Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2568/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-X1rşı “nəqliyyat vasitələrinin qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-X1rşı “nəqliyyat vasitələrinin qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X8 Agentliyinə müraciət edərək, Cəmiyyətin sahibliyində olan xx.xx.2008-ci il tarixində istismara verilmiş "FORKLİFT KOMATSU FD 18T-20 T" markalı və xx.xx.2012-ci il tarixində istismara verilmiş "FORKLİFT BALKANCAR P2S-2.5DV" markalı nəqliyyat vasitələrinin Cəmiyyətin adına dövlət qeydiyatına alınması barədə inzibati aktın qəbul edilməsini xahiş etmiş, lakin cavabdehin məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və 2.6-1-ci bəndinə əsasən müayinə və texniki baxışdan keçirildikdən sonra texnikaların qeydiyyata alınacağı bildirilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin sahibliyində olan xx.xx.2008-ci il tarixində istismara verilmiş "FORKLİFT KOMATSU FD 18T-20 T" markalı və xx.xx.2012-ci il tarixində istismara verilmiş "FORKLİFT BALKANCAR P2S-2.5DV" markalı nəqliyyat vasitələrinin Cəmiyyətin adına dövlət qeydiyatına alınması barədə inzibati aktın qəbul edilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2016-cı il, 2065 nömrəli Sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının alınması tapşırılmışdır. Sərəncama əsasən Cəmiyyət və Saziş üzrə podratçı tərəflər arasında 2016-cı ilin avqust ayının 4-də Azərbaycan Respublikası Hökuməti ilə "Londeks Rezorsiz S.A.", "X12 S.A.", X5", "X10" və "X6 Enceniring Ko, Ltd" arasında "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" üzrə işrirak paylarının alqı-satqısı müqaviləsi imzalanmış və Saziş üzrə iştirak payları Cəmiyyət tərəfindən satın alnmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən Podratçı tərəflərin bütün əmlaka, avadanlığa və digər aktivlərə dair mülkiyyət hüquqları Cəmiyyətə keçmişdir. Bu bəndin icrası məqsədilə 13 noyabr 2016-cı il tarixində Podraçtı tərəflərin Cəmiyyətə ünvanladığı təsdiqedici məktubunun cədvəl hissəsindəki, 108-ci və 115-ci bəndlərdə qeyd edilmiş 2 ədəd qaldırıcı çəngəlağız texnikasının da (xx.xx.2008-ci il tarixində istismara verilmiş "FORKLİFT KOMATSU FD 18T-20 T" markalı və xx.xx.2012-ci il tarixində istismara verilmiş "FORKLİFT BALKANCAR P2S-2.5DV" markalı) mülkiyyət hüquqları Cəmiyyətə keçmişdir. Mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar olaraq mexaniki nəqliyyat vasitələrinin istismar dövlət qeydiyyatının aparılması və texniki baxışdan keçirilməsi zərurəti yaranmış, bununla bağlı Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli 13-10/2-655/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X8 Agentliyinə müraciət edilmişdir. Agentlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-18-3/2-5221/23 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və 2.6-1-ci bəndinə əsasən müayinə və texniki baxışdan keçirildikdən sonra texnikaların qeydiyyata alınacağı bildirilmişdir. Məktuba cavab olaraq Cəmiyyət tərəfindən Agentliyə 19 iyul 2023-cü il tarixli 13-10/2-988/2023 nömrəli məktub göndərilmiş və məktuba əlavə edilmiş sənədlər (mexaniki nəqliyyat vasitələrinin Cəmiyyətə keçməsinə dair Təsdiqedici məktub və Sərəncam) əsasında mexaniki nəqliyyat vasitələrinin Cəmiyyətin adına qeydiyyata alınmasını, qeydiyyata alınması, mümkün olmadığı təqdirdə isə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq inzibati akt qəbul edilməsi xahiş edilmişdir. Agentlik cavab məktubunda mahiyyətə uyğun dəqiq cavab verməmiş, inzibati akt qəbul etməmiş, əvvəlki məkubda olduğu kimi Əsasnamənin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və 2.6-1-ci bəndinə əsasən müayinə və texniki baxışdan keçirildikdən sonra mexaniki nəqliyyat vasitələrinin qeydiyyata alınacağını bildirmişdir. Halbuki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi və inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslar hesab olunur. Həmin Qanunun 58-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalı və inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 61-ci maddəsinə əsasən isə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı, əsaslandırma zamanı isə işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X8 Agentliyi iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, qeydiyyata alınması tələb olunan texnoloji nəqliyyat vasitələri ilə bağlı iddiaçının təqdim etdiyi sənədlər “FORKLİFT KOMATSU FD 18T-20 T” və “FORKLİFT BALKANCAR P2S- 2,5DV” markalı 2 ədəd çəngəlağız yükləyicinin dövlət qeydiyyatında olması barədə ümumiyyətlə heç bir məlumatın olmadığını göstərir. Halbuki, qanunvericiliyə görə ölkədə istismarda olan hər bir nəqliyyat vasitəsi aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq sözügedən yükləyicilərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçı QSC sözügedən texnoloji nəqliyyat vasitələrinin qeydiyyatı üçün aidiyyəti üzrə Agentliyə müraciət etmişdir. Lakin həmin nəqliyyat vasitələrinə sahibliyi təsdiq edən sənədin təqdim olunmadığı üçün imtina cavabı verilmişdir. Yol hərəkəti haqqında Qanunun 27-ci maddəsinin Vİ hissəsinin 3-cü bəndinə uyğun olaraq, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs dövlət qeydiyyatını aparan müvafiq orqana bu Qanunla müəyyən edilmiş müddətdə təqdim etməli olduğu sənədlərdən biri də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarıdır. Sözügedən nəqliyyat vasitələrinin sahibliyini təsdiq edən sənədlər natamam olduğu üçün, məhkəmə qaydasında müvafiq qərar qəbul edilərək sahiblik müəyyən edildikdən sonra nəqliyyat vasitələri dövlət qeydiyyatına alınacaqdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı QSC və “Londeks Resorzis S.A.”, “Uill ənd Meyris S.A.”, “X5” və “Qlobeks İnternəşnl LLP” arasında 4 avqust, 2016-cı il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin 2.4-cü bəndinin tələblərinin icrası məqsədilə həyata keçirilən təhvil-təslim üzrə 176 sayda vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Tətbiq edilən hüquq: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ... Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin , yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. 1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində; 2) tramvayları və tolleybusları yerli icra hakimiyyəti orqanlarında; 3) traktorları, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində; 4) texnoloji nəqliyyat vasitələrini, habelə bu bəndin 1-ci və 3-cü yarımbəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində; 5) yarış məqsədli idman nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər; 2.6-1. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. ... 2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı":
1. Bütün növ vərdənələr (torpaqkipləyici, silindrli, titrəyişli, pnevmatik).
2. Bütün növ yükləyicilər (frontal, çəngəlağız, çalovlu, teleskopik).
3. Bütün növ qaldırıcı tipli texnoloji nəqliyyat vasitələri (teleskopik, qayçıvari, platforma tipli).
4. Traktor bazasında quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (qaynaq aqreqatı, kompressor, nasoslu aqreqat, kran).
5. Ekskavator üzərində quraşdırılan müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (hidravlik çəkic, betondağıdan, kran).
6. Yolsüpürən texnoloji nəqliyyat vasitəsi.
7. Dağ-mədən sənayesində istifadə olunan texnoloji nəqliyyat vasitələri.
8. Yol tikinti texnikaları (mobil asfalt zavodu, borudüzən, yolnişanlayıcı nəqliyyat vasitələri).
9. Asfaltqaşıyan maşınlar.
10. Çalaqazan texnoloji nəqliyyat vasitələri.
11. Boruəyən maşın.
12. Yol freyzeri.
13. Asfaltdöşəyən nəqliyyat vasitəsi.
14. Təkərli kompressorlar.
15. Borudüzən nəqliyyat vasitəsi.
16. Qreyderlər.
17. Skreperlər.
18. Təkərli mexanizmlər.
19. Təkərli qaynaq aqreqatları.
20. Təkərli generatorlar.
21. Qat təmizləyən traktorlar.
22. Ekskavatorlar.
23. Buldozerlər.
24. Elektromühərriklə işləyən nəqliyyat vasitələri.
25. Qoşqulu və yarımqoşqulu mexanizmlər.
26. Tırtıl və təkər üzərində quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (mobil konteyner, tırtıllı transportyor, payavuran, kran).
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, ölkədə istismarda olan hər bir nəqliyyat vasitəsi aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınmalıdır. İddiaçının qeydiyyatdan keçirilməsi iddiasını irəli sürdüyü nəqliyyat vasitələri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınır. Lakin nəzərə alınmalıdır ki, cavabdeh orqan tərəfindən göstərilən nəqliyyat vasitələri qeyd-şərtsiz qeydiyyata alına bilməz. Bunun üçün yuxarıda istinad edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.8-ci bəndində göstərilən sənədlərin təqdim edilməsi zəruridir. Həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən bu tələblə orqana müraciət edən şəxs sahibliyini təsdiq edən müvafiq sənədi də təqdim etməlidir. Hazırkı iddia tələbinin predmeti olan nəqliyyat vasitələri üzərində heç bir eyniləşdirmə nömrəsi olmadığından, onların iddiaçıya məxsus olması sübuta yetirilmədiyindən, ümumiyyətlə dövlət qeydiyyatında olması müəyyən edilmədiyindən, cavabdeh orqan qeyd edilən 2.8-ci bəndə istinad etməklə nəqliyyat vasitələrinin iddiaçının adına qeydiyyata alınmasından imtina etməkdə haqlıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X8 Agentliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-X1rşı “nəqliyyat vasitələrinin qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov