Məhkəmə qərarları › İş №2-1(112)-259/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-259/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-259/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlunun cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Eldar Mirzəyevin 15 may 2020-ci il tarixli, **********25 saylı məktubunu qanunsuz və əsassız hesab edərək ləğv edilməsi, Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə onun ailəsinə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilməsinə dair Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması, qanun pozuntularına yol verərək, ərizənin süründürülməsinə cavabdeh olan şəxslər barədə xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər (Əzizbəyov) rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə iddiaçının ailəsinə Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin tərtib edilmiş plan və ölçüsü 08 yanvar 2014-cü il tarixdə X11 Kitabında 37095 saylı nömrə ilə uçota alınmış və AN 489097 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib və təsdiq edilməklə torpaq sahəsinin planı, torpağın əsas döngə nöqtələri, koordinatları verilmiş, qonşu sərhədləri göstərilmişdir. xx.xx.2013-cü il tarixdə iddiaçının müraciətinə əsasən Xəzər rayon İcra Hakimiyyəti Başçısının məktubu ilə onun ailəsinə ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanıb təsdiq edilərək ona göndərilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq üçün cavabdehə etdiyi yazılı müraciətinə xx.xx.2014-cü il tarixdə, **********65 saylı məktubla cavab verilmişdir ki, ayrılmış torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayıb və sxematik xəritəyə əsasən torpaq sahəsi 43 saylı bağın ərazisində (bağlar massivində) yerləşir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. 24 sentyabr 2019-cu ildə iddiaçı təkrarən cavabdehə müraciət edərək, cavabla razılaşmadığını bildirdikdə, xx.xx.2019-cu il tarixli **********18 saylı məktubla bildirilmişdir ki, xx.xx.2014-cü il tarixdə verilmiş cavabda göstərilən iradlar aradan qaldırılmamış, həmçinin təqdim edilmiş Əzizbəyov rayon İHB-nin 646/1 saylı xx.xx.1994-cü il tarixli sərəncamında və yerləşmə cizgisində fiziki şəxsin ata adı düzgün qeyd edilməmişdir. Bu səbəblərdən də, ərizənin icrası mümkün olmamışdır. Göstərilən cavab əsasında, fiziki şəxsin ata adında olan yanlışlıq tərəfindən Xəzər rayon İHB-na müraciət edilərək aradan qaldırılmışdır. Bu nöqsan aradan qaldırılandan sonra xx.xx.2020-ci il tarixdə yenidən 3-cü dəfə cavabdehə etdiyi müraciətə xx.xx.2020-ci il tarixdə **********25 saylı məktubla, əvvəlki cavab məktublarına zidd olan məzmunda formal cavab verilmişdir ki, göstərilən sahə sxematik xəritəyə əsasən 44 saylı bağın ərazisində yerləşdiyindən (əvvəlki cavabda isə 43 saylı göstərilmişdir) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərini (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim edilməsi məqsədəmüvafiqdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********25 saylı cavab məktubu tamamilə qanunsuz və əsassız olmaqla aşağıdakılara əsasən etibarsız hesab edilərək iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət sənədinə dair çıxarış verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, sənədlərdən göründüyü kimi, iddiaçıya Əzizbəyov rayonu Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması faktı, Əzizbəyov rayon İHB-nın 646/1 saylı, 26 07.1994-cü il tarixli Sərəncamı ilə tam rəsmi qaydada sənədləşdirilmişdir. Bu sənəd əsasında torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək ona göndərilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin ayrılmış torpağın Kadastr planı tərtib edilərək X11 kitabında xx.xx.2014cü il tarixdə 37095 nömrə ilə uçota alınmışdır. Eyni zamanda Milli Arxiv idarəsinin xx.xx.2019-cu il tarixli M-688 saylı arayışından da görünür ki, Əzizbəyov rayonu Buzovna qəsəbəsində ona 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bütün bu hüquqmüəyyənedici sənədlərin olmasına və sənədlərin əsillərinin cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh bilərəkdən, onun ərizəsinə qanunsuz və uydurma cavablar verməklə, əsassız yerə süründürür və ərizənin qanuni həll edilməsindən imtina edir. Digər tərəfdən, Əzizbəyov rayon icra Hakimiyyətinin əməkdaşları tərəfindən ona ayrılmış 210 saylı torpaq sahəsinin koordinatları, qonşu torpaqlarla sərhədləri həmin şöbənin əməkdaşları və Dövlət Torpaq Komitəsi tərəfindən tam araşdırılaraq düzgün aparılmış və iddiaçıya rəsmi sənəd təqdim olunmuşdur. Beləliklə qanunvericiliyin tələbinə əsasən iddiaçıya ayrılmış 210 saylı torpaq sahəsinin məlumatlarına görə daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazında bildirdi ki, iddiaçının torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq üçün etdiyi yazılı müraciətinə ilk dəfə cavabdeh orqan tərəfindən baxılaraq xx.xx.2014-cü il tarixdə, **********65 saylı məktubla cavab verilmişdir ki, ayrılmış torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayıb və sxematik xəritəyə əsasən torpaq sahəsi 43 saylı bağın ərazisində (bağlar massivində) yerləşir, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. 24 sentyabr 2019-cu ildə iddiaçının təkrarən etdiyi müraciətinə yenidən baxılaraq xx.xx.2019-cu il tarixli **********18 saylı məktubla ona bildirilmişdir ki, xx.xx.2014-cü il tarixdə verilmiş cavabda göstərilən iradlar aradan qaldırılmamış, həmçinin təqdim edilmiş Əzizbəyov rayon İHB-nin 646/1 saylı xx.xx.1994-cü il tarixli sərəncamında və yerləşmə cizgisində fiziki şəxsin ata adı düzgün qeyd edilməmişdir. Bu səbəblərdən də, ərizənin icrası mümkün olmamışdır. İddiaçının xx.xx.2020-ci il tarixdə yenidən 3-cü dəfə etdiyi müraciətinə baxılaraq xx.xx.2020-ci il tarixdə **********25 saylı məktubla cavab verilmişdir ki, göstərilən sahə sxematik xəritəyə əsasən 44 saylı bağın ərazisində yerləşdiyindən (əvvəlki cavabda isə 43 saylı göstərilmişdir) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim edilməsi məqsədəmüvafiqdir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, işə əlavə edilmiş: - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 646/1 nömrəli sərəncamından görünür ki, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 48 nömrəli evdə yaşayan İddiaçı Buzovna qəsəbəsində 210 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - DƏDRX-nin Bakı şəhər ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2014-cü il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə baxılmışdır. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, ayrılmış torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayıb və sxematik xəritəyə əsasən torpaq sahəsi 43 saylı bağın ərazisində (bağlar massivində) yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 saylı sahədə yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, 24 09.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Ərizə ilə bağlı torpaq sahəsinə təkrar baxış keçirilmişdir, lakin Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 saylı sahədə yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2014-cü ıl tarixdə, **********65 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır Həmçinin təqdim edilmiş Əzizbəyov rayon İHB-ın 646/1 saylı, xx.xx.1994-cü il tarixli sərəncamda və yerləşmə cizgisində fiziki şəxsin ata adı düzgün qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ünvan 6 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, göstərilən sahə sxematik xəritəyə əsasən 44 saylı bağın ərazisində yerləşdiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvülük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu ) təqdim edilməsi məqsədəmüvafiqdir. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 44 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli eyniməzmunlu məktublarında bildirilmişdir ki, qeyd olunan ərazidə yerləşən bağ sahələri, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlandığı üçün mövcud vəziyyətdə şəxs tərəfindən istifadə edilən torpaq sahəsi nömrə ardıcıllığına görə 43 və 44 saylı bağların yerinə uyğun gəlir. 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 saylı bağ sahəsi order əsasında X4 ayrılmışdır. X3 vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizilərinə əsasən X5 və İstismarı Birliyinin 149 nömrəli protokolu ilə X1 adına keçirilmişdir. Lakin, X1 adına order arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 44 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi mişar daş hasar daxilindədir. Bir tərəf dalan, üç tərəf yoldur. Üzərində tikili mövcud deyil. Məktuba Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə İddiaçı ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 08 yanvar 2014-cü il tarixdə X11 Kitabında 37095 saylı nömrə ilə uçota alınmış 1200 kv.m torpaq sahəsinin texniki parametrlərini (yerləşmə mövqeyi, ölçüsü, sahəsi və.s) əks etdirən A№489097 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əlavə edilmişdir. - “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 52 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Əzizbəyov (Xəzər) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək çün 1200 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqlarına aiddir, konfiqurasiyası naturaya uyğundur, koordinatları sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinə uyğundur, daş hasarla əhatəyə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5595 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın 1-ci və 2-ci sualları üzrə: Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə İddiaçı ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq olduğu, həmin torpaq sahəsinin texniki parametrlərinin (yerləşmə mövqeyi, ölçüsü, sahəsi və.s) A№489097 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun olduğu müəyyən edilir. Qərardadın 3-cü sualı üzrə: 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 43 və 44 saylı bağ sahələrinin faktiki yerini və koordinatlarını dəqiqliklə naturada müəyyən etmək mümkün olmadığından həmin bağ sahələrinin Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə İddiaçı ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda, qeyd olunur ki, baxış zamanı təqdim olunmuş iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1200 kv.m təşkil etməklə mişar daşı ilə hasarlanmışdır və faktiki vəziyyətdə hər hansı üst-üstə düşmə halının mövcud olmadığı müəyyən edilir. İddiaçının tələbi ona Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulmasından ibarətdir. İddia tələbinin hüquqi əsaslarını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda isə bildirilmişdir ki, ayrılmış torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayıb və sxematik xəritəyə əsasən torpaq sahəsi 43 saylı bağın ərazisində (bağlar massivində) yerləşir, həmçinin təqdim edilmiş Əzizbəyov rayon İHB-nin 646/1 saylı xx.xx.1994-cü il tarixli sərəncamında və yerləşmə cizgisində fiziki şəxsin ata adı düzgün qeyd edilməmiş, göstərilən sahə sxematik xəritəyə əsasən 44 saylı bağın ərazisində yerləşdiyindən (əvvəlki cavabda isə 43 saylı göstərilmişdir) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim edilməsi məqsədəmüvafiqdir. Bu əsaslara görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə iddiaçıya Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv m. torpaq sahəsi ayrılmış, torpaq sahəsinin tərtib edilmiş plan və ölçüsü 08 yanvar 2014-cü il tarixdə X11 Kitabında 37095 saylı nömrə ilə uçota alınmış və AN 489097 saylı şəhadətnamə verilmiş, həmin şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib və təsdiq edilməklə torpaq sahəsinin planı, torpağın əsas döngə nöqtələri, koordinatları verilmiş, qonşu sərhədləri göstərilmiş, xx.xx.2013-cü il tarixdə iddiaçının müraciətinə əsasən Xəzər rayon İcra Hakimiyyəti Başçısının məktubu ilə torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən cavabdehə müraciət olunaraq 43 və 44 saylı bağ sahələrinin arxiv sənədlərinin məhkəmə təqdim edilməsi tələb olunmuş, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli eyniməzmunlu məktublarında bildirilmişdir ki, qeyd olunan ərazidə yerləşən bağ sahələri, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlandığı üçün mövcud vəziyyətdə şəxs tərəfindən istifadə edilən torpaq sahəsi nömrə ardıcıllığına görə 43 və 44 saylı bağların yerinə uyğun gəlir. 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 saylı bağ sahəsi order əsasında X4 ayrılmışdır. X3 vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizilərinə əsasən X5 və İstismarı Birliyinin 149 nömrəli protokolu ilə X1 adına keçirilmişdir. Lakin, X1 adına order arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 44 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq olduğu, həmin torpaq sahəsinin texniki parametrlərinin (yerləşmə mövqeyi, ölçüsü, sahəsi və.s) A№489097 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun olduğu, 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 43 və 44 saylı bağ sahələrinin faktiki yerini və koordinatlarını dəqiqliklə naturada müəyyən etmək mümkün olmadığından həmin bağ sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin mümkün olmadıgı, eyni zamanda baxış zamanı təqdim olunmuş iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 1200 kv.m təşkil etməklə mişar daşı ilə hasarlanaraq faktiki vəziyyətdə hər hansı üst-üstə düşmə halının mövcud olmadığı müəyyən edilmişdir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Bakı şəhər Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamını cavabdehə təqdim etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin həm imtina cavabından, həm də dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, qeyd olunan ərazidə yerləşən bağ sahələri, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlandığı üçün mövcud vəziyyətdə şəxs tərəfindən istifadə edilən torpaq sahəsi nömrə ardıcıllığına görə 43 və 44 saylı bağların yerinə uyğun gəlir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırıl-malıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 26 iyul 1994cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət onun tam formada tərəfə təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 11RAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar