Məhkəmə qərarları › İş №2-1(112)-2582/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2582/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2582/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı 2 saylı Şəhər Poliklinikasına qarşı (3-cü şəxs Təcili və X1maqla) “tibbi şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı S.M.Əfəndiev adına 2 saylı Şəhər Poliklinikasına qarşı qarşı ilə məhkəməyə müraciət edərək, mərhum anası 02 dekabr 1941-ci il təvəllüdlü X6 ölüm faktının qeydiyyata alaraq ölüm haqqında şəhadətnamə üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o anası ilə qeydiyyatda olduqları, ünvan 1 ünvanda yaşamırmışlar. Anası son 7 il ərzində onunla, ünvan 2 ünvanda yaşamışlar. Son zamnlar anasını xx.xx.1941-ci il təvəllüdlü X2 ciddi problemlər yaranmış və bununla bağlı onlar Bakı şəhəri, X21 küçəsi 29 ünvanda yerləşən New Med klinkasına xx.xx.2019-cu il tarixdə müraciət etmişlər. Müayinələr nəticəsində müəyyən olunub ki, anasının onkoloji xəstəliyi var. Həkim onlara anasının ömrünə az qaldığını bildirmişdir. Evdə 8 gün ərzində anasına qulluq etmişdir. xx.xx.2019-cu il tarixdə anasının vəziyyəti pisləşmiş, bu barədə X16 məlumat vermiş, lakin TTY gələnədək artıq anası vəfat etmişdi. Bu faktı X18 əməkdşları təsdiq edərək xx.xx.2019-cu il tarixli Təcili və X8 stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsini tərtib edərək vermişdir. Bundan başqa anasının ölümünü təsdiq edən şəxslər də vardır. Ölümündən iki gün sonra o anasının səhhəti ilə əlaqədar olan sənədlri almaq üçün 2 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, 2 nömrəli Şəhər Poliklinikası müraciətə cavab olaraq bildirmişdir ki, anası X10 tərəfindən həmin poliklinikaya müraciət etməmişdir. Sonra iddiaçı anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. QŞ 05/762733/15 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə bildirmişlər ki, ölüm qeydinin aparılması üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnaməsi əsasında qeydə alına bilər. X6 ölümü ilə bağlı şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 22 fevral 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdiriliməsi barədə ərizə tədim edərək, mərhum anası xx.xx.1941-c il təvəllüdlü X6 “ölüm haqqında tibbi şəhadətnaməsi”ni verilməsinin 2 saylı Şəhər Poliklinikasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-2582/2021 saylı 22 fevral 2021-ci il tarixli Qərardadı əsasında Təcili və X8 Stansiyası 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh 2 saylı Şəhər Poliklinikası və 3-cü şəxs Təcili və X8 Stansiyası məhkəmə iclasında öz nümayəndələrinin iştiraklarını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AA******* nömrəli pasportun surətinə əsasən, İddiaçı xx.xx.1970-ci il tarixdə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır; -AZE seriyalı, 01799477 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, xx.xx.1941ci il təvəllüdlü X10 Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur; -AЗ seriyalı ******* nömrəli İddiaçı aid doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata qrafasında X13, ana qrafasında isə X4 qeyd edilmişdir; -xx.xx.2019-cu il tarixli "Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”nə əsasən 78 yaşlı X6 meyitinin olması barədə qeyd aparılmışdır; -2 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçının müraciətinə dair verilən 04 noyabr 2020-ci il tarixli Arayışda iddiaçının anası X6 Ə.Quliyev 50 ünvanında qeydiyyatda olan 1941-ci il təvəllüdlü 12 dekabr 2019-cu ildə vəfat etmişdir. Dekabr ayında ölüm arayışı almaq üçün müraciət etsələr də 2 №li Şəhər Poliklinikasında ambulator kartası olmadığından, poliklinikaya səhhəti ilə əlaqədar müraciət etmədiyindən və sahə həkimi mərhumu tanımadığından, vəfat etdiyi ünvan da, Xutor qəsəbəsi, 15-ci sıra, ev 39 qeyd olunan poliklinikanın ünvanı olmadığından, ona ölüm arayışı verilməsi imkan xaricindədir; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq 2 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 241 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Ə.Quliyev küç 50 ünvanında pasport qeydiyyatında olan İddiaçı və anası 1941-ci il təvəllüdlü X11 öz ərazisində də etiraf etdiyi kimi heç vaxt (məktubda 7 il göstərir) göstərilən ünvanda yaşamayıb və 2 nömrəli Şəhər Poliklinikasının xidmətlərindən istifadə etməyib. Onların sağlamlıq vəziyyətləri ilə bağlı müraciətləri özəl tibb müəssisələrinə olub, anasının vəfatı isə ünvan 5 ünvanında olub. Göstərilənləri nəzərə alaraq Bakı Şəhər Təcili və X3 ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X7 ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədəir. Məhkəmə araşdırması zamanı həmçinin xx.xx.1941-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə ölümünün səbəbi, polis orqanlarına xəbər verilib-verilməməsi barədə məlumatın verilməsi sorğu əsasında Təcili və X8 Stansiyasından tələb edilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarətmə Birliyi “Bakı şəhər Təcili və X8 Stansiyası” X20 tərəfindən məhkəməyə daxil olan 22 fevral 2021-ci il tarixli sorğuya cavab məktubunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələrinin (AZS 110/Q) saxlama müddətinin 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlərin aktlaşdırıb silindiyindən, X6 adına xx.xx.2019-cu il tarixdə Bakı şəhər Təcili və X8 Stansiyasına çağırışın daxil olması barədə məlumatın verilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, xx.xx.2019-cu il tarixdə ünvan 5 ünvanında İddiaçı atası, xx.xx.1941-ci il təvəllüdlü X6 ölümü hadisəsi baş vermiş, lakin bununla bağlı ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İstinad olunan Plenum Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Qeyd olunan Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə əsasən, "ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYSnin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; 4.3-cü bəndinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir; 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir; 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi "Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X5 (XBT-l0)” üzrə kodlaşdırılmalıdır; 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş "Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın 3-cü maddəsinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X8 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada "Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir; 4-cü maddəsinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, Qanunvericiliyin tələbi baxımından ambulator tibb müəssisəsi tərəfindən "ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkün olduğunu şərtləndirir. Hazırki işdə isə "xəbərdarlıq vərəqəsi”nə əsasən şəxsin ölüm faktının həkim gələnə qədər baş verdiyi, yəni qadın cinsinə aid meyitin aşkarlandığı qeydi aparılması, 2 nömrəli şəhər poliklinikasının məhkəmənin verdiyi sorğusuna cavab məktubuna əsasən şəxsin 2 nömrəli Şəhər Poliklinikasının xidmətlərindən istifadə etmədiyi, onun müalicələrinin özəl tibb müəssisələrində aparıldığı, o cümlədən şəxsin vəfatının ünvan 5 ünvanının qeyd olunan poliklinikanın dislokasiyasında olmadığı, başqa sözlə ambulator kartının olmadığı müəyyən edilmişdir. Beləliklə iddiaçı tərəfindən məhkəməyə anasının xəstəlikləri ilə bağlı müvafiq sənədlər, abdominal doppler, USM nəticəsi, müəyyən analizlərlə bağlı laboratoriya nəticələrinə dair sənədlər təqdim edilsə də, lakin şəxsin məhz həmin sənədlərdə qeyd olunan xəstəlik səbəbindən vəfat etməsinə dəlalət etmir. Odur ki, məhkəmə araşdırması zamanı iddiaçının anasının ölüm səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının anasının ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının anası X6 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, İddiaçı cavabdeh 2 nömrəli şəhər poliklinikasına qarşı "ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2., 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar