Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2578/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “İddiaçı1 doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “İddiaçı1 və İddiaçı2 ata adının Vətəndaşlıq vəziyyəti akt qeydində (doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələri məlumatlarında) dəyişiklik edilərək Şeyxəli olaraq dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçılar məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamələrdə ata adının Şixəli adından Şeyxəli adına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə, daha sonra isə, iddiaçıların siyahısından İddiaçı2 çıxarılmasını xahiş etmişdirlər. Məhkəmənin 24 yanvar 2025-ci il tarixli qərardadı ilə, İddiaçı2 iddiaçı qismində prosessual iştirakına xitam verilməsi, və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atatası X16 xx.xx.1935-ci ildə anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmişdir. Ş.X1 ilə nikaha daxil olmuş və bu nikahdan Nümayəndə, İddiaçı1, X7, İddiaçı2, X14, X9, X2, X10 və X11 dünyaya gəlmişdir. Övladlar arasında Nümayəndə, X9, X2 və X10 istisna olmaqla, digər övladlar X14, İddiaçı1, X7, İddiaçı2 və X3 vətəndaşlıq vəziyyəti akt qeydində ata adı “Şeyxəli” əvəzinə səhv olaraq “Şeyxalı”, “Şıxəli” olaraq qeyd edilmişdir. Düzəlişin edilməsi məqsədi ilə cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən, cavabdeh “işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Məhkəmə iclasında iştirak edən tərəfin izahatı və tədqiq edilmiş sübutlar.
5. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəmədən inzibati işə nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.
İİİ. Faktiki hallar və sübutlar:
Belə ki, iş materiallarına əlavə olunmuş:
İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçının adı İddiaçı1dır. İddiaçıya məxsus olan, Ermənistan SSR, Kafan rayonun, Girətaq kənd soveti tərəfindən 01 aprel 1965-ci ildə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 Şxalı qızı xx xxxx 1965-ci ildə doğulmuşdur, atası X21, anası X12r.
İ-3Ж seriyalı 095747 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, X16 ilə X15 xx.xx.1961-ci ildə nikaha daxil olmuşdurlar, nikah qeydiyyata alındıqdan sonra soyadları:ərin Babayev, arvadın Babayeva olmuşdur. İddiaçının qardaşı Nümayəndə məxsus İİ-CЛ seriyalı 086795 nömrəli doğum haqqında şəhadətnamədə, qardaşı İddiaçı2 Şeyxəli oğluna məxsus İ-3Ж seriyalı 228327 nömrəli doğum haqqında şəhadətnamədə, bacısı X4 məxsus İ-3Ж seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədə, bacısı X5 məxsus AZ-İV seriyalı, 284662 nömrəli doğum haqqında şəhadətnamədə, ata adı qrafasında “Şeyxəli” qeyd edilmişdir. “Əhali əmlakının könüllü sığortası haqqında Şəhadətnamə”yə əsasən, sığorta etdirən X16 ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında xx.xx.2008-ci ildə sığorta müqaviləsi bağlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16/7-13- 1441/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçciyi müvafiq icra hakimiyyəti orqa tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəmə şikayət edilə bilər.
İV. Məhkəmənin mövqeyi
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən:
159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na əsasən:
- 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 7.2. bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.
İşin faktiki hallarına əsasən iddiaçının doğum haqqında şəhadətnamədə iddiaçının ata adı “Şxali”, göstərilsə də, iddiaçının mərhum atası X13 məxsus sənədlərdə, X8 digər övladlarına məxsus doğum haqqında şəhadətnamələrində ata adı qrafasında “Şeyxəli” göstərilmişdir. Lakin iddiaçının şəxsiyyəti ilə bağlı sənədlərində, o cümlədən şəxsiyyət vəsiqəsində və Ermənistan SSR-də verilmiş doğum haqqında şəhadətnamədə ata adı müvafiq olaraq “Şıxəli”, “Şxalı” kimi fərqli və səhv olaraq göstərilmişdir. Sənədlərdə səhvlərin olması iddiaçıya onun konstitusion hüquqlarını, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını həyata keçirməkdə ciddi çətinliklər, bəzən isə manələr yaradır. Buna görə də iddiaçı yuxarıda istinad edilən qanunvericiliyin normalara əsasən doğum haqqında şəhadətnamədə olan uyğunsuzluğu aradan qaldırılması üçün hazırki iddia tələbində haqlıdır.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3 .maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5 inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6 əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 13.Hal-hazırda iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamışdır və iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş, həqiqi məlumatları özündə əks etdirən doğum haqqında şəhadətnaməyə sahib olmaq hüququ pozulmuşdur.Belə ki, inzibati orqan olan cavabdeh iddiaçının doğum haqqında şəhadətnamədə ata adının səhv yazılışının düzəldilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifə öhdəliklərini icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
13. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 ata adının Vətəndaşlıq vəziyyəti akt qeydində (doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələri məlumatlarında) dəyişiklik edilərək Şeyxəli olaraq dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilsin. İddiaçı1 ata adının doğum haqqında şəhadətnamədə Şeyxəli olaraq dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа