Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2592/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Sadıxova Nigar Əliağa qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili X5, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X14 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X16 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, şəhid statusunun verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X16 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə şəhid statusunun verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu gizir X3 döyüş şəraitində olan və döyüş tapşırıqlarını yerinə yetirən N nömrəli hərbi hissədə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı avtomobil qəzasına düşüb aldığı xəsarətlərdən həlak olması səbəbindən şəhid hesab olunması və ona şəhid adının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü oğlu X7 01 (bir) il 6 (altı) ay müddətində həqiqi hərbi xidmətini başa vurduqdan sonra xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı tağım komandirinin müavini kursunu müvəffəqiyyətlə bitirmiş və gizir hazırlığı kursunu bitirmə haqqında 1043 nömrəli Sertifikat almışdır. xx.xx.2003-cü il tarixdə Naxçıvan MR-da yerləşən N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasına düşmüş və avtomobil qəzası nəticəsində aldığı bədən xəsarətlərindən xx.xx.2003-cü ildə Bakı şəhəri Mərkəzi Hərbi Kliniki Hospitalda vəfat etmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyevin verdiyi xx.xx.2019-cu il tarixli, 4232 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin giziri X8 həqiqətən xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsində stasionar müayinə müalicədə olmuş və xx.xx.2003-cü il tarixdə hospitalda vəfat etmişdir. Diaqnoz: Qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcədə əzilməsi olmuşdur. Hesab edir ki, mərhum oğlu - gizir X7 döyüş tapşırıqları yerinə yetirən N nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasına düşmüş və avtomobil qəzası nəticəsində aldığı bədən xəsarətlərindən xx.xx.2003-cü ildə Bakı şəhəri Mərkəzi Hərbi Kliniki Hospitalda vəfat etdiyindən, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı avtomobil qəzasına düşmüş və avtomobil qəzası nəticəsində aldığı xəsarətlərdən həlak olmuşdur. Ona görə də oğlu gizir X7 şəhid hesab olunmalıdır. Azərbaycan Respublikasaı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Komplektləşdirmə şöbəsinin rəisi- İdarə rəisinin müavini Şərif Ərəblinskinin verdiyi xx.xx.2018-ci il tarixli, l/M-11321 nömrəli məktubda qeyd olunmuşdur ki, gizir X7 Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx xxxx 2003-cü il tarixli müvafıq əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 167-ci maddəsinin "a" bəndinə müvafiq olaraq, xx.xx.2003-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində aldığı ağır bədən xəsarətindən xx.xx.2003- cü il tarixdə Bakı şəhəri Mərkəzi Hərbi Kliniki Hospitalında vəfat etməsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir heyətinin siyahısından çıxarılmışdır. DSMF-nun verdiyi xx xxxxxxx 2019cu il tarixli, **********1 nömrəli məktubunda göstərilmişdir ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na uyğun olaraq 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar, xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər, Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar aymadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 11/3073 №li iddiaya dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. “Döyüş təminatı”-nın anlayışı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1997-ci il tarixli “Quru qoşunların müvəqqəti döyüş nizamnaməsi”-də verilmişdir. Həmin nizamnamənin 295-ci maddəsinə əsasən döyüş təminatı düşmənin qəfil basqınına yol verilməsindən, onun qoşunlarımıza zərbələrinin effektivliyinin azaldılmasından, döyüşə mütəşəkkillik və vaxtında başlamaqdan, onu müvəffəqiyyətlə aparmaqdan ötrü qoşunlarımız üçün əlverişli şərait yaratmağa yönəldilmiş təbirlərin təşkilindən və həyata keçirilməsindən ibarətdir. Taborda (bölükdə) döyüş təminatının kəşfiyyat, kütləvi qırğın silahından mühafizə, maskalanma, mühəndis təminatı, kimya təminatı və mühafizə növləri təşkil olunur. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması üçün tərəfimizdən müvafiq sorğular verilmiş və xx xxxxxx 2003-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surəti əldə edilmişdir (qərarın surəti etiraza əlavə edilir). Belə ki, qərardan məlum olur ki, xx xxx 2003-cü il tarixdə N nömrəli hərbi hissənin N nəfər şəxsi heyəti hərbi hissə komandirinin əmrinə əsasən Göygöl döyüş bölgəsinə ezam olunmuş yolda iddiaçının oğlu mərhum T.İddiaçı ölümü ilə nəticələnən avtomobil qəzası baş vermişdir. Həmçinin iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin imzası ilə təsdiq edilmiş bildirişdə mərhum T.İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olması qeyd edilmişdir. Beləliklə də, mərhum T.İddiaçı ölümü xidməti vəzifələrinin icrası zamanı avtomobil qəzası nəticəsində aldığı travma nəticəsində baş versə də, bu zaman onun tərəfindən döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar tapşırıq yerinə yetirilmədiyindən, qanunvericlikdə “şəhid” statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud olmadığından, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı mərhum oğlu gizir X3 döyüş şəraitində olan və döyüş tapşırıqları yerinə yetirən N nömrəli hərbi hissədə avtomobil qəzasına düşüb, aldığı xəsarətlərdən həlak olduğundan “şəhid” hesab olunması və “şəhid” adının verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda da yaşayır. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının mərhum oğlu X7 da Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Kürdəmir şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçının nümayəndəsi və vəkili ayrı-ayrılıqda hazırki işin baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Üçüncü şəxsin nümayəndəsi hazırki işin baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X16 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, şəhid statusunun verilməsi öhdəliyinin qoyulması tələbinə dair 2-1(112)-2592/2020 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2592/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2592/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver