Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2566/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********2 nömrəli Qərarında xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasında ona 15604,43 manat pensiya məbləğinin artıq ödənildiyi göstərilmiş və həmin vəsaitin Filalın hesabına ödənilməsi tələb edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubunda əsas kimi cavabdeh qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamentinin əməkdaşları tərəfindən aparılmış audit araşdırılmaları zamanı ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 811,08 manat artıq, xx.xx.2018-xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində 790,20 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənilməsi nəticədə (811,08 + 790,20 - 3106,92 + 17110,07) ümumilikdə 15604,43 manat artıq pensiya məbləği ödənilmişdir. Eyni zamanda onun pensiyası üzrə cavabdeh təşkilat tərəfindən yenidən hesablama qərarı qəbul edilərək 2021-ci ilin yanvar ayından etibarən hər ay 519,91 manat azaldılmış, lakin qeyd olunan qərar ona bu günədək təqdim edilməmişdir. Bununla bağlı 02 və 03 fevral 2021-ci il tarixlərdə etdiyi sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 11 noyabr 2016-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi (İİ qrup) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 11 noyabr 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3033,59 manat olmaqla orta aylıq əmək haqqı 3641,69 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (3641,69 manat) 80 faizi-2913,35 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 45642,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 46453,56 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 811,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 594,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3336,95 manat olmaqla orta aylıq əmək haqqı 3999,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3999,05 manat) 80 faizi-3199,24 manat məbləğində müəyyən edilmişdir. Lakin ona xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 3243,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 790,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 5990,96 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (5990,96 manat) 80 faizi-4792,77 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19171,08 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 16064,16 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 3106,92 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 9,33 faizi miqdarında əlavəsi 83,50 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 6051,36 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (6051,36 manat) 80 faizi-4841,09 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 67775,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 84885,33 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 17110,07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1601,28 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 15604,43 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15604,43 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili 11 mart 2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarların ləğv edilməsi şəklində dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi” kimi dəqiqləşdirilməsini nəzərə almağı xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********2 nömrəli “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixində anadan olmuş ünvan 2 ünvanda yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı ərzində ona 15604,43 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yeləşən tələbkar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi (bank rekviziti əlavə olunur) qərara alınmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işinə əlavə olunmuş DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 4760 manat, 59 qəpik olmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 4841 manat, 09 qəpik olmuşdur; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xosrov Hüsü oğlu X1 mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 11 noyabr 2016-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi (İİ qrup) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 11 noyabr 2016-cı il tarixində adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat (vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən dövr (xx.xx.1996-xx.xx.2000-ci il) ərzindəki vergi orqanlarında müvafiq qulluq stajına uyğun olaraq 5 ildən çox qulluq müddəti olan 42 ay üçün 24,00 manat, 5 ildən az qulluq müddəti olan 18 ayı üçün isə 21,00 manat əlavə hesablanmaqla (42x24+18x21):60=23,10 manat)), rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3033,59 manat olmaqla orta aylıq əmək haqqı 3641,69 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun qaydada orta aylıq əmək haqqının (3641,69 manat) 80 faizi-2913,35 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 45642,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 46453,56 manat ödənilmişdir. Bu səbəbdən də adıçəkilən şəxs yuxarıda qeyd olunan dövr ərzində 811,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 594,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3336,95 manat olmaqla orta aylıq əmək haqqısı 3999,05 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3999,05 manat) 80 faizi-3199,24 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018- 31,08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 3243,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 790,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən İddiaçı 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqısı 5990,96 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun qaydada orta aylıq əmək haqqının (5990,96 manat) 80 faizi-4792,77 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-31.12 2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19171,08 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 16064,16 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 3106,92 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 9,33 faizi miqdarında əlavə 83,50 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqısı 6051,36 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun qaydada orta aylıq əmək haqqının (6051,36 manat) 80 faizi-4841,09 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 67775,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 84885,33 manat ödənilmişdir Bu səbəbdən də adıçəkilən şəxsə yuxarıda qeyd olunan dövr ərzində 17110,07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2016xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1601,28 manat artıq, xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənilib. Nəticədə adıçəkilən şəxsə ümumilikdə 15604,43 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. 1 yanvar 2020-ci il tarixindən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-1-ci maddəsinə vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Göründüyü kimi, həmin müavinətin verilməsi hazırda vergi orqanlarında çalışan işçilər üçün nəzərdə tutulur. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarlarla əmək pensiyası yenidən hesablanmış, iddiaçıya xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı ərzində 15604,43 manat artıq əmək pensiyası ödənildiyinə istinad olunaraq cavabdehin “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ilə, İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 15604,43 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarları mübahisələndirir. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarından və məhkəmə iclasında mütəxəssisin izahlarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçının pensiyası yenidən hesablanarkən dövrlər üzrə aşağıdakı məbləğlər əsas götürülmüşdür: - xx.xx.2016-xx.xx.2018 dövrü üzrə - 540 manat (vəzifə maaşı) + 23,10 manat (qulluq stajına görə əlavə) + 45 manat (rütbəyə görə əlavə) + 3033,59 manat (mükafatlarla müavinətlərin cəminə görə əlavə) - xx.xx.2018-xx.xx.2019 dövrü üzrə - 594 manat (vəzifə maaşı) + 23,10 manat (qulluq stajına görə əlavə) + 45 manat (rütbəyə görə əlavə) + 3336,95 manat (mükafatlarla müavinətlərin cəminə görə əlavə) - xx.xx.2019-xx.xx.2019 dövrü üzrə - 895 manat (vəzifə maaşı) + 23,10 manat (qulluq stajına görə əlavə) + 45 manat (rütbəyə görə əlavə) + 5027,86 manat (mükafatlarla müavinətlərin cəminə görə əlavə) - xx.xx.2020-xx.xx.2021 dövrü üzrə - 895 manat (vəzifə maaşı) + 83,50 manat (qulluq stajına görə əlavə) + 45 manat (rütbəyə görə əlavə) + 5027,86 manat (mükafatlarla müavinətlərin cəminə görə əlavə) İddiaçının cavabdeh orqana müraciət ərizəsindən və iddia ərizəsindən aydın olur ki, yuxarıda göstərilən dövrlər üzrə pensiya yenidən hesablanarkən əsas götürülən məbləğlərdən qulluq stajına görə əlavə və mükafatlarla müavinətlərin cəminə görə əlavə mübahisələndirilmişdir. Belə ki, iddiaçı qulluq stajına görə əlavənin xx.xx.2016-xx.xx.2018, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019 dövrləri üzrə 39 manat, xx.xx.2020xx.xx.2021 dövrü üzrə isə 268,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin isə xx.xx.2016-xx.xx.2018 dövrü üzrə 3328,95 manat, xx.xx.2018-xx.xx.2019 dövrü üzrə 3661,84 manat, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2021 dövrləri üzrə isə 5492,76 manat hesablanmalı olmasını qeyd etmişdir. Onunla əsaslandırmışdır ki, qulluq stajına görə əlavə hesablanarkən xidmət illərinin 20 ildən çox olması nəzərə alınmalı və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin “20 ildən 25 ilədək – 39 manat miqdarında” (yeni redaksiya ilə 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində) tələbi əsas götürülməlidir. İddiaçı həmçinin “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-1-ci maddəsinə istinad edərək, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin nəzərə alınmalı olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, qulluq stajına görə əlavə xx.xx.2016-xx.xx.2018, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019 dövrləri üzrə 23,10 manat, xx.xx.2020-xx.xx.2021 dövrü üzrə isə 268,50 manat qeyd edilərkən, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən dövr (xx.xx.1996-xx.xx.2000-ci il) ərzindəki vergi orqanlarında müvafiq qulluq stajına uyğun olaraq 5 ildən çox qulluq müddəti olan 42 ay üçün 24,00 manat, 5 ildən az qulluq müddəti olan 18 ayı üçün isə 21,00 manat əlavə hesablanmaqla (42x24+18x21):60=23,10 manat)) 23,10 manat və eyni hesablama ilə xx.xx.2020-ci ildən etibarən 1 ildən 5 ilədək qulluq müddəti üçün vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək qulluq müddəti üçün vəzifə maaşının 10 faizi məbləğində hesablanmaqla vəzifə maaşının 9,33 faizi olan 268,50 manat müəyyən edilmişdir. Bundan əlavə, 1 yanvar 2020-ci il tarixindən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-1-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə ödənilən bir aylıq vəzifə maaşı hazırda vergi orqanlarında çalışan işçilər üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin məbləğ mükafatlarla müavinətlərin cəminə görə əlavəyə daxil edilməmişdir. Məhkəmə pensiyanın yenidən hesablanmasına dair cavabdehin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin mübahisəsiz halıdır ki, əmək pensiyasına əlavələr iddiaçının müraciətinə əsasən fəaliyyətinin son 24 ayı deyil, xx.xx.1996-xx.xx.2000-ci il dövr (60 ay) ərzindəki əməkhaqqının orta aylıq məbləğindən hesablanmışdır. Belə olan halda, əmək haqqına daxil olan bütün növ ödəmələr, o cümlədən qulluq stajına görə əlavə həmin əsas götürülən 60 ay üzrə müəyyən edilməli və əmək pensiyasına əlavələr hesablanmalıdır. İddiaçı pensiyaya çıxarkən 20 ildən çox stajı olsa da, hesablama son 24 ay üzrə aparılmamışdır ki, qulluq stajına görə əlavələr də həmin staja uyğun aparılsın. Qulluq stajına görə əlavənin 20 ildən çox staja görə hesablanması “sonrakı artım” kimi də qiymətləndirilə bilməz. 5 ilədək və ya 10 ilədək qulluq müddəti üçün əlavələrin məbləği artırıldıqda iddiaçıya münasibətdə tətbiq edilə bilər. Necə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinə edilmiş dəyişiklik 2020-ci il yanvarın 1-dən iddiaçıya münasibətə tətbiq edilmişdir. İddiaçının “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-1-ci maddəsinə istinad edərək, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin nəzərə alınmalı olmasına dair dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı o halda hazırda həmin vəzifədə işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (mükafatların) onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alınmasını tələb edə bilər ki, təyinat (status) baxımından həmin növ əlavəni işlədiyi dövrdə almış olsun. 1 yanvar 2020-ci il tarixindən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilmiş 69-1-ci maddəsinə əsasən, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. İddiaçının isə qeyd edilən müavinəti almaması işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, pensiyanın yenidən hesablanmasına dair mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, həmin hissədə iddia təmin еdilməməlidir. Məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərara münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2566/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2566/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver