Məhkəmə qərarları › İş №2-1(112)-2571/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2571/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2571/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “xəsarət alma faktının müəyyən edilməsi və sığorta ödənişinin alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “xəsarət alma faktının müəyyən edilməsi və sığorta ödənişinin alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı onun xx.xx.2006-cı il tarixində xidmətdə olarkən xəsarət alması faktının müəyyən edilməsi və sığorta ödənişinin alınması üçün arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuşdur. xx.xx.1991-ci ildə Daxili İşlər Nazirliyinin tabeliyində olan Yanğından Mühafizə İdarəsində işləmişdir. 1994-cü ildən isə Bakı şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsində xidmətə keçmişdir. xx.xx.2007-ci ildə səhhəti ilə əlaqədar olaraq işdən xaric edilmişdir. xx.xx.2006-cı ildə işdə olarkən ürəyində ağrı tutduğu üçün Təcil Yardım çağırılmış və təcili yardım maşını ilə onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 İnstitutuna aparmışlar. Həmin xəstəxanada kəskin mikro infarkt keçirdiyi müəyyən olunmuşdur. xx.xx.2006-cı il tarixinə kimi orada qaldıqdan sonra onu Daxili İşlər Nazirliyinin Respublika Hospitalına köçürmüşlər. Orada bir müddət müalicə aldıqdan sonra keçirdiyi infarkt nəticəsi olaraq 29 yanvar 2007-ci il tarixli əmrə əsasən səhətinə görə işdən azad edilmişdir. Bundan sonra xx.xx.2007-ci il tarixdə ona 2-ci dərəcəli əlillik müəyyən edilmiş və təqaüd təyin edilmişdir. Həmin dövrdə nə iş yerindən, nə də, 2-ci qrup əlillik verilərkən ona sığorta ödənişinin ödənilməsi bildirilməmişdir. Sığorta ödənişi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etsə də, onlar tərəfindən sənədlərin aşkar olunmadığı, Bakı Metropolitenində Polis İdarəsi isə müddətin keçdiyi üçün sənədlərin məhv edildiyini bildirərək imtina məktubları vermişdir. Əlavə olaraq bildirir ki, ona 2-ci dərəcəli əlillik təyin edilərkən əlilliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar yazılmışdır. Ancaq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, əlilliyini işdə olarkən almışdır. Bu da, onun əlillik səbəbi kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar olması deməkdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin səbəbi səhv göstərilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin sabiq polis nəfəri İddiaçı xx.xx.2006-cı il tarixdə xidmətdə olarkən infarkt keçirməsi səbəbindən təqaüdə çıxmasına baxmayaraq ona sığorta ödənişinin verilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Bakı şəhər Baş Polis İdarəsində baxılmış, sabiq polis nəfəri İddiaçı qeyd olunan tarixdə xidmətdə olarkən xəsarət almasına dair həmin dövrdə hər hansı müraciəti daxil olmadığı üçün xidməti yoxlamanın aparılmaması, lakin, 27.07-xx.xx.2006-cı il tarixlərdə “ÜİX.Sol mədəciyin arxa diafraqmal nahiyyəsinin yan miokart infarkt” diaqnozu ilə DİN-in Tibb İdarəsinin A.Heydərov adına Hospitalında stasionar müalicədə olması müəyyən edilişdir.

4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-44-1/2- Ə-36186/1/2024 nömrəli məktubla bildirilmişdir ki, aparılmış xidməti yoxlama nəticəsində 2006-cı ilin arxiv sənədlərinin müddət keçmə ilə əlaqədar məhv edilməsi müəyyən olunaraq xəsarət alması ilə bağlı xidməti araşdırmanın aparılmasına dair sənəd aşkar olunmamış, müraciəti əsasında müvafiq araşdırmanın aparılması Bakı Metropolitenində Polis İdarəsinə həvalə edilmişdir. Müraciətinə baxılmasının nəticəsindən narazı qalacağı təqdirdə müafiq qaydada məhkəməyə şikayət etmək hüququ vardır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-44-13/2-6813/2024 nömrəli məktubla bildirilmişdir ki, müraciətdə iddia etdiyi hadisə 18 il əvvəl baş verdiyindən qeyd olunan dövrə dair arxiv sənəd və materiallarının müddətinin keçməsi səbəbindən DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli qərarın tələblərinə əsasən məhv edildiyinə görə onun xidmətdə xəsarət alıb-almaması ilə bağlı hər hansı araşdırmanın aparılması mümkün olmamışdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinn Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən “Əlillik haqqında” arayışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

9. İş materiallarına iddiaçıya məxsus əmək kitabçası, xəstəlik tarixlərindən çıxarışlar əlavə edilmişdir. Təqdim edilmiş - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.M.Abdullayev Ad.X5 İnstitutu tərəfindən verilmiş 2776 nömrəli çıxarışa əsasən İddiaçı 24 iyul 2006-cı il tarixdə əsas diaqnoz: “ÜİX. Sol mədəciyin arxa diafraqmal nahiyyəsinin yan divara yayılmaqla kəskin mikard infarktı. (24.Vİİ.06), yanaşı xəstəlik: Hipertoniya İİİ, Risk İV, Bronxial astma, infeksion-allergik forma.” diaqnozu ilə qəbul edilmiş, 27 iyul 2006-cı il tarixdə çıxmışdır. Şikayətləri: Döş sümüyünün arxasında və ürək nahiyəsində olan şiddətli göynədici ağrıdan, ağrının kürəkaltına yayılmasından, soyuq tər basmadan və ümumi halsızlıqdandır. Xəstəliyin tarixi: Bir ildən çoxdur ki, hipertoniya ilə xəstə olduğunu qeyd edir. Qeyri requlyar dərman müalicəsi alıb. Özünü 3 gündür xəstə hesab edir. Xəstəlik ürək nahiyəsində göynədici ağrı tutmaları ilə başlayıb. Bu gün saat 18:00 radələrində psixoemosional gərtinlikdən sonra yuxarıda qeyd olunan şikayətləri başlayıb. TY çağırılıb. EKQ çəkilib və ilk yardımdan sonra ETKİ-a gətirilib. - İddiaçı - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əmrindən 7 ş/h nömrəli, 29 yanvar 2007-ci il tarixli çıxarışa əsasən “Polis haqqında” Qanunun 34-cü maddəsinin İ (səhətinə görə) hissəsinin Vİ bəndi ilə polis baş leytenantı İddiaçı Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsindən 29 yanvar 2007-ci il tarixdən xaric edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosila Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 12 may 2025-ci il tarixli, 3-17-4/2-11878/2025 nömrəli məktubla bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məumatlara əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-29-1/2-126/2025 nömrəli məktubla İddiaçı son on ildə Hospitalda stasionar müalicə aldığı müddətdə adına tərtib edilmiş xəstəlik tarixinin surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış sənədləri birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

18. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

19. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

20. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

21. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

22. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

24. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

25. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

27. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinin birinci hissəsinə müvafiq olaraq hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.

29. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinin birinci hissəsinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

30. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin Ümumi müddəalar: Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi: 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

31. Əsasnamədən göründüyü kimi, travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən müəyyən verilir.

32. Hazırki işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət keçmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əmrindən 7 ş/h nömrəli, 29 yanvar 2007-ci il tarixli çıxarışa əsasən “Polis haqqında” Qanunun 34-cü maddəsinin İ (səhətinə görə) hissəsinin Vİ bəndi ilə polis baş leytenantı kimi Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsindən 29 yanvar 2007-ci il tarixdən xaric edilmişdir. İddiaçı xidmət etdiyi dövrdə - xx.xx.2006-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı miokard infarkt keçirdiyini bildirsə də, iddiaçının miokard infarktı xidməti vəzifəsinin icrası zamanı keçirməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan iddiaçının xəstəlik tarixindən çıxarışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı 24 iyul 2006-cı il tarixdə əsas diaqnoz: “ÜİX. Sol mədəciyin arxa diafraqmal nahiyyəsinin yan divara yayılmaqla kəskin mikard infarktı. (24.Vİİ.06), yanaşı xəstəlik: Hipertoniya İİİ, Risk İV, Bronxial astma, infeksionallergik forma.” diaqnozu ilə qəbul edilmiş, 27 iyul 2006-cı il tarixdə çıxmışdır. Şikayətləri: Döş sümüyünün arxasında və ürək nahiyəsində olan şiddətli göynədici ağrıdan, ağrının kürəkaltına yayılmasından, soyuq tər basmadan və ümumi halsızlıqdandır. Xəstəliyin tarixi: Bir ildən çoxdur ki, hipertoniya ilə xəstə olduğunu qeyd edir. Qeyri requlyar dərman müalicəsi alıb. Özünü 3 gündür xəstə hesab edir. Xəstəlik ürək nahiyəsində göynədici ağrı tutmaları ilə başlayıb. Həmin gün saat 18:00 radələrində psixoemosional gərginlikdən sonra yuxarıda qeyd olunan şikayətləri başlayıb. TY çağırılıb. EKQ çəkilib və ilk yardımdan sonra ETKİ-a gətirilmişdir. Göründüyü kimi, iddiaçının xəstəlik tarixindən çıxarışlarında da, onun həmin miokard infarktı işdə, xidməti vəzifələrinin icrası zamanı alması ilə bağlı hər hansı bir qeyd mövcud deyildir. Əksinə onun ürək nahiyəsində göynədici ağrı tutmaların həmin gün 18:00 radələrində keçirdiyi psixoemosional gərginlikdən sonra olması barədə qeydlər mövcuddur. Bundan əlavə iddiaçının xidməti vəzifələrinin icrası zamanı səhətində problemlərin yaranması ilə bağlı işlədiyi orqanlarda hər hansı bir arxiv sənədi aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik dərəcəsi təyin edilsə də, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosila Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən daxil olmuş əlilliyin təyin edilməsinə əsas olmuş sənədlərdə, hansı sənədlərə əsasən ona “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəli əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı sübut təqdim edilməmişdir.

33. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının xəstəliyinin yaranma səbəbinin onun xidməti vəzifələrinin icrası ilə əlaqədar olması halı müvafiq təsdiqedici sənədlər ilə təsdiq edilmədiyindən cavabdehə qarşı hazırki tələbləri əsassız hesab edilməklə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar