Məhkəmə qərarları › İş №2-1(112)-2582/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2582/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2582/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 1977-1982-ci illərdə (5 il) Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda meyvə-tərəvəzçilik və üzümçülük ixtisası üzrə tam ali təhsil aldığı müddət, xx.xx.1982-ci ildən (xx.xx.1982-ci il tarixli, əmr № 119-k) xx.xx.1992-ci ilədək (xx.xx.1992ci il tarixli, əmr № 60-k ) (9 il 10 ay 18 gün) Daşkəsən rayon X3 rəisi vəzifəsində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək (8 il 3 ay) Sabunçu rayon Dövlət Sığorta Agentliyində baş müfəttiş vəzifəsində, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək (1 il 4 ay 12 gün) Qrup 4 S ekurites Holding (BƏB-nin Azərbaycan nümayəndəliyində) təhlükəsizlik əməkdaşı vəzifəsində, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək (4 ay 26 gün) Nərimanov rayon 71 saylı Uşaq bağçasında gözətçi vəzifəsində, xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək (4 il 8 ay 8 gün) "xxxx" MMC-nin təhlükəsizlik zabiti vəzifəsində, xx.xx.2007-ci ildən hal hazıradək isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi vanında Aqrar Xidmətlər Agentliyinin X2 baş mütəxəssis-kimyaçısı vəzifəsində işlədiyi iş (sosial sığorta) müddətinin və pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2006-cı ilədək 28 il 2 ay 21 gün ümumi iş stajının ona pensiya hüququ verən ümumi iş (sosial sığorta) stajı hesab edilməsi və bu əsasla pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən mənə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq artırılması və pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən hal-hazıradək yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1959-cu ildə anadan olub. 1977- 1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda meyvə-tərəvəzçilik və üzümçülük ixtisası üzrə tam kursu bitirmiş və ona alim-aqronom ixtisası verilmişdir. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildən başlayıb. Belə ki, xx.xx.1982-ci ildən (xx.xx.1982-ci il tarixli, əmr № 119-k) xx.xx.1992-ci ilədək (xx.xx.1992-ci il tarixli, əmr № 60-k ) (9 il 10 ay 18 gün) Daşkəsən rayon X3 rəisi vəzifəsində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək (8il 3 ay) Sabunçu rayon Dövlət Sığorta Agentliyində baş müfəttiş vəzifəsində, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək (1 il 4 ay 12 gün) Qrup 4 Sekurites Holding (BƏB-nin Azərbaycan nümayəndəliyində) təhlükəsizlik əməkdaşı vəzifəsində, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək (4 ay 26 gün) Nərimanov rayon 71 saylı Uşaq bağçasında gözətçi vəzifəsində, xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək (4 il 8 ay 8 gün) "xxxx" MMC-nin təhlükəsizlik zabiti vəzifəsində, xx.xx.2007-ci ildən hal hazıradək isə (pensiya hüququnun yarandığı xx.xx.2019-cu ilədək 12 il 9 gün) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi vanında Aqrar Xidmətlər Agentliyinin X2 baş mütəxəssis-kimyaçısı vəzifəsində işləyir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, CPP10-01/20№-li güzəştli arayışda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, ali təhsil almağına dair diplomumda, əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, CPP10- 01/20№-li güzəştli arayışda olan qeydlərə əsasən mən xx.xx.2006-cı ilədək 28 il 2 ay 21 gün ümumi, 9 il 10 ay 18 gün xüsusi (güzəştli şərtlərlə ) iş stajına, 60 yaşının tamam olduğu pensiya hüququnun yarandığı xx.xx.2019-cu ilədək isə 36 il 7 ay 25 gün ümumi, 21 il 10 ay 27 gün xüsusi (güzəştli şərtlərlə ) iş stajına malikdir. xx.xx.2000-ci ildən İİ dərəcə əlildir. Bütün bunlar nəzərə alınmamış və ona pensiya hesablanarkən xx.xx.2006-cı ilədək qeydə alınmış 18 il 4 ay 29 gün sığorta stajının və 14.994,52 manat pensiya kapitalının olmasını bildirilərək buna uygun olaraq xx.xx.2021-ci il tarixdən 219,10 manat pensiya hesablanması barədə ona sms göndərilmişdir. O bununla razılamayaraq təkrarən cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2006-cı ilədək 28 il 2 ay 21 gün ümumi iş stajına malik olduğunu bildirərək yuxarıda qeyd olunan ümumi iş ştajına daxil olan iş illərinin və təhsil illərinin yenidən hesablanaraq ona təyin edilmiş pensiyanın artırılmasını və artırılmış pensiya fərqinin ona ödənilməsini xahiş etmişdi. Lakin cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı müraciətinə cavab olaraq göndərdiyi 16 avqust 2022-ci il tarixli, **********2№-li məktubunda xx.xx.2006-cı ilədək qeydə alınmış 18 il 4 ay 29 gün sığorta stajımın və xx.xx.2006-cı ildən fərdi hesabımın sığorta hissəsində qeydə alınmış 14.994,52 manat pensiya kapitalının olmasını və bu əsasla ona 219.10 manat pensiya təyin edilməsinin düzgün olduğu, lakin xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək olan iş stajının onun sosial sığorta stajına əlavə edilmədiyi bildirmişdir. O cavabdehin bu imtina məktubunu qanunsuz və əsassız sayır. Belə ki, o xx.xx.2006-cı ilədək 28 il 2 ay 21 gün ümumi iş stajına malikdir və bu səbəbdən ona aylıq ən azı 350.00 manat pensiya təyin edilməlidir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Qrup 4 Securitas Holding (B) B.V Azərbaycan Nümayəndəliyində olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra sizin əlilliyə görə əmək pensiyanızın yenidən hesablanmasına baxılacaqdır

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 18 il 4 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 14994,52 manat pensiya kapitalı əsasında ona xx.xx.2021-ci il tarixindən 219,10 manat məbləğində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məktubuna əsasən əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək qeyd edilmiş Sabunçu rayon Dövlət Sığorta filialının arxiv sənədlərində həmin müəssisədə işləmək faktını təsdiq edən heç bir sənəd aşkar olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmayıb. Eyni zamanda Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən “Qrup 4 Securites Holdinq” Azərbaycan nümayəndəliyinin xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən dövrlərin araşdırılması və sığorta stajınıza əlavə edilməsi qanunamüvafiq hesab olunmur. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu səbəbdən əmək pensiyasının məbləği (219,10 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində ona təyin edilmiş İİ dərəcə əlilliyə görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırıldığından ödənilmiş məbləğ nəzərə alınmaqla Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) yaranmış fərq məbləği 2022-ci ilin yanvar, fevral və mart aylarında pensiyasının üzərinə əlavə edilməklə onaa ödənilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur.

5. İddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində geydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi orqanizmin funksiyalarının 31-80 faiz pozulmuş şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. X.M.X4 təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 01,09.1977-ci il tarixdən 01,07.1982-ci il tarixədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 18 il 4 ay 29 gün sığorta stajına və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14994,52 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixdən 219,10 manat məbləğində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun xx.xx.2020-ci il tarixdə qüvvədə olan 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2002- ci il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məktubuna əsasən iddiaçının əmək kitabçansının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək qeyd edilmiş Sabunçu rayon Dövlət Sığorta filialının arxiv sənədlərində həmin müəssisədə İddiaçı işləmək faktını təsdiq edən heç bir sənəd aşkar olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmayıb. Eyni zamanda Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən “Qrup 4 Securites Holdinq” Azərbaycan nümayəndəliyinin xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən dövrlərin araşdırılması və iddiaçının sığorta stajına əlavə edilməsi qanunamüvafiq hesab olunmur. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu səbəbdən İddiaçı əmək pensiyasının məbləği (219,10 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyasının minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilir ki, xx.xx.2021-ci il tarixində iddiaçıya təyin edilmiş İİ dərəcə əlilliyə görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırıldığından ödənilmiş məbləğ nəzərə alınmaqla Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) yaranmış fərq məbləği 2022-ci ilin yanvar, fevral və mart aylarında pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İşin faktiki hallarından və yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi İddiaçı təyin edilmiş əmək pensiyası qanunvericiliyin tələbləri baxımından düzgün hesablandığından iddia tələbi təmin edilməməlidir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bildirilmişdir ki, 1992-2000-ci il tarixlərində Şirkətin Bakı şəhəri Sabunçu rayon filialı mövcud olmuş və fəaliyyət göstərmişdir. Lakin qeyd olunan dövrə aid kadr uçotu sənədlərinin Şirkətin arxivinə təhvil verilməsindən uzun müddət vaxt keçdiyinə görə, sorğuda qeyd olunan vətəndaşın əmək fəaliyyəti ilə əlaqədar sənədlərin arxivdən əldə edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət vardır.

7. "Qrup 4 Sekurites Holdinq" Azərbaycan Nümayəndəliyinin dövlət qeydiyyatı barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində Hollandiyanın "Group 4 Securitas (b) B.V. Representative Office" Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********) xx.xx.1998-ci il tarixdə 350 nömrə ilə dövlət qeydiyyatından keçməsi və fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur.

8. İddiaçının ərizəsi əsasında iddia tələbi Sabunçu rayon Dövlət Sığorta Agentliyində xx.xx.1992-xx.xx.2000-ci illərdəki, “Qrup 4 Sekurites Holdinq” Azərbaycan nümayəndəliyində xx.xx.2000-xx.xx.2002-ci illərdəki sosial sığorta stajı nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.

9. İddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verməklə tələbin təmin olunmasını xahiş etdi.

10. Cavabdehin nümayəndəsi (iddia tələbinin dəyişdirilməsinə etiraz etmədən) iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. Belə ki, ona əlilliyə görə əmək pensiyası təyin edilib, lakin əmək fəaliyyətinin 10 ilə yaxın dövrü sosial sığorta stajına daxil edilməyib. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. Qeyd edilən dövr iddiaçının sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçının (əlilliyə görə) əmək pensiyasında artım olacaqdır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. İddiaçı xx xxxxxxx 1959-cu ildə anadan olub, xx.xx.2021-ci il tarixdən İİ (ikiinci dərəcə) dərəcə 5 il müddətə əlillik təyin edilmişdir (yeni meyarlara uyğun olaraq əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir), yüngül işlərdə işləyə bilər. Əlillik təyin olunduğu xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin əmək kitabçasına əsasən Sabunçu rayon Dövlət Sığorta Agentliyində xx.xx.1992-xx.xx.2000-ci illərdəki, “Qrup 4 Sekurites Holdinq” Azərbaycan nümayəndəliyində xx.xx.2000-xx.xx.2002-ci illərdəki əmək fəaliyyəti sığorta stajına daxil edilməmişdir.

15. İddiaçı həmin dövrün sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını tələb edir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan (hazırkı redaksiyada): 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı müraciət edərkən maddənin redaksiyasına əsasən: 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 31.3. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir.

17. İddiaçının tələb edilən sığorta stajı aşağıdakı kimi hesablanır: 62 yaş (əlilliyə görə pensiya təyinatı üçün müraciət edərkən yaşı) – 15 yaş (qanunvericiliklə əmək müqaviləsinin bağlanmasına imkan verilən yaş həddi) = 47 il (əmək qabiliyyətli yaş dövrü) 47x4/12= 15 il 6 ay.

18. Yəni qanunla iddiaçıya münasibətdə tələb olunan 15 il 6 ay sığorta stajının müqabilində iddiaçının əmək kitabçasına əsasən əlillik təyin olunduğu tarixə əmək kitabçasına əsasən 38 il 1 ay sığorta stajı mövcuddur.

19. Lakin iddiaçının əmək kitabçasında qeyd edilən Sabunçu rayon Dövlət Sığorta Agentliyində xx.xx.1992-xx.xx.2000-ci illərdəki, “Qrup 4 Sekurites Holdinq” Azərbaycan nümayəndəliyində xx.xx.2000-xx.xx.2002-ci illərdəki əmək fəaliyyəti sığorta stajına daxil edilməmişdir.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. İddiaçının əmək kitabçasında onun Sabunçu rayon Dövlət Sığorta Agentliyində xx.xx.1992-xx.xx.2000-ci illərdəki, “Qrup 4 Sekurites Holdinq” Azərbaycan nümayəndəliyində xx.xx.2000-xx.xx.2002-ci illərdə işləməsinə dair qeydlər var.

22. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Əksinə həmin qurumların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Odur ki, arxiv sənədlərin olmamağı və ya faktiki və arxiv sənədlərin saxlanıldığı ünvanın məlum olmaması həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsini istisna edə bilməz. xx.xx.2002-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığorta stajının ödənilməsi tələb olunmuş olsa da, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.

23. Nəticə etibarilə əlilliyə görə əmək pensiyası təyin edilməsi (yenidən hesablanması) hüququ və bununla bağlı “qanuni gözləntisi” var.

24. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

25. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Sabunçu rayon Dövlət Sığorta Agentliyində xx.xx.1992-xx.xx.2000-ci illərdəki, “Qrup 4 Sekurites Holdinq” Azərbaycan nümayəndəliyində xx.xx.2000-xx.xx.2002-ci illərdəki sosial sığorta stajı nəzərə alınmaqla İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar