Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2593/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (baş hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 Oktyabr 2020-ci il tarixli **********653600 saylı qərarının ləğv edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında iddiaçıya əlavə olaraq 16 Oktyabr 2020-ci il tarixli **********653600 saylı Oktyabr 2018-ci il hesabat dövrü üzrə 8.608,55 manat vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablayıb. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarları vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılıb. Cavabdeh öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirib ki, guya dövriyyə azalması ilə bağlı sənədlər təqdim edilməyib. Lakin qərarlarda iddiaçının dövriyyə azalması ilə bağlı sənədlər təqdim etməməsi barədə yazılanlar həqiqəti əks etdirmir. Cavabdeh Kameral vergi yoxlamalarının aparılması ilə bağlı 19 Oktyabr 2020-ci il tarixli **********835300 saylı bildiriş ilə bağlı iddaçıya məktubla müraciət edib. Lakin cavabdehin 19 oktyabr 2020-ci il tarixli **********835300 məktubu kameral qərar vurulandan sonra yollanıb. İddiaçı cavabdehin 16 Oktyabr 2020-ci il tarixli **********653600 saylı qərarı əsassız və qanunsuz hesab edir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, 2018-ci ilin oktyabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinin ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində dövriyyənin 462 786,26 manat göstərilməsinə baxmayaraq, 04.09.2020-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində dövriyyə azaldılaraq 414 960,98 manat göstərilmişdir. Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən dövriyyə məbləğinin azaldılmasına baxmayaraq, azalmaya əsas verəcək səbəblər barədə izahat məktubu (təsdiqedici sənədlər əlavə edilməklə) təqdim edilmədiyinə, o cümlədən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09.09.2020-ci il tarixli **********208100 nömrəli kameral uyğunsuzluq məktubu göndərildikdən sonra da müvafiq sənədləri təqdim edilmədiyinə görə 16.10.2020-ci il tarixdə 2018-ci ilin oktyabr ayının ƏDV bəyannaməsi üzrə 8608,55 manat kameral qaydada vergi məbləği bərpa edilmiş və hesablama ilə bağlı vergi ödəyicisinə 16.10.2020-ci il tarixli **********653600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından da bəlli olduğu kimi mübahisə predmetini təşkil edən qərar üzrə kameral qaydada vergi hesablanmasının əsası vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamələrin daha sonra dəqiqləşdirilərək əvvəlki bəyannamələrdə bəyan edilmiş vergilərin azaldılması və qeyd edilən azalmanın əsası barədə vergi orqanına məlumat və təsdiqləyici sənədlərin təqdim edilməməsi olmuşdur. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Başqa sözlə iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin oktyabr üçün cari və dəqiqləşdirilmiş ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması keçirilərək, iddiaçının bəyan etdiyi verginin əsaslılığı öz təsdiqini tapmışdır. Daha sonra vergi ödəyicisi yuxarıda qeyd edilən maddədə sadalanan hüququndan isitfadə edərək dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etmiş, lakin təqim edilmiş bəyannamələrə azaldılmış vergilərin əsası barədə məlumat və əsaslandırıcı sənədlər əlavə edilməmiş, o cümlədən vergi orqanın tələbi üzrə də müvafiq sənədlər təqdim edilməmişdir. Məhz bu səbəbdən də qeyd etdiyimiz kimi yaranmış fərq məbləği üzrə əlavə vergi hesablanaraq kameral qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 16.1.6-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri.... vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən cavabdeh mübahisə predmetini təşkil edən vergi orqanın qəbul etdiyi inzibati aktların qanuni və əsaslı olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənnin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -Qanunun tələbi baxımından inzibati orqan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 09.09.2020-ci il tarixli **********208100 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında (azalmalar üzrə)” məktubdan görünür ki, vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçının 04.09.2020-ci il tarixdə təqdim edilmiş 2018-ci ilin oktybr ayı üçün üçün ƏDV bəyannaməsi üzrə 11008,36 manat məbləğində azalma aparıldığı, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aparılmış azalma ilə əlaqədar təsdiqedici sənədlərin (bank hesablarından çıxarışların, nəzarət kassa aparatının çıxarışlarının, nəzarət kassa aparatının çıxarışlarının, təhvil-təslim aktlarının, müqavilələrin, malların hərəkəti barədə məlumatların və.s) və izahatın 5 iş gün ərzində vergi orqanına təqdim edilməsi iddiaçıdan tələb olunmuşdur. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 19.10.2020-ci il tarixli **********7835300 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçının 05.10.2020-ci il tarixdə təqdim edilmiş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmamışdır. Səbəblər aşağıakılardan ibarət olmuşdur: .Təqdim olunmuş bəyannamənin 8 nömrəli əlavəsinin sertifikat üzrə hesabat dövründə təqdim edilmiş malın (görülmüş işin, göstərilmiş xidmətin) dəyərinin bu səhifəsi üzrə “CƏMİ” sətirində 7.826.89 manat məbləğ göstərilməsinə baxmayaraq, həmin bəyannamənin 4 nömrəli Əlavəsinin 302.7-ci "Qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində aparılan əməliyyatlar" sətrində 14.034,10 manat məbləğə bərabər olmadığına görə. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim edilməsi tələb olunur: Sənədlər: 1.Bəyannamənin 8 nömrəli əlavə göstericilərinin bəyannamə göstəricilərinə uyğun olan dəqiqləşdirilmiş vergi bəyannaməsi. Təqdim edilən bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Bildiririlmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər(məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67, və 83 cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququnun olması barədə vergi ödəyicisinə məlumat verilmişdir. Məhkəmə hazırkı məhkəmə icraatında əldə olunan sübutlar və gətirilən dəlillərə mövcud qanunvericiliyin aşağıda sadalanan normalarının tələbi baxımından qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əsaslı olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarınır hesablanması barədə" əsaslı qərar qəbul edilmişdir. Belə ki, 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisini vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi 2018-ci ilin oktyabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinin ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində dövriyyənin 462 786,26 manat göstərilməsinə baxmayaraq, 04.09.2020-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində dövriyyə azaldılaraq 414 960,98 manat göstərilmişdir. Qeyd edilən uyğunsuzluqlarla ələqədar iddiaçıya 09.09.2020-ci il tarixli **********208100 saylı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluqlar səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cı maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin oktyabr ayının ƏDV bəyannaməsi üzrə 8608,55 manat kameral qaydada vergi məbləği bərpa edilmiş və hesablama ilə bağlı vergi ödəyicisinə 16.10.2020-ci il tarixli **********653600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi tərəfidən qəbul olunmuş 16 Oktyabr 2020-ci il tarixli **********653600 saylı, 27 Oktyabr 2020-ci il tarixli **********239700 saylı və 12 Noyabr 2020-ci il tarixli **********933200 saylı qərarlarının məhkəmə qaydasında ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdeh tərəfindən qəbul edilən əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə qərarların vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılması barədə olan arqumentini hər hansı əsaslı dəlilə söykənmədiyindən əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmetini təşkil edən qərar üzrə kameral qaydada vergi hesablanmasının əsası vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamələrin daha sonra dəqiqləşdirilərək əvvəlki bəyannamələrdə bəyan edilmiş vergilərin azaldılması və qeyd edilən azalmanın əsası barədə vergi orqanına məlumat və təsdiqləyici sənədlərin təqdim edilmədiyi səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2593/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2593/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver