Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2574/2024 23.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək N992-N993-cü illərdə N nömrəli hərbi hissədən dəfələrlə döyüş bölgəsinə ezam olunmağını əsas götürərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci ildə Masallı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, xx.xx.N992- ci il tarixində Azərbaycan Respublikası MilliTəhlükəsizlik Nazirliyinin (MTN) N saylı Hərbi Hissəsinə köçürülərək, həmin hərbi hissədə xidmətini davam etmişdir. xx.xx.N994-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə ezam olunduğu üçün - Milli Təhlükəsizlik Nazirliyinin Şəxsi Heyətinin siyahısından çəxarılmışdır. N saylı Hərbi Hissəsinin tərkibində dəfələrlə döyüş bölgələri olan - Fizuli, Çaykəndi, Murovdağ, Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Murovdağda döyüş zamanı başından güllə yarası almışdır. Bütün bunları onunla birlikdə N saylı Hərbi Hissənin tərkibində döyüşən əsgər yoldaşları təsdiq edə bilərlər. Ərizə və sorğularına aşağıdakı cavablar verilmişdir: Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, "Azərbaycan Respublikasının vətəndaşı İddiaçı xx.xx.N992-ci il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) N saylı hərbi Hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.N994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam edilərək şəxsi heyətin siyahısından çıxarılmışdır. Eyni zamanda nəzərinizə çatdırım ki, İddiaçı MTN-in N saylı hərbi hissəsində xidmət keçdiyi müddətdə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək və xx.xx.N994- cü il tarixdən xx.xx.N994-cü il tarixədək Xətai Rayon Hərbi Komissarlığına ezam olunmuşdur". N nömrəli hərbi hissə ƏMR-dən çıxarış (N aprel N993cü il tarixli Hərbi Hissənin komandiri mayor Mehdiyev) : "N0 nəfər şəxsi heyət üzvləri Tərtər rayon ezamiyyətə getmiş sayılsınlar. Üç gün müddətində qazan təminatından çıxarmaq. Quru ərzaqla təmin edilsinlər. N nömrəli hərbi hissə əmrdən çıxarış. N aprel N994. N nömrəli hərbi hissənin komandiri mayor Mehdiyev N.) : Aşağıda adları çəkilən şəxsi heyət üzvləri xidməti məqsədlər üçün Xətai rayon rayon hərbi komisarlığına bir gün müddətinə ezam edilsinlər. Qazan təminatından çıxarılsınlar. Bir günlük quru ərzaqla təmin edilsinlər. 2. S.ə.İddiaçı Raquf oğlu (N nömrəli hərbi hissənin komandiri mayor Mehdiyev N. N nömrəli hərbi hissə əmrdən çıxarış. N may N994. Aşağıda adları çəkilən şəxsi heyət üzvləri xidməti məqsədlər üçün Xətai Rayon hərbi komissarlığında ezamiyyətdə olmalı ilə əlaqədar l(bir) gün müddətinə duru ərzaqla təmin olunsunlar. 6. ə.s. İddiaçı Rafiq oğlu. N nömrəli hərbi hissə əmrdən çxarış. N may N994. (N nömrəli h/h komandirinin vəzifəsini müvəqqəti icra edən b/İ -nt Axundov M. Aşağıda adları çəkilən şəxsi heyət üzvləri Xətai RHK-dan ezamiyyətdən qayıtmış hesab edilsinlər. Qazan təminatına qoyulsunlar. (N nömrəli h/h-nin komandirinin vəzifısini müvəqqəti icra edən b/i-nt Axundov M. İddiaçı qeyd edir ki, onun N992-N993-cü illər ərzində döyüş bölgəsinə ezam olunmağı barədə olan sənədlər arxivdə yoxdur. İddiaçının döyüş bölgəsində birlikdə döyüşdüyü yoldaşlar veteran vəsiqəsi almışlar. İddiaçı 4 il 6 ay hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurub ordudan tərxis olandan sonra, Masallı Rayon Hərbi Komissarlığı ona "Veteranlıq Vəsiqə"si vermişdir. "Veteranlıq" vəsiqəsi iddiaçıya təqdim olunan dövrlərdə "Veteran" adına görə pul ödənilmirdi. "Veteran" vəsiqəsinə görə pul ödənilməsi 2005-ci ildən başlamışdır və həmin vaxtdan onun veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə dəfələrlə müraciət edərək, ona "Veteran vəsiqəsi" verilməsini xahiş etsə də, ərizələrinə cavab verilmir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müraciətlərimə cavab verməməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehlərə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, İddiaçı N992- N994-cü illərdə keçmiş MTN-in N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xidmət dövründə qısa müddətlərlə Xətai rayon Hərbi Komissarlğına ezam edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 3/4-4044 nömrəli Sərəncamı ilə xx.xx.N994-cü il tarixdən Hacıkənd qəsəbəsində N72 nömrəli hərbi hissəyə ezam edilərək MTN-in hərbi hissə üzrə təminatın bütün növlərindən çıxarılmış və şəxsi heyətin siyahısından silinmişdir. İddiaçının veteran adı və vəsiqəsinin verilməsi tələbi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsində müharibə veteranı adının verilməsi qaydaları müəyyən edilmişdir. İddiada qeyd olunan hallarla bağlı veteranlıq vəsiqəsinin verilməsi nəzərdə tutulan şəxslərin kateqoriyası Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində müəyyən edilmişdir. Əsasnamənin N-ci hissəsinin dördüncü bəndin birinci abzasına əsasən bu kateqoriya şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi onların sonuncu xidmət keçdiyi dövlət orqanı tərəfindən həmin orqanın yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla əlaqədar İddiaçı müddətli həqiqi hərbi xidmət dövründə Hacıkənd qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N72 nömrəli hərbi hissəsinə ezam olunduğundan iddiaçının sonuncu xidmət keçdiyi aidiyyəti dövlət orqanına müraciəti etməsi tələb olunur. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməmə barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizədən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. -HЗ№6N30388 №li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin N №-li hərbi hissəsində hərbi xidmətdə olmuşdur. xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək 3 gün müddətinə Tərtər rayonuna ezam edilmişdir. Əsas: N №li hərbi hissənin Əmrindən çıxarış. Hərbi biletin 24-25-ci səhifələrində olan qeydlərdən görünür ki, İddiaçı 20 iyun N994-cü ildə Xətai rayon HK-na ezam edilmişdir. (2 günlük) xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək (9 günlük) Xətai rayonu HK-da ezam müddəti uzadılmışdır. xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək Xətai rayon HK-na ezam olunmuş, xx.xx.N994cü il taridən xx.xx.N994-cü il tarixədək Xətai rayon HK-da ezamiyyət müddəti uzadılmışdır. xx.xx.N994-cü il tarixdə Xətai rayon HK-dan ezamiyyətdən qayıtmışdır. xx.xx.N994-cü il tarixdən Hacıkənd qəsəbəsi N saylı hərbi hissəyə ezam olunmuşdur. Əsas: DTX-nın 3-xx-xx/2559/2023, NN iyul 2023-cü il tarixli məktubuna əsasən 505 sh/h-nin əmrindən çıxarışlar. -N saylı hərbi hissənin N aprel N993-cü il tarixli, N52 saylı əmrindən çıxarışdan görünür ki, N0 nəfər şəxsi heyət üzvləri Tər-tər rayon ezamiyyətə getmiş sayılsınlar. Üç gün müddətində qazan təminatından çıxarmaq. Quru ərzaqla təmin edilsinlər. Ərzaq atestaı ilə təmin edilsinlər. xx.xx.N993-xx.xx.N993. -N nömrəli hərbi hissənin N may N994-cü il tarixli 488 saylı əmrindən çıxarışdan görünür ki, aşağıda adları çəkilən şəxsi heyət üzvləri Xətai RHK-dan ezamiyyətdən qayıtmış hesab edilsinlər. Qazan təminatına qoyulsunar. N. s.ə. İddiaçı Raqif oğlu. -N saylı hərbi hissənin N aprel N994-cü il tarixli 476 saylı əmrindən çıxarışdan görünür ki, aşağıda adları çəkilən şəxsi heyət üzvləri xidməti məqsədlər üçün Xətai rayon RHK-na bir gün müddətinə ezam edilsinlər. Qazan təminatından çıxarılsınlar. Bir günlük quru ərzaqla təmin edilsinlər; 2. s.ə. İddiaçı Raquf oğlu. -Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, İddiaçı MTN-in N saylı hərbi hissəsində xidmət keçdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməmişdir. -Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, İddiaçı MTN-in N saylı hərbi hissəsində xidmət keçdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı sənəd və ya qeyd aşkar edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normalardan məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olsun və ya döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N992-N994-cü illərdə keçmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi dövrdə döyüş bölgəsinə ezam edilməsi haqqında əmrlərə və hərbi biletdə olan qeydlərə istinad edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş edir. N saylı hərbi hissənin Bakı şəhərində (Zığ qəsəbəsində) yerləşməsi və həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi tərəflər arasında mübahisələndirilmir. İddiaçının tələbinin əsasını təşkil edən N №li hərbi hissənin yuxarıda istinad olunan N aprel N993-cü il və N aprel N993-cü il tarixli müvafiq əmrlərində onun Tərtər rayonuna N0 gün və N gün olmaqla ezam edildiyi qeyd olunsa da, məhz hansı hərbi hissəyə ezam olunması, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ezam olunması müəyyən olunmur. İddiaçı müharibə veteranı adının verilməsi üçün onun ezamiyyətinin məqsədinin döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmasına dair sübutları nə inzibati icraat zamanı, nə də məhkəmə araşdırması dövründə təqdim edə bilməmişdir. Halbuki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır. İPM-in N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün qanunvericiliklə tələb olunan şərtlər ödənilmədiyindən iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -NN.N-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -NN.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -N7.N-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2574/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2574/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver