Məhkəmə qərarları › İş №2-1(112)-2579/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2579/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2579/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 Cavabdeh ASC-nə qarşı “restruktizasiya müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ASC arasında bağlanmış restrukturizasiya olunan 27 yanvar 2014-cü il tarixli, N-LNNPU-0097 saylı kredit müqaviləsini üzrə restrukturizasiya müqaviləsi bağlanması üçün "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 26 fevral 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə 26.02.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. Lakin, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə X5 arasında 27 yanvar 2014-cü il tarixdə 0097 saylı istehlak kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən X3 illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2.800 AZN məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi 27 yanvar 2014-cü il tarixdə "xxxx" ASCnin Lənkəran filialı ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə qalıq borc məbləği Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanının təsiri altına düşmüşdür. İş materiallarında olan "xxxx" ASC-nn 27 avqust 2019-cu il tarixli, 0402/0534 saylı məktubunun surətindən görünür ki, 27.01.2014-cü il tarixli, LNNPU-0097 saylı kredit müqaviləsi əsasında kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşdüyündən, Fərmana uyğun olaraq restrukturizasiya etmək məqsədi ilə tərəflərə güzəştli şərtlərlə kredit müqaviləsi bağlanılması təklif edilmiş və 30 təqvim günündən gec olmayaraq X2 və İddiaçı Cavabdeh ASC-nin Lənkəran filialına gəlmələri təklif olunmuşdur. Lakin iddiaçı öz iştirakını X6 Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları iddiaçının zamin durduğu müqavilənin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşməsi nəticəsində, həmin 27 yanvar 2014-cü il tarixdə 0097 saylı istehlak kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlıdır. Məhkəmə İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, ilk öncə onu qeyd edir ki, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasıdır. Konkret halda isə həmin şərt ödənilmədiyindən iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Yəni, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş icra sənədi ilə başlanmış icra icraatı çərçivəsində onun iştirakçıları tərəfindən qaldırılan hər bir məsələyə həmin icraatdan kənar, o, cümlədən, inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün deyil. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, işin hallarından göründüyü kimi, mübahisə predmetini təşkil edən 27 yanvar 2014-cü il tarixli 0097 saylı istehlak kredit müqaviləsi Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. İddiaçının məhkəməyə müraciət etdiyi iddia tələbinin əsası, həmin istehlak kredit müqaviləsinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının təsiri altına düşdüyü və bu səbəbdən bankın onunla güzəştli şərtlərlə müqavilə bağlanması kimi (müqavilənin restrukturizasiyası) öhdəliyi yaranır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6 və 6.1-ci bəndlərinə əsasən, banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif olunsun. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi haqqında 27 mart 2019-cu il tarixli Qaydalarının 6.3-cü bəndinə əsasən, kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, restrukturizasiya dedikdə, kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin rəsmiləşdirilməsi başa düşülür. Fərmanda göstərilən tələblərə cavab verən kredit müqaviləsi üzrə vaxt keçmiş kredit borcları yeni müqavilə ilə rəsmiləşdirilir. Bu zaman yeni kredit müqaviləsinin şərtlərinə əsasən kredit öhdəlikləri icra olunmağa davam edir. Məhkəmə qeyd edir ki, ümumiyyətlə, kredit müqaviləsinə restrukturizasiya edilməsi qanunvericiliyin tələblərinə, həmçinin Fərmana əsasən, kredit təşkilatı və borc alan arasında bağlanır. Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Məhkəmə tərəfindən internet vergi xidmətinin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1 iş üzrə mövcud olmuş mübahisə fiziki və hüquqi şəxs arasında olan mübahisədir. Belə olan halda, bu növ iddialara baxılmasının aidiyyət qaydaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin,cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət edə bilər. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbi üzrə kredit müqaviləsi üzrə borc alan qismində çıxış edən X5 ilə birgə restrukturizasiya müqaviləsinin bağlanması ilə bağlı iddia tələbi aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh ASC-nə qarşı “restruktizasiya müqaviləsinin bağlanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar