Məhkəmə qərarları › İş №2-1(112)-2575/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2575/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2575/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 üzrə Mərkəzi Filialına qarşı “50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 İdarəsinə (hazırda X12 üzrə Mərkəzi Filialına) qarşı məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a)bəndinin, həmçinin 17-ci maddəsinin 5-ci abzasının tələblərinə əsasən, həmçinin, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-142/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli presedent qərarı əsasında 50 (əlli) yaşından, yəni xx.xx.2009-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışı əsasında təyin edilərək, yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonu, Adnalı kənd sakini, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 1976-1981-ci illər ərzində təhsil dövrü diplomuna, ondan 1976-1977 və 1980-1981-ci illərini əyani oxumaqla, 1975-ci ildən 2016-cı ilədək əmək kitabçasına əsasən dənizdə işləmiş kişilərdən xx.xx.1997-ci il tarixədək tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajın toplamışdır. Bu səbəbdən də 50 yaşından əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 a) maddəsinə əsasən güzəştli şərtlə yaşa görə əmək pensiya hüququ qazanmışdır. “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsin əsasən pensiya “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir və məlumatsız olduğu üçün iddiaçı rəsmi müraciət etməmiş və ona heç bir növ pensiya da təyin olunmamışdır. İddiaçının xx.xx.2019 tarixli müraciətinə ƏƏSMN yanınd DSMF-nun XŞTİ tərəfindən rəsmi imtina gəlmişdir.Əmək kitabçası əsasında: xx.xx.1975-xx.xx.1975, xx.xx.1977-xx.xx.1980, xx.xx.1980-xx.xx.1980, xx.xx.1981-xx.xx.1985 və xx.xx.1987xx.xx.1990-cı illərdə işlədiyi peşə və vəzifələr Azərbayca Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş əlavənin "əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtləri pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-l siyahısı"nın X.l.a) və b) bəndlərində 1100000a-17531, 1100000a-18494 və 1100000b-17541 şifrələri ilə güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əkslərini tapmışdır. İddiaçının SOCAR-ın arxiv arayışına əsasən də 1977-2016-cı illər ərzində dənizdə 33 il 6 ay iş stajı vardır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci ıl tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası huququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyəti, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi hazırki iş üzrə cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsıllərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. İddiaçının İdarəyə təqdim etdiyi arayışın surətinə baxarkən məlum olur ki, arayış SOCAR-ın arxivindən təqdim edilmişdir. Halbuki arayışda qeyd edilmiş müəssisələr hazırda fəaliyyətdədirlər. Belə olan halda arayışın iş yerindən deyil, arxivdən alınması qeyd olunan qaydaların tələblərinə zidd olduğu üçün qəbul edilə bilməz. Sözügedən arayışda qeyd olunan iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”na nəzərdə tutulmamışdır. X13 Babayev “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşının tamam olduğu tarixdən təyin olunması barədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçıməhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: - AZE № ******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1959-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət X16 və Geologiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arxiv arayışdan görünür ki, İddiaçı pensiyanın hesablanması üçün 2004- 2005-ci il dövr üçün nəzərə alınacaq əmək haqqı 67.979.295 AZM təşkil edir. - 038604 №-li nömrəli surətindən görünür ki, İddiaçı1976-cı ildə S.M.Kirov adına X18 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1981-ci ildə həmin universiteti bitirmişdir. - Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********8 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş xx xxxx 1975-ci il tarixli əmək kitabçasında xx.xx.1977-xx.xx.2016-cı il tarixləri arasındaki dövrlər ərzində X9 və Topoqrafiya İdarəsinin X7 işlədiyi takilaşçı, texnik, geodezist, böyük geodezist, geodezist-hidroqraf, rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası Dövlət X16 və Geologiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli arxiv arayışdan görünür ki, X9 və Topoqrafiya İdarəsinin arxiv sənədlərinə əsasən, İddiaçı Kəşfiyyat partiyasının X21 Qurğusunda, Əli Əmirov kəşfiyyət partiyasında takilaşçı, texnik, geodezist, geodeziya üzrə rəis müavini vəzifələrində çalışma haqqında məlumat vardır. xx.xx.1977-ci il tarixli 19-K saylı əmrinə əsasən Kəşfiyyət partiyasının X21 Qurğusuna yardımçı fəhlə vəzifəsinə işə qəbul olunmuş – xx.xx.1978-ci il tarixli 88-K saylı əmrə əsasən takilaşçı vəzifəsinə keçirilmiş; xx.xx.1980-ci il tarixli, 17-K saylı əmrə əsasən Azərbaycan ƏM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş; xx.xx.1980ci il tarixli, 94-K saylı əmrə əsasən X11 kontoruna takilaşçı vəzifəsinə işə qəbul olunmuş – xx.xx.1980-ci il tarixli, 143-K saylı əmrə əsasən çöl işlərinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmiş; xx.xx.1981-ci il tarixli, 197-k saylı əmrə əsasən X11 kontoruna texnik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixli 55-k saylı əmrə əsasən böyük geodezist vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixli, 9-k saylı əmrə əsasən X2 rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixli, 177-k saylı əmrə əsasən Kompleks mühəndis axtarış ekspedisiyasının Dəniz geodeziya və X3 geodezist vəzifəsinə işə qəbul olunmuş və hal-hazırda işləyir. İddiaçı iş stajı xx.xx.1977-ci ildən xx.xx.2016-cı ilə kimi 38 il 06 gündür. İşdə olan iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx xxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1975-ci il tarixədək X7 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş; xx xxxx 1977-ci il tarixdən Kəşfiyyət partiyasının X21 Qurğusuna yardımçı fəhlə vəzifəsinə təyin olunmuş, xx.xx.1978-ci il tarixdə takilaşçı vəzifəsinə keçirilmiş, xx xxxxxx 1980-ci il tarixdən işdən azad olunmuş; xx xxxx 1980-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək X11 kontoruna takilaşçı vəzifəsində işləmiş; xx xxxxxxx 1981-ci il tarixdə X11 kontoruna texnik vəzifəsinə, xx xxxxxxx 1985-ci il tarixdə böyük geodezist vəzifəsinə keçirilmiş, xx xxxxx 1987-ci il tarixdə astronomiya qrupunun rəhbəri vəzifəsinə keçirilmiş, xx xxxxxx 1992-ci il tarixdə Kəşfiyyat partiyasına keçirilmiş, xx xxxx 1994-cü il tarixdə 9-cü dərəcəli geodezist vəzifə, xx xxxx 1995-ci il tarixdə 10-cu dərəcəli geodezist vəzifəsinə keçirilmiş, xx xxxxxx 2002-ci il tarixdə geodeziya üzrə rəis müavini vəzifəsinə keçirilmiş, xx xxx 2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx xxxxxx 2007-ci il tarixdə X1 rəis müavini vəzifəsinə qəbul olunmuş, xx xxxxxx 2008-ci il tarixdə kəşfiyyat partiyası üzrə geodeziya işləri üzrə rəis müavini vəzifəsinə keçirilmiş, xx xxxxx 2009-cu il tarixdə kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist vəzifəsinə keçirilmiş, xx xxxxxx 2012-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmiş; xx xxxxxxxx 2012-ci il tarixdən Dəniz Geodeziya və X3 13-cü dərəcəli geodezist vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: -“SOCAR”-ın Geofizika və Geologiya İdarəsinin xx xxx 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək işlədiyi, nizamnaməsinə görə kommersiya təşkilatı olan SOCAR-ın Geofizika və Geologiya İdarəsi, vəzifələrin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlara, işlərə, peşələrə, vəzifələrə uyğun gəlibgəlməməsinin müəyyən edilməsi və bununla bağlı sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin (işçinin işlədiyi vəzifələr, peşələr barədə məlumatlar istisna olmaqla) təqdim edilməsi səlahiyyətlərinə malik deyildir. Həmin məlumatların təqdim edilməsi qeyd edilən normativ hüquqi sənədlərə uyğun olaraq Əmək və X10 Nazirliyi yanında Dövlət X14 vəzifəsidir. - “SOCAR”-ın Geofizika və Geologiya İdarəsinin xx xxx 2020-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, X11 Kontorunun arxiv sənədlərinə əsasən, radiotexnika üzrə mühəndis, böyük hidroqraf, astronomiya qrup rəisi, geodezist, mühəndis elektronçu, geodeziya üzrə rəis müavini vəzifələrində çalışması haqqında məlumat vardır. İddiaçının dəniz iş stajı: xx.xx.1984-ci il tarixdən xx.xx.2016-cı il tarixinə qədər 31 il 01 ay 07 gün; cəmi iş stajı xx.xx.1984-ci il tarixdən xx.xx.2016-cı il tarixinə qədər 31 il 01 ay 07 gün təşkil edir. - “SOCAR”-ın Geofizika və Geologiya İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçıəmək fəaliyyətinə başladığı xx.xx.1984-cü il tarixindən və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2016-cı il tarixinədək işlədiyi peşələr (vəzifələr) barədə məlumatlar SOCAR-ın Geofizika və geologiya idarəsi tərəfindən təqdim edilmiş və məhkəmənin iş materiallarında olan xx xxx 2020-ci il tarixli arxiv arayışında göstərilmişdir. Qeyd olunan arayışda İddiaçı əmək fəaliyyətinə “Xəzərdənizneftqazsənaye” istehsalat Birliyində başladığını və həmin Birliyin hüquqi varisi olmuş SOCAR-ın Geofizika və geologiya idarəsinin X9 və Topoqrafiya idarəsində, 2013-cü ildən isə həmin idarənin maddi-texniki bazasında yaradılmış Geofizika və Geologiya İdarəsinin strukturuna daxil olan Kompleks mühəndisi axtarış istehsalat Bölümündə işlədiyi göstərilmişdir. SOCAR-ın Geofizika və geologiya idarəsinin ləğv edilmiş X9 və Topoqrafiya idarəsinin maddi-texniki bazasında yaradılmış Kompleks mühəndisi axtarış İstehsalat bölümününəsas fəaliyyət növlərinə topoqrafiya, radiogeodeziya, naviqasiya, kompleks mühəndisi-geoloji, kompleks ekoloji tədqiqatlar daxildir. Eyni zamanda, istehsalat bölümü tərəfindən mühəndisi-geofiziki və hidroloji araşdırmaların aparılması hidrotexniki qurğuların inşasında qazma və neftqazçıxarma müəssisələrinə astronomogeodezi, markşeyder-geodezi və kartoqraf, eləcə də dağ süxurlarının və lay flüidlərinin laboratoriya tədqiqatlarının kompleksli geoloji kəşfiyyatının keçirilməsi, zəruri olduqda kəşfiyyat, struktur axtarış işlərinin aparılması, xəritəalma, quyuların qazılması, geoloji və struktur xəritələrin çəkilməsi kimi işlər və xidmətlər yerinə yetirilir. İddiaçı əmək fəaliyyətinə başladığı vaxtdan işlədiyi vəzifələr (peşələr) göstərilən istehsal sahələrinə uyğun müvafiq ixtisaslı vəzifələrdir. Həmin vəzifələrin (peşələrin) xüsusiyyətləri, funksiyaları, təhsil və ödəniş dərəcələrinə qoyulan ixtisas tələbləri və digər bu kimi tələblər barədə ətraflı məlumat Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin xx xxxxxx 1999-cu il tarixli, 1-3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərəfindən xx xxxxxx 1999-cu il tarixli, N- 141 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış“Topoqrafiya, geodeziya və kartoqrafiya istehsalı sahəsinə aid olan qulluqçu vəzifələrinin X20 SorğuKitabçası”nda verilmişdir. X22 Babayevin işlədiyi vəzifələr spesifik qulluqçu vəzifələri kimi xarakterizə edilmişdir. İddiaçı işlədiyi vəzifələrdə əmək funksiyalarının nədən ibarət olması barədə sorğu edilən məlumatların həcmi böyük olduğundan və hazırki məktubda ətraflı izah olunması mümkün olmadığından, həmin məlumatların qeyd olunan “Topoqrafiya, qeodeziya və kartoqrafiya istehsalı sahəsinə aid olan qulluqçu vəzifələrinin X20 Sorğu Kitabçası”na istinad edilərək əldə olunması xahiş olunmuşdur. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1959-cu ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona xx.xx.1977-xx.xx.2016-cı il tarixləri arasındaki dövrlər ərzində X9 və Topoqrafiya İdarəsinin X7 işlədiyi takilaşçı, texnik, geodezist, böyük geodezist, geodezist-hidroqraf, rəis müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığına istinad edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı bildirilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh etiraz ərizəsində, həmçinin, cavabdeh orqanını təmsil edən nümayəndə məhkəmə iclaslarında iştirak edərkən, İddiaçı müraciətinə imtina cavabı verilməmiş, sənədlərin əsilləri təqdim olunduğu təqdirdə müraciətinə baxılacağı bildirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 İdarəsi tərəfindən verilmiş məktub imtina məktubu kimi qiymətləndirilməlidir. Belə ki,“Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli məktubdan isə görünür ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən ünvanlanmış müraciətə baxarkən, onun xx.xx.1977-xx.xx.2016-cı il tarixləri arasındaki dövrlər ərzində işlədiyi vəzifələrin güzəştli şərtlərlə yşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmamasına əsaslanmışdır. Göründüyü kimi, iddiaçının müraciəti üzrə müvafiq sənədlərin təqdim edilməsi tələb olunmamış və bir mənalı həmin sahələrin siyahıda olmadığlarına istinad olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********8 saylı məktubu imtina məktubu kimi qəbul olunmalıdır. İddianın mahiyyəti: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000- ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, xx xxxxxx 1997-ci ilədək 20 il ümumi, 10 il isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı” üzrə xüsusi stajı olan kişilərə 50 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı əsaslar birgə mövcud olmalıdır: 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; 2) qanunvericiliklə nəzərdə tutulmuş ümumi sığorta stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı və 4) həmin peşə üzrə qanunvericiliklə nəzərdə tutulmuş xüsusi sığorta stajına malik olmalıdır. Cavabdeh tərəfindən həm imtina məktubunda, həm də etirazda mübahisələndirilən konkret hal ondan ibarətdir ki, iddiaçının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Siyahıda” nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə iş stajı mövcud deyil. Məhkəmə iddianın əsassız olması ilə bağlı qeyd edir ki, iddiaçının 50 yaşı tamam olan xx xxxxxx 2009-cu il tarixə kimi 20 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilsə də, həmin ümumi stajın 10 ildən çox müddətinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 nömrəli siyahısının ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” iddiaçının iddia ərizəsində istinad etdiyi sahələr üzrə araşdırılıb təhlil edilmişdir. İddiaçı işlədiyi X9 və Topoqrafiya İdarəsinin X7 işlədiyi takilaşçı, texnik, geodezist, böyük geodezist, geodezist-hidroqraf, rəis müavini işləri bilavasitə yerinə yetirən işlərə aid olduğunu Azərbaycan Respublikası Dövlət X16 və Geologiya İdarəsi tərəfindən verilmiş arayış əsasında əsaslı olduğuna istinad edir. Azərbaycan RespublikasınınNazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 nömrəli siyahısının X “Neftin qazılması və hasilatı” bölməsinin “Qazma” bəndində göstərilən peşənin adında kod 1100000b-17541 vardır: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları peşələri güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına hesablanır. Göründüyü kimi burada yalnız geofiziki tədqiqatları ilə bilavasitə məşğul olan dən-geofiziki partiyaların rəislərinə, mühəndislərə, geofiziklərə, geoloqlara, texniklərə, ustalara güzəştli əmək stajına hesablanır. İddiaçı Azərbaycan RespublikasınınNazirlər Kabinetinin320 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının 10-cu bölməsinə istinad edərək, onun işlədiyi vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Halbuki, iddiaçının fəaliyyət göstərdiyi geodezist, böyük geodezist, geodezist-hidroqraf, rəis müavini vəzifələri ümumiyyətlə həmin Siyahıda nəzərdə tutulmamışdır. Bundan savayi, məhkəmə onuda vurğulamağı zəruri hesab edir ki, hətta, “SOCAR”ın xx xxxxxx 2016-cı il tarixli arxiv arayışın da, iddiaçının xx.xx.1977-xx.xx.2016-cı il tarixləri arasındaki dövrlər ərzində işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifəyə aid edildiyi təsbit olunmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, İddiaçı işlədiyi X9 və Topoqrafiya idarəsinin maddi-texniki bazasında yaradılmış Kompleks mühəndisi axtarış İstehsalat bölümü mühəndisi-geofiziki və hidroloji araşdırmaların aparılması hidrotexniki qurğuların inşasında qazma və neftqazçıxarma müəssisələrinə astronomogeodezi, markşeyder-geodezi və kartoqraf, eləcə də dağ süxurlarının və lay flüidlərinin laboratoriya tədqiqatlarının kompleksli geoloji kəşfiyyatının keçirilməsi, zəruri olduqda kəşfiyyat, struktur axtarış işlərinin aparılması, xəritəalma, quyuların qazılması, geoloji və struktur xəritələrin çəkilməsi kimi işlərin görülməsində, yəni başqa sözlə desək, geofiziki tədqiqatları aparan İdarə olsa da, iddiaçının işlədiyi geodezist vəzifəsi güzəştli peşə kimi nəzərdə tutulmamışdır. Məhkəmə, vurğulamağı zəruri hesab edir ki, İddiaçı işlədiyi texniki vəzifəsi Azərbaycan RespublikasınınNazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 nömrəli siyahısının X “Neftin qazılması və hasilatı” bölməsinin “Qazma” bəndində göstərilən peşənin adında kod 1100000b-1754 ilə güzəştli əmək pensiyası verən sahə olsa da, iddiaçı həmin peşə üzrə yalnız xx.xx.1981-xx.xx.1985 dövrlərdə işləmişdir. Həmin illər isə onun güzəştli pensiya hüququ verən əmək stajını tamamlamır. Hazırki mübahisənin qanuni əsasını, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi nəzərə alınmaqla, həmin Qanunun 9.1-ci maddəsinin təşkil etdiyini nəzərə alsaq, məhkəmə araşdırılması ilə müəyən olunan hallara görə iddiaçının 20 ildən çox ümumi iş stajı müəyyən edilsə də, onun güzəştli pensiya hüququ verən azı 10 il zərərli əmək şəraitinə aid peşələrə işlədiyi müəyyən olunmur. Belə olan halda, cavabdehin iddiaçıya güzəştli pensiya təyin etməkdən imtina etmək vəzifəsi onun qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Ona görə də, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 üzrə Mərkəzi Filialına qarşı “50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X12 üzrə Mərkəzi Filialına qarşı “50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar