Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2583/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin onun və uşaqları X12 və X3 adına özəlləşdirilməsi və həmin mənzil üçün dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 54 saylı mənzilə dair İddiaçı adına mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-2583/2021 saylı 17 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 sentyabr 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanında yerləşən 54 saylı mənzilin onun və uşaqları X12 və X3 adına özəlləşdirilməsi və həmin mənzil üçün dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Ərizəsinə də zəruri olan bütün sənədləri əlavə etmişdir. Lakin cavabdeh 23 sentyabr 2020-ci il tarixli **********85 № li cavab məktubu ilə qeyd edilən mənzilin özəlləşdirilməsi və həmin mənzil üçün dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. İmtina məktubunda cavabdeh ərizəyə müvafiq sənədlərin əlavə edilmədiyinə istinad etmişdir. Cavabdehin bu iradı tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, o cavabdehə ünvanladığı ərizəyə zəruri olan bütün sənədləri əlavə etmişdir. İkincisi, cavabdeh qeyd edilən mənzil üçün Nizami rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ona verilmiş sərəncamın 10.03.2020-ci ildə verilməsini əsas gətirərək qeyd edilən mənzilin özəlləşdirilməsi və həmin mənzil üçün dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. Cavabdehin bu iradı da tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, o 1989-cu ildən qeyd edilən mənzildə qeydiyyatdadır və yaşayır. Bu isə o deməkdir ki, onun həmin mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ uzun illərdir mövcuddur. Sadəcə o həmin hüquqdan indi istifadə etmək qərarına gəlmişdir. Mənzil kirayə müqaviləsinin onun adına indi dəyişdirilməsi heç onu həmin mənzili özəlləşdirmək hüququndan məhrum etmir və edə də bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə 04.09.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 26 saylı evin, 54 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmçinin, İddiaçı adına qeyd olunan mənzilə dair kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/39 saylı sərəncamı 10.03.2020-ci il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********85 saylı, 23.09.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbində göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 23 sentyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 26 saylı evin, 54 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı adına qeyd olunan mənzilə dair kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/39 saylı sərəncamı 10.03.2020-ci il tarixdə verilmişdir, bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 10 mart 2020-ci il № 1-1/39 saylı sərəncamından görünür ki, İddiaçı Nizami rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, mərhum analığı X8 məxsus olan Nizami rayonu, Rüstəmov küçəsi, yaşayış sahəsi 31,22 kv.m olan, 2 otaqlı, 26 №-li evin 54-cü mənzilinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, mənzilin əvvəlki kirayəçisi Bakı şəhəri X1 İcraiyyə Komitəsinin yaşayış sahələrinin bölgüsü və qeydiyyatı şöbəsinin verdiyi 15162 nömrəli orderə əsasən ərizəçinin analığı X6muşdur. İ.N.Əliyeva 31 iyul 1992-ci ildə ərizəçinin atası X4 ilə rəsmi nikah münasibətinə daxil olmuşdur. Ərizəçinin atası X4 12 dekabr 2007-ci il tarixdə, analığı X11 isə 04.08.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı 1993-cü ildən qeydiyyatda olduğu həmin mənzildə hazırda 3 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu) yaşayır. Ailə üzvləri mənzilin kirayə müqaviləsinin onun adına dəyişdirilməsinə dair notariat qaydasında razılıq vermişlər. Qeyd olunanları və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsini nəzərə alaraq Bakı şəhəri Nizami rayonu, Rüstəmov küçəsi, yaşayış sahəsi 31,22 kv.m. olan, 2 otaqlı, 26 No-li evin 54-cü mənzilinin kirayə müqaviləsi 3 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu) İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. 10 mart 2020-ci il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə əsasən, Nizami rayon 50 saylı MKTS-nin rəisi X7 ilə İddiaçı arasında Nizami rayon 1-1/181 №-li sərəncam əsasında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 26, 54 saylı mənzildə 31,22 kvadrat metr yaşayış sahəsini müddətsiz istifadə üçün verilməsi barədə kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 28 dekabr 2020-ci il tarixli № **********05 saylı məktubundan görünür ki, ünvan 2, 54 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusu əsasında Nizami Rayon İcra Hakimiyyətindən daxil olmuş 10 mart 2020-ci il № 1-1/39 saylı sərəncamının verilməsinə əsas olan inzibati icraat materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 26, 54 saylı mənzil 15162 nömrəli 30 sentyabr 1964-cü il tarixli orderə əsasən X5 istifadəsinə verilmişdir. Bakı şəhəri Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 50 saylı Mənzil- Kommunal İstismar sahəsi tərəfindən verilmiş 19.02.2020-ci il tarixli № 67 saylı arayışının surətindən görünür ki, 2518 saylı şəxsi maliyyə haqq-hesabı 30.09.1964-cü ildə açılmışdır. Həqiqətən İddiaçı 3 nəfər ailə tərkibi ilə 1992-ci il təvəllüdlü X12 və 1994-cü il təvəllüdlü Nağızadə Samir oğlu ilə 26 №-li evin 54 saylı mənzilində R.Rüstəmov küçəsindəki 2 otaqlı 31,22 kv.metr sahə 1-ci mərtəbəsində 5 mərtəbəli binada yaşayırlar. Hər bir kommunal şəraiti var. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanda yerləşən ona məxsus 54 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, ünvan 5 ünvanda yerləşən ona məxsus 54 saylı mənzil hazırki iddiaçının atası X2 arvadı X8 15162 nömrəli 30 sentyabr 1964-cü il tarixli orderə əsasən məxsus olmuşdur. İddiaçı həmin ünvanda 09.02.1993-cü ildən qeydiyyatda olmaqla yaşamış, X11 04.08.2018-ci ildə vəfat etmişdir (08.08.2018-ci il tarixli ölüm haqqında şəhadətnamə). X5 vəfatından sonra iddiaçı ailə üzvlərinin notarial razılığı ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmiş, Nizami rayon İcra hakimiyyəti başçısının 1-1/39 saylı 10 mart 2020-ci il tarixli Sərəncamı ilə mənzilin kirayə müqaviləsi iddiaçının adına dəyişdirilmiş, onunla kirayə müqaviləsi bağlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtina əsasları: mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmçinin, İddiaçı adına qeyd olunan mənzilə dair kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/39 saylı sərəncamı 10.03.2020-ci il tarixdə verilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini mənzilə dair hüquqmüəyyənedici sənədlərin olmaması ilə, iddiaçının adına müvafiq kirayə müqaviləsinin 01.10.2009-cu il tarixdən sonrakı vaxtda 10.03.2020-ci il tarixdə bağlanması ilə əsaslandırır. Lakin Məhkəmə bu mövqe ilə razılaşmır. Çünki, mənzilə dair hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/39 saylı 10.03.2020-ci il tarixli sərəncamı əsasında iddiaçı ilə bağlanmış kirayə müqaviləsi təqdim edilmişdir. Mənzilə dair müvafiq müqavilə “sosial kirayə müqaviləsi” deyil, “kirayə müqaviləsi”dir. Bundan başqa, həmin mənzilə dair iddiaçı ilə RİH arasındakı müqavilə 2020-cı ildə bağlansa da, mənzil münasibətləri 01.10.2009-cu il tarixdən əvvəlki dövrə (1993-cü ilə) təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə olan halda Məhkəmənin qənaətinə görə ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilinə iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən:Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2583/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2583/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver