Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2587/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Xəzər rayonu(əvvəlki adı Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Xəzər RİH (əvvəlki adı Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 nömrəli Qərarı əsasında istifadəsində olan faktiki torpaq sahəsinin cizgi (sxemin) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Cavabdehnə qarşı “Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 №-li Qərarı əsasında iddiaçının istifadəsində olan faktiki torpaq sahəsinin plan cizgi (sxemin) və xəritədən çıxarışın verilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Xəzər rayonu(əvvəlki adı Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Xəzər RİH (əvvəlki adı Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 nömrəli Qərarı əsasında istifadəsində olan faktiki torpaq sahəsinin cizgi (sxemin) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nı xahiş etmişdir.
4. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 31 yanvar 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
5. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlədiyi “Artemneftqaz”NQÇİ tərəfindən fərdi yaşayış evi tikmək üçün Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 №-li Qərar verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən verilmiş Qərar əsasında hal hazırda torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə aidiyyatı qurum olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, sərəncamda adının düzgün yazılmadığı səbəbindən müraciətinə imtina edilmişdir. Bu səbəbdən tərəfimdən aidiyyatı məhkəməyə müraciət etdi və nəticədə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 552/2024 saylı qətnaməsi ilə Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 №-li Qərarırının ona (Əliyev Balə-Əmi Əliağa oğluna) məxsus olması dair qətnamə qəbul edilmişdir. Ayrılmış torpaq sahəsinin plan (cizgi sxem) və xəritədən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh xx.xx.2024-cü il tarixli məktubla “torpaq sahəsinin” ölçülərinin qərarda qeyd edilməməsi səbəbindən müraciətinə imtina edilmişdir. Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 №-li Qərarırının arxivdə aşkar edilməsi, lakin torpaq sahəsinin ölçülərinin qeyd edilməməsi vətəndaş olaraq iddiaçının günahı deyil. Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-552/2024 saylı qətanməsi ilə Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 №-li Qərarının mənə (Əliyev Balə-Əmi Əliağa oğluna) məxsus olması faktı torpaq sahəsindən istifadə etməyini tam olaraq hüquqi və əsaslı olmasını sübut edir. Rayon icra hakimiyyəti tərəfindən verilmiş Qərar əsasında hal hazırda tərəfimdən torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə aidiyyatı qurum olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) olmadığından çıxarış ala bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi, torpaq sahəsi iddiaçıya Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 23 nömrəli qərarı əsasında ayrılmışdır. İddiaçı Cavabdehnə müracəti Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırılmış və nümayəndəlikdən verilən məlumatda xx.xx.1989-cu il tarixli, 23 nömrəli qərarda torpaq sahəsinin ölçüləri göstərilmədiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmamışdır. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. ’’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük (ümumi və xüsusi) şərtlərinə cavab verir. Bu növ iddiası üçün iddia qaldırmaq səlahiyyətinə və məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsinə əməl olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati orqanının hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh səlahiyyətli nümаyəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahat və çıxışını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İİİ. Tədqiq edilmiş sənədlər
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi verilməsi haqqında” xx.xx.1989-cu il tarixli, 23 saylı qərarına əsasən, X2 Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi ərazisində fordi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının İ müavinin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli, 5-12/2-Ə-116/2-091/2-t/1/2024 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 23 nömrəli, xx.xx.1989-cu il tarixli sərəncamda qeyd olunmadığından, sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsi m/daş hasar daxilindədir, bir tərəf yol, üç tərəf qonşudur, sahədə 1 mərtəbəli yaşayış evi var. Akta əlavə olaraq koordinatlar əlavə edilmişdir. İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir.
8. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən 4.16.6 torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
9. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman qüvvədə olmuş Azərbaycan SSR 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinə əsasən: Maddə 13. Torpaq sahələrinin istifadəyə verilməsi Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud müvafiq zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18,19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. - maddə 20. Torpaq sahələrinin istifadəyə vermək sahəsində yerli zəhmətkeş deputatları Sovetlərinin səlahiyyəti. Rayon və şəhər(respublika tabeliyində olan şəhər) zəhmətkeş deputatları Sovetinin icraiyyə komitələri bu Məcəllənin 70,94,95,128,131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. -Maddə 23. Torpaq sahəsinin ayrılması Torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - Maddə 163. Dövlət yer quruluşunun məzmunu və vəzifələri Yer quruluşuna torpaqlardan istifadə sahəsində dövlət orqanları qərarlarının həyata keçirilməsinə yönəldilən dövlət tədbirləri sistemi daxildir. - Maddə 164.Yer quruluşu işləri. 4) torpaq sahələrinin ayrılması və alınması - Maddə 165. Yer quruluşu prosesinin mərhələləri Yer quruluşu işləri aşagıdakı ardıcılıqla görülür: yer quruluşuna dair iş qaldırılması; yer quruluşu layihəsinin tərtib edilməsi; yer quruluşu layihəsinin müzakirə və təsdiq edilməsi; layihənin naturada (yerlərə) keçirilməsi; yer quruluşu sənədlərinin rəsmiləşdirilməsi və torpaqlardan istifadə edənlərə verilməsi.
10. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 4 8 . Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 9.Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.” Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 8 3 . Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi
1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 1.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən
- 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
11. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşa torpaq sahəsinin verilməsini(ayrılmasını) müvafiq qaydada qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır, sahə ayrılan şəxsə sahənin ölçüləri və digər məlumatları özündə əks etdirən yerquruluşu sənədləri təqdim edilir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun
- 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qanuni əsaslarla ayrılmış torpağa dair sənədlərin vеrilməsindən cavabdehin imtinаsı əsassız olduğundan, işin bu cür hаlındа isə cavabdehin qаnunsuz hərəkətə (hərəkətsizliyə) yоl vеrilməsi sübutа yеtirildiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır.
13. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin
- 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Xəzər rayonu(əvvəlki adı Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 23 nömrəli Qərarı əsasında istifadəsində olan faktiki torpaq sahəsinin cizgi (sxemin) verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-ci, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilsin. Xəzər rayonu(əvvəlki adı Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Xəzər RİH (əvvəlki adı Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsi) xx.xx.1989-cu il tarixli 23 nömrəli Qərarı əsasında istifadəsində olan faktiki torpaq sahəsinin cizgi (sxemin) İddiaçı verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа