Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-258/2024 28.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X7 Konsaltinq” MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X7 Konsaltinq” MMC cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarında azaldılmış məbləğlər, o cümlədən 2020-ci il mənfəət vergisi üzrə 13932.33 manat, 2020-ci il ƏDV üzrə 6224.71 manat, 2020-ci il əmlak vergisi üzrə 35.89 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosial sığorta haqqları bəyannaməsi üzrə 129.99 manat, 2020-ci il ÖMV üzrə 140 manat, 2021-ci il ÖMV üzrə 14 manat və ümumilikdə 10318.48 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********156590 saylı “Vergi ödəyicsinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul edilmişdir. Həmin qərara əsasən 20476.92 manat vergi azaldılmış və 10318.48 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarları vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılıb. Səyyar vergi yoxlaması ilə 2020-ci il mənfəət vergisinin azaldılmasında yoxlayıcı illik gəlirin 2300.1 manat az göstərilməsinə və xərclərdə yanacaq xərclərinin, amortizsya, təmir, əsas vəsaitlərin, az qiymətlilərin nəzərə alınmamsı ilə ümumilikdə 97808.11 manat mənfəət hesablayaraq 16638.76 manat verginin azaldılmasını aktda qeyd etsə də yekunda VÖMCQ- nda mənfəət vergisindən azaldıan məbləğ 13932.33 manat müəyyən etmişdir. Səyyar vergi yoxlaması və yekun qərarda yaranan bu fərq izah edilməmişdir. Gəlir azaldılması və xərclərin nəzərə alınmayan hissəsini aşağıdakı kimi qeyd etmişdir: - 2.300,10 (238.409,12-236.109,02) manat əskik göstərildiyi və nəticədə mənfəət vergisinin 460,0 (2.300,10*20%) manat məbləğində azaldıldığını müəyyən etmiş, - 322,26 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olmayan və sənədlərlə təsdiq olunmayan enerji xərcinin xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 64,4 (322,26 *20%) manat məbləğində azaldılması; enerji xərclərini təsdiq edən sənədlər işə əlavə edilmişdir, -8.224.70 manat məbləğində "xxxx" MMC (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalarına əsasən yanacaq xərclərinin nəzərə alınamaması nəticəsində mənfəət vergisinin 1.644.94 (8.224,70*20%) manat məbləğində azaldılması; Yanacaq müəssisənin istifadəsində olan əsas vəsaitlərin, o cümlədən maşınların istifadəsi zamanı istifadə edilmiş, bunlara çəkilən xərclər bəyannamədə müvafiq bənddə göstərilmişdir. Müəssisənin istifadəsində olan avtomobillərə yanacaq sərfinin xərcə aid edilib ya edilməməsinə Ali məhkəmə bundan öncəki inzibati aktın mübahisəsi üzrə qəbul edilmiş qərarı qüvvədə saxlamaqla həmçinin, ekspert rəyində göstərilməsini nəzərə alaraq yoxlayıcının əsassız olaraq vergi hesabladığını göstərilə bilər. Ali məhkəmə Bakı inzibati məhkəməsinin qərarı ilə təmin edilmiş iddiaya münasibətdə Apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlamaqla əslində bu məhkəmə mübahisəsində də bir çox məsələlərə münasibət bildirmişdir. Bu da o demək dir ki, yanacaq sərfinin e qaimələrinin xərcə aid edilməsi müəssisə tərəfindən düzgün olaraq xərcə aid edilmiş, lakin yoxlayıcı əsassız olaraq xərclərdən çıxararaq əlavə mənfəət vergisi hesablamışdır. - 77.862,42 manat məbləğində xərclər isə aktda təmir-tikinti materiallarının alınması təmir xərclərinə aid edilməsi, mebel, divan stol, stul və sair bu kimi əsas vəsaitlərin, yəni, avadanlıq və təmir xərclərinin digər xərclərə aid edilməsinin xərclərdən çıxarılması nəticəsində 15.572,5 (77.862,42 *20 %) manat mənfəət vergisinin azaldılması kimi qeyd edilmişdir. Bu əslində ilkin sənədlərdən də görünür ki, həmin obyekt qeyri yaşayış obyektidir, bağlanılmış müqavilədə obyektin təmiri nəzərdə tutulmuş olsada yoxlayıcı tərəfindən nəzərə alınmamışdır. Əsas vəsaitlər, az qiymətlilər faktiki oalraq konsaltinq fəaliyətilə məşğul olan şirkətdəki, kopyuter, oturacaq, stol və digərləri xərclərdən çıxılmışdır. Faktiki olaraq bu müəssisə başqa harda bu fəaliyyəti göstərə bilərdi? Əgər stolu, kompyuteri, avadanlığı, ofisi vergi uçotunda obyekti mövcuddursa bunlar nə üçün xərclərdən çıxılmalı və sayılmamalıdır? müvafiq sənəndlər iş materiallarına əlavə edilmişdir. Mənfəət vergisi üzrə hesablamaya əsas olaraq vergi orqanının yoxlayıcısı akt tərtib edərkən 2020-ci il üzrə illik mənfəət vergisi hesabatında göstərilən gəlir məbləğini 2300,1 manat artırmışdır. Bu hissəsəyə də artıq Ali Məhkəmənin qərarı ilə birinci məhkəmə mübahisəsi üzrə hazırkı işin dayandırılmasına əsas olan hal aradan qalxdığından, göstərilən 2300.01 manat gəlir mövcud olmaması aydınlaşdırıldığından bu hissəsəyə də aydınlıq gəldiyini hesab edilir. Yəni 2300.1 manat kənarlaşmanın olmadığı da artıq təsdiq edilmişdir. Bu hissədə də mübahisə mövcud deyil. Əslində bu hissəsəyə aydınlıq gətirilməsi həmçinin növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsində istifadə edilən və 38.3.5 maddəylə əsaslandırılıb səyyar vergi yoxlaması təyin edilməsi halının olmadığı və yoxlamanın həqiqətən əsassız olaraq təyin edilməsi də aşkar edilmiş olur. Beləliklə, xərclərin 80893,69 manat azaldılaraq mənfəət vergisi hesablanmasını, növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsini, gəlirlərin 2300.1 manat azaldılması halı üzrə Ali Məhkəmənin qərarı hazırkı mübahisənin yekunlaşdırılması, aydınlaşdırılması, araşdırılması üçün sübut kimi istifadə edilməlidir. Yoxlama ilə təmir xərcləri, əsas vəsaitlərin amartizasiyası, azqiymətlilərin xərclərə silinən məbləği, ehtiyyatlarla bağli xərclər azaldılmışdır Bu xərclərin təsdiq edən elekton qaimələri və bank sənədləri də məhkəməyə təqdim edilmişdir. ƏDV-nin ayrı-ayrı aylar üzrə dövriyyənin 17.823,73 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 2.423,73 manat, dekabr ayı üzrə isə 15400.0 manat) artıq göstərilmiş və müvafiq olaraq büdcəyə ödənilməli olan ƏDV-nin 3.208,27 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 436.27 (2.423,73*18%) manat, dekabr ayı üzrə isə 2.772,0 (15.400,0* 18 %) manat məbləğində artıq hesablanmasını müəyyən etmişdir. VÖMCQ-nın artıq hesablama hissəsi ilə iddiaçı razılaşır. Yanacaq və digər xərcləri e qaimə, bank, depozit ödəmə tələbləri VM-nə uyğun olaraq aparılmasına baxmayaraq, cavabdeh qurum aktda və mübahisələndirilən qərarla 7080.87 manat ƏDV əvəzləşməsini ləğv edərək əlavə olaraq vergi hesablamışdır. Belə ki, bu əvəzləşmələr qanunvericiliyin tələblərinə əsasən əvəzləşdirilmiş əsas vəsaitlər, təmir, yanacaq xərcləri üzrə olmuşdur, müvafiq sənədlər işə əlavə edilmişdir. Yoxlayıcı Vergi Məcəlləsinin 175.2-ci maddəsinə istinad etmişdir ki, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Byrada göstərilənlər yoxlayıcı tərəfindən əsassızdır. Bunu bütün ilkin sənədlər sübut edir. Yoxlayıcı Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirmədən çıxarmış və əlavə olaraq ƏDV hesablamışdır. Müəssisə VM-nin 175-176-cı maddəsinin təəblərinə əsasən qanunamüvafiq oalraq bəyannamələrini təqdim eetmiş və əvəzləşməsini etmişdir. Beləliklə yoxlayıcı mebel, divan, stol, stul, avadanlıq və təmir xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsini qanunsuz olaraq ləğv etmişdir. Müəssisənin fəaliyyəti konsaltinq, mühasibat fəaliyyəti olduğundan 10 nəfər ətrafında işçi oturaq işləmək üçün müvafiq mebellərin mövcudluğu fəaliyyətin göstərilməsi üçün vacib olduğu üçün həm xərclərdən, həm də əvəzləşmədən çıxarılmsı qanunvericliyin tələblərinə ziddir. Göstərilən əvəzləşmə və xərclərin faktiki alınmasını təsdiq edən sənədlər, yəni, əsas vəsaitlər, mal materiallar və yanacaq xərcləri üzrə elektron qaimələrin ödəniş sənədləri, ƏDV depozit köçürmələri təsdiq edici sənədlər məhkəməyə və yoxlamaya təqdim edilmişdir. Ali məhkəmə müvafiq fəaliyyət üzrə bundan əvvəl bu əsaslarla hesablanmış vergilərin qanuniliyinə münasibət bildirdiyi üçün artıq bu hissəsədə də məhkəməyə aydınlıq gətirildiyini hesab edilir. Təsdiqedici sənədlər bundan öncə əlavə edilmişdir. Vergi ilə əlaqədar isə bildirilir ki, müəssisənin faktiki olaraq həmin dövrdə fəaliyyəti olmamışdır və fəaliyyətini dayandırmışdır. Fəaliyyət dayandığı müddətdə isə icarə müqaviləsi üzrə hesablanma aparılmamış və hər hansı pul ödənilməmişdir, ödəmə mənbəyindən tutulan isə ödənilmiş məbləğdən tutulduğuna görə burada icarə haqqının ödənişini təsdiq edən hər hansi ödəniş sənədi mövcüd deyildir. Bu səbəbdən isə ödəmə mənbəyində vergi üzrə hesablanmış 361,29 manat vergi məbləği də ləğv edilməlidir. 001 nömrəli 01 avqust 2020-ci il tarixində bağlanan icarə müqaviləsinin 2.2. bəndinə əsasən 01 yanvar 2021-ci il tarixindən etibarən hər ayın əvvəli icarə verənə İ aya görə 500 manat məbləğində icarə haqqını ödəyir. Buna əsasən 2020 ci ilin 3-cü və 4-cü rübündə boş hesabat təqdim edilmişdir, amma vergi tərəfindən 3-cü rübdə 140 manat 4-cü rübdə 210 manat əlavə vergi məbləği tutulmuşdur. Yekunda yoxlayıcı tərəfindən 77862.42 manat digər xərc bəndi azaldılmış, yanacaq xərci 8224.7 manat, əmək haqqı və DSMF xərcləri 5450.89 manat, rabitə xərcləri 15.25 manat, bank xərcləri 49.55 manat artırılmışdır. Cəmi 80571.43 manat xərclər yoxlayıcı tərəfindən vergilər hesablanarkən nəzərə alınmamışdır. Bağlanılmış icarə müqaviləsinə əsasən təmir, kommunal və digər xərclərin aparılması icarəyə götürənin üzərində öhdəlik olaraq qaldığı üçün müvafiq ofisin təmir bərpası qeyri kommersiya məqsədli sayıla bilməz. Həmin təmir xərclərinin aparılmasını təsdiq edən forma2 eqaimə, bank ödəmə tapşırığı, depozit hesabından çıxarış iş materiallarına əlavə edilmişdir. 322.26 manat enerji xərcləri nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binanın 3-cü mərtəbəsində 103.1 kv.m icarəyə götürülmüş qeyri yaşayış obyektinin təmiri üçün xərclər, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmişdir. Buradan da belə qərara gəlinə bilər ki, 2020-ci ilin ilk 6 ayı üzrə vergi orqanı tərəfindən müəyyən edilmiş dövriyyə özü əsassız dövriyyə olduğu üçün və bu hal-hazırda yekun məhkəmə aktı ilə ləğvi barədə qərar qüvvədə qaldığından, mübahisələndirilən həmin dövriyyə fərqinə istinad edilməklə mənfəət vergisinin 2020-ci il üzrə hesablanması qanunsuzdur. Vergi orqanının SVY növbədənkənar qərarı VM-nin 38.3.5-ci maddəsinə istinad edilməsi qanunamüvafiq hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul edilmiş 2- l(102)-775/2022 saylı başqa bir qərarında da yoxlamanın qanunsuz hesab edilməsi barədə qərarın 34 və 35-ci bəndlərində ətraflı şəkildə qeyd edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş inin "Səyyar vergi yoxlamasının keçirilməsi11 haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: iyul 2020-avqust 2021) təyin edilmiş və yoxlama xx.xx.2022-ci il tarixli **********151530 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır: Mənfəət vergisi üzrə: Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin tədiyyəçisi, uçot metodu isə hesablama olmuşdur. Vergi ödəyicisi tərərfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi anamələrinə əsasən gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: 2020-ci il üzrə: -Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) - 176.988,02 manat, - Amortizasiya oluna əsas vəsaitlərin təqdim edilməsindən gəlir 59.121,0 manat, - Çıxılmalardan sonra ümumi gəlir 236.109,02 manat, - Malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 221.494,70 manat - (o cümlədən - Əmək haqqı və ona bərabər tutulan ödəmələr 50.546,06 manat - Sosial sığorta haqları 9.903,51manat - İcarə haqqı 263,16 manat (o cümlədən fiziki şəxslər üzrə 263.16 manat) - Enerji xərci 322.26 manat - Yanacaq xərcləri 8.224,70 manat - Rabitə xərcləri 1.777,54 manat - Bank xidməti üzrə xərclər 563,24 manat - Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 62.816,02 manat (o cümlədən Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 3.695.02 manat,təqdim edilmiş əsas vəsaitlərin dəyəri 59.121,0 manat) - Təmir xərci 945,58 manat o cümlədən nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərci 58 manat - Sığorta üzrə xərclər 309,49 manat - Digər xərclər 85.823,14 manat - Vergitutma məqsədləri üçün mənfəət 14.614,32 manat göstərilmiş və müvafiq olaraq 20% dərəcə ilə 2.922,86 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Cəmiyyətin gəlir və xərcləri 2020-ci il üzrə aşağıdakı kimi müəyyən edilmişdir: -Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir-179.288,12 manat -Amortizasiya oluna əsas vəsaitlərin təqdim edilməsindən gəlir 59.121,0 manat -Çıxılmalardan sonra ümumi gəlir 238.409,12 manat - Malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 140.601.01 manat - (o cümlədən - Əmək haqqı və ona bərabər tutulan ödəmələr 55.928,61 manat - Sosial sığorta haqları 9.971,85 manat - İcarə haqqı 263,16 manat (o cümlədən fiziki şəxslər üzrə 263.16 manat) - Rabitə xərcləri 1.792,79 manat - Bank xidməti üzrə xərclər 612,79 manat Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən an xərclər 62.816,02 manat (o cümlədən Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 3.695.02 manat, təqdim edilmiş əsas vəsaitlərin dəyəri 59.121,0 manat) - Təmir xərci 945,58 manat (o cümlədən nəqliyyat vasitələri üzrə hesablanmış təmir 945,58 manat) Sığorta üzrə xərclər 309,49 manat Digər xərclər 7.960,72 manat Vergitutma məqsədləri üçün mənfəət 97.808,11 manat və müvafiq olaraq 20% dərəcə ilə mənfəət vergisi 19.561,62 manat məbləğində müəyyən edildi. Cəmiyyət tərəfindən 2020-ci il üzrə mənfəət vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: Yoxlamaya təqdim edilmiş sənədlərə,habelə vergi orqanında olan mənbəyi bəli olan uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Vergi tecəlləsinin 104-cü və 130.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cəmiyyət tərəfindən 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə fakturalara əasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 238.409,12 manat (o cümlədən amortizasiya oluna əsas vəsaitlərin təqdim edilməsindən gəlir 59.121,0 manat) olduğu halda, malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 236.109,02 manat və ya 2.300,10 (238.409,12- 109,02) manat əskik göstərildiyi və nəticədə mənfəət vergisinin 460,0 (2.300,10*20%) manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda yoxlamaya təqdim edilmiş sənədlərə, habelə vergi orqanında olan mənbəyi bəlli olan uçot-baza məlumatlarına (qaimə -faktura) əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinin pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin, Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. - 322,26 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olmayan və sənədlərlə təsdiq -mayan enerji xərcinin xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 64,4 (322,26 ;%) manat məbləğində azaldılması; - 8.224.70 manat məbləğində "xxxx" MMC (VÖEN **********) 2020-ci il nndə əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin iması üçün ödənilmiş, həmin yanacağın alınması və hansı nəqliyyat vasitələrinə sərf məsi sənədlərlə təsdiq olmayan qeyri-kommersiya məqsədləri üçün sərf olunan yanacaq) rcinin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 544.94 (8.224,70 *20%) manat məbləğində azaldılması; - 77.862,42 manat məbləğində 2020-ci il ərzində əldə edilmiş elektron qaiməfakturalara asən qeyri-kommersiya məqsədləri üçün sərf olunan icarəyə götürülmüş təsçiyə məxsus ənzilin təmiri üçün alınmış tikinti materialları, mebel,divan stol, stul və sair bu kimi mal aterial, avadanlıq və təmir xərclərinin digər xərclərə aid edilməsi nəticəsində mənfəət srgisinin 15.572,5 (77.862,42 *20%) manat məbləğində azaldılması; - 5.382,55 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olan əmək haqqı və ona bərabər tutulan gəlirlərin əskik göstərilməsi nəticəsində mənfəət vergisinin 1.076,50 (5.382,55*20%) manat artıq hesablanması; - 68.35 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olan sosial sığorta haqlarının əksik göstərilməsi nəticəsində mənfəət vergisinin 13,67(68,35*20%) manat artıq hesablanması; - 49.55 manat bank xidməti üzrə xərclərin və 15,25 manat rabitə xərclərinin əskik göstərilməsi nəticəsində mənfəət vergisinin 12,96 (49,55+15.25*20%) manat artıq hesablanması; Beləliklə, büdcəyə əlavə olaraq 16.638,76 (19.561,62 - 2.922,86) manat məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 16.638,76 - 59 manat əskik -1.103,13 manat artıq) manat məbləğində azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında 8.319,38 manat məbləğində maliyyə sanksiyası təklif olunmuşdur. Əmlak vergisi üzrə: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 197.1.3-cü, 201-ci və 202-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyektidir. Vergi Məcəlləsinin 201.1-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür və müəssisənin əmlakının nəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünməklə hesablanır. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Cəmiyyətin 2019-cu il üzrə əmlak vergisinin tədiyyəçisi olduğu, habelə 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində dövrünün əvvəlinə və sonuna əsas vəsaitlərin dəyəri göstərildiyi halda, 2020-ci il üzrə əmlak vergisi bəyannaməsinin təqdim edilmədiyi və müvafiq olaraq əmlak vergisi hesablanmadığı müəyyən edildi. Beləliklə, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən büdcəyə əlavə olaraq 35,89 manat əmlak vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əmlak vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 35,89 manat manat məbləğində azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında 17,95 manat məbləğində maliyyə sanksiyası təklif olunmuşdur. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2017-ci il tarixli **********974000 nömrəli “Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı haqqında” ərizəsinə əsasən Vergi Orqanında xx.xx.2017-ci il tarixli **********9 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi ilə Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmiş və “Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyatı haqqında” ərzəsinə əsasən qeydiyyat xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövr ərzində ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən r şadlanmış vergi məbləğinin hesabatda ğötərilən məbləğinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar edilmişdir. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindənVergi Məcəlləsinin 159.1-ci və 166-cı maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV tutulan dövriyyənin düzgün müəyyən edilməmiş və ayrı-ayrı aylar üzrə dövriyyə 17.823,73 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 2.423,73 manat, dekabr - üzrə isə 15400.0 manat) artıq göstərilmiş və müvafiq olaraq büdcəyə ödənilməli olan ƏDV 238,27 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 436.27 (2.423,73*18%) manat, dekabr ayı üzrə isə 2.772,0 (15.400,0*18%) manat məbləğində artıq hesablanmışdır. Bundan başqa, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Cəmiyyət tərəfindən əldə edilmiş elektron qaimə-fakturalara əsasən sahibkarlıq məqsədləri üçün istifadə olunmayan mallara görə ödənilmiş ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirildiyi və Vergi Məcəlləsinin 13.2.27-ci, 13.2.37-ci, 159.5-ci və 175.1-ci maddəsinin tələblərinin pozulduğu - müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, gəlirin əldə edilməsi ilə bağlı olmayan Cəmiyyət ilə onun təsisçisi Nümayəndə arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ1007 ünvan 2 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 13.2.27-ci,13.2.37-ci, 159.5-ci və 175.1-ci maddələrinin tələblərinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olmayan və icarəyə götürülmüş mənzilin ri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsi ləğv edilmişdir. Beləliklə, yoxlama ilə büdcəyə əlavə olaraq 3.872,6 (7080.87- 3.208,27) ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 6.224,71 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında 3.112,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. ÖMV üzrə: Cəmiyyət ilə Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 -mənzil 14 (yeni qaydalarla AZ1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m-i icarəyə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən aylıq icarə haqqı məbləği 500 manat müəyyən edilmişdir, müqaviləsi xx.xx.2020 tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. İcarə müqaviləsinin 2-ci maddəsinə əsasən icarə haqqı məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ayın əvvəli (ilk beş günü ərzində) ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə 1 saylı əlavəsinə” əsasən qeyd olunan icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən icarə müqaviləsinin qüvvədə olduğu dövrdə (dövr: xx.xx.2020-xx.xx.2021) icarə haqqının ödənilmədiyi və müvafiq olaraq icarə götürən tərəfindən icarə haqqından ÖMV-nin hesablanmadığı müəyyən edilmişdir Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1-ci, 150.1,6-cı və 124.1-ci maddələrinin tələbləri pozulmuşdur Belə ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Daşınan və daşınmaz əmlak icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan ublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə ou Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə şdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1 -ci, 150.1,6-cı və 124.1-ci iələrinin tələblərinin pozulması nəticəsində ÖMV-nin 361.29 ((5 ay*500=2500+80,65 (5 gün*16,12)=2580,65*14%)) manat məbləğində azaldıldığı müəyyən edilmiş və Vergi Mıcəlləsinin 58.1 maddəsinə əsasən ÖMV-nin hesabatda göstərilən məbləğinin hesabatda ödənilməli olan məbləğinə nisbətən 361.29 azaldılmasına görə 50%- 180,65 manat məğində maliyyə sanksiyası təklif olunmuşdur. MÖMV və MDSS üzrə: Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar gəlir dedikdə əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda hesab edilir. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən əməyin ödənişi undan sığortaedənin hesabına 0,5 faiz və siğortaolunan hesabına 0,5 faiz dərəcə ilə işsizlikdən sığorta haqqı tutulur. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanuna əsasən muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmış jyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faiz miqdarında ödənilir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə edilən dövr ərzində vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibi sığorta haqlarının düzgünlüyü jcxlanılarkən kənarlaşma aşkar edildi. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə (əmək -aqqının hesablanması cədvəllərinə) əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən siğorta haqqında” Qanunların qeyd olunan - maddələrinin tələbləri pozulmuş və nəticədə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibi sığorta haqlarının hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən 2020-ci ilin 3-cü rübü üzrə 17,94 manat artıq hesablanmış, 4-cü rübü üzrə isə 129,99 manat məbləğində azaldılmışdır. Beləliklə, yoxlama ilə əlavə olaraq 112.05 (129,99 -17,94) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan –məbləğinə nisbətən 129,99 manat manat məbləğində azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında 65,0 manat məbləğində maliyyə sanksiyası təklif olunmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın nəticilərinə baxılmasının vaxtı və yeri barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********254400 nömrəli məktub göndərilərək cəmiyyətin rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin iştirak etməsi barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, səyyar vergi yoxlamasının nəticələrinə baxılmada iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Bu səbəbdən yoxlama materiallarına vergi ödəyicisinin iştirakı olmadan baxılmış və Vegi Məcəlləsinin 23-cü 49cu maddələrinin tələblərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********156590 nömrəli VÖMCQ çıxarılaraq ümumilkdə büdcəyə 28425.35 manat vəsait hesablanmışdır. Vergi yoxlamasının keçirilməsi üçün iddiaçıya zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********150342 saylı Tələbnamə təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin bir qismi təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə cəmiyyətə məxsus ofisə baxış keçirilmiş, baxış zamanı açının mühasibat sənədlərinin, əsas vəsaitlərinin, mövcudluğu müəyyən olunmuş və 27.2.2021-ci il tarixli Protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 21001**********1 nömrəli qərarına əsasən “X7 Konslatinq” MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən( vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi(vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) və Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qraşı mübarizə haqqında” Qanunun tələblərinə əməl eidlməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama əlavə dəyər vergisi iyul 2020-avqust 2021-ci il, mənfəət vergisi 2020-ci il, əmlak vergisi 2020-ci il, ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2020-2-ci rüb 2021-ci il əhatə etmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmış, yoxlama xx.xx.2022-ci il tarixli 21001**********1 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsinə uyğun olaraq iddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********156590 saylı “Vergi ödəyicisinin qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Adıçəkilən qərara əsasən iddiaçıya 2020-ci il mınfəət vergisi üzrə 13932.33 manat lavə vergi hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən 6966.17 manat maliyyə sanksiyası, 2020-ci il ƏDV üzrə 6224,71 manat azaldılmış, 2352.11 manat artıq hesablanmış, 3872.60 manat əlavə hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən 3112.36 manat maliyyə sanksiyası, 2020-ci il əmlak vergisi üzrə 35.89 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 17.95 manat maliyyə sanksiyası, 2020-ci il MDSS üzrə 129.99 manat azaldılmış, 17.94 artıq hesablnmış, 112.05 manat artıq hesablanmış, VM-nin 58.1ci maddəsinə əsasən 65 manat maliyyə sanksiyası, 2020-ci il Ödəmə mənbəyində tutulan vergi üzrə 140 manat əlavə vegi hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən 70 manat maliyyə sanksiyası, 2021-ci il Ödəmə mənbəyində tutulan vergi üzrə 14 manat əlavə vergi hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən 7 manat maliyyə sanksiyası, vergi hesabatının və arayşının vaxtında verilməməsinə görə 2020-ci il üzrə 40 manat və 2021-ci il üzrə müvafiq olaraq 40 manat maliyyə sanksiyası, cəmi 18.10687 manat əlavə vergi hesablanmış, 10 318.48 manat tətbiq edilməklə vergi hesablanmışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2022-ci il tarixli **********156590 saylı 2020-ci il mənfəət vergisi üzrə 13932,33 manat, 2020-ci il ƏDV üzrə 6224,71 manat, 2020-ci il əmlak vergisi üzrə 35,89 manat, muzdlu işlə ələqədar ənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən siğorta və icbari tibbi sığorta haqları bəyannnaməsi üzrə 129,99 manat, 2020-ci il ÖMV üzrə 140 manat, ÖMV üzrə 14 manat və ümumilikdə 10318,48 manat maliyyə sanksiyası hissəsində ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixdə mübahisələndirərək 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Mübahisələndirilən qərarın maddi hüquq baxımından qanuniliyinə gəlincə məhkəmə aşağıdakı nəticəyə gəlir. Mənfəət vergisi üzrə: İddiaçı tərəfindən 2020-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 176.988,02 manat, çıxılmalardan sonra ümumi gəlir 236.109,02 manat, enerji xərci 322.26 manat, yanacaq xərcləri 8.224,70 manat qeyd edilməklə vergitutma məqsədləri üçün mənfəət 14.614,32 manat göstərilmiş və müvafiq olaraq 20% dərəcə ilə 2.922,86 manat məbləğində mənfəət vergisi bəyan edilmişdir. Vergi orqanı tərəfindən 2020-ci il üzrə vergi ödəyicisinin gəliri aşağıdakı kimi hesablanmışdır. Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 179.288,12 manat, çıxılmalardan sonra ümumi gəlir 238.409,12 manat, vergitutma məqsədləri üçün mənfəət 97.808,11 manat və müvafiq olaraq 20% dərəcə ilə mənfəət vergisi 19.561,62 manat məbləğində müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş və vergi orqanı tərəfindən nəzərə alınmayan xərclər aşağıdakılardan ibarət olmuşdur. Vergi orqanı iddiaçının 2.300,10 (238.409,12-236.109,02) manat əskik göstərdiyi və nəticədə mənfəət vergisinin 460,0 (2.300,10*20%) manat məbləğində azaldıldığını müəyyən etmişdir. Belə ki, sistem üzrə təqdim edilmiş “X4 Konsaltinq” MMC-nin 2020-ci il üzrə təqdim etdiyi e-qaimələrin siyahısından görünür ki, 2020-ci il üzrə 95 sayda e-qaimə dövriyyəsi 238409,12 manat olduğu halda vergi ödəyicisi həmin dpvriyyəni 236109.02 manat olmaqla 2.300,10 manat əksik göstərmişdir. Mənfəət vergisinin hesablanmasının digər əsasları vergi orqanının mövqeyinə görə: -322,26 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olmayan və sənədlərlə təsdiq olunmayan enerji xərcinin xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 64,4 (322,26 *20%) manat məbləğində azaldılması; -8.224.70 manat məbləğində "xxxx" MMC (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin alınması üçün ödənilmiş, həmin yanacağın alınması və hansı nəqliyyat vasitələrinə sərf edilməsi sənədlərlə təsdiq olmayan qeyri-kommersiya məqsədləri üçün sərf olunan yanacaq xərcinin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 1.644.94 (8.224,70 *20%) manat məbləğində azaldılması; -77.862,42 manat məbləğində 2020-ci il ərzində əldə edilmiş elektron qaiməfakturalara əsasən icarəyə götürülmüş təsiçiyə məxsus mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan stol, stul və sair bu kimi mal material, avadanlıq və təmir xərclərinin digər xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 15.572,5 (77.862,42 *20%) manat məbləğində azaldılması olmuşdur. Vergi Məcəlləsinin: -13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. -13.2.22. Əmlakın qalıq dəyəri əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.[ -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir -108.1-ci maddəsinə görə bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -109.1-ci maddəsinə görə əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. -109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 115.6. İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir -143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün xərc məkmiş, icarədə olan obyekt üçün mebel, divan,stol,stul, və sair bu kimi mal-material, avadanlıqlar almışdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normaların da tələbindən görünür ki, icarə obyekti iddiaçının balansında olan əsas vəsait olmadığından onun təmirinə çəkilmiş xərclər gəlirdən çıxılan xərcə aid edilə bilməz. Qeyd edilən icarə obyekti üçün alınmış mebel avadanlıqlar, əşyalar isə əsas vəsait kimi qiymətləndirilə və ya əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərc kimi nəzərə alınar bilər ki, bu halda VM-nin adıçəkilən 109.1 və 143-cü maddələri qeyd edilən xərclərin gəlirdən çıxılmasına yol vermir. Başqa sözlə, qeyd edilən xərc daha çox kapital qoyuluşu kimi nəzərə alına bilər ki, bu zaman 77.862,42 manat məbləğində 2020-ci il ərzində əldə edilmiş elektron qaiməfakturalara əsasən icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan stol, stul və sair bu kimi mal material, avadanlıq və təmir xərcləri gəlirdən çıxılan xərcə aid edilə bilməz. 8.224.70 manat məbləğində "xxxx" MMC-dən (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin alınması üçün ödənilmiş xərclərin nəzərə alınmamasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının yanacaq xərcinin çəkildiyini bildirdiyi nəqliyyat vasitələri müəssisənin balansında olmamışdır. İddiaçının bununla əlaqədar məhkəməyə təqdim etdiyi 4 ədəd nəqliyyat vasitəsinin müəssisənin əvəzsiz istifadəsinə verilməsi ilə bağlı müqavilələri sözügedən nəqliyyat vasitələrinin müəssisənin balansında olmasını təsdiq edən sənədlər hesab edilmir. Nəzərə alınsa ki, əvəsiz istifadəyə verilmiş əmlaklar qeydiyyata alınmasını tələb olunan əmlaklar olmaqla həmin nəqliyyat vasitələrinin müəssisənin istifadəsində olmasına dair qeydiyyat sənədləri, yol vərəqələri təqdim edilməmiş, bu halda yalnız müəssisənin möhürü ilə təsdiq edilmiş və müəssisənin təsisçisi ilə bağlanmış qeydiyyata alınmamış müqavilələr nəqliyyat vasitələrinin balansda olmasını təsdiq etmir. İddiaçının istinad etdiyi bundan əvvəlki yoxlama zamanı da nəqliyyat vasitələrinin əvəzsiz istifadəyə götürlməsi barədə vergi orqanına sənədlərin təqdim edildiyi və apelyasiya instansiyası məhkəməsində həmin müqavilələrin nəqliyyat vasitələrinin müəssisənin balansında olmasının və dolayısı ilə yanacaq xərclərinin məhkəmə tərəfindən nəzərə alınmasına gəlincə hazırkı məhkəmə qeyd edir ki, hazırkı növbədənkənar yoxlama zamanı iddiaçı tərəfindən sənədlərin qismən təqdim edilməsi ilə bağlı tərtib edilən aktlarda müəssisənin adıçəkilən əvəzsiz istifadə müqavilələri, eləcə də nəqliyyat vasitələrinin müəssisənin balansında olmaqla faktiki istifadəsinə dair sənədlərin təqdim edildiyi müəyyən olunmur. İddiaçının istinad etdiyi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(1030-254/2023 saylı məhkəmə qərarında iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqavilələrinə qiymət verilmişdir. Hazırkı dövr üzrə isə iddiaçının təqdim etdiyi əvəzsiz istifadə müqavilələri isə xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələrdir ki, həmin müqavilələr qeyd edilən yuxarı instansiya məhkəməsinin predmeti olmamış, bu halda həmin məhkəmənin gəldiyi nəticə hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb edə bilməz. Beləliklə, yanacaq xərclərinin gəlirdən çıxılan xərcə aid etməkdə vergi ödəyicisi haqlı olmamışdır. ƏDV üzrə: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, gəlirin əldə edilməsi ilə bağlı olmayan Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmişdir. Vergi orqanı vergi yoxlaması ilə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Cəmiyyət tərəfindən əldə edilmiş elektron qaimə-fakturalara əsasən sahibkarlıq məqsədləri üçün istifadə olunmayan mallara görə ödənilmiş ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirildiyi və Vergi Məcəlləsinin 13.2.27-ci, 13.2.37-ci, 159.5-ci və 175.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və nəticədə yoxlanılan dövr üzrə vergi orqanı iddiaçının mebel, divan, stol, stul, avadanlıq, təmir, yanacaq xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsini ləğv etmişdir. Qedy edilən ƏDV əvəzləşməsi ləğv edilmiş 7.080.87 manat məbləğində olan eqaimələrin siyahısı məhkəməyə təqdim edilmiş və müəyyən olunmuşdur ki, ləğv edilən əvəzləşmələr "xxxx" MMC-dən yanacağın alınması, X1 qapı, "xxxx" MMC-dən dəmir qapı, "xxxx" MMC, "xxxx" MMC-dən otaq bitkiləri, "xxxx" MMC-dən mebel, "xxxx" MTK-dan alınmış təmir xərclərinin əvəzinin ödənilməsi ilə bağlı qaimələrdir. Beləliklə, yoxlama ilə büdcəyə əlavə olaraq 3.872,6 (7080.87-3.208,27) ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 6.224,71 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında 3.112,36 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə ƏDV əvəzləşdirilməsinin ləğv edilməsi hissəsində cavabdehin mövqeyi ilə qismən razılaşmır. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır (....) Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan, yaxud ƏDVyə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. Göründüyü kimi Vergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV-ni tənzimləyir. Məcəllənin 175.3-cü maddəsi ƏDV əvəzləşdirilməsinə yol verilməyən halları nəzərdə tutur və bu zaman çəkilən xərclərə münasibətdə VM-nin 109.3-cü maddəsinə göndəriş edir. Qeyd edilən maddələrin təhlilindən müəyyən olunur ki, Məcəllə əyləncə və yemək xərclərinin, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol vermədiyi kimi əvəzləşdirilməsinə də yol vermir. Qeyd edilən maddəyə əsasən müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının əvəzləşdirilməsi ilə bağlı çəkdiyi xərclər təyinatına görə VM-nin 109-cu maddəsi ilə tənzimlənən xərclərə aid deyildir. Bu əsasdan aparılmış ƏDV əvəzləşdirilmələri əvəzləşdirilməsinə yol verilməyən halları tənzimləyən VM-nin 175.3-cü maddəsinin təsir altına düşmür. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, VM-nin 175.6-cı maddəsinin ikinci cümləsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğinin əvəzləşdirilməməsini bilavasitə nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən əvəzləşdirilən məbləğlər dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış və ya ödənilmiş vəsait deyildir. Qeyd edilənlərə əsasən məhkəmə ləğv edilən əvəzləşmələrdən yalnız balansda olmayan nəqliyyat vasitələri üçün yanacaq xərcləri üzrə "xxxx" MMC-dən alınmış eqaimələrin əvəzləşdirilməsi istisna olmaqla qalan hissədə ƏDV əvəzləşməsinin ləğv edilərək əlavə ƏDV vergi məbləğinin hesablanması və onun 50 faizi miqdarında, maliyyə sanksiyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərarın əsaslı olmadığı nəticəsinə gəlir. Əmlak vergisi üzrə: İşin hallarından müəyyən olunur ki, iddiaçı 2019-cu il üzrə əmlak vergisinin tədiyyəcisi olmuş, 2019-cu il üzrə əmlak vergisi bəyannaməsi təqdim etmişdir. Eyni zamanda müəyəyn olunur ki, iddiaçı 2020-ci il üzrə mənfəət vergisi bəyannanəsinin 1 nömrəli əlavəsində əsas vəsaitləri 60.455,53 manat, dövrün əvvəlinə və sonuna nəqliyyat vasitələri 59.120,53 manat, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə əsas vəsait 1335,00 manat göstərmiş olsa da 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi təqdim etməmişdir. Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyektidir. Vergi Məcəlləsinin 201.1-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür və müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünməklə hesablanır. Vergi orqanının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki. 2019-cu il üzrə vergi orqanı yoxlama ilə müəyyən etdiyi vergi ödəyicisinin ilin sonuna qalıq dəyəri 64.963,69 manat, ilin sonuna vergidən azad olunan əmlakın qalıq dəyəri 59.120,53 manat (nəqliyyat vasitələri) vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 5843,17 manat müəyyən etmiş, iddiaçı tərəfindən 2020-ci il əmlak bəyannaməsi təqdim etmədiyindən 2019-cu il üzrə vegiyə cəlb olunan əmlakın qalıq dəyəri 5843,17 manat+iddiaçının 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində bəyan etdiyi 1335,00 manat (yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə əsas vəsait) toplamaqla 2020-ci il üzrə 35,89 manat (5843,17 +1335,00/2x1%) əmlak vergisi hesablamışdır Beləliklə, yoxlmaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisinə 2020-ci il üzrə 35,89 manat əmlak vergisi və 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi hissəsində mübahisələndirilən inzibati akt əsaslı olmuşdur. MÖMV və MDSS üzrə: İşin hallarından görünür ki, vergi orqanının yoxlamasına əsasən Cəmiyyət tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanunların tələbləri pozulmuş və nəticədə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibi sığorta haqlarının hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən 2020-ci ilin 3-cü rübü üzrə 17,94 manat artıq hesablanmış, 4-cü rübü üzrə isə 129,99 manat məbləğində azaldılmışdır. Beləliklə, iddiaçıya ümumilikdə MDSS üzrə 112.05 (129,99 -17,94) manat əlavə vergi və müvafiq olaraq 50 % məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir dedikdə əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda hesab edilir. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən əməyin ödənişi fondundan siğortaedənin hesabına 0,5 faiz və siğortaolunan hesabına 0,5 faiz dərəcə ilə işsizlikdən sığorta haqqı tutulur. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanuna əsasən muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faiz miqdarında ödənilir. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi tərəfindən imzalanaraq yoxlayıcıya təqdim edilmiş 2020-ci ilin 3-cü və 4-cü rübləri üzrə əmək haqqının hesablama cədvəllərindən görünür ki, vergi ödəyicisi 2020-ci ilin oktyabr ayı üzrə cəmi əmək haqqı 5.300,00 manat göstərdiyi halda bəyannamə üzrə həmin ay üçün hesablanmış əmək haqqını 4.800,00 manat olaraq az bəyan etmişdir. Vergi ödəyicisinin əmək haqqının hesablanması cədvəllərinə uyğun olaraq vergi orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyindən vergi: Verg orqanının yoxlamasına əsasən Cəmiyyət ilə Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş, müqavilənin şərtlərinə əsasən aylıq icarə haqqı məbləği 500 manat müəyyən edilmişdir. İcarə müqaviləsi xx.xx.2020 tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmış, İcarə müqaviləsinin 2-ci maddəsinə əsasən icarə haqqı məbləğinin xx.xx.2021 -ci il tarixdən hesablanmaqla hər ayın əvvəli (ilk beş günü ərzində) ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2021 -ci il tarixli “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə 1 saylı əlavəsinə” əsasən qeyd olunan icarə müqaviləsinə xx.xx.2021ci il tarixdən xitam verilmişdir. Vergi orqanı icarə müqaviləsinin qüvvədə olduğu dövrdə yəni xx.xx.2020xx.xx.2021-ci il tarixədək icarə haqqının ödənilmədiyini və müvafiq olaraq icarə götürən tərəfindən icarə haqqından ÖMV-nin hesablanmadığı müəyyən edərək ÖMV-nin 361.29 ((5 ay*500=2500 +80,65 (5 gün*16,12)=2580,65*14%)) manat məbləğində azaldıldığını müəyyən edərək əlavə vergi hesablamışdır. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. VM-nin 96.1-ci maddəsnə əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Qanunvericiliyin tələbinə görə icarəyə götürən vergi ödəyicisi (rezident müəssisə və ya VÖEN-i olan fiziki şəxs) Vergi Məcəlləsinin 124-cü və 150.1.6-cı maddələrinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergini tutur, 150.3.2-ci maddəsinə əsasən vergini büdcəyə ödəyir və 150.3.3.1-ci maddəsinə əsasən rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir. Başqa sözlə, ödəmə mənbəyində verginin hesablanması üçün adından göründüyü kimi ilkin olaraq icarə haqqı ödənilməli və ödəmə anında 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulmalıdır. Hazırkı halda iddiaçı tərəfindən sözügedən 5 ay üzrə icarə haqqı ödənilmədiyindən vergi ödəyicisinin həmin icarə haqqından ödəmə mənbəyində verginin hesablanaraq ödənilməsi öhdəliyi yaranmamışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarı 2020-ci il ƏDV vergisi üzrə "xxxx" MMC-dən əldə edilən e-qaimələr əsasında ƏDV əvəzləşdirilmələrinin ləğvi istisna olmaqla qalan hissədə hesablanmış ƏDV və həmin məbləğə mütənasib VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində, 2020-ci il və 2021-ci il üzrə ödəmə mənbəyindən vergi və VM-nin 58.1-ci maddəsinə əsasən ona müvafiq maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarı 2020-ci il ƏDV vergisi üzrə "xxxx" MMC-dən əldə edilən eqaimələr əsasında ƏDV əvəzləşdirilmələrinin ləğvi hissəsi istisna olmaqla qalan hissədə hesablanmış ƏDV və həmin məbləğə mütənasib VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində, 2020-ci il və 2021-ci il üzrə ödəmə mənbəyindən vergi və VM-nin 58.1-ci maddəsinə əsasən ona müvafiq maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-258/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-258/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver