Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2568/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı Əfəndizadə Abdulla Hikmət oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas) iştirakı ilə, iddiaçı Əfəndizadə Abdulla Hikmət oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əfəndizadə Abdulla Hikmət oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq iddiaçıya vurulmuş mənəvi zərərə görə 50000 manatın tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 iyun 2021-ci ildə vətəndaş Bağırzadə Camal Ramazan oğlu ilə birlikdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan konstitusiya hüquqlarından istifadə edərək dinc piket keçirmək barədə “xəbərdarlıq” məktubu ünvanlamışlar. Xəbərdarlıqda iddiaçı ilə həmin şəxs - iki nəfər 02 iyul 2021-ci ildə saat 15.00-dən 17.00-a qədər müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 100 ünvanda yerləşən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin inzibati binasının qarşısında piket keçirmək istəklərini bildirmişlər. Keçirmək istədikləri piketə səbəb Vəkillər Kollegiyasının vəkilliyə namizədlər və hətta vəkillərin özlərinə qarşı etdiyi qanunsuz hərəkətlərə qarşı dinc etiraz keçirməli olmuşdur. Dinc aksiyada iki nəfər – iddiaçı və Bağırzadə Camal Ramazan oğlu iştirak edəcəkdi. Bu iki nəfərlik aksiya zamanı istifadə ediləcək yazılı və şifahi şüarların mətnləri də xəbərdarlıqda qeyd olunmuşdu. Aksiyanın keçiriləcəyi yer elə seçilmişdi ki, həmin yerdə insanlar az olsunlar və nəqliyyatın gediş-gəlişinə maneçilik olmasın. Pandemiyanı da nəzərə alaraq aksiyada cəmi iki nəfər iştirak edib ətrafdakı insanlarla 10-15 metr məsafədə dayanacaqdı.Lakin Bakı şəhər İcra Hakimiyyətinin şöbə rəisi olmuş Elmin İmanovun 30 iyun 2021-ci ildə imzaladığı məktub ilə keçirilmək istənilən aksiyanın “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə zidd olduğu əsası ilə imtina cavabı verildi. Cavabdehin verdiyi imtina əsassız və qərəzlidir və iddiaçının konstitusiyada nəzərdə tutulmuş fundamentl hüquqlarını pozur.Bununla artıq ikinci dəfədir ki, ona dinc aksiyada iştirak etməyə icazə verilməmişdir. İddiaçı cavabdehə müraciət edərək iddiaçıya dinc aksiyada iştirak etməyə icazə vermədiklərinə görə vurulmuş mənəvi ziyanın əvəzi kimi 50000 manat ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamı ilə cavabdehdən iddia tələbinə dair etirazını təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh sərəncamı icra etməmiş. İddiaya dair etirazını məhəkməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iddiaçı H.Əfəndizadə iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı vətəndaş Bağırzadə Camal Ramazan oğlu ilə birlikdə Azərbaycan Respublikasının 49-cu maddəsində nəzərdə tutulan konstitusiya hüquqlarından istifadə edərək ünvan 2 ünvanda yerləşən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin inzibati binasının qarşısında dinc piket keçirmək barədə xəbərdarlığa cavab olaraq dinc piket keçirilməsinə icazə verilmədiyi üçün Bakı şəhər İcra Hakimiyyətindən 23 iyun 2021-ci ildə ona vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat ödənilməsini tələb etmişdir, cavabdehin 31.08.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, 02.07.2021-ci il tarixdə saat 15.00-dan 17.00-a qədər müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Cehyun Hacıbəyli küçəsi, 100 ünvanda yerləşən Vəkillər X1 inzibati binasının qarşısında piket keçirilməsini razılaşdırmaq məqsədilə 23.06.2021-ci ildə imzalanmış müraciətə baxılmış və 30.06.2021-ci il tarixli cavab məktubu ilə cavab verilmişdir.Cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İ hissəsinin tələblərinə cavab verilməməsi və ərizədə qeyd edilən məsələ ilə bağlı aksiya keçirmə deyil, aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur.Eyni zamanda mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq 02.07.2021-ci ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasınn qarşısında planlaşdırılmış toplantının məqsədəuyğun hesab edilməməsi qeyd edilərək iddiaçıdan bunun nəzərə alınması xahiş edilmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsnin İ hissəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır, İİ hissəsinə əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq hüququ haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinin İ hissəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir, İİ hissəsinə əsasən dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinin İ hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər, İİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır, İİİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır, İV hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən bu Qanunun 7- 9-cu maddələrində nəzərdə tutulmuş qərarlardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər. İşin faktiki hallarına əsasən iddiaçı digər vətəndaşla birlikdə cavabdehə dinc piket keçirilməsi barədə xəbərdarlıq göndərmişdir, həmin xəbərdarlığa cavab olaraq dinc piketə razılıq verilməməsi barədə cavabdeh tərəfindən hər hansı bir inzibati aktın qəbul etməsi barədə sübut inzibati iş materiallarında mövcud deyildir, habelə belə bir inzibati aktın məhkəmə tərəfindən qanunsuz hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə bir qərar barədə məlumat verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbirdir. İddiaçının iddia ərizəsində istinad etdiyi cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin şöbə rəisi olmuş Elmin İmanovun 30 iyun 2021-ci il tarixli məktubu isə cavabdehin ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıyan və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul etdiyi akt deyildir, eyni zamanda həmin məktub iddiaçı və ya digər şəxslər üçün hüquqi nəticə yaradan sənəd deyildir və iddiaçının hüquqi statusunu yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malik deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İnzibati iş materialları ilə isə cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətləri (hərəkətizliyi) təsdiq edilməmişdir. Bundan başqa cavabdehin hər hansı bir hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya bilavasitə zərər vurması, iddiaçıda mənfi psixoloji reaksiyaya səbəb olması da inzibatı məhkəmə icraatının gedişində təsdiqlənmədiyi üçün iddiaçının tələb etdiyi mənəvi zərərin ödənilməsi tələbini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı Əfəndizadə Abdulla Hikmət oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiaçıya vurulmuş mənəvi zərərə görə 50000 manatın tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı Əfəndizadə Abdulla Hikmət oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiaçıya vurulmuş mənəvi zərərə görə 50000 manatın tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2568/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2568/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver