Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2565/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavələr nəzərə alınmaqla əmək pensiyasının hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən, yəni xx.xx.2022-ci il tarixdən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildə yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2020-xx.xx.2022-ci illlər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırki pensiyası arasında olan fərqin birdəfəlik ödəniş şəklində ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbində qeyd edilmiş “birdəfəlik ödəniş şəklində ona ödənilməsi” hissəsinin nəzərə alınmamasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1957-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuşdur. 1985-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1974-cü ilin avqust ayından 1976-cı ilin avqust ayına kimi Qəbələ rayonu Fioletov adına sovxozda fəhlə işləmişdir. 1976-cı ilin sentyabr ayından 1977-ci ilin aprel ayına kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə oxumuşdur. 1977-ci ilin may ayından 1979-cu ilin may ayına kimi hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyul ayından 1987-ci ilin fevral ayına kimi X2 İdarəsinin Vano Stura adına Gəmiqayırma zavodunda fəhlə işləmişdir. 1987-ci ilin fevral ayından 1988-ci ilin yanvar ayına kimi Korgöz Tikinti materilları Kombinantında hüquqşünas vəzifəsində işləmişdir. 1988-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi Yasamal rayon Məhkəməsində məhkəmə icraçısı, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin iyul ayına kimi Sabunçu rayon Məhkəməsində məhkəmə icraçısı, 1989-cu ilin iyul ayından 1993-cü ilin mart ayına kimi Xətai rayon Məhkəməsində Baş məhkəmə iştirakçısı, 1993-cü ilin mart ayından 2000-ci ilin sentyabr ayına kimi Xətai rayonu Ədliyyə polis bölməsində inspektor vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2000-ci il tarixli 524 saylı sərancamı ilə Xocavənd rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli 2289 saylı sərancamı ilə Oğuz rayon məhkəməsinin hakimi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2017-ci il tarixli 3297 və 3298 tarixli sərancamları ilə İsmayıllı rayon Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 30 dekabr 2022-ci il qərarı ilə hakim vəzifəsində olmamın son yaş həddinə çatması nəzərə alaraq səlahiyyətlərinə xitam verilmişdir. 2023cü ilin yanvar ayında ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7, 20.7.1 və 20.7.2 maddələrinə əsasən orta əmək haqqını 71,75%- 6270,18 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş əmək pensiyasının düzgün hesablanmadığına görə pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi fılalına müraciət etmişdir. Həmin idarədən ona verilən cavabda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). İddiaçıya son 24 ay ərzində ödənilmiş əmək haqqına dair təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 yanvar 2023-cü il tarixli 3-16-8/2-19/2023 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən 22 il 3 ay 28 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (8738,92 manat) 71,75 faizi—6270,18 manat məbləğində 31 dekabr 2022-ci il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Cari il üzrə indeksləşdirmə nəzərə alınmaqla əmək pensiyanın 1 yanvar 2023-cü il tarixindən 7191,90 (6270,18+14,7%) manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyası məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005- ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasını “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşını 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəni 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəni 621,25 manat, digər növ əlavələrini 3276,06 manat olmaqla 60 ay üzrə orta aylıq əmək haqqı 7500,56 manat təşkil edəcək. Bununla əlaqədar əmək pensiyanın orta aylıq əmək haqqının (7500,56 manat) 80 faizi - 6000,45 manat məbləğində, 1 yanvar 2023-cü il tarixindən isə 6882,52 (6000,45+14,7%) manat məbləğində müəyyən ediləcək. Göründüyü kimi, əmək pensiyanı göstərilən qaydada hesablanacağı təqdirdə 7191,90 manatdan 6882,52 manata azalacaqdır. Bununla əlaqədar əmək pensiyasının yenidən hesablanması təxirə salınıb. Cavabdeh orqan tərəfindən ona əmək pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan 20.7.2-ci maddəsi əsas götürülərək 71,75 faiz yəni 6270,18 manat pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə əmək pensiyası yaşma çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il taixədək qüvvədə olmuş redaksiyasına görə 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə- hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqınının 5 faizi miqdarında əlavə olunmaqla lakin aylıq əmək haqqının 80 faizdən çox olmamaq şərti ilə hesablanır. Qeyd olunan Qanunun tələbinə görə ona 71,75 faiz deyil, aylıq əmək haqqının 80 faizi pensiya hesablanmalı idi. Cavabdeh orqanın yuxarıda qeyd olunan qaydada ona pensiya hesablaması onun pensiya təminatına neqativ təsir etdiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbi nəzərə alınmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati - İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya-hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosiai təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir". “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Rüspublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl) əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə almır. İddiaçı hesab edir ki, iddia tələbi əsaslı olduğundan ona hesablanmış əmək pensiyası yenidən hesablandıqda artım müəyyən ediləcəkdir. Odur ki, ona əmək pensiyası yenidən hesablandıqdan sonra məhrum olduğu həmin məbləğlərin hesablanaraq ödənilməsi də zəruridir.
4. Əmək pensiyasının yenidən hesablanmasından imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Ona son 24 ay ərzində ödənilmiş əmək haqqına dair təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 yanvar 2023-cü il tarixli 3-16-8/2-19/2023 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən 22 il 3 ay 28 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (8738,92 manat) 71,75 faizi—6270,18 manat məbləğində 31 dekabr 2022-ci il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Cari il üzrə indeksləşdirmə nəzərə alınmaqla əmək pensiyanı 1 yanvar 2023-cü il tarixindən 7191,90 (6270,18+14,7%) manat məbləğində müəyyən edilib. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanı “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-ÜU maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşını 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin 621,25 manat, digər növ əlavələrin 3276,06 manat olmaqla 60 ay üzrə orta aylıq əmək haqqının 7500,56 manat təşkil edəcək. Bununla əlaqədar əmək pensiyanı orta aylıq əmək haqqının (7500,56 manat) 80 faizi - 6000,45 manat məbləğində, 1 yanvar 2023-cü il tarixindən isə 6882,52 (6000,45+14,7%) manat məbləğində müəyyən ediləcək. Göründüyü kimi, əmək pensiyanın göstərilən qaydada hesablanacağı təqdirdə 7191,90 manatdan 6882,52 manata azalacaqdır. Bununla əlaqədar əmək pensiyanın yenidən hesablanması təxirə salınıb.
5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-138402/2023 nömrəli məktubu ilə onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna aid edilən şəxslər sırasında 20.1.4-cü maddəyə uyğun olaraq əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək prqanizm funksiyalarının 81- 100% pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər daxildir. Qanunun 20.7-ci maddəsinə əsasən Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə əsasən 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin Qanunun 20.1.4-cü, 20.7.1-ci və 20.7.2-ci maddələrinə müvafiq olaraq hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Eyni zamanda bildirilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. İddiaçı son 24 ay ərzində ödənilmiş əməkhaqqına dair təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 yanvar 2023-cü il tarixli 3-16-8/2- 19/2023 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən 22 il 3 ay 28 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (8738,92 manat) 71,75 faizi-6270,18 manat məbləğində 31 dekabr 2022- ci il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cari il üzrə indeksləşdirmə nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1 yanvar 2023- cü il tarixdən 7191,90 (6270,18+14,7%) manat məbləğində müəyyən edilib. Belə ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasında göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliklə isə pensiya təminatı ilə bağlı müddəalar aşağıdakı kimi verilmişdir: “Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir”. Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki “Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya” sözləri “Pensiya” sözü ilə əvəz edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əməkhaqlarının 80 faizi miqdarında pensiya verilirdi və əməkhaqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əməkhaqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 621,25 manat, digər növ əlavələr 3276,06 manat olmaqla 60 ay üzrə orta aylıq əməkhaqqı 7500,56 manat təşkil edəcək. Bununla əlaqədar iddiaçının əmək pensiyası orta aylıq əməkhaqqının (7500,56 manat) 80 faizi - 6000,45 manat məbləğində, 1 yanvar 2023-cü il tarixdən isə 6882,52 (6000,45+14,7%) manat məbləğində müəyyən ediləcək. Göründüyü kimi, iddiaçının əmək pensiyası göstərilən qaydada hesablanacağı təqdirdə 7191,90 manatdan 6882,52 manata azalacaqdır. Bununla əlaqədar əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır.
6. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən aydın olur ki, iddiaçı xx.xx.2000 – xx.xx.2022-ci illər ərzində hakim vəzifəsində işləmişdir (22 il 3 ay 29 gün).
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İsmayıllı rayon məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-ci il tarixdən 2485,00 manat təşkil edir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşına 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-7-1797/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən 1461,66 manat hazırkı pensiya məbləği yenidən hesablanaraq 6270,18 manat olmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
12. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III. Məhkəmənin mövqeyi
15. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir.
17. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
19. Məhkəmənin hazırkı iş üzrə mövqeyi sabiq hakimə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-48/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarına uyğundur.
20. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
21. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.
22. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
24. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.
26. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.
27. “Məhkəmələr və hakimlər haqqında” Qanundan: Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı ...Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Odur ki, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
28. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən aydın olur ki, iddiaçı xx.xx.2000 – xx.xx.2022-ci illər ərzində hakim vəzifəsində işləmişdir. (22 il 3 ay 29 gün) Faktiki olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına uyğun olaraq iddiaçının 16 il 10 ay stajı mövcud olduğundan ona münasibətdə həmin Qanunun 20.7.3-cü maddəsinin tətbiqinə əsas verir.
29. İddiaçı (16 il 10 ay) 10 ildən yuxarı hakim işlədiyi üçün hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (55+6x5=85%), lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə (odur ki, iddiaçıya münasibətdə 80% tətbiq olunmalıdır) müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir.
30. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (16 il 10 ay) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi.
31. Beləliklə, iddiaçı xx.xx.2020 – xx.xx.2022-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də (olduğu təqdirdə) sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilənə əlavələr nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.
32. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı sabiq hakim kimi hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildə yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2020xx.xx.2022-ci illlər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırki pensiyası arasında olan fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva