Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2576/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1959-cu il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuş və ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1999-cu il tarixə kimi aylıq müavinət almışdır. 1999-cu il tarixdə yaşayış yeri üzrə qeydiyyatdan çıxmış və 2015-ci il tarixdə yenidən yaşayış yeri üzrə qeydiyyata düşmüş və hazırda Yasamal rayonunda məcburi köçkün kimi qeydiyyatdadır. İddiaçının ona məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə etmiş olduğu müraciəti təmin edilməmiş, buna əsas olaraq işğaldan əvvəl Zəngilan rayonunda pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən arayışların təqdim edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 02/905 saylı məktuba əlavə olunmuş iddiaya dair yazılı etirazında bildirilmişdir ki, iddiaçı 2019-cu ilin sentyabr ayında Komitəyə ərizə ilə müraciət etmiş, Komitə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 01/13660 nömrəli məktubla isə məcburi köçkün statusunun müəyyənləşdirilməsi üçün İddiaçı işğaldan əvvəl Zəngilan rayonunda neçənci ildən pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən müvafiq arayışların Komitəyə təqdim edilməsi və həmin sənədlər təqdim edildikdən sonra ona və ailə üzvlərinə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Vətəndaş İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də, qeyd olunan sənədlər təqdim edildikdən sonra ona məcburi köçkün vəsiqəsinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının iş üzrə ilkin müraciəti ilə əlaqədar olaraq inzibati icraat lazımi səviyyədə aparılmadığından, yəni iddiaçının yaşayış yeri üzrə və ya hərbi qeydiyyatda olması ilə əlaqədar məlumatların toplanılması məqsədilə bir sıra aidiyyəti dövlət orqanlarına sorğular verilmədiyindən və inzibati icraat yalnız iddiaçının müraciətinə əlavə edilmiş sənədlərə əsasında qiymət verildiyindən hazırlıq icraatının gedişində məhkəmənin 2-1(112)-2576/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə ərizəsinin yenidən araşdırılması ilə bağlı zəruri sənədlərin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi olaraq təqdim edilməsi üçün İddiaçı 10 (on) gün müddət (qərardadın rəsmi qaydada təqdim edildiyi gündən), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 15 (on beş) gün müddət (sənədlərin rəsmi qaydada təqdim edildiyi gündən) təyin edilmişdir. Məhkəmənin qeyd edilən qərardadının icrası istiqamətində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 02/1708 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim olunmuş İddiaçı ünvanlanmış 01/22547 nömrəli, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, təqdim etdiyi sənədlərə baxış zamanı və aparılmış araşdırmaya uyğun olaraq müəyyən edilmişdir ki, o, xx.xx.1992-ci il tarixdən Zəngilan rayonu, Mincivan qəsəbəsindən qeydiyyatdan çıxaraq, ünvan 5 mənzil 78 ünvanına qeydiyyata düşmüşdür. (Əsas.Qeyd edilmiş ünvanın MKİS-nin təqdim etdiyi Form A kartı). Eyni zamanda, DİN-nin Xətai RPİQ və ŞV şöbəsinin ona xx.xx.2004-cü il tarixdə verdiyi AZE 02042623 seriya nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot vərəqəsində də qeydiyyatda olduğu ünvan ünvan 5 mənzil 78 ünvanına qeyd edilmiş, şəxsiyyət vəsiqəsi alarkən köhnə nümunəli NZ-№ ******* seriya nömrəli hərbi bilet təqdim etdiyi qeyd edilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 2.0.5-ci bəndinin tələblərinə uyğun olaraq Komitəyə həmin müddətdə başqa bir ünvanda olduğu yer üzrə qeydiyyata alınmağına dair onun tərəfindən heç bir sənəd təqdim olunmaması və nəticədə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanın faktiki məskunlaşdığı ünvan olması yaşayış yeri üzrə qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonunda, həm də hərbi qeydiyyatda olmağını göstərir (Məlumatın dəqiqləşdirilməsi üçün SHXÇDX-ni Xətai rayon şöbəsinə əlavə sorğu göndərilmişdir). Əlavə olaraq bildirilmişdir ki, o, yalnız xx.xx.2010-cu il tarixdə Xətai rayonundan qeydiyyatdan çıxaraq ünvan 8 ünvanına pasport qeydiyyatına düşmüşdür. Zəngilan rayonunun işğalından əvvəl orada hərbi və ya pasport qeydiyyatında olmağı ilə bağlı aidiyyəti qurumların (Zəngilan RPŞ və SHXÇDX-nin Zəngilan rayon şöbəsi) verdiyi arayışlarda heç bir məlumat olmadığı qeyd edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə görə “məcburi köçkün” (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunvericilikdə nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport) olmaqla yaşadığı yer başa düşülür. Odur ki, Zəngilan rayonunun işğalından əvvəl orada hərbi və ya pasport qeydiyyatı olmadığından ona məcburi köçkün statusunun verilməsi qaydalara uyğun deyildir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli etiraza əlavədə bildirilmişdir ki, iddia tələbi tam əsassızdır. İddiaçı 2019-cu ilin sentyabr ayında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmiş və xx.xx.2019-cu il tarixli 01/13660 nömrəli məktubla cavab verilərək, məcburi köçkün statusunun müəyyənləşdirilməsi üçün, iddiaçının işğaldan əvvəl Zəngilan rayonunda neçənci ildən pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən müvafiq arayışları Komitəyə təqdim edilməsi bildirilmişdir. Eyni zamanda, həmin sənədlər təqdim edildikdən sonra ona və ailə üzvlərinə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Məhkəməyə təqdim olunmuş Komitənin etirazında iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli 01/13660 nömrəli cavab məktubundakı hallar göstərilmiş, eyni zamanda, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq, vətəndaş İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciət etsə də, Qaydada ona göstərilən sənədləri təqdim etdikdən sonra məcburi köçkün vəsiqəsinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Odur ki, etirazda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 5 nömrəli Qərarının 2.1-ci bəndinin tələblərinə əsasən mümkünlük şərtləri ödənilmədiyi üçün iddia tələbinin mümkünsüz sayılması xahiş edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli 2- 1(112)-2576/2020 saylı qərardadla İddiaçı cavabdeh Komitəyə qarşı məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, ərizəsinin yenidən araşdırılması ilə bağlı zəruri sənədlərin Komitəyə rəsmi olaraq təqdim edilməsi üçün İddiaçı 10 (on) gün müddət (qərardadın rəsmi qaydada təqdim edildiyi gündən), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-cı maddəsinə uyğun olaraq, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərimn görülməsi üçün cavabdeh Komitəyə 15 (on beş) gün müddət (sənədlərin rəsmi qaydada təqdim edildiyi gündən) təyin edilmişdir. Daha sonra İddiaçı Yediyar oğlu 08 oktyabr tarixdə rəsmi ərizə ilə Komitəyə müraciət etmişdir. İddiaçının ərizəsi ona məcburi köçkün statusunun verilib-verilməməsini müəyyənləşdirilməsi üçün araşdırılma aparılmış və xx.xx.2020-ci il tarixli 01/22547 nömrəli məktubla ona cavab verilmişdir. Odur ki, iddiaçı Əliyev X2 rayonunun işğalından əvvəl orada hərbi və ya pasport qeydiyyatında olmadığından, iddiaçıya məcburi köçkün statusunun verilməsi qaydalara uyğun deyildir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədilə proses iştirakçıları dəvət edilmiş, məhkəmənin 2-1(112)-2576/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı qəbul edilmiş və cavabdeh tərəfindən icra edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili çıxışında bildirdi ki, İddiaçı ailə üzvləri ilə birlikdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2 saylı tələbə yataqxanasında məskunlaşmışdır və 1993-cü ildən hal-hazıradək orada yaşayır. Halbuki, həmin yataqxananın bütün kommunal xidmətləri dayandırılıb, ailələr köçürülərək mənzillə təmin olunub, iddiaçının ailəsi həmin yataqxanada məskunlanmış tək ailədir. İddiaçının arvadı, 1964-cü ildə Zəngilan rayonunda doğulmuş X4 da 1993-cü ildən, yəni Zəngilan rayonu işğal edildikdən sonra həmin rayonu əri (iddiaçı) ilə birlikdə tərk etmiş, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən adına verilmiş AA seriyalı, 107322 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən xx.xx.2005-ci il tarixdən məcburi köçkün statusuna sahibdir. Beləliklə, iddiaçının arvadı məcburi köçkün olduğu halda iddiaçının özünün məcburi köçkün statusunun olmaması qanunvericiliyin və təməl hüquqi prinsiplərin tələblərinə ziddir. Xüsusilə, nəzərə alınsa ki, hərbi uçot və yaşayış yeri üzrə qeydiyyatla bağlı sənədlər iddiaçının iradəsindən asılı olmayan səbəblərdən işğal zonasında qalmışdır və iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərdə İddiaçı 1993-cü ilin oktyabrın 29-da Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunarkən Mincivan qəsəbəsindən məcburi köçkün düşdüyü faktı təsdiq edilir, bu halda, cavabdehin imtinası əsassızdır. Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixli etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki: İş materiallarında olan DİN-in Zəngilan RPŞ tərəfindən verilmiş 202-3156-149 saylı, xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı, həqiqətən 1993-cü il oktyabr ayının 29-da Zəngilan rayonu Erməni Silahlı Qüvvələri tərəfindən işğal olunarkən Zəngilan rayonu, Mincivan qəsəbəsindən məcburi köçkün düşmüş və hal-hazırda ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İşdə olan iddiaçıya aid fərdi uçot kartoçkasında (təsdiq edilmiş surət) aparılmış qeydlərindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Zəngilan rayon hərbi komissarlığında hərbi uçota alınmışdır (HЗ seriyalı, ******* nömrəli hərbi bilet). İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1959-cu ildə Zəngilan rayonunun Mincivan kəndində anadan olmuş, bu barədə xx xxxxxx 1959-cu il tarixdə Zəngilan rayonunun Mincivan icra nümayəndəliyində doğum haqqında akt qeydi kitabının 112-ci səhifəsində qeydiyyat aparılmış, Zəngilan rayonu işğal edilənədək həmin rayonda Zəngilan rayon hərbi komissarlığında hərbi uçota alınmış, rayon işğal edilənədək ailə üzvləri ilə birlikdə daimi olaraq orada yaşamış, 1993-cü il oktyabr ayının 29-da Zəngilan rayonu Erməni Silahlı Qüvvələri tərəfindən işğal olunarkən Zəngilan rayonu, Mincivan qəsəbəsindən məcburi köçkün düşmüşdür. İddiaçının arvadı, 1964-cü ildə Zəngilan rayonunda doğulmuş X4 da 1993-cü ildən, yəni Zəngilan rayonu işğal edildikdən sonra həmin rayonu əri (iddiaçı) ilə birlikdə tərk etmiş, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən adına verilmiş AA seriyalı, 107322 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən xx.xx.2005-ci il tarixdən məcburi köçkün statusuna sahibdir. İddiaçı müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq Zəngilan rayonunda pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən müvafiq sənədlər ediləcəyi halda yenidən baxılacağı bildirilmişdir. Məhkəmənin 2-1(112)- 2576/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı əsasında həmin qərardadda göstərilənlər nəzərə alınmaqla iddiaçının müraciətinə Komitədə təkrarən baxılmış, lakin iddiaçıya imtina edilmiş, əsas kimi isə göstərilmişdir ki, onun Zəngilan rayonunun işğalından əvvəl orada hərbi və ya pasport qeydiyyatı olmadığı göstərilmişdir. 1907-ci il oktyabrın 18-də Haaqada qəbul edilmiş “Quruda müharibənin qanunları və adətlərinə dair Nizamnamə”nin (bundan sonra – “1907-ci il Haaqa Nizamnaməsi”) 42-ci maddəsində hərbi işğal aşağıdakı qaydada müəyyən edilir: “Ərazi düşmən ordusunun hakimiyyəti altında həqiqətən olduqda işğal edilmiş hesab edilir. İşğal yalnız belə hakimiyyətin yaradıldığı və yerinə yetirildiyi əraziyə şamil olunur.” “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının (№ 4) (“Dördüncü Cenevrə Konvensiyası”) 49-cu maddəsində işğal edilmiş ərazilərə və ya belə ərazilərdən məcburi köçürmə məsələləri nizamlanır. “Qaçqın və Məcburi Köçkünlərin Yaşayış Yeri və Əmlakının Restitusiyasına dair Prinsiplər” (Commission on Human Rights, SubCommission on the Promotion and Protection of Human Rights, xx xxxx 2005, E/CN.4/Sub.2/2005/17, Annex) məsələ ilə bağlı ən hərtərəfli standartları təşkil edir. Onlar həmçinin Pinheiro prinsipləri kimi tanınır. Mövcud beynəlxalq insan hüquqları və humanitar hüquqda əsasını tapmış həmin prinsiplərin məqsədi – dövlətlər, BMT agentlikləri və daha geniş beynəlxalq ictimaiyyət üçün yaşayış yeri və əmlakın restitusiyası ilə bağlı mürəkkəb hüquqi və texniki məsələlərin həll edilməsinə dair beynəlxalq standartları müəyyən etməkdir. Onlarda, inter alia, aşağıdakıları nəzərdə tutulur:
2. Yaşayış yeri və əmlakın restitusiyası hüququ “2.1 Dünyada mövcud olan bütün qaçqın və məcburi köçkünlər qeyri-qanuni yolla məhrum edilmiş yaşayış yeri, torpağı və əmlaklarının restitusiyası hüququna malikdirlər. Bu mümkün olmayan hallarda isə müstəqil və tərəfsiz məhkəmənin müəyyən etdiyi formada yaşayış yeri, torpaq və əmlakın əvəzi ödənilməlidir.
3. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ “3.1 Heç bir şəxs irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidəsi, milli və ya sosial mənşəyi, doğum və ya digər statusuna görə ayrı seçkiliyə məruz qala bilməz. 3.2 Dövlətlər yuxarıda göstərilmiş əsaslarla, eləcə də qaçqın və məcburi köçkünlərə qarşı mövcud olan ayrı-seçkiliyin de fakto və de jure qadağan edilməsi istiqamətində tədbirlər görməlidirlər. Bütün insanlar qanun qarşısında bərabər hesab edilmlidirlər.”
15. Yaşayış yeri, torpaq və mülkiyyətin qeydiyyatı və sənədləşdirilməsi “... 15.7 Kütləvi məcburi köçkünlük hallarında, sənədlərin nümayişi mümkün olmadığı hallarda, dövlətlər məcburi köçkünlərin sənədlərə çıxışının məhdud olmasını nəzərə alaraq, onların mənşə yerlərində yaşayış yeri, torpaq və mülkyyət hüquqlarını tanıya və restitusiya ilə bağlı iddiaları kütləvi halda qəbul edə bilər. Bu halda, inzibati və məhkəmə hakimiyyəti orqanları sənədləri olmayan iddialara dair qərarlar çıxara bilər. ...” “Qaçqınların və məcburi köçkünlərin əmlak məsələlərinin həll edilməsi”, Parlament Assambleyasının (PA) 1708(2010) saylı Qətnaməsi 100. Parlament Assambleyası qeyd etmişdir ki, (10.3) köçürülmədən qabaq öz hüquqlarını rəsmi qaydada təsdiq edə bilməmiş, lakin əmlakdan istifadəsi dövlət orqanları tərəfindən faktiki olaraq tanınmış qaçqınlar və məcburi köçkünlər üçün hüquqi müdafiə vasitələrindən və itkilərin əvəzinin ödənilməsindən eyni və səmərəli surətdə istifadə etmək imkanının təmin edilməsi. Bu, müvafiq şəxslərin sosial baxımdan zəif olması və ya azlıq təşkil edən qruplara aid olması hallarında xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin Solomonides v. Turkey işində (16161/90 nömrəli ərizə, § 31, xx xxxxxx 2009-cu il) ərizəçinin izah etdiyi kimi, onun mülkiyyət hüququ Rayon Torpaq Şöbəsində qeydiyyata alınmışdır. Eyni zamanda, Türkiyənin hərbi müdaxiləsi zamanı o, köçməyə məcbur edilmiş və mülkiyyət haqqında şəhadətnaməni özünlə götürə bilməmişdir. Kipr respublikasının dövlət orqanları torpaq reyestrlərini bərpa etmiş və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələri vermişdir. İlkin qeydiyyat və ya sənədlər olmadığı yerdə bu şəhadətnamələr mümkün olan ən yaxşı sübut olmuşdur. Diqqətəlayiqdir ki, Saveriades v. Turkey işində (16160/90 nömrəli ərizə, xx xxxxxxxx 2009-cu il) ərizəçinin mülkiyyət haqqında əsl şəhadətnaməni təqdim edə bilməməsinin səbəbləri xüsusi olaraq nəzərə alınmışdır. Ərizəçi iddia etmişdir ki, sənədlər saxlanıldığı yeri qaç-qovda tərk etməyə məcbur olmuş və ora qayıtmaq, yaxud başqa cür şəhadətnaməni götürmək imkanında olmamışdır. Avropa Məhkəməsi ərizəçinin təqdim etdiyi sənədlərin (satınalma haqqında müqavilə, şəhadətnamə və tikinti üçün icazə) onun müvafiq əmlak üzərində mülkiyyət hüququna malik olmasının prima facie sübutlarını təşkil etməsini qəbul eymişdir. Ərizəçinin evin sahibi olması müəyyən edildiyi hallarda Məhkəmə binanın Konvensiyanın 8-ci maddəsi mənasında “ev” təşkil etməsini göstərmək məqsədilə ərizəçinin orada yaşadığını sübut etmək üçün əlavə sənədlərin təqdim olunmasını tələb etməmişdir. Misal üçün, Orphanides v. Turkey işində (36705/97 nömrəli ərizə, § 39, xx xxxxxx 2009-cu il) Məhkəmə aşağıdakıları bildirmişdir: “Məhkəmə qeyd edir ki, ərizəçinin onun türk basqını zamanı daimi Laptada yaşaması və onun yaşadığı binanın özü və ailəsi tərəfindən ev sayılması barədə bəyanatını şübhə altına qoyacaq heç bir sübut Hökumət tərəfindən təqdim edilməmişdir.” Digər işlərdə Məhkəmə əmlakın və ya yaşayış yerinin prima facie sübutları kimi, həmçinin torpaq üzərində mülkiyyəti təsdiq edən sənədləri, torpaq və ya vergi reyestrindən çıxarışları, yerli idarəetmə orqanlarının sənədlərini, planları, fotoşəkilləri və təmir işlərinə dair qəbzləri, habelə poçt göndərişləri barədə bildirişləri, şahid ifadələrini və ya hər hansı başqa müvafiq sübutları göstərmişdir (bax, ÇİRAQOV VƏ DİGƏRLƏRİ ERMƏNİSTANA QARŞİ, QƏRAR (MAHİYYƏT ÜZRƏ) Prokopovich v. Russia, 58255/00 nömrəli ərizə, § 37, ECHR 2004-Xİ, və Elsanova v. Russia (dec.), 57952/00 nömrəli ərizə, xx xxxxxx 2005-ci il). Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx xxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci bəndinin tələbinə əsasən, Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün statusu verilir. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 2.1-ci maddəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. 2.2-ci maddəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4.-cü bəndində göstərilən sənədləri elektron və ya qeyri-elektron formada (bu Qaydalara əlavə olunmuş 1 və 2 nömrəli formaya uyğun olaraq) bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim edir. 2.4-cü maddəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 2.4.1. Rayonun işğal zamanı yaşı 18-dən yuxan olan kişilər üçün: 2.4.1.1. Ərizə forması; 2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə); 2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) rayon şöbəsi və ya Daxili işlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. 2.5-ci maddəsinə əsasən Komitənin yerli nümayəndələri və yaxud şəhər və rayon icra hakimiyyətləri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 (yeddi) iş günü müddətində Komitəyə təqdim etməlidirlər. 3.1-ci maddəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. 3.2-ci maddəsinə əsasən şöbə 15 gün müddətində ilkin araşdırmaları apararaq şəxsə “məcburi köçkün” statusunun verilməsi üçün bu Qaydalarla müəyyən edilmiş qaydada tələb olunan sənədlərin olub-olmamasını müəyyənləşdirir. 3.3-cü maddəsinə əsasən şəxsə “məcburi köçkün’’ statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir av müddətində qəbul edilir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri baxımından məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Yuxarıda qeyd edildiyi kimi Avropa Məhkəməsinin presedent hüququnda beynəlxalq və ya daxili silahlı münaqişə şəraitində öz əmlakını və evini itirdiyini iddia edən ərizəçilər tərəfindən təqdim edilməli sübutlar ilə əlaqədar çevik yanaşma inkişaf etdirilmişdir. Məhkəmə qeyd edir ki, eyni yanaşma BMT-nin Pinheiro Prinsiplərinin 15-ci maddəsinin 7ci hissəsində də əks etdirilir. Hazırki işdən də göründüyü kimi, İddiaçı 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonunun Mincivan qəsəbəsindən məcburi köçkün düşməklə 1999-cu ilə qədər vahid aylıq müavinət alması iş materialları ilə öz təsdiqini tapır. Bundan başqa cavabdeh orqan iddiaçıya aid fərdi uçot kartoçkasından onun xx.xx.1979-cu ildə Zəngilan rayon hərbi komissarlığında hərbi uçota alınması halının mövcud olmasını nəzərə almamışdır. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ən azından iddiaçının Zəngilan rayon işğal edilənədək həmin rayonda hərbi qeydiyyatda olması işin mübahisəsiz halıdır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı məcburi köçkün statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA