Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2584/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının qanun üzrə nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu X17 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ailə başçısını (atasını) X7 vəfat etdiyi gündən onun aldığı güzəştli şərtlərlə əmək pensiyasının oğlu - anadan gəlmə əlil X8 ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci il təvəllüdlü X11 anadan gəlmə əlildir. Uşağ bağçasına, məktəbə və əsgərliyə xəstə əlil olduğuna görə getməmişdir. Halhazırda 40 (qırx) yaşı var və 2-ci qrup əlildir. X3 sağ olan vaxtı iddiaçı - xəstə oğulları X8 baxmağa anasına kömək edirdi, çünki o özünü idarə edə bilmir. Ona anadangəlmə keçirilmiş X18nin qalıq əlamətləri hemiparetik forma afaziya, intelektin kəskin zəifliyi diaqnozu qoyulmuşdur. İddiaçının atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və anası olaraq bu günə qədər onun sağ olan vaxtı aldığı pensiyasını iddiaçının adına keçirə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu hesab edir ki, X11 xx.xx.1980-ci il təvəllüdlü olmaqla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqoriyasına aid olmadığından, onun əlillik dərəcəsi xx.xx.1999-cu il tarixdən müəyyən edildiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaratmır. Faktiki olaraq isə X11 ’’Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasi Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağ əlilliyi olan şəxs hesab edilir. Buna görə də ona dövlət tərəfindən pensiya təyin olunması tibbi sənədlərlə sübut olunmuş haldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2584/2023 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan İddiaçı əsl iddiaçı X11 ilə əvəz edilmiş və iddiaçı X5 “xx.xx.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Fonda müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli **********9 nömrəli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3919/2022 Qərardadı ilə iddia geri götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: İddia tələbi üzrə subyektiv hüququn olmaması; cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1 -ci maddəsi) əməl olunmalıdır. Digər tərəfdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 59.1.5 və 59.1.6-cı maddələrinə əsasən, inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat və inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarından məlum olduğu kimi, İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş xx.xx.2021 tarixli, **********9 nömrəli məktubla müraciətin müsbət həlli mümkün olmamışdır. Həmin məktubda Qanunun 73.2-ci maddəsində qeyd edilən mümkün hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından sözügedən inzibati aktdan şikayət verilməsi üçün 6 ay müddət müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə həm qanunvericiliklə müəyyən edilmiş 30 gün, həm də 6 aylıq şikayət vermə müddətini də ötürmüşdür. İddiaçının əri X9 xx.xx.2007-ci il tarixdən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. H.B.Balayev xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən iddiaçı mərhum ərinin əmək pensiyasının oğlu xx.xx.1980-ci il təvəllüdlü X8 ödənilməsini tələb etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. xx.xx.1980-ci il təvəllüdlü X11 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.1999-cu il tarixdən müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-195/2021 nömrəli xx.xx.2021-ci il tarixli və 2-1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli oxşar qərarlarında (18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Belə ki, göstərilən qərarlarda qeyd olunur: Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" yaxud “uşaqlıq əlili’’ sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında’’ Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb edə bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(112)-12562/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin prosessual müddət ötürüldüyündən mümkün sayılmaması, işə mahiyyəti üzrə baxılacağı halda təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş elektron sistem vasitəsilə əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il təvəllüdlü X11 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 57 nömrəli Sərəncamı ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan xx.xx.1980-ci il təvəllüdlü X11 üzərində qəyyum təyin edilmiş və İddiaçı qəyyumluğunda olan X1, ona baxılmasının və müalicəsinin təmin edilməsi, hüquq və mənafeyinin müdafiəsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 089039 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 661 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı 352193 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.1980-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 207 nömrəsi ilə qeyd edilmişdir. X3, anası İddiaçıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubu ilə göndərilmiş iddiaçının pensiya işinə dair sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ 149278 nömrəli TSEK-də müayinə aktından çıxarışında göstərilmişdir ki, X11 müayinə tarixi xx.xx.1999-cu il tarixdə müayinədən keçmiş, diaqnoz: keçirilmiş X18nin qalıqları”, səbəbi:uşaqlaıqdan, 2-ci qrup əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2000-ci il tarixə kimi müəyyən olunmuşdur. Növbəti müayinə tarixi xx.xx.2000. -Azərbaycan Respublikası Əzizbəyov rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.1999-cu il tarixli, 9/86 nömrəli qərarı ilə X8 2-ci qrup əlilliyə görə xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ 31 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 nömrəli 601051 TSEK-də müayinə aktından çıxarışın kötüyündə qeyd olunmuşdur ki, xx.xx.1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X11 xx.xx.2008-ci il tarixdə müayinədən keçmiş, ona 2-ci qrup (uşaqlıqdan) müddətsiz əlillik təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X22 "X14" X17 xx.xx.2023-cü il tarixli, PHŞ-6-16/2-44/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1980-ci il təvəllüdlü X11 həqiqətən də X10 poliklinika şöbəsində dispanser müşahidədə olmuş, xx.xx.1991, xx.xx.1993, xx.xx.1998-ci illərdə USİ-in (X18) qalıq əlamətləri intellektin kəskin zəifliyi Afaziya, OD-çəpgözlülük diaqnozu qoyulmuş, Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmiş və X8 xəstəliyinə görə sosial müavinət təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-4040/2023 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən K.Balayevin əlillik vəziyyəti xx.xx.2008-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bildiririk ki, sorğuda qeyd etdiyiniz dövrlər (xx.xx.1991-ci il, xx.xx.1993-cü il və xx.xx.1998-ci il) üzrə Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Təqdim edilmiş pensiya alt sistemindən çıxarışdan görünür ki, X9 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəszi Filialının xx.xx.2007-ci il tarixli qərarı ilə həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya ödənişi ölüm səbəbi ilə 03,08.2021-ci il tarixdə dayandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2 -ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan 23 yaşınadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Araşdırma məlumatına əsasən bildiririk ki, oğlunuz X11 xx.xx.1980-ci il təvəllüdlü olmaqla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqoriyasına aid olmadığından (əlillik dərəcəsi xx.xx.1999-cu il tarixdən müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il təvəllüdlü olmaqla 2-ci dərəcə müddətsiz əlildir. İddiaçının X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun olması müəyyən edilmədiyindən ona “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun olduğundan məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı etiraz dəlilini əsassız hesab edir. Bu növ iddia üzrə ilkin müraciətə dair şərt ödənildiyindən məhkəmə iddianı mümkün hesab edir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etdiyi vaxt xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası) 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmçinin, hüquq münasibətlərini yarandığı dövr qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin aşağıdakı övladlarına ailə başçısını itirməyə görə pensiya təyin olunur: -yaşı 18-dən aşağı olanlara, -yaşı 18-dən yuxarı olanlara münasibətdə: 1. 18 yaşından yuxarı əlilliyi olan şəxs, o halda ki həmin şəxsin həm də 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş olsun, 2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar 23 yaşına çatanadək. - vəfat etmiş ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci ildə vəfat etmiş X7 övladıdır, iddiaçı xx.xx.1980-ci il təvəllüdlü olmaqla ona ikinci dərəcə əlillik təyin edildiyi vaxt xx.xx.1999-cu ildə yaşı 18 yaş 9 ay olmuşdur, iddiaçıya xx.xx.1999-cu il tarixdə TSEK-nın qərarı ilə İİ dərəcə əlillik təyin edilmişdir. Hazırkı iş üzrə iddiaçıya ailə başçısını itirməyə görrə pensiya təyin edilməsi ilə bağlı cavabdehin mübahisələndirdiyi hal iddiaçının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olmayan şəxs olmasıdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Məhkəmə iddiaçının 18 yaşı tamam olmazdan öncə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı qüvvədə olmuş normalara istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 12 dekabr tarixli, 665 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının həkim-əmək ekspert komissiyaları barədə Əsasnamə”nin aşağıdakı bəndlərindən görünür ki: -1 Həkim-əmək ekspert komissiyaları Azərbaycan Respublikası sosial təminat Nazirliyi tabeliyində olur və onlara bilavasitə Naxçıvan Muxtar Respublikasının sosial təminat Nazirliyi və rayon (şəhər) sosial təminat şöbələri vasitəsi ilə rəhbərlik edilir. Həkim-əmək ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: Rayon (şəhər) həkim-əmək ekspert komissiyaları — ilkin pillə; Respublika həkim-əmək ekspertiza Mərkəzi, Respublika ixtisaslaşdırılmış ruhi xəstəliklər həkim-əmək ekspert komissiyası, Naxçıvan Respublika həkim-əmək ekspert komissiyası — ali pillə. -2. Həkim-əmək ekspert komissiyaları əlilliyin dərəcəsinin və müddətinin təyini zamanı, Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnaməyə» əsaslanırlar. Əlillik səbəbləri: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, uşaqlıqdan əlillik, müharibə əlilliyi, hərbi xidmət dövrü ilə əlaqədar əlillik, Çernobıl AES-də qəza ilə bağlı əlillik, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik, vətəndaşlıq borcunun yerinə yetirilməsi ilə əlaqədar əlillik, milli münaqişə zəminində hadisələrlə əlaqədar əlillik, 1990cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik. -4. Həkim-əmək ekspert komissiyalarının fəaliyyəti kollegial əsaslar üzərində qurulur. X2 ilə sıx əlaqələr şəraitində işləyirlər. - 20. Rayon (şəhər) həkim-əmək ekspert komissiyalarının vəzifələri: (....) -16 yaşadək xəstə uşaqların müavinət hüquqlarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirmək.
22. Vətəndaşların komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə vətəndaşın səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və itirilməsi halı əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədr və üzvləri tərəfindən imzalanır və dəyirmi möhürlə təsdiq olunur. Göndəriş həkim-əmək ekspert komissiyasına həkim-məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim edilir. Komissiyaya göndərişin forması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Sosial Təminat Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir.
27. Həkim-əmək ekspert komissiyaları əlillik dərəcəsi təyin etmək üçün 16 yaşına çatmış və ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. Bununla yanaşı, komissiyalar 16 yaşadək şəxsləri onların, hərəkət vasitələrinə və avtonəqliyyata ehtiyacını müəyyən etmək və sahə həkimlərinin göndərişinə əsasən əlillik əlaməti olan uşaqlara müavinət verilməsini təyin etmək məqsədilə onları müayinədən keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin aşağıdakı bəndlərindən görünür ki: -1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Əlillik səbəbləri: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik, hərbi xidmət dövrü ilə əlaqədar əlillik, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik, müharibə əlilliyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik -3.1. İlkin TSEK-lərin vəzifələri. (...) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların pensiya və ya sosial müavinət hüquqlarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir; (...) -4.1. Şəxsləri tibbi-sosial ekspert komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim olunur. -4.6. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələri təyin etmək üçün 18 yaşa çatmış və ya ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. Bununla yanaşı komissiyalar müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara pensiya və ya sosial müavinət almaq hüququ verən tibbi göstərişləri və onların digər sosial yardıma olan ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə onları da müayinədən keçirirlər. Sadalanan normalardan müəyyən olunur ki, uşaqların sağlamlıq məhdudluğunun müəyyən edilməsi üçün hər iki dövr qanunvericilik ilk növbədə uşağın səhhəti ilə bağlı ətraflı obyektiv məlumatları, qoyulmuş diaqnoz göstərilməklə səhiyyə idarələrinin tərkibində olmuş həkim-məsləhət komissiyası tərəfindən tibbi göndərişlərin tərtib və təsdiq olunaraq həkim-əmək ekspert komissiyalarına (tibbi-sosial ekspert komissiyası) göndərilməsini, eləcə də sahə həkimlərinin göndərişinə əsasən əlillik əlaməti olan uşaqlara müavinət verilməsini təyin etmək məqsədilə onların həkim-əmək ekspert komissiyalarına (tibbi-sosial ekspert komissiyası) müayinədən keçirilməsini nəzərdə tutmuşdur. 10 saylı Bakı Şəhər Xəstəxanasının Poliklinika şöbəsi tərəfindən təqdim olunmuş iddiaçıya aid xəstəlik tarixçəsindən (tibbi kartasından) görünür ki, xx.xx.1991-ci il, xx.xx.1993-cü il və xx.xx.1998-ci il tarixlərdə X11 barəsində 88 №-li forma təsdiq olunmuş, həkim kommisiyası tərəfindən “X18nin qalıqları, hemiparatik forma intelektin zəifliyi, afaziya ön görmə sinirinin hissəvi atrofiyası, yünğül mioniya alternea çəpgözlülük” diaqnozu qoyulmuş və pensiya müddətinin bitməsi ilə əlaqədar xəstənin uşaqlıqdan olan əlilliyə görə pensiyanın xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək uzadılmasına dair tibbi rəy verilmişdir. Məhkəmə qeyd olunan və məhkəmə iclasında əslinə baxış keçirdiyi iddiaçıya aid xəstəlik tarixçəsində xx.xx.1991-ci il,xx.xx.1993-cü, xx.xx.1998-ci il tarixlərə təsadüf edən qeydlərinin X8 əlillik dərəcəsinin təyin edilməsini ehtiva edib-etməməsinə münasibət bildirilməsi ilə bağlı xəstəlik tarixçəsinin saxlanıldığı 10 saylı Bakı Şəhər Xəstəxanasına müraciət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X22 "X14" X17 xx.xx.2023-cü il tarixli, PHŞ-6-16/2-44/2023 nömrəli məktubunda xx.xx.1980-ci il təvəllüdlü X8 xx.xx.1991, xx.xx.1993, xx.xx.1998-ci illərdə X12q əlamətləri intellektin kəskin zəifliyi Afaziya, OD-çəpgözlülük diaqnozu qoyulduğu, bu barədə tibbi göndərişlərin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilərək ona xəstəliyinə görə sosial müavinət təyin olunduğu təsdiq edilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan- iddiaçının 18 yaşına çatanadək qüvvədə olmuş qanunvericilik normalarını hazırkı işin halları ilə müqayisəli təhlil etdikdə bu nəticəyə gəlir ki, iddiaçının xəstəlik tarixçəsində qeyd edilən “X12q əlamətləri intellektin kəskin zəifliyi Afaziya, OD-çəpgözlülük” diaqnozu, uşaqlıqdan əlilliyə görə pensiyanın verilməsi üçün həkim komissiyasının məhz həmin diaqnozla bağlı 88 №-li formanın təsdiq olunduğunun qeyd edilməsi, hazırkı halda həmin tibbi sənədlərin saxlanıldığı səhiyyə müəsisəsinin xəstəlik tarixçəsindəki qeydləri təsdiq edərək vaxtilə həkim komissiyası tərəfindən iddiaçının müavinət alması üçün tibbi göndərişi göndərdiyi və ona xəstəliyinə görə sosial müavinət təyin olunduğunu bildirməsi, iddiaçının 18 yaşına çatdıqdan sonra təyin edilmiş 2-ci dərəcə əlillik təyinatında əlilliyin səbəbinin “uşaqlıqdan əlil” kimi qeyd edilməsi onu deməyə əsas verir ki, iddiaçı 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş şəxs stastusunda olmaqla müvafiq sosial müavinətlərlə təmin olunmuşdur. Hazırkı halda əlillik təyinatını həyata keçirən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində, eləcə də hazırkı cavabdeh orqanda iddiaçının 1999-cu ildən əvvəl keçmiş dövr üzrə sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı arxiv sənədlərinin saxlanılmaması iddiaçının yetkinlik yaşına çatanadək sağlamlıq imkanının məhdudluğunun olmadığını deməyə əsas vermir. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Başqa sözlə, hazırkı halda iddiaçı barəsində mövcud olan tibbi sənədlər ona anadangəlmə inkişaf qüsurlu olmaqla sosial ekspert komissiyası tərəfindən uşaqlıqdan sağlamlıq imkanları məhdudluğu verildiyini təsdiq etmək üçün kifayət edir. Cavabdehin bu dəlili təkzib edən mötəbər sübut təqdim etmədiyinə qarşılıq olaraq əlillik vəziyyəti ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. Ailə başçısını itirməyə görə tələb olunan bir digər şərt- vəfat etmiş şəxsin tələb olunan sığorta stajına gəlincə isə yuxarıda adıçəkilən Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1955-ci il tarixdə doğulmuş və xx.xx.2020-ci ildə vəfat etmiş 65 yaşlı sığortaolunan üçün 16 il 07 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (65 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 50) x 4 ay = 200 ay/12 = 16 il 07 ay) sığorta stajı tələb olunur. Hazırkı iş üzrə vəfat etmiş ailə başçısı xx.xx.2007-ci ildən əmək pensiyaçısı olduğundan tələb olunan iş stajının yoxlanılmasına da zərurət qalmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı X8 xx.xx.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddai tələbi təmin edilsin. İddiaçı X8 xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova