Məhkəmə qərarları › İş №2-1(112)-2569/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2569/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2569/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

2. Cavabdeh **********99 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermiş və qeyd etmişdir ki, qeyri-yaşayış binasının qeydiyyatına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlər hüquqi şəxsə aid olduğundan, ərizəçi kimi hüquqi şəxs tərəfindən müraciət edilməlidir və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Qeyd olunanlarla yanaşı, müraciətə əlavə olaraq təqdim edilmiş 7E-3192 reyestr nömrəli etibarnamənin qüvvədə qalma müddəti bitmişdir.

3. Bundan sonra, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 160 kv.metr torpaq sahəsində inşa edilmiş 144 kv.metr “Vəhdət” firmasına məxsus mağazaya dair onun adına texniki pasport və “çıxarışın” verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, təsisçilər Əliyev F.A., İddiaçı və Ağayev Q.R. tərəfindən 20 yanvar 1991-ci il tarixli 1 nömrəli protokola əsasən “Vəhdət” kiçik müəssisəsinin yaradılması barədə qərar qəbul edilmişdir. “Vəhdət” firması oktyabr 1991-ci il tarixində 17 nömrəli Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinə Əzizbəyov (ünvan 3 ünvanında xalq istehlakı və kənd təsərrüfatı məhsullarının satışının təşkili üçün torpaq sahəsində mağaza tikintisi aparmaq barədə müraciət etmiş, Əzizbəyov XDS-nin İcraiyyə Komitəsi 21 nömrəli xx.xx.1991-ci il tarixli qərar ilə hazır mağazada satışa icazə vermişdir. “Vəhdət” firmasının direktoru X4 iddiaçının qardaşıdır və 18 noyabr 2004-cü il tarixdə vəfat etdiyindən firmanın möhürünün itməsi iddiaçıya sonradan məlum olmuşdur. Bu səbəbdən də aidiyyəti orqanlara müraciət etmək mümkün olmamışdır.

5. Cavabdeh 26 oktyabr 2021-ci il tarixli iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

8. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

9. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

10. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının subyektiv hüququnun müəyyən olunmasıdır.

11. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

12. İş materialarını araşdırdıqda aydın olur ki, hazırkı iş üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil.

13. Belə ki, işdə olan 21 yanvar 1991-ci il tarixli təsisçilərin yığıncağı ilə təsdiq edilmiş nizamnamədən görünür ki, Əliyev F.A., İddiaçı və Ağayev Q.R. tərəfindən “Vəhdət” kiçik müəssisəsi təsis edilmişdir.

14. İşdə olan sənədlərdən görünür ki, “Vəhdət” firması xx.xx.1991-ci il tarixdə Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinə müraciətə edərək, Binə qəsəbəsində xalq istehlakı malları və kənd təsərrüfatı məhsullarının satışı üzrə firma mağazasının tikintisi üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir.

15. Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 21 nömrəli qərarından görünür ki, Binə qəsəbəsi, Əli Bayramov küçəsində yerləşən firma mağazasında xalq istehlakı malları və kənd təsərrüfatı məhsullarının satışına icazə verilmiş, Bakı şəhəri XDS icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 14/632 nömrəli qərarına əsasən hər ay 160 kv.metr istifadə edilən torpaq sahəsi üçün 3200 manat məbləğində vergi təyin edilmişdir.

16. 26 avqust 2002-ci il tarixdə “Vəhdət” firması onun tərəfindən tikilmiş mağazaya poçt ünvanı təyin olunması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmiş, İdarə Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli Bayramov (indiki Əli İsaqzadə) küçəsində “Vəhdət” firması tərəfindən tikilmiş mağazaya aşağıdakı poçt ünvanını təyin etmişdir: Binə qəsəbəsi, Əli İsaqzadə küçəsi, 6A

17. İşdən görünür ki, İddiaçı “Vəhdət” firmasının yeganə təsisçisi kimi hazırda həmin mağazaya dair mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, bu zaman müraciəti “Vəhdət” firmasının adından deyil, fiziki şəxs kimi öz adından etmiş, hazırkı iddianı da hüquqi şəxsin adından deyil, öz adından qaldırmışdır.

18. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

19. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2).

20. Göründüyü kimi, qanunverici hüquqi şəxsin ayrıca əmlaka malik olmaq hüququnu, təsisçilərinin hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh olmadığını təsbit etmişdir.

21. Belə olan halda müəyyən olunur ki, hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquqa iddiaçı deyil, onun təsisçisi olduğu “Vəhdət” firması (kiçik müəssisəsi) malikdir.

22. Məhkəmə bir daha qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırkı halda da İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası onun hüquqlarını və qanunla qorunan maraqlarını pozması kimi qiymətləndirilə bilməz.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar