Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2590/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi - X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixli 253252 saylı orderə əsasən məhrum atası Aslanov Mikayıl Aslan oğlunun adına Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 2 otaqlı, 4 saylı mənzilinin onun vərəsələrinin adına rəsmiləşdirilməsi ilə bağlı Daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1988-ci il tarixli 253252 saylı X28 Aslan oğluna verilmiş Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 24 kv. metrdən ibarət 2 otaqlı, 4 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququnun iddaçı İddiaçı mərhum atası Aslanov Mikayıl Aslan oğluna məxsus olması barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.1988-ci il tarixli 253252 saylı Orderə əsasən məhrum atası Aslanov Mikayıl Aslan oğlunun adına Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 2 otaqlı, 4 saylı mənzilinin onun vərəsələrinin adına rəsmiləşdirilməsi ilə bağlı daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Ona DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********63 saylı, 22 iyul 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 84 saylı evin, 4 saylı mənzili xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına qeydiyyata alınmış, lakin Suraxanı Rayon Məhkəməsini 2-477/97 saylı qətnaməsi ilə xx.xx.1994-cü il tarixli qətnaməsinə əsasən X2 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin, 1 saylı mənzilinə yaşayış hüququ tanınmış, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş, xx.xx.1994- cü il tarixli 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin 2- 1(112)-2590/2023 saylı xx.xx.2023 saylı qərardadı ilə X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına qeydiyyata alınmışdır, lakin Suraxanı Rayon Məhkəməsinin 2-477-1997 saylı qətnaməsinə əsasən X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilinə yaşayış hüququ tanınmış, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bundan əlavə, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 nömrəli 1 (bir) otaqlı **********79-05101 reyestr nömrəli mənzil X8 adına qeydiyyatdan keçmişdir və iddia olunan mənzilin ünvanı ilə təkrarlanır. Qeyd olunanlarla yanaşı xx.xx.1999-cu ildə Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 1 nömrəli mənzil genişləndirildikdən sonra 3 (üç) otaqlı olmaqla X5 adına özəlləşdirilmiş və özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X11 məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.2020-ci ildə ölmüş Aslanov Mikayıl Aslan oğlunun qanun üzrə vərəsəsi xx.xx.1993-cü il təvəllüdlü İddiaçıdur. Odur ki, İddiaçı qanun üzrə vərəsə olduğunu nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə inzibati orqana, daha sonra isə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: X15 xx.xx.1987-ci il tarixli 1 №li qərarı əsasında xx.xx.1988-ci il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına verilmiş 253252 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Dzerjinski qəsəbəsi, Tramvay küçəsində yerləşən 84 saylı evin, 2 (iki) otaqlı, ümumi sahəsi 24,0 kv. metrdən ibarət 4 saylı mənzilə iki nəfər ailə tərkibi ilə birlikdə M.A.Aslanova köçməsi üçün ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Aslanov Mikayıl Aslan oğluna verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Dzerjinski qəsəbəsi, S.Bəhlulzadə küçəsində 84 №li yaşayış evinin 4 saylı mənzili Aslanov Mikayıl Aslan oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 144 №-li reyestr kitabında 21479-cu səhifəsində 30/21479 № ilə xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. Suraxanı Rayon Xalq Məhkəməsinin 2-477/1997 saylı, xx.xx.1997-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək, Aslanov Mikayıl Aslan oğlunun adına verilmiş, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun Bakı şəhəri, Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilinə tanınmasını, Aslanov Mikayıl Aslan oğlu isə X1 həmin mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişlər, məhkəmə tərəfindən X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi 84 saylı evin 1 saylı mənzilinə yaşayış hüququnun tanınması, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 21479 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Aslanov Mikayıl Aslan oğlunun X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilindən çıxarılmasına dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin 3K-804 1997 №li xx.xx.1997-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Aslanov Mikayıl Aslan oğlunun kassasiya şikayəti təmin olunmayaraq, Suraxanı Rayon Xalq Məhkəməsinin 2-477/1997 saylı, xx.xx.1997-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən X12 və Aslanov Mikayıl Aslan oğluna ünvanlanmış 6q-1454 saylı xx.xx.1998-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onların Suraxanı Rayon Məhkəməsinin 22 oktyabr 1997-ci il tarixli qətnaməsi və onunla əlaqədar Bakı Şəhər Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 11 noyabr 1997-ci il tarixli qərardadından etdikləri şikayət ərizəsinə mülki iş tələb olunaraq nəzarət qaydasında yoxlanılan zaman müəyyən olunmuşdur ki, cavabdeh M.Aslanov mübahisəli mənzil üzrə ünvanda 1987-ci ildə 4 saylı mənzili almışdır. 14 mart 1990-cı il tarixdə isə Suraxanı Neft NQÇİ-nin müdriyyəti ilə Həmkarlar Komitəsinin qərarına əsasən iddiaçının 1 №-li mənzili boş mənzil kimi M.Aslanovun mənzili ilə birləşdirilmiş və 1994-cü ildə sonuncu mənzilləri birləşdirərək qeydiyyat vəsiqəsi almaqla mübahisəli mənzili əvəzləşdirmişdir. Mübahisəli mənzil M.Aslanovun mənzili ilə birləşdirilən zaman A.Heybətovanın ailəsi, anası, bacı və qardaşları orada qeydiyatda olmuş, yalnız 1990-cı ilin iyun ayında iddiaçının anası, bacı və qardaşı qeydiyyatdan çıxarılmışdır. A.Heybətova həmin qısa bir müddətdə müvəqqəti olaraq ərinin qohumlarının evində yaşamış, sonra isə ailəsi ilə birlikdə yenidən mübahisəli mənzilə qayıdaraq orada yaşamaqda davam etmiş və mənzil üzrə bütün kommunal xərcləri ödəmişdir. Məhkəmə işə baxarkən belə bir nəticəyə gəlmişdir iddiaçı A.Heybətova öz ailə üzvləri ilə birlikdə daimi mübahisəli məzildə yaşamaq hüququnu əldə etmişdir. Mübahisəli mənzil M.Aslanovun mənzilinə birləşdirilərkən boş olmamış, ona görə də həmin mənzilə qeydiyyat vəsiqəsi qanunun tələbləri pozulmaqla verilmişdir. Məhkəmə qərarları qanuni və əsaslı olduğundan onların ləğv edilməsi üçün protest verməyə əsas yoxdur. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 086944 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Aslanov Mikayıl Aslan oğlu xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydəri kitabında 2020-ci ilin 07-ci ayının 07-ci günündə 721 № ilə qeyd edilmişdir. Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 285 №-li, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum - Aslanov Mikayıl Aslan oğlundan miras qalmış, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar, Bakı şəhəri 10 saylı notariat ofisinə, mərhumun arvadı - X23, oğlanları - X18, İddiaçı tərəfindən müraciət olunmuşdur. Mərhum - Aslanov Mikayıl Aslan oğlunun xx.xx.2020-ci ildə vəfatı ilə əlaqədar, vərəsələrin ərizəsi əsasında notariat ofisində vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Mərhum- Aslanov Mikayıl Aslan oğluna məxsus olan, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilin üzərində yüklülük olub-olmaması barədə arayışın verilməsi xahiş olunmuşdur. ünvan 4 ünvanlanmış 537 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan (köhnə Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84 mənzil 4-də qeydiyyatda olanlar: 1. X23, 2. X18, 3. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə, Bakı şəhəri 10 saylı notariat ofisinə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhər icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə 30/21479 qeydə alma nömrəsi ilə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş - Aslanov Mikayıl Aslan oğluna məxsus olan və ünvan 5 ünvanında yerləşən mənzilə “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” verilməsini xahiş etmişlər və həmin gün V/65/21 saylı vərəsəlik işi açılmışdır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin, xx.xx.1997ci il tarixli 2-477-1997 saylı qətnaməsinə əsasən xx.xx.1994-cü il tarixdə verilmiş 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Lakin vərəsələr notariat ofisinə müraciət edərkən məhkəmə tərəfindən ləğv edilmiş Qeydiyyat Vəsiqəsinin əslini onlara təqdim ediblər və Qeydiyyat Vəsiqəsinin ləğvi barədə məlumatsız olduqları üçün, xx.xx.2021-ci il tarixdə miras əmlakın üzərində məhdudiyyət olub- olmaması barədə arayış verilməsi ilə əlaqədar müraciət göndərmişdirlər. Hazırda vərəsəlik işinin davam edilməsi və miras əmlaka Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə əlaqədar zərurət yarandığı üçün, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanununun 22.2 maddəsinə müvafiq olaraq miras qalmış daşınmaz əmlak, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 saylı mənzil üzərində hüququn xx.xx.2020-ci il tarixdə ölmüş -Aslanov Mikayıl Aslan oğluna məxsus olması barədə arayış verilməsi xahiş olunmuşdur. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Eldar Əliyaroa ünvanlanmış 503 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda (arayışda) qeyd olunmuşdur ki onun 119 saylı xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirirlər ki: - Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 84 saylı evdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 məxsus 4 saylı mənzil 1 otaq, yaşayış sahəsi 14,0 kv. m., ümumi sahəsi 36,25 kv. m. olub, aşağıdakı şəxslər pasport qeydiyyatdadır: X19, xx.xx.2021: X27, xx.xx.1992: X20, xx.xx.1994: X13, xx.xx.1964: X24, xx.xx.1988: X31, xx.xx.2014: X25, xx.xx.1999: X6, xx.xx.1988: X26, xx.xx.2014: X32, xx.xx.2006: X30, xx.xx.1990: X14, xx.xx.1970: X21, xx.xx.1969: X22, xx.xx.1971: - Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 84 saylı evdə xx.xx.1988-ci il tarixli 253252 nömrəli Orderə əsasən Aslanov Mikayıl Aslan oğlunun və onun ailə üzvlərinin istifadəsinə verilmiş 4 saylı mənzil 2 otaq, yaşayış sahəsi 24,0 kv.m olub, aşağıdakı şəxslər pasport qeydiyyatdadır: X23, xx.xx.1962: X18, xx.xx.1988: İddiaçı, xx.xx.1993: X46 qra, xx.xx.1982: - Eyni ünvanda yerləşən 2 mənzil 2 ayrı-ayrı bir-birindən təcrid olunmuş yaşayış sahələri olub, X8 və Aslanov Mikayıl Aslan oğlunun ailə üzvlərinə məxsusdur. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********30 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84, 4 saylı mənzil xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına ilkin qeydiyyatdan keçmişdir, lakin Suraxanı Rayon Məhkəməsinin 2-477-1997 saylı qətnaməsinə əsasən Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdrəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********39 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” xx.xx.1995-cı il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, 24 №-li notariat kontoru tərəfindən 11 sentyabr 1993-cü ildə təsdiq edilən və D8/1-2271 № ilə reyestrə qeyd olunan vəsiyyətnaməyə əsasən 20 dekabr 1994-cü ildə ölmüş vətəndaş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 6 ünvanında yaşayan X10r. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlak- Bakı şəhəri, Dzerjinski qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84, mənzil 4-də yerləşən ümumi sahəsi 36,25 kv. m. olan, o cümlədən yaşayış sahəsi 14,0 kv. m. olan bir otaqlı xüsusi mənzil inventar qiyməti 389016 manatdır. Şəhadətnamə Bakı şəhəri TİB-də qeydə alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********63 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanına dair müvafiq məlumatların verilməsinə dair müraciətinə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. ünvan 1 ünvanı xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına qeydiyyata alınmışdır, lakin Suraxanı Rayon Məhkəməsinin 2-477- 1997 saylı qətnaməsinə əsasən X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilinə yaşayış hüququ tanınmış, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə məhkəmə hesab edir ki, iddiaçı məhz X15 xx.xx.1987-ci il tarixli 1 №li qərarı əsasında xx.xx.1988-ci il tarixli 253252 №-li orderlə mərhum atası Aslanov Mikayıl Aslan oğluna verilmiş Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 24 kv. metrdən ibarət 2 otaqlı, 4 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququnun sonuncuya məxsus olması barədə arayışın (çıxarış) verilməsini cavabdeh orqandan tələb etməkdə halı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi: - Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə 21479 saylı qeydiyyat vəsiqəsinin məhkəmə qətnaməsi ilə ləğv edilməsinə əsas hazırki iş üzrə mübahisəli Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 24 kv. metrdən ibarət 2 otaqlı, 4 saylı mənzili ilə bağlı deyil, həmin mənzilə o zaman bitişik olmuş, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən genişləndirildikdən sonra 3 (üç) otaqlı olmaqla xx.xx.1999-cu ildə X5 adına özəlləşdirilmiş və özgəninkiləşdirilmiş 1 nömrəli mənzillə bağlı olmuşdur. - Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 nömrəli 1 (bir) otaqlı **********79-05101 reyestr nömrəli X8 adına qeydiyyatdan keçmiş mənzillə, hazırda iddia olunan mənzilin ünvanının təkrarlanmasına gəldikdə isə həmin mənzillər birbirindən təcrid olunmuş ayrı-ayrı müvafiq olaraq 1 və 2 otaqlı mənzillərdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X15 xx.xx.1987-ci il tarixli 1 №li qərarı əsasında xx.xx.1988-ci il tarixli 253252 №-li X28 Aslan oğluna verilmiş Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 24 kv. metrdən ibarət 2 otaqlı, 4 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququnun iddaçı İddiaçı mərhum atası Aslanov Mikayıl Aslan oğluna məxsus olması barədə ünvan təkrarlığı aradan qaldırılmaqla arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2590/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2590/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver