Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-258/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, X.Məmmədov küçəsi ev 4a; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları aparatının təhqiqat bölməsinin təhqiqatçısı) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əlavə pul təminatının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı zastava rəisinin vəzifəsini icra etdiyi müddət ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki dövr üçün ehtiyac meyarı nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 1997-ci ildən 2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və 2017-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 1997-cü ilin avqust ayından 2017-ci ilin dekabr ayınadək Azərbaycan Respublikasının Sərhəd Qoşunları sıralarında müxtəlif hərbi vəzifələrdə xidmət etmişdir. Hərbi xidmətin bir hissəsi sərhəd zastavalarında keçmiş, xidmət dövrü ərzində X2 Sərhəd Dəstəsinin 22-ci sərhəd zastavasında ştat üzrə müəyyən olunmuş rəis müavini hərbi vəzifəsində xidmət etmiş, öz hərbi vəzifəsi ilə eyni vaxtda komandanlığın (hərbi hissə komandirinin nizami hissə üzrə yazılı) əmri ilə zastava rəisinin vəzifələrini icra etmişdir. Belə ki, 2002-ci ilin yanvar ayından 2003-cü ilin sentyabr ayınadək N nömrəli hərbi hissənin (X4)22-ci(Payadərə)sərhəd zastavası- ümumlikdə 20 ay olmaqla (600 gün) müddətində rəis vəzifələrini icra etmişdir. Lakin göstərilən müddətdə əlavə məsuliyyət yaradan rəis vəzifəsini rəsmi icra etməyimə(əvəzetmə) baxmayaraq mənə həmin vəzifə maaşına görə pul təminatı ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, zastava rəisi vəzifəsini icra etdiyi müddət ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatı ödənilməlidir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.2020-ci il tarixli ərizə təqdim etmişdir. Lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (35 gündən artıq ) keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də bu faktı (ərizənin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, iddiaçı hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı zastava rəisinin vəzifəsini icra etdiyi müddət ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki dövr üçün ehtiyac meyarı nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsini tələb edir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbini 2002-ci ilin yanvar ayından 2003cü ilin sentyabr ayınadək N nömrəli hərbi hissənin (X4) 22-ci (Payadərə) sərhəd zastavasında ümumlikdə 20 ay olmaqla (600 gün) müddətində rəis vəzifələrini icra etməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti «Naxçıvan» X3 məhkəmənin sorğularına cavab olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla bildirmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı 2002-ci ilin yanvar ayından 2003-cü ilin dekabr ayınadək N №-li hərbi hissədə sərhəd zastavasının rəisinin müavini vəzifəsində xidmət etmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı göstərilən tarixədək 22-ci (Payadərə) sərhəd zastavasında rəis vəzifəsini rəsmi icra etməsinə dair əmr olmamışdır. İddiaçı barəsində əmrdən çıxarışlar məhkəməyə göndərilmişdir. Göründüyü kimi, iddiaçının 2002-ci ilin yanvar ayından 2003-cü ilin sentyabr ayınadək N nömrəli hərbi hissənin (X4) 22-ci (Payadərə) sərhəd zastavasında rəis vəzifələrini icra etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növləri»nin siyahısında “zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi” nəzərdə tutulmuşdur. Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının N nömrəli hərbi hissənin (X4) 22-ci (Payadərə) sərhəd zastavasında, həmçinin 2002-ci ilin yanvar ayından 2003-cü ilin sentyabr ayınadək olan müddət ərzində rəis vəzifələrini icra etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı zastava rəisinin vəzifəsini icra etdiyi müddət ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki dövr üçün ehtiyac meyarı nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-258/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-258/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver