Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2597/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinaya dair 12 noyabr 2020-ci il tarixli, **********1 №li qərarının qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanuna 13.07.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən, yən 52 yaşının tamam olduğu 24.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinaya dair 12 noyabr 2020-ci il tarixli, **********1 №li qərarının qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanuna 13.07.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən, yəni 47 yaşının tamam olan tarixdən yəni 24.12.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1967-ci ildə doğulmuşdur. 01.09.1982-ci il tarixdə Bakı şəhəri 29 №li orta texniki peşə məktəbinə qəbul olunmuşdur, 30.07.1985-ci il tarixdə həmin texniki peşə məktəbini bitirmişdir və ona 4-cü dərəcəli əmtəə operatoru, 2-ci dərəcəli laborant ixtisası verilmişdir (təhsil müddəti 2 il 11 ay). 29.07.1985-ci il tarixdən 22.06.1988-ci il tarixədək Azərbaycan Respublikası Elmlər Akademiyası X3 Təcrübə-Sənaye zavodunun 4 və 5 №li sexlərində 3-cü dərəcəli aparatçı vəzifəsində (2 il 10 ay 23 gün), 27.06.1988-ci il tarixdən 01.07.1994-cü il tarixədək Azərbaycan Respublikası Elmlər Akademiyası X1 laborant vəzifəsində (6 il 3 gün), 08.07.1994-cü il tarixdən 18.08.1995-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 47 №li Təmir- Tikinti İdarəsində mühəndis vəzifəsində (1 il 1 ay 10 gün), 21.08.1995-ci il tarixdən 01.10.2007-ci il tarixədək “Azərneftyağ” İstehsalat Birliyinin (24.01.2003-cü il tarixdən “Azərneftyağ” X14 adlanır) 1 №li sahəsində 3-cü, 4-cü və 5-ci dərəcə texnoloji qurğu operatoru (əməliyyatçısı), həmin zavodun 11 saylı sexinin əmtəə bölməsində 5-ci dərəcəli əmtəə operatoru (əməliyyatçısı) vəzifələrində işləmişdir. 01.10.2007-ci il tarixdən halhazıradək həmin zavodda müxtəlif vəzifələrdə işləyir. Həmin peşələrdə işləyən şəxslər 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən müraciətindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, 01.01.2006-cı il tarixədək ümumi əmək stajı (texniki peşə məktəbində təhsil aldığı dövr nəzərə alınmaqla), 23 il 4 aydır, həmin əmək stajının 13 il 2 ayını, yəni 2 il 10 ay 23 gün Azərbaycan Respublikası Elmlər Akademiyası X3 Təcrübə- Sənaye zavodunun 4 və 5 №li sexlərində 3-cü dərəcəli aparatçı vəzifəsində və 10 il 4 ay 9 gün “Azərteftyağ” İB-nin 1 №li sahəsində 3-cü, 4-cü və 5-ci dərəcə texnoloji qurğuların operatoru (əməliyyatçı) vəzifəsində, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranan sahələrdə işləmişdir. İddiaçı qeyd olunanların nəzərə alınmaqla iddiasının təmin olunmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16.11.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi 16.05.2021-ci il tarixli **********9 №li iddiaya dair etirazında (mülahizə) göstərmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının 52 yaşının tamam olduğu 24.12.2019cu il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 51600,00 manat hsablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 48067,61 manat təşkil edir. Bundan əlavə iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 05 avqust 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında 21.08.1995-25.08.2009-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına X14”nda texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiy qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında təmsil etdiyi tərəfin iddianı qəbul etmədiyinin və etirazda qeyd olunanların nəzərə alınaraq, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-cı ildə doğulmuşdur. - Azərbaycan SSR X13 Təhsili Komitəsi tərəfindən 27 iyul 1985-ci ildə verilmiş 475592 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01.09.1982-ci ildə 29 №li orta texniki peşə məktəbinə daxil olmuş və 30 iyul 1985ci ildə əmtəə operatoru-laborant ixtisası üzrə həmin məktəbi bitirmiş, ona 4-cü dərəcəli əmtəə operatoru, 2-ci dərəcəli laborant ixtisası verilmişdir. - İT-İ seriyalı ******* №li 05.08.1985-ci il tarixli əmək kitabçasında (notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş surəti) olan məlumatlara əsasən İddiaçı əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası X2 X9 başlamışdır. 01.09.1982-ci ildən 30.07.1985-ci ilədək 29 №li şəhər teniki peşə məktəbində təhsil almış. 01.08.1985-ci ildə 5 № li sexə 3cü dərəcəli aparatçı vəzifəsinə götürülmüş, 06.03.1986-cı ildə 5 №li sexin adı 4 №li sexə dəyişdirilmiş, 01.01.1988-ci ildə yeni şərtlərə keçməsi ilə əlaqədar olaraq əmək haqqı üzrə tarif 3-cü dərəcəli aparatçı üçün təyin edilmiş, 23.06.1988-ci ildə işdən azad olunmuşdur. 27.06.1988-ci ildə Azərbaycan Elmlər Akademiyası X1 19 №li laboratoriyaya laborant vəzifəsinə qəbul olunmuş, 01.07.1994-cü ildə işdən azad olunmuşdur. 08.07.1994-cü ildə "xxxx" DŞ-nin 47 №li Təmir-Tikinti İdarəsinə mühəndis vəzifəsinə işə qəbul olunmuş, 18.08.1995-ci ildə işdən azad edilmişdir. 21.08.1995-ci ildə “Azərneftyağ” İB-nin 1 №li yağ istehsalatının 1 №li sahəsinə 3 dərəcəli texnolioji quraşdırma əməliyyatçısı qəbul olunmuş, 01.05.1996-cı ildə 4-cü dərəcə ilə təyin olunmuş, 16.01.1998-ci ildə 1 №li yağ istehsalatının 1 №li sahəsi 1 №li sex adlandırılmışdır. 27.07.1999-cu ildə həmin sexin 106 №li qurğusuna 3-cü dərəcə texniki qurğu əməliyyatçısı vəzifəsinə keçirilmiş, 06.09.1999cu ildə həmin sexdə 101 №li qurğuya 5-ci dərəcəli texniki qurğu əməliyyatçısı vəzifəsinə keçirilmişdir. 08.01.2002-ci ildə həmin sexdə 102 saylı qurğuya 5-ci dərəcəli texnoloji qurğu əməliyyatçısı peşəsinə keçirilmişdir. 31.03.2003-cü ildə “Azərneftyağ” İB “Azərneftyağ” X14 adlandırılmışdır. 19.04.2004-cü ildə 11 saylı sexin əmtəə bölməsinə aşqar təsərrüfatı üzrə 5-ci dərəcəli əməliyyatçı peşəsinə keçirilmiş, 25.06.2007-ci ildə Zavodun 4 saylı sexinin 401 saylı Yeni bitum qurğusuna 5-ci dərəcəli texnoloji qurğu əməliyyatçısı peşəsinə keçirilmişdir. 01.10.2007-ci ildə həmin sexin 401 saylı qurğuda (Yeni bitum) texnoloji qurğu operator (5-ci dərəcəli) peşəsinə təyin edilmişdir. 25.08.2009cu ildə Zavodun 14 saylı (mərkəzi zavod laboratoriyası) sexinin asfalt laboratoriyasına 9cu dərəcəli nikeyaçı vəzifəsinə keçirilmişdir. 15.07.2010-cu ildə 11-ci dərəcə təyin edilmişdir. 14.04.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 15.04.2015-ci il tarixdə Heydər Əliyev adına X14nda keyfiyyətə nəzarət laboratoriyası üzrə 8 №li sahənin asfalt laboratoriyasına 11-ci dərəcəli kimyaçı vəzifəsinə qəbul olunub, 12.05.2020-ci il tarixdə aparılmış qeydə əsasən hal-hazıra kimi işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti –SOCAR tərəfindən İddiaçı verilmiş 29.06.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Heydər Əliyev adına X11 işçisi İddiaçı tərəfindən Zavoda daxil olmuş 18 iyun 2020-ci il tarixli ərizəyə əsasən bildiririk ki, işçi 16 avqust 1995-ci il tarixindən 01 oktyabr 2007-ci il tarixinədək “Azərneftyağ” X11 1 nömrəli turşu-qələvi filtirləmə yolu ilə yağların təmizlənməsi üzrə texnoloji sahənin qurğularına daxil dan və qurğulardan çıxan neft məhsullarının qəbulu üzrə texnoloji qurğuların əməliyyatçısı (texnoloji qurğuların operatoru), əmtəə bölməsində isə əmtəə əməliyyatçısı (əmtəə operatoru) peşəsində çalışmışdır. Xidmət etdiyi sahənin əsas fəaliyyəti bilavasitə xam neftin qəbulu, qurğuya ötürülməsi və texnoloji əməliyyatlardan keçdikdən sonra, hazır əmtəəlik neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsindən ibarət olmuş, işçi iş müddətində yüksək keyfiyyətli neft məhsullarının kompaund edilməsi, aşqarlar və inkibitorlar əlavə edilməsi, əmtəə parkının işi barədə uçotun və operativ hesabatın aparılması, məhsulların qəbulu və təhvili, boş vaqonların qəbulu sənədlərinin rəsmiləşdirilməsi, daha yüksək keyfiyyətli məhsulların doldurulması üçün rezervuarların və çənlərin hazırlanması kimi funksiyaları yerinə yetirmişdir. Eyni zamanda nəqliyyat təşkilatları ilə təhvil vermə, yüklənmə, hesablaşma və rəsmiləşdirmə əməliyyatlarının aparılması, neft məhsullarının əmtəə parkından dəmir yol estakadasına və -magistral neft məhsulları doldurma məntəqələrinə ötürülməsinin təmin edilməsi də işçinin əsas funksiyaları sırasına daxil olmuşdur. Əmək kitabçasında qeyd olunan “əməliyyatçı” peşəsi “operator” peşəsi ilə mahiyyət və funksiya baxımından eynidir və həmin dövr üçün iş yerlərində Azərbaycan dilinə keçidlə əlaqədar tərcümə zamanı buraxılan texniki səhv kimi qiymətləndirilməlidir. AMEA "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 25.06.2020-ci il tarixli arayışda göstərilmişdir ki, o, həqiqətən 01 avqust 1985-ci il tarixindən 23 iyun 1988-ci il tarixinədək Azərb. SSR X10 - X7 Təcrübə-Sənaye zavodunun 5 (4) saylı texnoloji sexində aparatçı vəzifəsində zərərli şəraitdə aşağıda göstərilən istehsalatlarda tam iş günü işləmişdir: - neft məhsulların selektiv və turşulu təmizlənməsi - 1 saylı Siyahı X bölmə b. 3- 11000000-10065- neft, qaz, qaz kondensatı, kömür və şistin emalı- N.Q.QK.K və Ş emalı - katalizatorun alınması-1 saylı Siyahı X bölmə bənd.3-11000000-10065- N.Q.QK.K və Ş emah -n sintetik naften turşusu-üzvi turşuların alınması-1 saylı Siyahı Vİİİ bölmə bənd A.§1- 1080A00-17541-kimya istehsalatı-(Kİ) Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı ”na aiddir. İddiaçının hazırkı tələblə cavabdeh orqana 13.08.2020-ci il tarixdə etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 12.10.2020-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, müraciətçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 48067,61 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.; b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. İddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Xİİ fəsil Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (kod ********) bölməsi; texnoloji qurğuların operatorları (kod 2130301a—16081) Göründüyü kimi, iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmiş lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərindən bəhs edən 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən lakin, bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət etdilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyən edilmiş müddətlərə təyin olunur. İddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 10 ildən, ümumi iş stajı isə 20 ildən artıq olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ 52 yaşının tamam olduğu gündən yarandığından və iddiaçının 52 yaşı 24.12.2019-cu il tarixdə tamam olduğuna görə, həmin tarixdən ona pensiya təyin edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 52 yaşdan, yəni 24.12.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 52 yaşdan, yəni 24.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2597/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2597/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver