 saylı, 27.06.2014cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı X10 məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı almışdır. - Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış 19.04.2017-ci il tarixli, Q73-10639-i nömrəli məktubun surətindən görünür ki, Sabunçu rayon məhkəməsinin 28.07.2015-ci il tarixli, 2(008)-5190 saylı qətnaməsinə əsasən X25, X26, X21, X15, X27 və azyaşlı övladları X28 və X16 Bakı şəhəri, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 8A saylı evin 4 saylı mənzilindən qeydiyyatdan çıxarılmışlar. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 148 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli, 498 №-li arayışdan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel (keçmiş 26 Bakı Komissarı) küçəsi, ev 8A 2019-cu il tarixdə sökülüb, sakinlər köçürülüblər. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.12.2021-ci il tarixli, **********38 nömrəli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 8a, 4 saylı mənzil 02.04.2015-ci il tarixdə qeydiyyatdan keçmiş və 02.04.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən çıxarışın ləğv edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.08.2021-ci il tarixli, 073-312848 №li məktubdan görünür ki, ərizəsinə baxılmışdır. ərizəsinin icrası ilə əlaqədar olaraq bildirilir ki, ərizəsində qeyd etdiyi vətəndaşlar X4, X7, X8, X19 ona məxsus olan ünvan 3-dən qeydiyyatdan çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilir. Məhkəmə iddiaçının nümayəndəsinın izahatının dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel (keçmiş 26 ünvan 8 ünvanında yerləşən daşınmaz əmlak 2019-cu il tarixdə sökülmüşdür. Yəni yaşayış sahəsi faktiki olaraq mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 150-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. - 203.1-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. - 234-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel (keçmiş 26 ünvan 8 ünvanında yerləşən əmlak tamamilə məhv olduğundan Azərbaycan Respublikası MMnin 203.1-ci maddəsinə əsasən iddiaçının həmin əmlaka mülkiyyət hüququ itirmişdir. Belə olan halda İddiaçı mövcud olmayan yaşayış sahəsindən başqa şəxslərin, o cümlədən hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin qeydiyyatdan çıxarılmalarının tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından onun tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar