Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2571/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, veteran vəsiqəsi almaq üçün cavabdehə müraciət etmişdir. Ona müsbət cavab verilməmişdir. Mərkəzi Arxivin 08.06.2020-ci il tarixli, 9/2-6255 nömrəli arayışda onun N nömrəli hərbi hissəni N2.08.N994-cü ildə tərk edib fərari olduğuna görə ona veteran vəsiqəsinin verilməsinin qeyri-qanuni olduğu komissiyanın ona ünvanladığı məktubda göstərilmişdir. O, N saylı hərbi hissəni öz başına tərk etməmişdir. N saylı hərbi hissənin N-ci alayı Ağdam istiqamətində gedən döyüşlərdə itki verərək ləğv olunmuşdur. N2.08.N994-cü ildən NN.NN.N994-cü ilədək Müdafiə Nazirliyinin yeni çağırışını gözləmişdir və yenidən N saylı hərbi hissədə hərbi xidmətə çağırılaraq 06.07.N996-cı ildə təxris olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 08 iyun 2020-ci il tarixli 9/2-6255 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, lakin nə vaxtadək N nömrəli hərbi hissənin tərkibində xidməti barədə məlumat aşkar edilməmişdir. X3 arayışına əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N2 avqust N994-cü il tarixli, 223 nömrəli əmri ilə İddiaçı hərbi hissədən ehtiyata buraxılmamışdır, o, hərbi hissənin siyahısından çıxarılmışdır və hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. Göstərilənlərə əsasən İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin **********720 №-li, 29.07.2020-ci il tarixli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, İddiaçı NN.NN.N994-cü ildən 06.07.N996cı ilə qədər həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-6255 №-li, 08.06.2020-ci il tarixli arxiv arayışından görünür ki, N №li hərbi hissə komandirinin N iyun N992-ci il tarixli 5 №-li əmrilə (əsas: səh-7, §-N, sıra-2) İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilməklə surucu-elektrik vəzifəsinə təyin edilmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 23.07.93-cü il tarixli sərəncamına əsasən N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli, N73 №-li əmrilə (əsas: səh-7, §-N, sıra-2) sürücü İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissədən göndərilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli, 2N3 №-li əmrilə (əsas: səh-43. §N2) 2-ci taburun şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir. Hərbi hissəni öz başına tərk etdiyi üçün 2-ci MAT-ın əsgəri İddiaçı Alişanoviç oğlunun N №-li hərbi hissə komandirinin N2 avqust N994-cü il tarixli, 223 №-li əmrində (əsas: səh-43, §-N6, sıra-2, əmrdə adı Vladik, atasının adı Alışən yazılmışdır) butun növ təminatlardan çıxarılaraq ştatdan kənar edilməsi barədə məlumat vardır. Hərbı hissəni özbaşına tərk etdiyi üçün sıravi X2 Azorbaycan Respublikası Müdafiə nazirinin 278 №-li fərmanına əsasən N №-li hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli, 363 №-li əmrində (əsas: §-N2, sıra-N299, əmrdə adı Vladik, atasının adı Alşan yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminaılardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin oktyabr N994-cü il, avqust N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası DİN Sabunçu Rayon Polis Şöbəsinin 09.N2.2020-ci il tarixli, 073-37983 №-li məktubundan görünür ki, İddiaçı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş 25.N2.2020-ci il tarixli, HP N2/736 №-li məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 9/2-N066 №-li, NN.02.202N-ci il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin N iyun N992-ci il tarixli 5 №-li əmrilə (əsas: səh-7, §-N, sıra-2) İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 23.07.93-cü il tarixli sərəncamına əsasən N №-li hərbi hissə komandirinin N avqust N993cü il tarixli, N73 №-li əmrilə (əsas: səh-7, §-N, sıra-2) sürücü İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissədən göndərilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli, 2N3 №-li əmrilə (əsas: səh-43, §-N2) 2-ci taburun şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 2-ci MAT-ın əsgəri XN N №-li hərbi hissə komandirinin N2 avqust N994-cü il tarixli 223 №-li əmrində (əsas: səh-43, §-N6, sıra-2, əmrdə adı Vladik, atasının adı Alışən yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilməsi barədə məlmat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi X2 Azərbaycan Respublikası Müdafiə nazirinin 278 №-li fərmanına əsasən N №-li hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli, 363 №-li əmrində (əsas: §-N2, sıra- N299, əmrdə adı Vladik, atasının adı Alşan yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilməsi barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N56 №-li hərbi hissədən gəlmiş çavuş İddiaçı Əlişan oğlu N №-li hərbi hissə komandirinin N4.NN.N995-ci il tarixli, 23N №-li əmrilə (əsas: səh 49, § 7, sıra 4, əmrdə adında qaralanma edilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin 24.06.N996-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün hərbi inşaatçı İddiaçı Əlişan oğlu N №-li hərbi hissə komandirinin 06.07.N996-cı il tarixli, N55 №-li əmrilə (əsas: səh 4N, § 4, sıra N0) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsini tərəfindən iddiaçıya ünvanlanan N/Ə-NN269 №-li, 24.08.2020-ci il tarixli məktubdan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N9.08.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 08.06.2020-ci il tarixli 9/2-6255 nömrəli arayışına əsasən N nömrəli hərbi hissəni özbaşına tərk etdiyi görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsini tərəfindən iddiaçıya ünvanlanmış N/Ə-N2347 №-li, 2N.09.2020-ci il tarixli və N/Ə-N3729 №-li, N6.N0.2020-ci il tarixli məktublardan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N9.08.2020-ci il tarixli iclasında baxılmış və 703 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N992-ci il tarixli, 5 №-li əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə sürücü-elektrik vəzifəsinə təyin olunmuş, hərbi hissəni özbaşına tərk etdiyi üçün N №-li hərbi hissə komandirinin N2 avqust N994-cü il tarixli, 223 №-li əmri ilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmiş, N №-li hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli, 363 №-li əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmiş, N №-li hərbi hissə komandirinin N4.NN.N995-ci il tarixli, 23N №li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, 06.07.N996-cı il tarixli, N55 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N997-ci il, 383- İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun N8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2571/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2571/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver