Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2575/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndə-vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı MMC-nin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3718 saylı və xx.xx.2023-cü il tarixli, **********3718 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi İddiaçı MMC-nin “Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3718 saylı və xx.xx.2023-cü il tarixli, **********53722 saylı qərarın ləğv edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3718 saylı qərarına əsasən 16000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh qərarı onunla əsaslandırımışdır ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməlidir. İddiaçı MMC Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3718 saylı qərarına əsasən 3000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh qərarı onunla əsaslandırımışdır ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulmasına görə 3000 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməlidir. Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, **********3718 saylı və xx.xx.2023-cü il tarixli, **********3718 saylı qərarları qərarı əsassızdır və obyektə yoxlama aparılan və akt tərtib olunan zaman vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, badamdar qəsəbəsi, Neftçilər 85 ünvanında yerləşən obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Həmin vaxtı Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən əmək müqaviləsi olmadan işçilərin muzdlu işə cəlb edilməsi faktlarına əsasən müvafiq aktlar tərtib olunmuşdur. Bununla əlaqədar bildirilir ki, Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən yoxlama aparılan gün, Bakı şəhəri, Səbail rayonu, badamdar qəsəbəsi, Neftçilər 85 ünvanında yerləşən obyektdə Cəmiyyətlə Turan Məmmədov adlı vergi ödəyicisi ilə təhvil-təslim işləri aparılırdı. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilən aktda adları qeyd olunmuş şəxslərin İddiaçı MMC heç əlaqəsi yoxdur. Həmin şəxslər vergi ödəyicisi Turan Məmmədov tərəfindən təhvil-təslim məqsədilə obyektə gətirilmiş və ona məxsus muzdlu işçilər olmuşdur. Həmin muzdlu işçilərin vergi ödəyicisi Turan Məmmədova məxsus işçilər olması barədə onun iştirakı ilə müvafik akt tərtib olunmiuş və həmin akt Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşlarına təqdim edilmişdir. Lakin, Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları obyektdə yoxlama aparılan zaman obyektin vergi ödəyicisi ilə təhvil təslim işi baş tutmamışdır. Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən obyektdə yoxlama aparılan zaman göstərilənlərin videoçəkilişi həyata keçirilməli idi. Lakin həmin günü Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən heç bir videoçəkiliş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda bildirilmişdir ki, uçot-baza məlumatına əsasən İddiaçı MMC-nin xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin “otellərin fəaliyyətindən ibarət olduğu müəyyən edilmişdir. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3718 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab olunur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5357 nömrəli qərarına əsasən cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Sea Pearl” hotelində operativ veri nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri cəmiyyətin rəhbəri X8 iştirakı ilə keçirilmişdir. R.Əliyev yoxlama zamanı video çəkiliş aparılmasına lüzum bilmədiyini bildirmiş, bu səbəbdən çəkiliş aparılmamışdır. Yoxlama ilə əlaqədar “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli Tələbnamə cəmiyyətin rəhbəri X12 şəxsə təqdim edilməsinə və onun tərəfindən imzalanaraq qəbul edilməsinə baxmayaraq, yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 8 (səkkiz) nəfər fiziki şəxsin (X16, X21, X22, X27, X30, X23, X28, X29) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bununla bağlı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2023-cü il tarixli DVX seriyalı 003690 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt cəmiyyətin rəhbəri R.Əliyevə təqdim edilməsinə baxmayaraq, imzalamaqdan və bir nüsxəsini qəbul qəbul etməkdən imtina etmişdir. Eyni zamanda özü və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 (beş) nəfər şəxs (X16, X21, X22, X30 və X23) izahat verməkdən imtina etmişlər. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər şəxsin isə (X28, X29 və X27) izahat verərək əmək müqaviləsi olmadan hoteldə işlədiklərini etiraf etmişlər. Operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 003690 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3718 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 16.000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İddiaçı MMC-nin rəhbəri R.Əliyevin cəmiyyətdə keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən narazı olması barədə inzibati şikayəti üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələblərinə əməl edilməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində araşdırma aparılmış və nəticəsi üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********202900 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı MMC-nin rəhbəri R.Əliyevin cəmiyyətdə keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2023-cü il tarixli DVX seriyalı 003690 nömrəli akt əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü tarixli **********3718 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3722 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə isə aşağıdakılar bildirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5357 nömrəli qərarına əsasən cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Sea Pearl” hotelində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən iki nəfərlik nahar yeməyi üçün (2 pors nar qovurma, 1 pors pendir saçaq, 1 çaynik çay və 1 ədəd tərxun) 46,2 manat nağd ödəniş edildiyi, ödəniş müqabilində həmin məbləğin nəzarət kassa aparatına mədaxil olunmadığı və çek təqdim olunmadığı müəyyən edilmiş, qeyd olunan ödəniş xx.xx.2023-cü il tarixdə saat 14:19-da 881 nömrəli çeklə bərpa edilmişdir. Operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli DVX seriyalı 028502 nömrəli aktla tərtib edilmişdir. Tərtib edilmiş akt cəmiyyətin rəhbəri R.Əliyevə təqdim edilməsinə baxmayaraq, imzalamaqdan və bir nüsxəsini qəbul qəbul etməkdən imtina etmişdir. Operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 028502 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3722 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 3.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İnzibati şikayətin araşdırılması zamanı X24 verdiyi izahatında “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023cü il tarixli DVX seriyalı 028502 nömrəli aktdan heç bir şikayətinin olmadığını qeyd etmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qəbul edilmiş ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3718 və **********3722 nömrəli qərarlarla tətbiq edilmiş maliyyə sanksiyası məbləəri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Lakin, iddiaçı müxtəlif üsul və vasitələrdən istifadə etməklə həmin qərarların ləğv olunmasına cəhd göstərir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü tarixdə (inzibati aktdan əvvəlcə yuxarı instansiyaya şikayət verilmişdir) hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********5357 nömrəli qərarı ilə İddiaçı MMC-nin nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Əmək Məcəlləsinin nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında Seriya DVX № 003690, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:28-də təqim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən xadimə, ofisiant və s. cəlb olunmuş 14 (on dörd) nəfər fiziki şəxsdən 8 (səkkiz) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə, 0 nəfəri bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə etmədən cəlb edilmişdir. -Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında Seriya DVX № 028502 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:55-də OVN tədbiri keçirilən zaman, müşahidə zamanı müştəri tərəfindən 2 nəfərlik nahar yeməyi üçün 46,20 AZN nağd qaydada ödənildi. Ödəniş müqabilində müştəriyə NKA çeki təqdim olunmadı. Araşdırma zamanı müştərinin nağd qaydada ödəniş üçün NKA-ya mədaxil olunmadığı aşkar olundu. Yayındırılmış məbləğ xx.xx.2023-cü il tarixində saat 14:19-da 881 №-li çekdə bərpa olundu. “X” hesabatı və bərpa çeki akta əlavə olunur. Bundan əlavə NKA çekində VM-nin 50.8-ci maddəsinin tələblərinə riayət olunmadığı aşkar olundur. -xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********5357 nömrəli operativ vergi nəzarətinin (OVN) həyata keçirilməsi haqqında qərarına əsasən İddiaçı MMC-nin fəaliyyət göstərdiyi (VÖEN: **********-17001) Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Neftçilər (Badamdar qəsəbəsi) 85 ünvanda “Sea Pearl” hoteldə xx.xx.2023-cü il tarixdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. OVN tədbiri zamanı 8 (səkkiz) nəfər fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin yerinə yetirilməsinə (işlərin görülməsi və xidmətlərin göstərilməsi) cəlb edilməsi aşkar edilmiş və Nağd pul hesablaşmasının pozulması faktı aşkar olunmuşdur. Həmin 8 (səkkiz) nəfər fiziki şəxslərin (işçilərdən) şəxsiyyətlərini müəyyənləşdirərək xx.xx.2023-cü il tarixli 003690 nömrəli və Nağd pul hesablaşmasının pozulması ilə bağlı 028502 nömrəli OVN aktları tərtib edilmişdir. Hüquqi şıxs İddiaçı MMC-nin rəhbəri X2 operativ vergi nəzarəti tədbirində iştirak etsə də, yazılı izahat verməkdən imtina etdi. Bundan əlavə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 8 (səkkiz) nəfər fiziki şəxslərdən 5 (beş) nəfər yazılı izahat təqdim etməkdən imtina etdilər. Eyni zamanda OVN tədbiri zamanı MMC-nin rəhbəri video çəkilişinin aparılmasına lüzum bilmədi. Bu səbəbdən də video çəkilişin aparılması mümkün olmadı. Əmək müqaviləsi (konraktı) bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 (səkkiz) nəfər işçilərin adları: X30, X23, X28, X16, X29, X21, X22 və X17r. -X28 tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı MMC-də 3 gündür ki ofisiant vəzifəsində işlədiyini, onun tərəfindən hər hansı sənədə imza atılmadığı, daha əvvəllər hər hansı əmək fəaliyyəti ilə məşğul olmadığı, ondan başqa həmin müəssisədə İlqar, Vüsal və Nicat adlı şəxslərin də əmək fəaliyyəti ilə məşğul olduğunu öz izahatı ilə təsdiq etmişdir. -X29 tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı MMC-də mart ayından etibarən qabyuyan vəzifəsində işlədiyini, əmək haqqının 450 manat təşkil etdiyini və həmin məbləği nağd şəkildə aldığını, əmək müqaviləsinin bağlanmadığını, ondan başqa həmin müəssisədə Vaqif və İlqar adlı şəxslərin də əmək fəaliyyəti ilə məşğul olduğunu öz izahatı ilə təsdiq etmişdir. -X27 tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı MMC-də ilk gün Food testing üçün işə yoxlanışa gəldiyini, əmək haqqı almadığını, onunla əmək müqaviləsinin bağlanılmadığı, yeni olduğu üçün müəssisədə işləyən şəxsləri tanımadığını öz izahatı ilə təsdiq etmişdir. -xx.xx.2023-cü il tarixli subicarə müqaviləsindən görünür ki, Bakı şəhəri 28 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3M/207 reyestr nömrəli icarə müqaviləsinə əsasən X24, X7 məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 4000 kv.m olan əmlak kompleksinin 1000 kv.m hissəsini X1 vermişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, X4 Turan Kazım oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə aşbaz vəzifəsinə işə qəbul edilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, X5 Turan Kazım oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul edilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, X3 Turan Kazım oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə ofisiant vəzifəsinə işə qəbul edilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, X6 Turan Kazım oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə baş aşbaz vəzifəsinə işə qəbul edilmişdir. -Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********3718 nömrəli qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanskiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********3722 nömrəli qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaların aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -“İnzibati şikayətin təmin edilməməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli, **********202900 nömrəli qərarından görünür ki, İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2023-cü il tarixli DVX seriyalı 003690 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü tarixli **********3718 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda aşağıdakilar qeyd olunmuşdur: “R.Əliyev izahatında “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli DVX seriyalı 028502 nömrəli aktdan heç bir şikayətinin olmadığını, həmin çeki T.Məmmədovun işçilərinin kassaya vurmadığını, çox güman ki həmin cərimənin onun tərəfindən ödəniləcəyini bildirmişdir. Operativ vergi nəzarəti tədbirini həyata keçirmiş vergi orqanı əməkdaşları araşdırmaya təqdim etdikləri xx.xx.2023-cü il tarixli izahatlarında nəzarət tədbiri zamanı qeyd olunan işçilərin faktiki olaraq İddiaçı fəaliyyət sahəsinə uyğun olaraq, faktiki qeydiyyatda olan obyektində müəyyən işlərin yerinə yetirilməsinə cəlb olunduqlarını müşahidə etdiklərini, yoxlama başlandıqdan sonra T.Məmmədovun obyektə gəldiyini, R.Əliyevin yaxın dostu olduğunu söylədiyini, yoxlama zamanı ona güzəşt edilməsini xahiş etdiyini, R.Əliyevin özünün də yoxlama yerinə gələcəyini bildirdiyini, təxminən 1 (bir) saat sonra R.Əliyev özünün yoxlama yerinə gəldiyini, nəzarət tədbiri keçirilən tarixdə T.Məmmədovun rəsmi olaraq qeyd olunan obyektdə heç bir qeydiyyatının və fəaliyyətinin olmadığını, yoxlama zamanı X10 inzibatçı və X13 aşbaz kimi obyektdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinin aşkar olunduğunu, Aysel adlı şəxsi heç bir halda hər hansı işlərin yerinə yetirilməsinə və ya işçi formasında olmasının müşahidə edilmədiyini, nəzarət tədbiri başladıqda Cəmiyyətin rəhbəri və ya səlahiyyətli nümayəndəsi nəzarət tədbirində iştirak etmədiyindən video çəkiliş üçün icazə alınmasın mümkün olmadığını, sonradan obyektə gəldikdə video çəkilişin aparılmasına rəhbərin lüzum bilmədiyini, vergi ödəyicisinin nəzarət tədbiri sona çatmamış obyekti tərk etdiyini, bu səbəbdən sərbəst aktın tərtibində iştirak etmədiyini, aktın onun iştirakı ilə tərtib edilməsinin və bir nüsxəsini təqdim edilməsinin mümkün olmadığını, operativ vergi nəzarəti zamanı vergi ödəycilərinə və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə və ya əsassız tələblərə yol vermədiklərini bildirmişlər. Göstərilənləri nəzərə alaraq, araşdırma üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) öyrənilərək, belə nəticəyə gəlinmişdir ki, cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Sea Pearl” hotelində keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 003690 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetiril məsi nə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və həmin akt əsasında Baş İdarə tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü tarixli **********3718 nömrəli qərar dəyişdirilmədən saxlanılmalı və vergi ödəyicisinin şikayəti təmin olunmamalıdır. R.Əliyev xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixli DVX seriyalı 003690 nömrəli aktın düzgün tərtib edilməməsi ilə bağlı sübutlarının olmadığını bildirmişdir. Göründüyü kimi R.Əliyev izahatında xx.xx.2023-cü il tarixdə T.Məmmədovun işçilərinin kassaya çek vurmadığını bildirsə də, operativ vergi nəzarəti tədbiri zamanı faktiki olaraq nəzarət-kassa aparatının Cəmiyyətin adına qeydiyyatda olduğu və nəzarətkassa aparatının çekində Cəmiyyətin rekvizitlərinin əks olunduğu müəyyən edilmişdir. Bu da nəzarət tədbiri günü həmin obyektdə Cəmiyyətin faktiki olaraq sahibkarlıq fəaliyyəti göstərdiyinə dəlalət edir.” -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 3-17-5/2-13215/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, X18 xx.xx.2023-cü il tarixdən, X11 isə xx.xx.2023-cü il tarixdən işə bağladıqları qeyd olunmuş, onlar barəsində məlumatlar xx.xx.2023-cü il tarixdə portala daxil edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Operativ Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən X9 (VÖEN: **********) ünvan 5 ünvanda yerləşən **********-17001 kodlu təsərrüfat subyektinin (obyektinin) xx.xx.2023-cü il tarixdə qeydiyyata alınması, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılması barədə məlumat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə onun barəsində vergi məsuliyyətə cəlb olunması barədə qəbul edilmiş qərarları mübahisələndirir. Həmin qərarlardan görünür ki, iddiaçıya barəsində maliyyə sanksiyasının tətbiq olunmasının əsasında onun:
1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsidir;
2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaların aparılması qaydalarını pozmasıdır. Məhkəmə ilk növbədə iddiaçı barəsində birinci əsas ilə bağlı qəbul edilmiş qərara münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 53.3.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -3-cü maddəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. -3-cü maddənin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. -3-cü maddənin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. -3-cü maddənin 8-ci bəndinə əsasən iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. -49.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından asılıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. İşin araşdırılan halları ilə iddiaçı vergi ödəyicisinin 8 nəfərdən 6-si ilə əmək münasibətlərində olması, lakin həmin şəxslərlə əmək müqaviləsinin bağlanılmasına dair rəsmiləşdirmə həyata keçirilmədiyi müəyyən edilmişdir. Belə ki, operativ yoxlama zamanı həmin şəxslərdən X28 və X29, özlərinin verdikləri izahatlarında, həqiqətən də, "xxxx" MMC-də işlədiklərini təsdiq etmişlər. Eyni zamanda, bu şəxslər bildiriblər ki, onlarla heç bir rəsmi əmək müqaviləsi bağlanılmamış, heç bir sənəddə imza atılmamışdır. Bu təfərrüatlar hüquqi baxımdan nəzərə alınmalıdır, çünki onların izahatları həmin işin hüquqi əsasını təşkil edir. Qeyd edilən şəxslərin izahatları, öz aralarında qarşılıqlı əlaqə yaratmaqla, onların əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olduqlarını açıq şəkildə göstərir. Əlavə olaraq, adıçəkilən şəxslərin izahatları yalnız onların deyil, həmçinin X28, X21 və X10 da əmək müqaviləsi olmadan işə cəlb edilmələrini təsdiq edir. Bu, "xxxx" MMC-də işləyən digər şəxslərin işəgötürənlə hüquqi münasibətləri, yəni əmək müqaviləsi bağlanmadan həyata keçirilən əmək fəaliyyəti barədə əhəmiyyətli məlumatları təqdim edir. Hətta, həmin şəxslərin özləri izahat verməkdən imtina etsələr də, Z.Qasımov və M.Lələyevanın verdiyi izahatlar, həmin şəxslərin birgə fəaliyyət göstərdiklərini və əmək fəaliyyətlərini qanunsuz olaraq davam etdirdiklərini göstərir. Operativ yoxlama zamanı video çəkilişin aparılmaması, bu ifadələrin hüquqi qüvvəsini heç bir şəkildə azaltmır. Hüquqi baxımdan, izahatların alınma şəraiti və bu ifadələrin hüquqi konteksti daha mühüm əhəmiyyət kəsb edir. Qasımov Zamin və Lələyeva Mina tərəfindən verilən izahatlar, digər şəxslərin əmək müqaviləsi olmadan işləmələrinə dair məqbul dəlil təqdim etməkdədir. Əksər hallarda, izahatların verilməsi, şəxslərin özləri tərəfindən əməl etdiyi və şahidlik etdiyi faktları müvafiq şəkildə təsdiqləyir. Nəzərə almaq lazımdır ki, izahatların düzgünlüyü və mötəbərliyi, yalnız məhz onların veriləcəyi şəraitlə deyil, eyni zamanda bu izahatların məzmunu və hüquqi baxımdan uyğunluğu ilə müəyyən olunur. Bu vəziyyətin hüquqi əhəmiyyəti ilə bağlı qeyd olunur ki, video və ya digər qeydlərin mövcudluğu olmadan da, verilən ifadələrinin əhəmiyyəti müvafiq hüquqi müstəvidə kifayət qədər əhəmiyyət daşıyır. Faktiki olaraq, ifadə verən şəxslərin verdikləri məlumatlar, onların qanunsuz əmək fəaliyyətini açıq şəkildə göstərir və bu da hüquqi mübahisənin həllində əsas dəlil kimi qəbul olunur. Digər iki şəxsə gəldikdə isə, hüquqi baxımdan nəzərə alınmalıdır ki, iddiaçı X30 və X11 İddiaçı MMC-nin işçiləri olmadığını, əksinə, onların X25 ilə əmək münasibətində olduqlarını bildirsə də, faktiki olaraq həmin şəxslər barəsində məlumatlar yoxlama başa çatdıqdan dərhal sonra, yəni 16-xx.xx.2023-cü il tarixlərində sistemə daxil edilmişdir. Bu fakt özlüyündə adıçəkilən şəxslərin İddiaçı MMC ilə əmək münasibətlərində olduqlarını təsdiq edir. Əks halda, yəni həmin şəxslər X9 işçiləri olsaydılar, onların əmək müqavilələri X25 ilə subicarə müqaviləsi bağlanıldıqdan sonra müvafiq sistemə daxil edilmiş olardı. Başqa sözlə desək, məlumatın yoxlama bitdikdən sonra dərhal sistemə daxil edilməsi, faktiki olaraq, iddiaçının öz təqsirini qəbul etməsi ilə izah olunur. Bu, hüquqi baxımdan, tərəfin mövqeyinin ziddiyyətli olduğunu göstərir və həmin şəxslərin işə qəbul edilməsinə dair mövcud sənədlərin olmadığına dəlalət edir. Hüquqi baxımdan, görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən həmin qərar, vergi orqanlarının da iddia etdiyi 8 nəfərdən yalnız 6 nəfərin əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olması səbəbi ilə əsaslı hesab edilə bilər. Digər şəxslər — X16 və X27 barədə "xxxx" MMC-də əmək müqaviləsi olmadan işlədiklərinə dair hüquqi fakt müəyyən olunmamışdır. Bu şəxslərdən biri olan İ.Əhmədov, öz verdiyi izahatda, ilk dəfə yoxlanışa gəldiyini və həmin müəssisədə heç bir iş fəaliyyətində iştirak etmədiyini bildirmişdir. Bu, hüquqi baxımdan, həmin şəxsin işəgötürənlə əmək münasibətinin mövcud olmadığını təsdiqləyən bir açıqlamadır. Digər tərəfdən, Qasımov Zamin və Lələyeva Mina öz izahatlarında, həmin şəxslərin adlarını qeyd etməmiş və onlarla birlikdə işlədiklərini təsdiqləməmişlər. Bu da hüquqi baxımdan vacibdir, çünki bu şəxslərin işəgötürənlə əlaqədar fəaliyyətini təsdiqləyən mötəbər arqumentlər və ya dəlillər mövcud deyil. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********3718 nömrəli qərarı yalnız X16 və X27 hissəsində tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı hissədə ləğv olunmalı, digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iddiaçı barəsində qəbul edilmiş digər qərar ilə bağlı isə hesab edir ki, həmin qərar əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X41); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, nəzarət kassa aparatı çeki, müştəriyə mal və ya xidmət alışı zamanı təqdim olunan və ödənişi təsdiq edən rəsmi sənəddir. Bu çek nəzarət kassa aparatı vasitəsilə çap olunur və alqı-satqı əməliyyatının tam rəsmiləşdirildiyini, həmçinin vergi uçotunun aparıldığını göstərir. Bu çekin əsas funksiyaları: 1.Ödənişin təsdiqi – müştəri ilə satıcı arasında aparılan ödəniş əməliyyatını sənədləşdirir; 2.Vergi nəzarəti – dövlət orqanları tərəfindən vergi uçotunun və şəffaflığın təmin edilməsi üçün istifadə olunur; 3.Hüquqi sənəd – alıcının gələcəkdə malı geri qaytarmaq və ya şikayət etmək hüququnu təmin edir. 4.Məlumat daşıyıcısı – çekdəki məlumatlar gəlir və xərc əməliyyatlarını izləmək üçün vacibdir. Göründüyü kimi nəzarət kassa aparıtının çeki həm alıcının hüquqlarını, həm də dövlətin vergi maraqlarını qorumaq məqsədilə tələb olunur. Nəzərə alınmalıdır ki, nəzarət kassa aparatlarının istismarı məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar ilə tənzimlənir. Həmin Qaydaların: 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin hüququdur. Qaydaların tələblərindən də göründüyü kimi nəzarət kassa aparıtının çekinin qanunvericiliyinin tələblərinə cavab verməsi üçün məsuliyyət əsasən vergi ödəyicisi (sahibkar) və kassa aparatını quran və texniki xidmət göstərən quruma aiddir. Nəzərə alınmalıdır ki, Qaydaların 8.3.16-cı maddəsinin tələblərindən göründüyü kimi nəzarət kassa aparatını düzgün quraşdırmaq, çeki düzgün məlumatlarla təmin etmək və qanunvericiliyin tələblərinə uyğun olaraq fiskal məlumatları qeyd etmək sahibkarın məsuliyyətindədir ki, sahibkar çekin tələblərə cavab vermədiyi halda vergi qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Göründüyü kimi hazırki iş üzrə də bir qayda olaraq məsuliyyət iddiaçının özünə aiddir. Məhkəmə qeyd edir ki, cavabdeh, iddiaçının əhali ilə pul hesablaşmaları qaydalarına riayət etmədiyini bildirərək, iddiaçı tərəfindən göstərilən xidmətin dəyərinin alındıqdan sonra xidmət göstərilən şəxsə NKA çekinin təqdim edilmədiyini, məlumatların yalnız yoxlama başa çatdıqdan sonra sistemə daxil edildiyini və eyni zamanda NKA çekinin Vergi Məcəlləsinin (VM) 50.8-ci maddəsinə uyğun olmadığını əsaslandırmışdır. NKA çekində xidmət göstərilən şəxs tərəfindən 46,20 manat məbləğinin nağd şəkildə ödənildiyi qeyd edilmişdir, lakin həmin çekdə VM-nin 50.8.11-ci maddəsində göstərilən "müştəriyə qaytarılan məbləğ" bölməsi (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə) göstərilməmişdir. Bu, hüquqi baxımdan ciddi pozuntu olaraq qiymətləndirilir, çünki həmin məbləğin qaytarılmasına ehtiyac olmamış olsa belə, NKA çekində qalıq məbləğin göstərilməməsi, Vergi Məcəlləsinin tələblərinə ziddir. Nəticədə, bu hal NKA çekinin VM-nin müvafiq maddələrinə uyğun olmadığını göstərir. Bundan əlavə, iddiaçının özü də inzibati icraat zamanı verdiyi izahatda faktiki olaraq təqsirini qəbul etmişdir. Bu, onun təqsirli olduğunu və hərəkətlərinin hüquqi nəticələrini anladığını və qəbul etdiyini göstərən mühüm bir dəlildir. İddiaçı bu pozuntunun nəyə görə baş verdiyini əsaslandıra bilməmişdir. İddiaçının T.Məmmədovun işçiləri tərəfindən kassaya çək vurulmadığı ilə bağlı təqdim etdiyi dəlillər əsassız hesab olunur. Çünki, faktiki olaraq həmin dövrdə istifadə edilən nəzarət-kassa aparatının çeki Cəmiyyətin adına qeydiyyatda olmuşdur və bu çeki əks etdirən sənəddə, Cəmiyyətin rekvizitləri göstərilmişdir. Bu fakt, nəzarət tədbiri günü həmin obyektdə Cəmiyyətin faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və müvafiq dövrdə fəaliyyət göstərdiyini təsdiq edir. Nəticədə, NKA çeki və onun rekvizitləri, Cəmiyyətin qanuni fəaliyyətinin göstəricisi kimi qəbul olunur. Nəticədə, Məhkəmə hesab edir ki, iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyası tamamilə əsaslı və hüquqi baxımdan düzgün hesab olunmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********3718 nömrəli qərarı - X16 və X27 ilə bağlı tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov