Məhkəmə qərarları › İş №2-1(112)-2594/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2594/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2594/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X5, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində olan iki otaqlı, ümumi sahəsi 48,8 kv. metr olan mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınması, bu barədə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən iki otaqlı, ümumi sahəsi 48.8 kv. m. olan ona məxsus xx.xx.2023-cü il tarixdə ********* nömrə ilə qeydə alınmış mənzilində xx xxxxxx 2003-cü ildə doğulmuşdur və hal hazırda da yaşayır. Mənzil ana xətti ilə nənəsi X14 adına olmuşdur. Nənəsi öldükdən sonra mənzilin kirayə müqaviləsi Xətai rayon İcra Hakimiyyətinin 10 fevral 2011-ci il tarixli 43 saylı sərəncamı ilə anası X2 adına dəyişdirilmişdir. X21 Vladimirovna 22 dekabr 2020-ci ildə vəfat etmişdir. O, mənzilin sənədlərini toplayaraq Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş və mənzil kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə 275 saylı 13 iyul 2023-cü il tarixli sərəncam verilmişdir. Mülkiyyətində olan mənzilinin özəlləşdirilməsi ilə bağlı 3 saylı Asan xidmət mərkəzinə müraciət etmiş və ona xx.xx.2023-cü il tarixdə ********* nömrə ilə qeydə alınmış Çıxarış verilmişdir. Çıxarışda hüququ yüklü edilən şəxs olaraq “dövlət” qeyd edilmişdir və yüklülüyün növü olaraq “istifadə” qeyd edilmişdir, lakin təqdim olunmuş sənədlərdən göründüyü kimi o, mübahisəli mənzildə doğulmuşdur və mənzildə 50 ildən artıqdır ki, valideynləri yaşamışdır, o, artıq mülkiyət hüququ əldə etmişdir. Mənzilin xüsusi mülkiyyətə verilməsi ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir, lakinxx.xx.2023-cü il tarixli məktubla ərizəsinə imtina cavabı verilmişdir və bununla da onun konstision hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 27 sentyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********98 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 2 ünvanında yerləşən 9 saylı mənzilinə dair İddiaçı adına verilmiş Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023cü il tarixli, 275 saylı sərəncamı və istifadə hüququnun qeydiyyata alınması barədə razılıq ərizələri əsasında istifadə hüququ qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********21-05101-091001 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının 275 saylı sərəncamı xx.xx.2023-cü il tarixlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “Yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın (elektron) surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən (Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 275 saylı sərəncamından çıxarışa əsasən verilmiş) ümumi sahəsi 48,8 kv. m.-dən ibarət dövlət mülkiyyətində olan 9 saylı mənzilə dair İddiaçı istifadə hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 4407 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. 03 dekabr 2003-cü il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 431806 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı anası X3. X17 və X20 tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsi, 2 nömrəli evin, 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini təsdiqləmişlər. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********33 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş: “Asan 3” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №li arayışından (surəti) müəyyən olunur ki, Bakı şəhəri, D.Səfərov küçəsi, 2 nömrəli evin, 9 saylı mənzilində xx.xx.2003-cü il təvəllüdlü İddiaçı ilə yanaşı X17 (xx.xx.1971-ci il təvəllüdlü) və X20 (xx.xx.1993-cü il təvəllüdlü) qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 275 №-li, xx.xx.2023-cü il tarixli sərəncamından çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, D.Səfərov küçəsi, 2 nömrəli evin, yaşayış sahəsi 30 kv. m. olan 2 otaqlı, 9 saylı mənzilin kirayəçisi X7muşdur (əsas: Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 43 saylı sərəncamı). Vətəndaş İddiaçı ərizə ilə Xətai Rayin İcra Hakimiyyətinə müraciət edərək, anası X4 vəfatı ilə əlaqədar yaşadığı mənzilin daimi kirayə müqaviləsinin onunla bağlanmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan sərəncamla Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsi, 2 nömrəli evin, yaşayış sahəsi 30 kv. metr olan 2 otaqlı 9 saylı mənzilin daimi kirayə müqaviləsinin İddiaçı ilə bağlanılması və şəxsi maliyyə hesabına dəyişiklik edilməsi, ailə tərkibi 3 nəfər (özü, atası, qardaşı) olmaqla İddiaçı mənzilin əsas kirayəçisi hesab edilməsi qərara alınmışdır. Dövlət və X13 Yaşayış Evlərinin icarəyə götürülməsi barədə 15 iyul 2023-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, 66 saylı MKİS ilə İddiaçı arasında Daşqın Səfərov küçəsi, ev 2, mənzil 9 ünvanında yerləşən yaşayış sahəsi 30 kv. metr olan yaşayış mənzilinin müddətsiz ixtiyara verilməsinə dair müqavilə bağlanmışdır. ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı adına xx.xx.2023-cü il tarixdə tərtib olunmuş **********221-05101-091001 reyestr nömrəli, 04/19928 inventar nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, mənzilin ümumi sahəsi 48,8 kv. metr, yaşayış sahəsi 29,6 kv. metr təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 3-16-5/4/16-9388/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Qetman (Deyneka) Nataliya Vladimirovna xx.xx.1973-cü ildə Xətai rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi üzrə məlumatlar öyrənilərkən atasının xx.xx.1949-cu il təvəllüdlü X8, anasının isə xx.xx.1950-ci il təvəllüdlü X1 müəyyən edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən N.Deynekonun övladları haqqında hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-08660/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş: “Dövlətə məxsus yaşayış sahəsinin istifadəyə verilməsi haqqında” Pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri 25 Oktyabr küçəsində yerləşən 2 saylı evin 9 saylı mənzili ordersiz X15 istifadəsinə verilmişdir. Kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, “Dövlətə məxsus yaşayış sahəsinin istifadəyə verilməsi haqqında” Pasporta əsasən X22 ilə xx.xx.1970-ci ildə qeyd olunan mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Forma 2 arayışından müəyyən olunur ki, 2003-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, D.Səfərov küçəsi 2 saylı evin 9 saylı mənzilində xx.xx.2007-ci il tarixdən daimi qeydiyyatdadır. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri, D.Səfərov küçəsi 2 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsinin X9 ilə bağlanması haqqında” 43 №-li, xx.xx.2011-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhəri, D.Səfərov küçəsi 2 saylı evin yaşayış sahəsi 30,0 kv. metr olan 2 otaqlı 9 saylı mənzilin kirayəçisi X16muşdur (Əsas: xx.xx.1970-ci il tarixli müqavilə), X9 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, nənəsi X15 vəfatı ilə əlaqədar yaşadığı mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir (Ölüm haqqında şəhadətnamə İV ЖГ 297940). Qeyd olunan sərəncamla Bakı şəhəri, D.Səfərov küçəsi, 2 saylı evin yaşayış sahəsi 30,0 kv. metr olan 2 otaqlı 9 saylı mənzilinə dair kirayə müqaviləsinin X9 ilə bağanması və şəxsi hesabında dəyişiklik edilməsi, ailə tərkibi 4 nəfər (özü, əri, oğlu, qızı) omaqla N.V.Qetmanın mənzilin əsas kirayəçisi hesab edilməsi qərara alınmışdır. İddiaçının (nümayəndəsi və vəkili X10) hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********98 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, 2 saylı evin 9 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, 2 saylı evin 9 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində İddiaçı istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınmışdır və elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müyyyən edilmiş tələblərə uyğun olmalıdır Tətbiq edilən hüquq. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1). “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olduğundan və iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Cavabdeh imtinasını iddiaçıya mənzilə dair sərəncamın 2009-cu il tarixdən sonra verildiyini və bu münasibətin xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğu ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, Xətai RİHB-nın 275 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən mübahisəli mənzillə əlaqədar ilkin mənzil münasibətləri iddiaçı ilə 2009-cu ildən əvvəl yaranmış, sonradan yenilənərək davam etdirilmişdir. Belə ki, iş materiallarından da müəyyən olunur ki, qeyd olunan mənzilə dair kirayə müqaviləsi ilk dəfə X22 ilə (iddiaçının nənəsi) xx.xx.1970-ci ildə bağlanmışdır. İddiaçı gəldikdə isə o, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, 2 saylı evin, 9 saylı mənzilində xx.xx.2007-ci il tarixdən daimi qeydiyyatda olmuş və həmin dövrdən hazırki vaxtadək həmin mənzildə yaşayır. Belə olan halda 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq İddiaçı mübahisəli mənzilə dair hüquqları həmin Məcəllə qüvvəyə minənədək yarandığından “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən mənzili özəlləşdirmək hüququnu saxlamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “Yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulduğundan, iddiaçı tərəfindən məhz yerli icra hakimiyyətinin mübahisəli mənzillə bağlı verilmiş müvafiq sərncamı cavabdeh orqana təqdim olunduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni sayıla bilməz. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, 2 saylı evin 9 saylı mənzilinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar