Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2577/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 34 saylı şəhər poliklinikasına qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 34 saylı şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sosial hüquqlarının bərpa olunması üçün TSEK tərəfindən sonuncu Forma 88-ə əsasən düzgün qərar qəbul etməsi, yaşa görə əmək pensiyası almağını əsas götürərək "Əlilliyin müəyyən olunmasına dair Əsasnamə”nin 4.3-cü bəndinə əsasən ona əlillik müddət göstərilmədən təyin edilməsi, Travmatologiya institunun rəyinin nəzərə alınması, aldığı travmanın nəticələri əlillik təyin edilərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmasının qeyd oluması, əks təqdirdə müstəqil ekspertizanın təyin olunması, 34 saylı şəhər poliklinikasının rəhbərliyinin cəzalandırılması və dəymiş maddi-mənəvi zərərin qismən də olsa ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2017-ci ildən 2022-ci ilədək İİ qrup əlil olmuşdur. Əlillik müddəti başa çatdıqdan sonra yenidən Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdi. Orada bildirdilər ki, qeydiyatda olduğu polikinikada tibbi komissiyadan keçib, Forma- 88 tərtib elətdirib yenidən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron ünvanına göndərməlidir. Bundan sonra qeydiyyatda olduğu poliklinika vasitəsi ilə 4 dəfə F-88 tərtib elətdirib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etməyinə baxmayaraq (3 dəfədən çox TSEKA-da vəzifəli şəxslərin qəbulunda 2 dəfə də əyani baxışda olmuşdur), son dəfə fevral ayında forma 88 göndərdikdən sonra uzun müddət gözləməli oldu. Bu müddət ərzində 3 dəfə X6 və 1 dəfə də Kardiologiya institunda stansionar müalicə, 3 dəfədən çox ambulator müalicələr almışdır. Avqust 2023cü ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinən gəldikdən sonra nömrə götürüb kardioloq həkimin qəbulunda oldu. Həkim bütün sənədlərinin qaydasında olduğunu, sadəcə qaydalara uyğun olaraq axrıncı müraciətdən sonra 6 ay müddət keçmədiyinə görə imtina verildiyini bildirdi. Həmin müddətin başa çatmasını gözlədi. Bundan sonra Kordiologiya institunda komissiyadan keçdikdən sonra bütün sənədləri qeydiyyatda olduğu poliklinikaya yeni Forma 88 tərtib olunması üçün təqdim etdi. F-88 tərtib olunduqdan sonra 2 aya yaxın gözlədi və nəhayət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani baxışa oktyabr 2023-cü ildə dəvət olundu. Əyani baxışdan sonra 15 iş günündə nəticələr haqqında məlumat veriləcəyi bildirildi. 22 iyul 2024-cü il tarixədək heç bir cavab almadı. Sonradan bir tanışının köməyi ilə internetdən absurd bir səbəblə imtina qərarı verildiyini öyrəndi. (Bütün F-88-lərdə olduğu kimi, yanlış və ya natamam doldurulmuşdur. Tibb müəssisəsinə geri qaytarılır.) Kimsə nəyisə yanlış ya natamam doldurur, bunda iddiaçının günahı yoxdur. F-88-ə hər hansı səbəbdən imtina olunduqdan sonra gərək ən azı 6 ay müddət keçməlidir ki, yeni F-88 TSEKA-ya göndərilsin. 6 ay keçəndən sonra isə bütün topladığı sənədlər (arayışlar, epiqrizlər, MRT, KT və s). köhnəlmiş sayılır və xəstə bütün bu sənədləri yenidən toplamaq məcburiyyətində qalır. Bu isə ciddi (ən yaxşı halda 1 ay müddətə başa gəlir) vaxt və maliyyə itkisi deməkdir. Və nəhayət may 2024-də iddiaçı X6 müalicədən çıxdıqdan sonra TSEK-in ona verdiyi rəsmi cavabı da götürüb (harda ki, forma 88-in yenidən tərtib olunması tövsiyə olunur) qeydiyatda olduğu 34 saylı şəhər poliklinikasına müraciət etdi. Yenidən bütün komissiyalardan yenidən keçdikdən sonra, o cümlədən Kordiologiya mərkəzindən, Travmatologiya institundan (orada isə rentgen cihazından başqa heç bir xüsusi cihazın olmadığını əsas gətirərək özəl klinikaların birində İMQ müayinəsindən keçməyi tələb olundu) travma almış qoluna görə epiqriz çıxarışını toplayıb 12 iyul 2024-cü ildə yeni F-88 tərtib olundu və TSEKA göndərildi. Bir həftədən sonra poliklinika ilə əlaqə saxlayıb öyrəndi ki, xəstəlik düzgün formulirovka olunmaması səbəbindən (bu dəfə artıq TƏBİB tərəfindən) F-88 sistemdən keçməyib. Poliklinikanın baş həkimi bu səbəbi araşdırmaq əvəzinə tövsiyə etdi ki, özü TƏBİB-ə və ya TSEK-ə müraciət edib səbəbini orada araşdırır. Buna iddaçının səhhəti də imkan vermir. Axı tələb olunan bütün sənədləri poliklinikanın komissiyasına təqdim etmişdir. 14 iyul 2024-cü il tarixdə TSEK-in saytını tapıb va oradan öyrəndi ki, xx.xx.2023-cü il tarixdə iki illik İİ qrup ümumi əlillik təyin edilib. Nəyə görə 9 ayda bu sadaladığı qurumların (TSEK-də daxil olmaqla) heç birinin bundan xəbəri olmayıb? İddiaçı artıq 2 ilə yaxındır ki, yataq xəstəsidir və yaşadığı mənzildən 5 metr uzaqlaşa bilmir. Demək olar ki, köməksiz keçinmək onun üçün çox çətindir. Bu halda bütün şəhəri dolanmağa vadar etmişlər. Bütün bu müddət ərzində cox ciddi əsəb sarsıntıları keçirmiş, səhəttində və maddi-mənəvi cəhətdən ciddi itkilərə məruz qalmışdır (iki dəfə 1 saylı Mərkəzi Kliniki xəstəxananın Nevrologiya şöbəsində, bir dəfə kardialoqiya şöbəsində, bir dəfə Kardialogiya institunda stasionar müalicə almışdır). Əsas iradları: Sonuncu maüyinə aktında ürəyin atım funksiyası əslində 30% olduğu halda, 36% göstərilmişdir, (bu isə İ qrup əliliyə dəlalət edir. Travmatologiya institunun rəyi nəzərə alınmamış, aldığı travmanın nəticələri əlillik təyin edilərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması, sonuncu müayinə aktında göstərilməmiş, əlillik ümumu xəstəlik kimi qeyd olunmuşdur: Yaşa görə əmək pensiyası almağını əsas götürərək "Əlilliyin müəyyən olunmasına dair Əsasnamənin 4.3-cü bəndinə əsasən əlillik müddəti göstərilmədən təyin edilməli olduğu halda, əlillik 2 il müddətinə təyin edilmişdir. Bütün bunların 34 saylı şəhər poliklinikasının rəhbərliyinin laqeyidliyi səbəbindən baş verməsindən narazıdır.
3. Cavabdeh 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı barəsində tərtib edilmiş F-088 surəti məhkəməyə təqdim olunmuşdur. Həmin sənəddən görünür ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müraciət etmişdir.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 26 yanvar 2024-cü ii tarixli 3-17-4/3-3-518/2024 nömrəli qərarına əsasən: xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 27 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:
6. Bakı şəhər sakini xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********0). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 681 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol bazu və saidin dəlib-keçən qüllə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Obyektiv baxış zamanı sol bazunun aşağı 1/3-də və sol saidin yuxarı 1/3-də çapıqlar izlənilmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəkət məhdudluq aşkar edilməmişdir. Yanaşı olaraq ürəyində, başında olan ağrılardan, şəkərli diabetdən şikayətlənmiş, ürək tonları bir qədər karlaşmış, hər iki aşağı ətraflarda durğunluq əlaməti qeyd olunmamış, tük örtüyü hər iki baldırda saxlanılmış, periferik nəbz kafi dolğunluqda olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafında sarğı ilə komissiya otağına daxil olmuş, yuxarı ətraflarında ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2016-cı ildə miokard infarktı keçirdiyini bildirmişdir. Müayinə zamanı sol bazunun aşağı 1/3-də və sol saidin orta 1/3-də çapıqlar, beldə boylama istiqamətdə ~6-8 sm keçirilmiş əməliyyata (laminektomiya) məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxan ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş ürək şikayətləri ilə bağlı medikamentoz preparatlar qəbul etmədiyini bildirmiş, dəri və görünən selikli qişaları solğun rəngdə müşahidə edilmişdir. X8 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12963 nömrəli Tibbi rəyində diaqnoz “Hİpertenziv enselefopatiya. Keçirilmiş beyin infarktının nəticələri, serebral aterosklerozu, iki tərəfli hemiparez" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına X5 institutun xx.xx.2023-cü il tarixli Transtorakal exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistolo-diastolik ölçüləri genişlənmişdir. Sistolik funksiyası azalmışdır LVEF-36%. Sol mədəciyin divar hərəkət qüsuru qeyd edilir (diffuz hipokinez fonunda antero-septum, apeks akinetik). Sol mədəciyin diastolik disfunksiyasi. Sol qulaqcıq genişlənmiş və sağ boşluq ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAP mmHg) normaldır. Doppler EXO-KQ: İMÇ, min TÇ” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. X8 xx.xx.2023-cü il tarixli Doppler rəngli exokarioqrafiya müayinəsinin nəticəsi “Müavinə ekstrasistolik aritmiya fonu. Aorta divan sklerotik. Sol mədəcik minimal dilatasiyası. LAmin. dilatasiya. Sol mədəcik, İ tip diastolik disfunksiyasi. Sol mədəcik global sistolik funksiyası, aşağı LVEF- 30% LV-diffuz hipokinetik РН-yox. İVC-N. AV və MV-sərt. Rəngli doppler müayinəsi zamanı: MR-İ dər. TR-İ dər. Perikard, plevra boşluğunda maye yox" kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq cüzi genişlənib (4.3 sm). Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüyüb (6.2 sm), həcmlər artıb, diastolik funksiya psevdonormal tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu geyd olunur, cüzi diffuz hipokinez fonunda anterior lateralın bazalı, mədəciklər hipokinetikdir, sistolik funksiya azalıb (LVEF=37% Simpson). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə ekstrasistolik aritmiya fonunda aparıldı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir.
5. Məhkəmənin 2-1(112)-13035/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 34 saylı şəhər poliklinikasına qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi” üzrə müraciəti üzrə inzibati araşdırma aparılması üçün cavabdeh 34 saylı şəhər poliklinikasına 30 gün müddət təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 yanvar 2025-ci il tarixli 3- 17-4/2-1808/2025 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin X00132081MNM nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəmə qərardadına əsasən xx.xx.2025-ci il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsində, hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Eyni zamanda əlillik təyinatına əsas verən kardioloji xəstəliyin xüsusi səbəb əlaqəsi aşkar edilməmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2023-cü il tarixli ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
7. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-383/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən: Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2025-ci il tarixində aşağıda adları göstərilən 25 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
17. Bakı şəhər sakini xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3.2. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir.(ESDAS 3-17-4/3-1-1845/2024). Vətəndaş 3- 17/1-26854/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13035/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 681 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol bazu və saidin dəlib-keçən qüllə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxan ətrafında sarğı ilə komissiya otağına daxil olmuş, yuxarı ətraflarında ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2016-cı ildə miokard infarktı keçirdiyini bildirmişdir. Müayinə zamanı sol bazunun aşağı 1/3-də və sol saidin orta 1/3-də çapıqlar, beldə boylama istiqamətdə ~6-8 sm keçirilmiş əməliyyata (laminektomiya) məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş ürək şikayətləri ilə bağlı medikamentoz preparatlar qəbul etmədiyini bildirmiş, dəri və görünən selikli qişaları solğun rəngdə müşahidə edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi əlillik təyinatına əsas vermişdir.” kimi qeyd olunmuş, Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, əlillik təyinatının səbəb əlaqə dəyişikliyi üçün müraciət etdiyini söyləmişdir. Qəlpə yaraları olduğunu, 2016-cı ildə miokard infarktı, 2020-ci ildə Şuşanın işğaldan azad edildiyi gün insult keçirdiyini bildirmiş, təngnəfəslik, yerişində çətinlik, aşağı ətraflarında ödem, şəkərli diabet, yüksək arterial təzyiqdən şikayətlənmiş, onurğasında yırtıq səbəbindən 10 il əvvəl cərrahi əməliyyat keçirdiyini, bel ağrıları olduğundan yerişində çətinlik olduğunu qeyd etmişdir. Medikamentoz preparatlardan “Siafor”, sidikqovucu və s. dərmanlar qəbul etdiyini söyləmişdir. Müayinə zamanı arterial təzyiqi dərman fonunda 150/90 mm.cv.st olmuşdur. Baxış zamanı sol bazunun aşağı 1/3-i, sol saidin yuxarı 1/3-də çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji müayinə zamanı ətraflarda parez qeyd edilməmiş, refleksləri orta canlı, əzələ tonusu norma daxilində olmuş, atrofiya qeyd edilməmişdir. Patoloji reflekslər, Klonus qeyd edilməmişdir. Bel nahiyəsində paravertebral nöqtələr ağrılı olmuşdur. Yerişi ağrı hesabına çəliklə izlənmişdir. X8 xx.xx.2023-cü il tarixli Doppler rəngli exokarioqrafiya müayinəsinin nəticəsi “Müayinə ekstrasistolik aritmiya fonu. Aorta divarı sklerotik. Sol mədəcik minimal dilatasiyası. LAmin. dilatasiya. Sol mədəcik, İ tip diastolik disfunksiyası. Sol mədəcik qlobal sistolik funksiyası, aşağı LVEF-30% LV-diffuz hipokinetik PH-yox. İVC-N. AV və MV-sərt. Rəngli Doppler müayinəsi zamanı: MR-İ dər. TR-İ dər. Perikard, plevra boşluğunda maye yox" kimi qeyd edilmişdir. Akademik C.Abdullayev adına X5 İnstitutun xx.xx.2024-cü il tarixli müayinə aktında diaqnoz “ÜİX. İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİİ dərəcə. XÜÇ İİİ (üç) f.s. AF-30°/On kimi qeyd edilmişdir. X8 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 42641 nömrəli Çıxarışında diaqnoz “So/ tərəfdə daxili kapsulada beyin infarktın nəticəsi, hipertoniya xəstəliyi İİİ m. Serebral ateroskleroz. Beynin xroniki işemiyası. Sağ tərəfli hemiparez. Dizartriya. Yerişin çətinləşməsi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X10 xx.xx.2024-cü il tarixli Hər iki yuxarı ətraf sinirlərinin müqayisəli şəkildə keçiricilik testin nəticəsi “Alınan nəticələr solda median və ulnar sinirlərin xroniki ağır dərəcəli aksonal zədələnməsi ilə uyumludu kimi müəyyənləşdirilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** AB6064/2024 nömrəli Arayışında diaqnoz “Odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyət. Sol saidin çoxsaylı yad cismi (metal qəlpə). Sol mil sümüyü varus deformasiyası. Sol dirsək oynağının kontrakturası. Sol median və ulnar sinirin xroniki neyropatiyası. Ağrı sindromu ilə" kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Müayinə zamanı tək-tək ekstrasistoliyalar qeydə alındı. Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüyüb və sistolik funksiyası (LVEF=35%) azalıb. Sol qulaqcıq dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkt qüsuru-inferoseptumun bazalı və midi ciddi hipokinetik, inferior və inferolateral istisna olmaqla qalan divarlar hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASP, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ, min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmişdir. Hərbi travmanın qalıq əlamətəri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən kardioloji xəstəliyin xüsusi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq xx.xx.2023-cü il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
8. İddiaçının xx.xx.2025-ci il tarixli etirazı onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş Qərərdaddan sohra, xx.xx.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani baxışa dəvət edildi. 7-8 dəqiqə sürən baxışdan sonra komissiyanın rəyi barədə ona hər hansı bir məlumat verməkdən qəti imtina edildi. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin elektron ünvanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin Məhkəməyə təqdim etdiyi, heç də həqiqəti əks etdirməyən müayinə aktı ilə tanış oldu. Həmin müayinə aktında məhkəmə yanlış məlumatlandırılmış, mövcud tibbi arayışların nəticələri, EKQ, EMQ, Renqen göstəriciləri və digər həkim mütəxəssislərin əlilliyə əsas verən rəyləri aktda ötəri qeyd olunsa da yekunda özlərinin xx.xx.2023-cü il tarixdə qəbul etdikləri qeyri obyektiv qərarı yenidən təsdiqləmişlər. Çünki yeni qərarın qəbul edilməsi komissiyanın əvvəlki qərarının qərəzli olduğu bəlli olacaqdı. Bu səbədəndə komissiya bütün faktları qarışdıraraq məhkəmədə yanlış fikir yaratmaq təşəbbüsündə olmuşdur. Belə ki, xx.xx.2023-cü ilin müayinə aktının diaqnoz bölməsində yaralanma haqqında qeyd edilsədə, yaralanmanın hərbi travma olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınması qeyd olunmamış, sonuncu cədvəldə isə bu qrafa əlavə suallar yaratmasın deyə tamami ilə çıxarılmışdır.Həmin travma nəticəcində və qolunda olan qəlpələrə görə sol qolunda yaranmış kəskin ağrılarla və keyiməklə müşayiət olunan hərəkət məhdudiyyəti mövcudluğu qeyd edilməmişdir. Sonuncu EKQlərdə (X3 və Kardiologiya institunda) ÜAF 30% göstərilsə də (əmək fəaliyyətinin 80%-dən çox itirilməsinə dəlalət edir ki, bu da artıq 1 qrup əlillik deməkdir) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin EKQ apparatıda ÜAF 35% göstərilmiş və əlillik dərəcəsi 2-ci qrup kimi qeyd edilmişlir. Azərbaycan Respulikası Nazirlər kabinetinin 413 sayllı xx.xx.2015-ci il tarixli qərarı ilə qüvvəyə minmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4-cü paraqrafının (Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması müddətləri) 3-cü bəndinin (Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respulikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinatlar haqqında” Qanunları ilə müəyyən edilmiş Yaşa görə əmək pensiyası və yaxud sosial müavinat almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik, müddət göstərilmədən təyin edilir) tələbləri nəzərə alınmamış və Azərbaycan Respulikasının “Əmək pensiyaları haqqında” Qanunun (yaşa görə əmək pensiyası) 9-cu maddəsinin tələbləri kobud surətdə pozulmuş və ona əlillik 2 il müddətinə təyin edilmişdir. Əsasən yataqda olanı, köməksiz 5 metr məsafə qət edə bilməyən adamı heç bir xəstəliyi olmayan kimi qeyd etməyi, üstəlik “Yüngül işlərdə işlərdə işləyə bilər” kimi rəy vermək Dövlət Tibbi- Sosial Ekspertiza komissiysının qərəssiz olmasına şübhə yaradır və ya savadsızlığına dəlalət edir. Bu səbəbdən də məhkəmə tərəfindən müstəqil ekspertizanın təyin edilməsini xahiş edir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. İddia ərizəsindən görünür ki, iddiaçı sonuncu Forma 88-ə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini xahiş edir.
15. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması müəyyən edilmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat «Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri»nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər.
17. Göründüyü kimi mövcud qanunvericilik şəxsin əlilliyinin qiymətləndirilməsini müvafiq tibb müəssisəsi tərəfindən onun barəsində tərtib olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş” əsasında aparılmasını nəzərdə tutur. İddiaçıya dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli X00132081MNM saylı tibbi göndəriş (Forma 88) mövcuddur və onun əsasında əlillik təyin edilmişdir.
18. Beləliklə məhkəmə müəyyən etdi ki, iddiaçının əlilliyi hazırda qüvvədədir, sonuncu əlillik təyinatından sonra Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3- 17-4/3-3-383/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci ildə əyani müayinədən keçən iddiaçının ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması barədə Komissiya tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır.
19. Digər tərəfdən iddiaçının tələbini təmin etmək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid deyil. Belə ki, yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü kimi, göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirilməsi, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
20. İPM-in 13 və 48-ci maddələrinə əsasən işin hərtərəfli, tam və obyektiv araşdırılması, yol verilən formal xətaların aradan qaldırılması, iddiaçının hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə keçirilmiş məhkəmə iclaslarında (xx.xx.2024, xx.xx.2024-cü il tarixli) iştirak edən iddiaçıya qaldırdığı iddiaya cavab verməli olan inzibati orqanın (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin) qeyd edilərək məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, eyni zamanda həmin cavabdeh orqana müvafiq tələb (əlilliyə dair sonuncu qiymətləndirilmə barədə qərarın ləğvi) ilə müraciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmiş, iddia tələbi dəqiqləşdirilməsindən imtina edilmişdir.
21. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması məqsədilə iclas təyin olunmuş, nöqsanlar müzakirə olunmuş, lakin iddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmamışdır.
22. X11 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X9rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X7rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
23. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.
24. İddiaçıya izah olunsun ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyasının sonuncü müayinəyə dair qərarından şikayət verərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin olunması üçün tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
25. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
26. İddia tələbi 34 saylı şəhər poliklinikasının rəhbərliyinin cəzalandırılması və dəymiş maddimənəvi zərərin qismən ödənilməsi hissəsində vəsatət xarakteri daşıdığından həmin hissədə baxılması mümkün hesab edilmir.
27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
28. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva