Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2582/2020 24.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kompensasiyanın qaytarılması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kompensasiyanın qaytarılması”na dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 17 dekabr 2014-cü il tarixdən 17 iyun 2016-cı il tarixinədək 10063nkMNG/14 saylı kredit müqaviləsinə əsasən 2500 ABŞ dolları məbləğinin ekspertizası keçirilərək restruktizasiya olunması və iddiaçıya düşən kompensasiyanın qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan ərizəyə münasibət bildirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının dinləyib, ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kompensasiyanın qaytarılması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2582/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2582/2020
24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver