Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2583/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkilin Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01 may 2011-ci il tarixdən 01 dekabr 2021-ci il tarixə kimi olan dövr ərzində faktiki olaraq ona ödənilməmiş 10 il 7 ay üçün hər ayı 455,74 manat hesabı ilə (10 il 7 ay = 127 ay x 455,74 manat =58.878,98 manat) 58.878,98 (əlli səkkiz min səkkiz yüz yetmiş səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində xidmət illərinə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ilin mart ayından 16 may 2011-ci il tarixə kimi Azərbaycan Respublikasının X4 xidmət etmişdir. Daxili İşlər Nazirliyinin 12 may 2011-ci il tarixli, 892 ş/h №-li əmri ilə səhhətinə görə polis mayoru rütbəsində xidmət müddəti təqvimi hesablama ilə 19 il 03 ay, 24 gün, imtiyazlı hesablama ilə 24 il 05 ay, 27 gün hesablanmaqla X4 xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 175 №-li xəstəlik şəhadətnaməsi ilə X4 xidmətə yararsız hesab edilmiş, ona həmin ilin may ayından İİ qrup əlillik dərəcəsi ilə əmək pensiyası təyin edilmiş və o, 2021-ci ilin noyabr ayına kimi 500 manat məbləğində əmək pensiyası almışdır. Lakin o, 2021-ci ilin noyabr ayında xidmət illərinin düzgün hesablanmaması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə ərizə ilə müraciət etmişdir. Bu zaman Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 5612 №-li yeni məlumat vərəqəsində onun xidmət müddəti 39 il 5 ay 8 gün (təqvimi xidmət müddəti 21 il 8 ay 13 gün, güzəştli xidmət müddəti 17 il 5 ay 8 gün) göstərilmiş, həmin məlumat vərəqəsinə əsasən 39 il 5 ay 8 gün xidmət müddətinə uyğun olaraq ona 955,74 manat məbləğində əmək pensiyası ödənilir. Məhz həmin vaxt müəyyən edildi ki, 2011-ci ildə onun X4 xidmət illəri düzgün hesablanmamış və ali təhsil aldığına görə 2 il 6 ay əmək stajına daxil edilməmişdir. İddia ərizəsinə əlavə etdiyi Cəbrayıl Rayon Polis Şöbəsinin 20 noyabr 2021-ci il tarixli 6445 №li arayışı ilə də təsdiq edilmişdir ki, o, 1994-2009-cu illərdə Cəbrayıl RPŞ-də xidmət edərkən cəbhə bölgəsində xidmət etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08 may 1992-ci il tarixli, 245 №-li əmrinə əsasən ona üçqat əmək haqqı, xx.xx.1998-ci il tarixli 04 №-li əmrinə əsasən isə ikiqat əmək haqqı ödənilmiş, düşmənlə ön mövqedə onun xidməti təqvimlə 16 il 01 ay 14 gün təşkil etmiş, həmin vaxt onun xidmət illərinin bir günü üç gün hesablanmış, onun imtiyazlı hesablama ilə ümumi iş stajı 39 il 5 ay 8 gün təşkil etmişdir. Ona görə də 39 il 5 ay 8 gün xidmətə görə ona 01 dekabr 2021-ci il tarixdən xidmət illərinə görə 955,74 manat əmək pensiyası hesablanmış və həmin məbləğdə təqaüd ona ödənilir. 2011-ci ildə onun xidmət illərinə görə əmək pensiyasına çıxması üçün kifayət qədər iş stajı olmuş, lakin səlahiyyətli dövlət təşkilatı tərəfindən onun xidmət müddəti və ali təhsilə görə iş stajı düzgün hesablanmamış, bunun da nəticəsində ona faktiki olaraq 10 ildən artıq müddətdə İİ qrup əlil kimi müavinət 2 dəfə az ödənilmişdir. Həmin səbəbdən 01 may 2011-ci il tarixdən 01 dekabr 2021-ci il tarixə kimi olan müddət ərzində hər ay, yəni 10 il 7 ay ərzində hər ay iddiaçıya 455,74 manat məbləğində təqaüd ödənilməmişdir. Odur ki, o, bununla əlaqədar 10 il 7 ay ərzində faktiki olaraq hər ay ona ödənilməmiş 455,74 manat məbləğində əmək pensiyasının ona ödənilməsinə dair 15 iyul 2022-ci il tarixli ərizə ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Onun ərizəsinə cavab olaraq iş üzrə iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 avqust 2022-ci il tarixli, **********8 №-li məktubunu o 31 avqust 2022-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə almışdır. İddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 10 avqust 2022-ci il tarixli, **********8 №-li qeyd edilən məktubunda onun müraciətinin mahiyyətinə aidiyyəti olmayan, səthi, əssasız və başdansovdu cavab verərək “əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər” əsassız bəhanə ilə 10 il 7 ay ərzində faktiki olaraq hər ay ödənilməmiş 455,74 manat məbləğində təqaüdün ona ödənilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 avqust 2022-ci il tarixli, **********8 №-li məktubunda göstərilmiş imtinanın dəlilləri qanunsuz və əsassızdır. Belə ki, o iddia ərizəsinə əlavə etdiyi 10 il 7 ay ərzində faktiki olaraq hər ay ödənilməmiş 455,74 manat məbləğində təqaüdün ona ödənilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdiyi 15 iyul 2022-ci il tarixli ərizəsində əmək pensiyasının yenidən hesablanmasını deyil, yuxarıda göstərilən müddət ərzində xidmət illərinə görə hər ay ödənilməmiş 455,74 manat məbləğində əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 avqust 2022-ci il tarixli, **********8 №-li məktubunda aydın surətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 5612 №-li yeni məlumat vərəqəsində onun X4 xidmət müddəti 39 il 5 ay 8 gün (təqvimi xidmət müddəti 21 il 8 ay 13 gün, güzəştli xidmət müddəti 17 il 5 ay 8 gün) göstərilmiş, həmin məlumat vərəqəsinə əsasən 39 il 5 ay 8 gün xidmət müddətinə uyğun olaraq ona 955,74 manat məbləğində əmək pensiyası ödənilir. Yəni, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 10 avqust 2022-ci il tarixli, **********8 №-li məktubunda onun xidmət illərinin 39 il 5 ay 8 gün olmasını təsdiq edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 5612 №-li yeni məlumat vərəqəsini əsas götürərək onun əmək pensiyası 01 dekabr 2021-ci il tarixdən yenidən hesablamaqla ona 955,74 manat məbləğində əmək pensiyası təyin etdiyini təsdiq etmiş, o, müraciətində 10 il 7 ay ərzində faktiki olaraq hər ay ona ödənilməmiş 455,74 manat məbləğində təqaüdün ona ödənilməsini xahiş etsə də, əsassız olaraq əmək pensiyasının yenidən hesablanması xüsusatı qoymaqla müraciətinin mahiyyətindən yayınaraq 10 il 7 ay ərzində faktiki olaraq hər ay ona ödənilməmiş 455,74 manat məbləğində əmək pensiyasının ona ödənilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Odur ki, son dəqiqləşdirməyə əsasən 01 may 2011-ci il tarixdən 01 dekabr 2021-ci il tarixə kimi olan dövr ərzində faktiki olaraq ona ödənilməmiş 10 il 7 ay üçün hər ayı 455,74 manat hesabı ilə (10 il 7 ay = 127 ay X 455,74 manat =58.878,98 manat) 58.878,98 (əlli səkkiz min səkkiz yüz yetmiş səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində xidmət illərinə görə əmək pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, cavabdehin qərarı qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, işin faktiki hallarına əsasən İddiaçı cavabdeh orqan tərəfindən 2 avqust 2011-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh orqana təqdim olunmuş 29 dekabr 2021-ci il tarixli 5612 nömrəli yeni məlumat vərəqəsində iddiaçının xidmət müddəti 39 il 5 ay 8 gün (təqvimi xidmət müddəti 21 il 8 ay 13 gün, güzəştli xidmət müddəti 17 il 8 ay 25 gün) göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən 39 il 5 ay 8 gün xidmət müddətə uyğun olaraq iddiaçıya 868,85 manat məbləğində yaşa görə əmək pensiyası və 86,89 manat maddi yardım ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən, Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fonda təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyiniin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu iddiaçının xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara və qanunvericiliyin tələblərinə əsasən İddiaçı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət üçün ödənilmiş pensiya ilə yeni məlumat vərəqinə əsasən yaşa görə xx.xx.2021ci il tarixdən təyin edilmiş yaşa görə pensiya arasındakı fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron sistem vasitəsilə əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 34946/2023 nömrəli məktubla göndərilmiş pensiya işinə dair sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 may 2011-ci il tarixli, 892 ş/h nömrəli Əmri ilə Polis mayoru İddiaçı, Zərdab RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, “istefada olan polis mayoru” sayılmaqla, “16” may 2011-ci il tarixdən "Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddənin 6-cı bəndinə (səhhətinə görə) müvafiq olaraq xidmətdən xaric edilməsi əmr edilmişdir. 10 may 2011-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 19 il, 03 ay, 24 gün, imtiyazlı hesablama ilə - 24 il, 05 ay, 27 gün təşkil edir. Əsas: Azərbaycan Respublikası DİN-in Xüsusi-Həkim Komissiyası tərəfindən verilmiş 18 aprel 2011-ci il tarixli 175 nömrəli xəstəlik haqqında şəhadətnamə. -Daxili İşlər Nazirliyi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna təqdim olunan 20 oktyabr 2011-ci il tarixli, 5612 nömrəli Məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə səhhətinə görə ehtiyata buraxılmış, təqvimi xidmət illəri 19 il 4 ay, güzəştli xidmət illəri 3 il 2 ay 3 gün, cəmi: iş stajı və xidmət illəri 24 il 6 ay 3 gün müəyyən edilmişdir. -İddiaçı xx.xx.2012-ci il tarixdə ərizə ilə DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyasını təyin edilməsini xahiş etmişdir. -DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin xx.xx.2012-ci il tarixli 12/976 nömrəli qərarına əsasən Əmək pensiyaları haqqında Qanunun 20.16.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2011-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. -Pensiya uçot vərəqinə əsasən xx.xx.2011-ci il tarixə əlilliyə görə əmək pensiyasının əmək pensiyası faizi 55%, cəmi pensiya məbləği 305,47 manat təşkil etmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında” Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna təqdim olunan 29 dekabr 2021-ci il tarixli, 5612 nömrəli Məlumat vərəqəsinin surətindən görünür ki, təqvimi xidmət illəri 21 il 8 ay 13 gün, güzəştli xidmət illəri 17 il 8 ay 25 gün, cəmi: iş stajı və xidmət illəri 39 il 5 ay 8 gün müəyyən edilmişdir. Ehtiyata və ya istefaya buraxıldığı tarix xx.xx.2011. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin xx.xx.2022ci il tarixli, 0xx-xx-1221 nömrəli DSMF Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış məktubunda bildirilmişdir ki, DİN-nin sabiq əməkdaşı İddiaçı xidmət illərinin dəqiqləşdirilməsi ilə əlaqədar yenidən tərtib edilmiş 5612 nömrəli məlumat vərəqi aidiyyəti üzrə baxılması üçün Sizə göndəririk. İddiaçı pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş 5612 nömrəli məlumat vərəqəsi xx.xx.2011-ci il tarixli, 27/3-2532 nömrəli məktubla DSMF-nin Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına göndərilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına ərizə ünvanlayaraq əmək pensiyasının hesablanmasına sərəncam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərara əsasən pensiyanın yenidən hesablamasının səbəbi pensiya növünün dəyişməsi, vəzifə maaşı 420 manat, rütbə maaşı 150 manat, xidməti illərinə görə 25 faiz hesablanmaqla 142,50 manat, ərzaq payı 64 manat, məh. d. 25 faiz olmaqla 105 manat, olmaqla hazırkı pensiya məbləği 500 manat, 51 qəpik, xx.xx.2021-ci il tarixdən yenidən hesablanmış pensiya məbləği 868 manat 35 qəpik təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, sizə Mərkəzi Filial tərəfindən 2 iyul 2011-ci il tarixində əmək pensiyası təyin olunmuşdur. Daxili işlər Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2021-ci il tarixli 5612 nömrəli yeni məlumat vərəqəsində xidmət müddətiniz 39 il 5 ay 8 gün (təqvimi xidmət müddətiniz 21 il 8 ay 13 gün, güzəştli xidmət müddətiniz 17 il 8 ay 25 gün) göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən 39 il 5 ay 8 gün xidmət müddətinə uyğun olaraq sizə 868,85 manat məbləğində əmək pensiyası və 86,89 manat maddi yardım ödənilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı i!o təsdiq edilmiş “Təminat xərcliyinın hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarfnm 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fonda təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiya fərqinin ödənilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçıya aid pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 20 oktyabr 2011-ci il tarixli, 5612 nömrəli Məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uygun olaraq xx.xx.2011-ci il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” ll qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli 5612 nömrəli yeni məlumat vərəqinə uyğun olaraq iddiaçının xx.xx.2022-ci il tarixində cavabdehə etdiyi müraciət əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən 39 il 5 ay 8 gün xidmət ili üçün təminat xərcliyinin 93.83%- məbləğində- xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara— 55 faizi+ 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi əlavə olmaqla 19 il x 2%+ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 5 ay/12 x2% olmaqla 881,50 manat təminat xərcliyinin 93,83 faizi olmaqla 868,35 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aldığı əlilliyə görə əmək pensiyası məbləği ilə həmin dövr üzrə almalı olduğu lakin ala bilmədiyi yaşa görə (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək pensiyası növü arasındakı fərq məbləğinin hesablanaraq ödənilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsaəsn iddia tələbinin əsaslılığı ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -20.14-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; -20.16-cı maddəsinə əsasən, bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (xx.xx.2022-dək qüvvədə olan redaksiya) 20.16.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin- 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə-80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə-55 faizi; 20.16.2-ci maddəsinə əsasən, İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə —55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə-35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. -22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. -34-cü maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; -2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; -3-cü hissəsinə əsasən, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür... -4-cü hissəsinə əsasən, bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür; -5-cü hissəsinə əsasən, məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, hərbi qulluqçuya pensiya təyin edilməsi üçün onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi sonuncu xidmət keçdiyi orqan tərəfindən pensiya təyin ediən orqana göndərilməlidir. ƏPQ-nun 20.14-cü maddəsi hərbi qulluqçunun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsini tənzimləyirsə, Qanunun 20.16-cı maddəsi hərbi qulluqçunun əlilliyə görə əmək pensiyasının təyin edilməsini tənzimləyir. Xidmət illərinə görə pensiya təyini zamanı pensiya məbləği təminat xərcliyinin xidmət illərinin sayından asılı olaraq (minimum 20 il xidmətə görə 50%, səhhətə görə 55%+ 20 ildən artıq hər əlavə xidmət ilinə görə 2%) müəyyən olunursa, əlilliyə görə pensiyanın məbləği əlilliyin dərəcəsindən asılı olaraq, ikinci dərəcə əlilliyə görə təminat xərcliyinin sabit faizi-55% olaraq hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya 2021-ci il tarixdə yeni məlumat vərəqi verilsə də bu hal 2011-ci ildən təyin edilmiş əlilliyə görə əmək pensiyasının yeni məlumat vərəqinə uyğun yenidən hesablanmasına, bu əsasdan təminat xərcliyi faizinin dəyişməsinə səbəb olmayacaqdır. Belə ki, qeyd edildiyi kimi iddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” ll qrup əlil olmuş və bu zaman ona Qanunun 20.16.2-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin sabit faiz- 55% məbləğində pensiya hesablanmış və ödənilmişdir. İddiaçının iddia etdiyi kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilmiş pensiya ilə yaşa görə (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək pensiyasının fərq məbləğinin ödənilməsi üçün iddiaçının tərxis olunduğu 2011-ci ildən ona yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 20 oktyabr 2011-ci il tarixli, 5612 nömrəli Məlumat vərəqəsində onun xidmət illəri 19 il 04 ay göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən də, pensiya təyin edən orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq xx.xx.2011-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” ll qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Qeyd edilən məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi ilə iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin edilə bilməzdi. İddiaçı məlumat vərəqəsini tərtib edən qurumun hərəkətlərini mübahisələndirməmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın həmin vaxt hərbi xidmət dövrü ilə əlaqədar” ll qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin etməsi qanuni və əsaslı olmuşdur. Daha sonra, iddiaçının xidmət keçdiyi DİN tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 5612 nömrəli məlumat vərəqindən sonra iddiaçının xx.xx.2022-ci il tarixində müraciəti əsasında iddiaçının əmək pensiyasının bir növündən başqa növünə, yəni əlilliyə görə pensiyadan yaşa görə pensiya növünə keçmə baş vermiş, Azərbaycan Respublikasının DİN tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən 39 il 05 ay 08 gün xidmət ili üçün təminat xərcliyinin 93,83 faizi məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin olunmuşdur. Qeyd etmək lazımdır ki, iddiaçının sonuncu xidmət keçdiyi orqanın onun xidmət illərini düzgün hesablamaması, verilmiş məlumat vərəqəsində xidmət illərinin az göstərilməsi kimi hallar hazırda vəziyyəti iddiaçının xeyrinə dəyişmir və pensiya təyin edən inzibati orqanın hərəkətlərinin qanunsuz sayılmasına əsas vermir. Belə ki, iddiaçının xx.xx.2011-ci il tarixli 5612 nömrəli məlumat vərəqəsində göstərilən məlumatları mübahisələndirmək üçün kifayət qədər prosessual imkanları olsa da, bundan istifadə etməmiş və bunun səbəblərini (belə müraciətin təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də həmin dövrdə məlumat vərəqəsi ilə razılaşaraq ona yaşa görə deyil, əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçının xidmət illəri ilk məlumat vərəqəsi verilən zaman düzgün hesablanmasa da, lakin pensiya təyin edən orqan həmin məlumat vərəqində göstərilənləri (xidmət illərinin 20 ildən az olmasını) nəzərə almadan iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilməzdi. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının “keçmiş dövr üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunmuşdur. İddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiya fərqinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2583/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2583/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver