Məhkəmə qərarları › İş №2-1(112)-259/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-259/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-259/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçılar İddiaçı və X4 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Nəhmətova (Məmmədova) Könül Aydın qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evi tikmək üçün onun adına ayrılmış torpaq sahəsinin 300 kv.m-nin K.A.Məmmədovanın adına keçirilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli, 675 saylı Sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli, 602 saylı sərəncamı ilə Sulutəpə yaşayış massivində ona fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi torpaq sahəsi inşa edilmiş və ona dair mülkiyyət hüquqları qeydə alınaraq çıxarışla təmin olunmuşdur. Lakin hansısa səbəbdən ona torpaq sahəsinin ayrılmasına dair verilmiş sərəncamın tarixindən 11 gün sonraki tarixə, yəni xx xxx 2000-ci il tarixli, 675 nömrəli Sərəncam mövcuddur. Həmin Sərəncamın mövcudluğu onlara digər məhkəmə çəkişməsi zamanı məlum olmuşdur. Sərəncamda göstərilənlərə görə, guya o, 600 kv.m torpaq sahəsindən 300 kv.m sahənin fərdi yaşayış evinin tikintisi üçün K.A.Məmmədovanın adına keçirilməsinə razılıq vermişdir. Halbuki orada qeyd olunanlar yanlışdır və bu kimi hallar olmamışdır. O, torpaq sahəsinin kiminsə adına keçirilməsinə razılıq verməmişdir. Həmin sərəncam tam qanunsuz olaraq qəbul edilmişdir və bilavasitə onun mülkiyyət hüquqlarının kobudcasına pozulmasına səbəb olmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Nəhmətova (Məmmədova) Könül Aydın qızı qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı X12 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli, 675 saylı Sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X12 iş üzrə birgə iddiaçı qismində prosessual həmiştirakçı kimi işə cəlb edilmişdir. İddiaçı Bəsti Abdullayeva tələbini onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli, 602 saylı Sərəncamı ilə Sulutəpə yaşayış massivində İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi torpaq sahəsi inşa edilmiş və ona dair mülkiyyət hüquqları qeydə alınaraq çıxarışla təmin olunmuşdur. Hazırda həmin torpaq sahəsi seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına qeydiyyatdadır. Lakin hansısa səbəbdən torpaq sahəsinin ayrılmasına dair verilmiş sərəncamın tarixindən 11 gün sonrakı tarixə, yəni xx xxx 2000-ci il tarixli, 675 nömrəli Sərəncamın mövcuddur. Həmin Sərəncamın mövcudluğu onlara digər məhkəmə çəkişməsi zamanı məlum olmuşdur. Sərəncamda göstərilənlərə görə, guya İddiaçı 600 kv.m torpaq sahəsindən 300 kv.m sahənin fərdi yaşayış evinin tikintisi üçün K.A.Məmmədovanın adına keçirilməsinə razılıq vermişdir. Halbuki orada qeyd olunanlar yanlışdır və bu kimi hallar olmamışdır. Torpaq sahəsinin kiminsə adına keçirilməsinə razılıq verilməmişdir. Həmin sərəncam tam qanunsuz olaraq qəbul edilmişdir və bilavasitə onun mülkiyyət hüquqlarının kobudcasına pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizələrinin məzmununa uyğun izahat verdi və iddia tələbini əlavə əsaslandıraraq bildirdi ki, etibarsızlıq həm də o halda baş verir ki, inzibati aktı qəbul etmiş orqanın akt qəbul edilən an qüvvədə olan qanunvericiliyə əsasən bu növ akt qəbul etmək səlahiyyəti olmasın. Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli, 675 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin 300 kv.metr sahəsinə dair İddiaçı hüquqlarına xitam verilmiş, həmin sahə Könül Məmmədovaya (Nehmətovaya) verilmişdir. Bu məsələni 1999-cu ildə qüvvəyə minmiş və hazırda müəyyən dəyişiklik və əlavələrlə qüvvədə olan Torpaq Məcəlləsi tənzimləyir. Torpaq Məcəlləsinin sərəncam qəbul edilən an qüvvədə olan redaksiyasının 73-cü maddəsinin 1-ci bəndinin birinci hissəsinə əsasən torpaq sahəsindən könüllü imtina edildiyi hal torpaq sahəsinə mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilən hallara aiddir. Eyni Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə əsasən isə “bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir”. Mübahisə doğuran sərəncam ona görə etibarsızdır ki, həmin inzibati aktı İcra Hakimiyyəti deyil, məhkəmə qəbul etməli idi. Belə ki, torpaq sahəsi sərəncamla İddiaçı istifadəsinə verilmişdir (daimi istifadəsinə deyil). Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq müvafiq funksiyaları yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə bir qayda olaraq aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqlıiyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəsissələrinə idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına. Göründüyü kimi daimi isitfadə hüquqi ilə torpaqlar dövlət və bələdiyyə müəssisələrinə verilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərinə mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Göründüyü kimi Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən daimi istifadəyə verilmiş torpaqlar, yəni dövlət orqan, təşkilat və idarələrinə verilmiş torpaqlar yuxarı orqan tərəfindən geri alına bilər. Digər hallarda (yəni vətəndaş iştirak edən hallarda) bu məhkəmə qaydasında edilməlidir. Əslində bu bənd ədalətlidir. Belə ki, yuxarı dövlət orqanı aşağı dövlət orqanına “dövlət aktı” əsasında verdiyi torpağı özü (məhkəməsiz) geri ala bilər. Vətəndaşın hüquqlarına toxunduğu hallarda bunu məhkəmə etməli olduğu ədalətlidir. İddiaçı torpağın ayrılması barədə 602 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamın 3-cü bəndindən də görünür ki, İddiaçı torpaq istifadə hüququ ilə verilir (daimi istifadə hüquqi ilə deyil). Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması, “Fərdi yaşayış evi tikmək üçün İddiaçı adına ayrılmış torpaq sahəsinin 300 kv.m-nin K.A.Məmmədovanın adına keçirilməsi barədə” Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli, 675 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili X13 iddiaların rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Saatlı rayonunda doğulmuşdur. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 602 №-li, xx.xx.2000-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Sulu-Təpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.m torpaq sahəsi İddiaçı ayrılmış və inşa işlərinin aparılmasına icazə verilmişdir. - Qeyd olunan sərəncama əsasən İddiaçı verilmiş torpaq sahəsinin sxemi Binqədi rayon İH Xocasən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş və təsdiqlənmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, ******* №-li, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 8-ci döngə, ev 6 ünvanında yerləşən ümumi sahəsi 142 kv.metr olan daşınmaz əmlak və 0,06 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********99 №-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəoəsi. Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 8-ci döngə, 6 saylı fərdi yaşayış evi Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 602 saylı sərəncamına və sözügedən ünvana dair “xxxx” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş eskiz layihəsinə əsasən xx.xx.2019cu il tarixində İddiaçı adına ilkin qeydiyyatsan keçmişdir. Bundan sonra 20 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-23 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********91 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan və ona əlavə edilmiş RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 8-ci döngə, 6 saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda “xxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihə mövcuddur və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 8-ci döngə, ev 6 ünvanında yerləşən ümumi sahəsi 142 kv.metr olan daşınmaz əmlak və 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 675 №-li, xx.xx.2000-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq olunmuş suətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 602 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Sulu-Təpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 600.0 kv.m torpaq sahəsinin 300.0 kv.m hissəsi fərdi yaşayış evinin tikintisi üçün Məmmədova.K.A qızının adına keçirilmiş və inşa işlərinin aparılmasına icazə verilmişdir. - Həmin sərəncama əlavə edilmiş İddiaçı tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.2000-ci il tarixli ərizənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Nuriyev X16 qəsəbəsi ərazisində torpaq sahəsinin ayılması barədə xx.xx.2000-ci il 602 saylı sərəncamla ona fərdi yaşayış evinin tikintisi üçün həvalə olunan 600,00 kvm. torpaq sahəsinin 300,00 kvm. yaxın qohumu X10 verilməsinə icazə verilməsini xahiş etmişdir. - Həmin sərəncama əlavə edilmiş X14 tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.2000-ci il tarixli ərizənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 yaxın qohumu İddiaçı adına 602 saylı sərəncamla Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilən 600,0kv.m. torpaq sahəsinin 300,0 kvm.-nin onun adına sərəncamla verilməsinə icazə verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzinin 403 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, inzibati işin 21-ci vərəqəsində X15 adından olan xx xxx 2000-ci il tarixli ərizədə “İmza:” sözünün qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. - “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 35 nömrəli mütəxəssis rəyindən görünür ki, müraciət ərizəçi X4 iştirakı ilə təqdim edilmiş sənədlərə əsasən yerində aparılmışdır. Bəsti Abdullayevanın mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinin naturada koordinatları GPS aləti vasitəsi ilə qeydə alınmışdır. Naturada qeydə alınmış koordinatlar kameral şəraitdə “Google Yer” proqramının artofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, ərizəçi B.Abdullayevanın mülkiyyətində olan 600 kv.metr torpaq sahəsi həmin torpaq sahəsinə aid Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş Seriya RX №1521493 saylı, xx.xx.2019-cu il tarixli çıxarışa və həmin çıxarışa əlavə edilmiş Reyestr nömrəsi **********940-10301 olan texniki pasportda qeyd edilmiş ölçü və cizgilərə uyğundur. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin 675 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Nəhmətova (Məmmədova) Könül Aydın qızına 300 kv.metr torpaq sahəsi ayrılmasına baxmayaraq faktiki istifadəsində 400 kv.metr torpaq sahəsi vardır. X9 mülkiyyətində və istifadəsində olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, R.Abdullayev küçəsi, 8-ci döngə, ev 6 ünvanında yerləşməklə Könül Nəhmətovaya (Məmmədovaya) ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür, Cənub-Qərb tərəfindən bitişik olmaqla həmsərhəddir. Bəsti Abdullayevanın mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsi digər şəxslərin istifadəsində olan torpaq sahəsləri ilə də üst-üstə düşmür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********14 №-li, xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ölçülmüş ərazi iddiaçılara və cavabdehə məxsus olan qonşu ayrıayrılıqda girişi, içərisində yaşayış evləri və köməkçi tikililər olan həyətyanı sahələrdir ki, iddiaçıların faktiki istifadəsində 582 kv.m, üçüncü şəxs X8 istifadəsində 441 kv.m torpaq sahəsi mövcuddur. Elektron kadastr bazasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X8 adına hec bir hüquqmüəyyənedici və ya texniki sənəd aşkar edilməsə də (ilkin olaraq X1) X5 adına reyestr nömrəsi **********40-10301 olan çıxarış və Texniki-Pasporta əsasən 600 kv.m torpaq və 142 kv.m tikili xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İdddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin və tikililərin naturada ölçülmüş texniki parametrləri reyestr nömrəsi **********40- 10301 olan Texniki-Pasportun baş planının texniki parametrlərinə uyğundur. Mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqəsi torpağı olmaqla Dövlət mülkiyyəti torpağıdır, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Müraciətdə qeyd edilən suallar çıxarış və Texniki-Pasportla bağlı olduğu üçün sualların cavablandırılması və sözügedən texniki pasportun koordinatlarının təqdim edilməsi məqsədi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və aşağıdakı kimi cavablanmışdır: sxemdə “1” ilə işarələnmiş sahə 441,0 kv.m. olmaqla X8 istifadəsindədir. Torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixli, 675 saylı sərəncam təqdim edilsə də yerləşmə sxemi əlavə edilməyib (qeyd: bu sərəncam İddiaçı adına verilmiş xx.xx.2000-ci il tarixli, 602 saylı sərəncamın bölünməsi nəticəsində 300,0 kv.m sahəyə görə verilmişdir). Sxemdə “2” və “3” ilə işarələnmiş sahə 582,0 m.kv təşkil edir. Bu hissədə olan fərdi yaşayış evi və 600,0 kv.m. torpaq sahəsi vahid əmlak şəklində ilkin olaraq İddiaçı adına qeydiyyata alınıb. Qeydiyyat zamanı torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixli, 602 saylı sərəncam təqdim olunub. Hal-hazırda fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi X5 mülkiyyətindədir. - Qeyd olunan mütəxəssis rəyin əlavə edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, iddiaçı Bəsti Abdullayevanın istifadə etdiyi torpaq sahəsi 582 kv.metr, üçüncü şəxs Könül Nəhmətovanın istifadə etdiyi torpaq sahəsi 441 kv.metr olmaqla həmin torpaq sahələri üst-üstə düşmür. Könül Nəhmətovanın istifadə etdiyi torpaq sahəsi Bəsti Abdullayevanın istifadə etdiyi torpaq sahəsi ilə cənub-qərb tərəfindən bitişik olmaqla həmsərhəddir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddialar mümkün sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, hazırkı məhkəmə icraatında iddiaçılar İddiaçı və X12 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli, 675 nömrəli sərəncamının etibarsız sayılması tələbini irəli sürürlər və sözügedən sərəncam Binəqədi rayon İcra Hakimiyyətinin xx xxx 2000-ci il tarixli sərəncamı ilə Sulu-Təpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsinin Nəhmətova (Məmmədova) Könül Aydın qızının adına keçirilməsi barədədir. Lakin müvafiq səlahiyyətli qurumdan alınmış və hazırkı məhkəmə icraatında tədqiq edilmiş mütəxəssis rəyindən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, R.Abdullayev küçəsi, 8-ci döngə, ev 6 ünvanında yerləşən iddiaçılara məxsus torpaq sahəsi ilə mübahisə predmet olan xx xxx 2000-ci il tarixli 675 nömrəli sərəncamda nəzərdə tutulan və Nəhmətova (Məmmədova) Könül Aydın qızının faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsi hər hansı hissədə üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaçıların müvafiq torpaq sahəsi ilə bağlı hər hansı hüququ, o cümlədən həmin torpaq sahəsinin üçüncü şəxsin adına keçirilməsi barədə sözügedən sərəncamın etibarsız sayılması tələbini irəli sürməyə subyektiv hüququ yaranmış olmur. Bu səbəbdən də iddia tələbləri mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 127 manat, mütəxəssis tədqiqatının dəyəri 126,42 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. - 112-ci maddəsinə əsasən cavabdeh öz hərəkətləri ilə iddianın qaldırılması üçün əsas vermədiyi və iddiaçının hüquqi tələbini dərhal qəbul etdiyi hallarda, bütün prosessual xərclər iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmadığından iş üzrə prosessual xərc qismində mütəxəssisə və ekspertə ödənilməli olan cəmi 253,42 manat məhkəmə məsrəfi iddiaçılardan müştərək qaydada tutularaq aidiyyatı üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X4 iddiaları mümkün sayılmasın. İddiaçılar İddiaçı və X2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatın dəyəri 127 (yüz iyrimi yeddi) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, VÖEN **********, hesab AZ34OTRE********************), mütəxəssis tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat 42 (qırx iki) qəpik “xxxx” MMC-nin hesabına (Benefisarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kpdu: 200071, VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Mühbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarın adı: KADASTR VƏ YEQUR LAYİHA TADQ MAR; benefisiarın hesabı AZ23AİİB********************, VÖEN: **********) tutularaq ödənilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar