Məhkəmə qərarları › İş №2-1(112)-2569/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2569/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2569/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X3 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31, mənzil 82; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X16 X13 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 X2rşı iddiaçının əmək kitabçasında və təqdim edilən arayışlarda göstərilən xx.xx.1982-ci il tarixdən-bu günə kimi olan əmək stajını, həmin stajın 14 il 2 ay 20 gününün güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verməyini nəzərə almaqla, güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1765/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X16 X12 İdarəsinin üzərinə qoyulması”na dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur.Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X16 X13 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 35 ildən çox təşkil edir. Bu illərin tam olaraq 15 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda 58 yaşı var. Artıq xeyli müddətdir ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər ƏƏSMN-nin DSMF-nun Mingəçevir Rayon şöbəsinə, hazırda da cavabdehə dəfələrlə müraciət etsə də müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pensiya hüququndan istifadə etməyinə maneə yaratmışdırlar. Sonuncu dəfə isə onun güzəştli pensiya hüququnun yaranması üçün tələb olunan 12 il 6 ay stajının olmadığını əsas gətirməklə imtina cavabı vermişdilər. Halbuki təqdim etdiyi bütün arayışlardan göründüyü kimi onun güzəştli şərtlərlərlə əmək pensiyası almaq hüququnun yaranmasına lazım olan 12 il 6 ay stajdan əlavə də stajı vardır. Həmçinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən onun pensiya hüququ yarandığı 57 yaşında yəni xx.xx.2018-ci il tarixədək 35 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 14 il 2 ay 20 gününü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Onun tələb olunan ümumi stajı 35 ildən çox təşkil edir. Onun 15 ilindən çoxu güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Dediyi hallar iş yerindən ona verilən arayışda da aşkar şəkildə əks olunmuşdur. Hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququm vardır. Lakin Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 şöbələrinə etdiyi müraciətimə müsbət cavab verilməmişdir. Əsassız olaraq neçə illərdir onu bu hüququndan məhrum etmişdilər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonu, Aşağı-Layisqi kəndində anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 X13 İdarəsi iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz xx xxxxxx 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.1982-xx.xx.1996-cı il tarixləri arasındakı dövr Mingəçevir təmir sahəsində işlədiyiniz çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının ümumi iş stajının olması işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mingəçevir təmir sahəsində müxtəlif dərəcəli çilingər; xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “xxxxxxxxxx”ASC Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssisəsində köməkçi avadanlıqların Təmiri və Quraşdırılması sexinə 6-cı dərəcəli təmirşi çilingər, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək həmin müəssisədə usta, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin müəssisədə 6-cı dərəcəli çilingər; xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “xxxxxxxxxxxxxxx”MMC-də köməkçi avadanlıqların təmiri sexində 6-cı dərəcəli buxar-qaz-turbinli avadanlıqları təmir edən çilingər; xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxxxxxxxxx”MMC-də 6-cı dərəcəli çilingər; xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək “xxxxxx”ASC-də 6-cı dərəcəli çilingər; xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “X8” MMC-də 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq, yəni 25 il 11 ay 29 gün ümumi iş stajı mövcuddur. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların azanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmçinin, məhkəmə qeyd edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (25 il 11 ay 29 gün) ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1982-xx.xx.1996-cı il tarixləri arasındakı dövr Mingəçevir təmir sahəsində işlədiyi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X15 (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti, yəni işlədiyi işin güzəştli olmasını dəqiq və birmənalı olaraq işəgötürən müəyyən edir. İş materiallarında olan “xxxxxxxxxxxxxx” MMC-nin İşin xarakteri haqqında 201-20 nömrəli xx.xx.2019-cu il tarixli Arxiv Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o həqiqətən 01.041996-cı il tarixdən Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə 6-cü dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1996-cı il. Əmr № 03/K) xx.xx.1997-ci ildə usta vəzifəsinə keçirilmişdir. (xx.xx.1997-ci il. Əmr № 10/K) xx.xx.2001-cil tarixdə Müəssisənin ləğvi ilə əlaqədar olaraq işdən azad edilmişdir. (“xxxxxxxxxx” SCEİB xx.xx.2001-ci il. Əmr № 80) xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Köməkçi Avadanlıqların Təmiri sexinə 6-cı dərəcəli buxar-qaz -turbin avadanlıqları təmir edən çilingər vəzifəsinə işə qəbul olunmuşdur. (xx.xx.2001-ci il.Əmr № 269/K) xx.xx.2001-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Köməkçi Avadanlıqların Təmiri sexi Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır. (xx.xx.2001-ci il Əmr № 326/K) xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikas ƏM -nin 69 -cu maddəsinin 3-cü bəndi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur. Zərərli iş şəraitində işlədiyi üçün xx.xx.2001xx.xx.2009-cu il tarixədək 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Məlumat üçün bildiririk ki, “xxxxxxxxxx ASC”- nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. “xxxxxxxxxx” ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxxxxxxxxxxxxx-Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxxxxxxxx” ASC-nuin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxxxxxxxxxxxxx” MMC- Azərbaycan İstilik Elektrik X7 Cəmiyyət ad dirilmişdir. Arayış “xxxxxxxxxxxxxx” MMC-nin Arxivində, Kadrlar şöbəsində və mühasibatlıqda saxlanılan sənədlərə əsasən yazılmışdır”. İş materiallarında olan “xxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İşin xarakteri haqqında 205-37 nömrəli xx.xx.2019-cu il tarixli Arayışında göstərilmişdir: “Verilir, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) ondan ötrü ki, o , xx.xx.2001-ci il tarixdən 01 09.2001-ci il tarixədək “xxxxxxxxxxxxxxx”-nın Köməkçi Avadanlıqların Təmiri sahəsinə 6-cı dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 269/K xx.xx.2001), xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 326/K xx.xx.2001) işləmişdir. xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (Əmr № 466/Ş xx.xx.2008) xx.xx.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Köməkçi Avadanlıqların Təmiri sahəsi -Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır. (Əmr № 326/k xx.xx.2001). İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı edənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.2001-ci tarixdən xx.xx.2009-cu il tarixədək tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarının 24-cü bölməsinin “b”bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. “xxxxxxxxxx” ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxxxxxxxxxxxxx” -“Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxxxxxxxx” ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən sarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxxxxxxxxxxxxx” MMC xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.” İş materiallarından görünür ki, “xxxxxx” ASC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli 01-ZP/235 nömrəli Arxiv Arayışında göstərilmişdir: “1961 -ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci ildə (əmr 05-ok, xx.xx.1982-ci il) “Azbaşenerji”nin Mingəçevir təmir sahəsində Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsində 2-ci dərəcəli çilingər kimi işə qəbul olunub. xx.xx.1982-ci il tarixində (əmr № 118-ok, xx.xx.1982-ci il) həmin sahədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1986-cı il tarixində (əmr № 10-л, xx.xx.1986-cı il) həmin sahədə 4-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1990-cı ildə (əmr № 241, xx.xx.1990-cı il) həmin sahədə 5-ci dərəcəli çilingər peşəsinə keçirilib. xx.xx.1995-ci ildə (əmr № 26, xx.xx.1995-ci il) həmin sahədə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib. 02.011996-ci ildə ( əmr № 48, xx.xx.1996-cı il) ikinci peşə kimi 2-ci dərəcəli qaz kəsicisi peşəsi verilmiş və xx.xx.1996-ci ilədək (əmr № 16a-ш. xx.xx.1996-cı il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 5- ci bəndinə (iki müəssisə rəhbərliyinin razılığı ilə X1 İdarəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.2010-cu ildə (əmr № -10/17-kş, xx.xx.2010-cu il) “xxxxxx”ASC-nin X4 İdarəsinin Mingəçevir təmir sahəsinin Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli çilingər kimi işə qəbul olunub. xx.xx.2012-ci ildə ( əmr №-152/17- kş, xx.xx.2012-ci il) X5 X6 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və xx.xx.2012-ci ildə (əmr 48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təminedən çilingərlərin işi (xx.xx.1982-ci ildən -xx.xx.1996-ci ilədək və xx.xx.2010-cu ildən - xx.xx.2012-ci ildək) bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 17 il, 02 ay, 23 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “xxxxxxxxxx” ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat- Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC yaradılmışdır. “xxxxxxxxxx” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC adlandırılmışdır.” Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, əmək kitabçasından və “xxxxxx” ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Arayışdan da, görünür ki, iddiaçı cavabdeh orqanın mübahisələndirdiyi xx.xx.1982-xx.xx.1996-cı il tarixləri arasındakı dövrdə “Azbaşenerji”nin Mingəçevir təmir sahəsində qazanxana avadanlıqların təmiri sahəsində çilingər peşəsində işləmişdir, həmin peşə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” (2140000a—18455), nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “dülgərlər”, “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq (25 il 11 ay 29 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (17 il 08 ay 14 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş satajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X16 X13 üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar