Məhkəmə qərarları › İş №2-1(112)-2567/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2567/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2567/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 0.12 ha torpaq sahəsi üzərində mərhum anaları X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı torpaq sahəsinə dair mərhum anaları X4 adına X1 və istismarı birliyi Çöl- Şüvəlan bağlar sahəsindəki 190 №-li kooperativ tərəfindən xx.xx.2002-ci il tarixdə 73 №-li order verilib. Həmin orderdə qeyd edilib ki, Bakı şəhər İcraiyyə Komitəsinin 3 sentyabr 1993- cü il tarixli 1009 №-li qərarına əsasən X5 bağlar sahəsində 190 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 8 B №-li bağ ayrılıb. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının c-187-112 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən X5 190 №-li Çöl-Şüvəlan BTK-da torpaq sahəsi ayrılmışdır. Müraciətləri əsasında 24 saylı notariat ofisində mərhum anaları X4 adına vərəsəlik işi açılmışdır.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 saylı Notariat Ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 07 yanvar 2023-cü il tarixli, 5 №-li məktubda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 0.12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. Cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişlər. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli cavab məktubu ilə həmin torpaq sahəsinə dair çıxarışı verməkdən imtina etmişdir. İmtina məktubu bununla əsaslandırılmışdır ki, orderin əsli sənədlər toplusuna əlavə edilməmiş, həmçinin təqdim edilən X1 və istismarı birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda təqdim etdiyi xx.xx.2023-cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Həmçinin, qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 347/2021 nömrəli iş olmuş, lakin mübahisənin yekunlaşması ilə bağlı yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Hesab edirlər ki, cavabdeh orqanın həmin cavab məktubu tamamilə əsassızdır və bununla bağlı aşağıdakı xüsusatları diqqətə çatdırmaq istəyirlər. Torpaq sahəsinə dair qeyd edilən məhkəmə işi ilə bağlı bildirmək istəyirlər ki, həmin iş qeyd edilən torpaq sahəsində X8 tərəfindən yaradılmış manelərin aradan qaldırılması ilə bağlı olmuşdur. İş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-347/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qətnamə qəbul edilmiş, onların iddiaları tam təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsi almış və icraya yönəlmişdir. Buna dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən 18 aprel 2023-cü il tarixli məktub təqdim edilmişdir (müvafiq qətnamə və məktub iddia ərizəsinə əlavə edilir). Cavabdeh orqana təqdim etdikləri xx.xx.2023-cü il tarixli, c-187-112 nömrəli orderdə torpaq sahəsinin nömrəsi kimi “8B”, torpağın ölçüsü kimi 0.12 ha göstərilmişdir. Cavab məktubunda digər imtina əsası kimi X1 və istismarı birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar olunmamasıdır. Bununla bağlı bildirmək istəyirlər ki, orderin nüsxəsinin 1 saylı Ərazi İdarəsinin arxivində aşkar edilməməsi qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyil.

3. Sonuncu dəfə iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl- Şüvəlan bağ massivində yerləşən “8B” saylı 840 kv.m (0.084 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anaları X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********93 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər ki, təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 840 kv.m təşkil edir. Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunduğu məlum olmuşdur. Qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı mülki iş mövcud olmuş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.

6. Şifahi məhkəmə baxışı iclasınının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçıların vəkili məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçıların vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçıların vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şifahi məhəkmə baxışı iclasında iştirak ednə cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli **********72 3-21-3-30/2-11972/2023 nömrəli imtina məktubuna əsasən iddiaçıların müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********93 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Belə ki, orderin əsli sənədlər toplusuna əlavə edilməmiş, həmçinin təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda, təqdim edilmiş xx.xx.2023-cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan başqa qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı inzibati iş mövcud olmuş, lakin, mübahisənin yekunlaşması ilə bağlı yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır.

10. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli C-187-112 nömrəli arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı sərəncamından çıxarış təqdim edilmişdir. Çıxarışa əsasən: 2. Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın. 2.73. X5 – Çöl Şüvəlan BTK № 190.

11. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 07 yanvar 2023-cü il tarixli 5 nömrəli məktubla əsasən İddiaçı1 oğlnun və İddiaçı2 müraciəti əsasında xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 adına Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.

12. X6 və İstismarı Birliyi tərəfindən verilmiş 73 nömrəli orderin kserosurətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı sərəncamına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 190 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 8 B saylı bağ sahəsi ayrılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-347/2021 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-185/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçıların cavabdeh X7 qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativinin tərkibində 8B ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanması zamanı cavabdeh X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə açılmış qapı cavabdehin vəsaiti hesabına bağlanılması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçların istifadəsində və sahibliklərində olan torpaq sahəsinin cavabdeh Rasim Nəcəfov tərəfindən zəbt olunması, yəni – cavabdeh tərəfindən 8B saylı bağın içinə darvaza açıldığı, həmin darvazanın qarşısından başlayaraq və 8 B saylı bağın ərazisindən keçən beton örtüklü yol salındığı, həmçinin kanalizasiya quyusunun inşa olunduğu, bağının hasarının cavabdeh tərəfindən söküldüyü, yenidən hasarın inşa olunmasına maneçilik törədildiyi iş materiallarında olan sənədlər və eləcə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3296 nömrəli rəyi ilə öz təsdiqini tapır.

14. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı2 müraciətinə cavab olaraq verilmiş 18 aprel 2023-cü il tarixli 3-6/2-H-11318-1/2023-67 nömrəli məktuba əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 347/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə Aəzbraycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən 21 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-38846/2023 **********46 nömrəli məktubla 19 nömrəli BTK-nın arxiv qovluğunun təsdiq edilmiş surəti məhkəmə təqdim edilmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 190 nömrəli BTK-nın nəzdində 0.12 ha sahəsi olan 8 B saylı bağ sahəsinə aid sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. İşin hallarından göründüyü kimi, iddiaçılar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamına əsasən mərhum analarına Çöl-Şüvəlan 190 nömrəli BTK nəzdində ayrılmış 0.12 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.

25. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq sərəncam mübahisələndirilmişdir.

26. Cavabdehin qənaəti ondan ibarət olmuşdur ki, sərəncamda ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Lakin, iş materiallarına əlavə edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş 73 nömrəli orderin kserosurətində ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilmişdir. Eyni zamanda həmin orderə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)- 347/2021 saylı xx.xx.2021-ci il tarilxi qərarında da, istinad edilmişdir. Məhkəmə hesab edir ki, sərəncamda ayrılmış bağ sahəsinin ölçüsü və nömrəsinin göstərilməməsi hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.

27. Belə ki, “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə (Mötəbərlik prezumpsiyası): 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

28. Həmçinin, məhkəmə araşdırması zamanı mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

29. Cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının digər əsasları isə sənəd üzrə torpaq sahəsinin ölçüsünün 1200 kv.m qeyd edilməsinə baxmayaraq faktiki ölçüsünün 840 kv.m təşkil etməsi, texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunmasının məlum olması, qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı mülki işin mövcud olmuş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmaması olsa da, məhkəmə cavabdehin həmin imtinasını əsassız hesab edir. Belə ki, işin hallarından göründüyü kimi, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 347/2021 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X7 qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağtikinti kooperativinin tərkibində 8B ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanması zamanı cavabdeh X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə açılmış qapı cavabdehin vəsaiti hesabına bağlanılması qət edilmişdir. Həmin qətnamə icra mərhələsindədir. Torpaq sahəsinin ölçüsünə gəldikdə isə, iddiaçılar tərəfindən iddia tələbi dəqiqləşdirilərək bağ sahəsinə dair mülkiyyət hüquqlarının faktiki ölçüsünə uyğun olaraq, yəni 840 kv.m-ə uyğun olaraq ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi xahiş edilmişdir.

30. Göründüyü kimi, cavabdehin bu dəlilləri də, əsassız olmaqla iddiaçıların mərhum analarına məxsus hüququnun qeydə alınmasını tələb etməsini istisna edə bilməz.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçıların mərhum analarının adına sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

35. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X4 vərəsələri İddiaçı1 və İddiaçı2 bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

36. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

37. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

38. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 840 kv.m (0.084 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıların mərhum anaları X5 məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar