Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2597/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (adi cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti) qarşı “qərarın ləğv edilməsi, pensiyanın ömürlük davam etdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2016-cı ildə, yəni 7 (yeddi) il bundan qabaq hərbi xidmətdən ehtiyata buraxılaraq hərbçi kimi şəxsi heyətin sırasından çıxarılmaqla güzəştli şərtlərlə ona ömürlük hesablanaraq ödənilən pensiyanın dayandırılması barədə vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi, təyin edilmiş pensiyanın tam illər üzrə hesablanması və kart hesabına köçürülməsinin ömürlük davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ərizə təqdim olunaraq cavabdehin əsl cavabdehlə əvəz edilməsi – Dövlət Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh qismində prosesə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçi kimi 41 (qırx bir) təqvim ili ilə 2015-ci ilin sonunda işlədiyi vəzifənin ixtisarı ilə bağlı MTN-nin (indiki DTX-nın) sərəncamına götürülməklə 2016-cı ilin birinci rübündən təqaüdə çıxmışdır. İddiaçı təqaüdə çıxarkən ali hərbi rütbədə yəni, general-mayor rütbəsində olmuşdur. Artıq 8 ilə yaxındır ki, pensiya alır. İddiaçı 07 oktyabr 1958-ci ildə Ağdaş rayonunda doğulmuşdur və 65 yaşı var. X12 veteranıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 avqust 2023-cü il tarixli 3-17-1/2-Ş- 191348/2023 saylı məktubundan göründüyü kimi Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsini əsas götürməklə iddiaçıya 8 il əvvəl təyin edilmiş pensiya ödənişi dayandırılmışdır. İddiaçı qeyd edir ki, həmin maddə pensiya təyin olunanadək hərbi rütbədən məhrum edilmiş, hərbi qulluqçu statusunu itirmiş şəxslərə aid edilir. İddiaçıya isə pensiya təyin edilərkən hərbi general mayor rütbəsində olmuşdur. Eyni zamanda iddiaçı ali hərbi rütbədən məhrum edilməyi barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmünün qüvvədə saxlanılmasına dair xx.xx.2023-cü il tarixli əsassız ehtimallar əsasında verilmiş qərarından Ali Məhkəmənin Cinayət kollegiyasına kassasiya şikayəti vermişdir, işin baxılması da xx.xx.2023-cü il tarixə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” qanunda şəxsə pensiya təyin olunduqdan 8 il sonra rütbəsi geri alınmış şəxslərin pensiyalarının dayandırılması haqqında müddəa, norma yoxdur. İddiaçının polis polkovnik-leytenantı, ədliyyə polkovniki və hərbi general mayor rütbələri olub, onlardan da yalnız ali hərbi rütbədən pensiya təyin ediləndən 8 il sonra məhrum edilmişdir. Buna əsas da məhkəmə hökmü göstərilmişdir. İddiaçı isə həmin hökmün qanunsuz olması ilə bağlı Ali Məhkəməyə Kassasiya şikayəti vermişdir. İddiaçı hesab edir ki, barəsində pensiya ödənişinin dayandırılmasına dair qəbul edilmiş qərar tam qanunsuzdur və dərhal ləğv edilməlidir. İddiaçının ailəsində qazanc gətirən şəxs yoxdur və pensiyanın dayandırılması ilə əlaqədar çətin maddi durumda qalmışdır. Müvafiq pensiya iddiaçıya ömürlük təyin edilmişdir və hər hansı bir səbəbdən dayandırıla və ya azaldıla bilməz, yalnız inflasiya tempi nəzərə alınmaqla indeksasiya edilərək artırıla bilər.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 15 yanvar 2016-cı il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məktubda 24 iyul 2023-cü il tarixində hərbi rütbədən məhrum edildiyi bildirilib. Bununla əlaqədar olaraq, iddiaçının pensiya ödənişi qanunvericiliyə uyğun qaydada 1 avqust 2023-cü il tarixindən dayandırılıb. Qeyd olunanlar nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını rəhbər tutur. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildirilir ki, iddiaçınınBakı Hərbi Məhkəməsinin müvafiq göstərişinə əsasən hərbi rütbədən məhrum edilməyi ilə əlaqədar hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ yoxdur. Bununla əlaqədar qanunvehdfiyə uyğun olaraq, sizə əmək pensiyasının təyin olunması haqqmda qərar ləğv olunub və xx.xx.2023cü il tarixindən etibarən pensiya ödənişi dayandırılıb.
7. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-9/2022 nömrəli Hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. X3 CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirli bilindiyi CM-nin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən X3 cəza təyin edilməmişdir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə X3 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 48-ci maddəsinə əsasən X1 ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cı il tarixli, 818 nömrəli sərəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikası Prezidentinin 28 mart 2009-cu il tarixli, 212 nömrəli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenindən, 27 mart 2006-cı il tarixli, 1370 nömrəli sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014-cü il tarixli, 352 nömrəli sərəncamı ilə verilmiş “Vətən uğrunda" medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmiş, eləcə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 25 mart 2005-ci il tarixli, 0179 nömrəli əmri ilə verilmiş "Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 24 iyun 2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)" yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 30 iyun 2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919- 2009)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/ş nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2012-ci il tarixli, 060 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 07 oktyabr 2013-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 04 iyul 2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919- 2014)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1-1(103)- 2023 nömrəli Qərarı ilə Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər - X3, X8, X10 və Ələkbərov Vüsal Hicran oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. “M.M.Şixəliyevin, S.Y.Ələkbərovun və Y.S.Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, X2, X9 və X6 ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək X1 general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3984 nömrəli Sərəncamı ilə keçmiş MTN-nin sabiq əməkdaşı X4 ali hərbi rütbədən məhrum edilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar dayandırılmışdır.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun XŞTMF-nin əmək pensiyası təyin edən komissiyasının X3 əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü tarixli Qərarına əsasən vətəndaş X3 əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərara “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə iddia tələbinə dair işə Dövlət Təhlükəsizlik Xidmətinin üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməsi xahiş edilmişdir.
14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
17. İddia tələbi əmək pensiyasının dayandırılması ilə bağlı qərarın ləğvi və onun nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
18. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İddianın növü mübahisələndirmə növündə iddiadır.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
24. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
26. Hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu (3 noyabr 1992-ci il tarixli): Maddə 8. Hərbi rütbələr Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Maddə 10. Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə onlara verilmiş hərbi rütbələrdən məhrum edilə bilər və ya əsgər, matros rütbəsinə endirilə bilərlər. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant və ya ona bərabər hərbi rütbəsi olanlardan başqa) bir pillə aşağı salına bilər.
27. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu:
10. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı hərbi rütbələr verilir: Hərbi qulluqçuların və hərbi Ümumqoşun vəzifəlilərin tərkibi
Əsgər (kursant) əsgərlər və matroslar Baş əsgər Kiçik çavuş Çavuşlar Çavuş Baş çavuş Kiçik gizir Gizirlər və miçmanlar Gizir Baş gizir Kiçik leytenant Leytenant Kiçik zabitlər Baş leytenant Kapitan Mayor Baş zabitlər Polkovnik-leytenant Polkovnik General-mayor General-leytenant Ali zabitlər General-polkovnik Ordu generalı V Fəsil. Hərbi rütbələrdən məhrum etmə, hərbi rütbələrin aşağı salınması və bərpa edilməsi
67. Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. ... Hərbi qulluqçunu hərbi rütbədən məhrum edilməyə təqdim etmə son tədbirdir və görülən digər tədbirlər müsbət nəticə vermədikdə və ya hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyətlə bir araya sığmayan xata (cinayət) törətdikdə müstəsna hallarda həyata keçirilir. ...Hərbi rütbədən məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada icra edilir.
69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X5 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər.
167. ...Törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrum etmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılırlar.
28. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 48. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə 48.0. Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir: 48.0.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar; 48.0.2. digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar.
29. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, əmək pensiyasının dayandırılıdığı tarixdən bərpa edilməsini xahiş etmişdir.
30. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisənin həlli üçün cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərarının qanuniliyi yoxlanılmalıdır.
31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-9/2022 nömrəli Hökmü əsasında X1 ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cı il tarixli, 818 nömrəli sərəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikası Prezidentinin 28 mart 2009-cu il tarixli, 212 nömrəli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenindən, 27 mart 2006-cı il tarixli, 1370 nömrəli sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014-cü il tarixli, 352 nömrəli sərəncamı ilə verilmiş “Vətən uğrunda" medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmiş, eləcə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 25 mart 2005ci il tarixli, 0179 nömrəli əmri ilə verilmiş "Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 24 iyun 2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)" yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 30 iyun 2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919- 2009)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/ş nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2012-ci il tarixli, 060 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 07 oktyabr 2013-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 04 iyul 2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 26 mart 2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilmişdir. - “M.M.Şixəliyevin, S.Y.Ələkbərovun və Y.S.Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, X2, X9 və X6 ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək X1 general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar dayandırılmışdır.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1- 1(093)-9/2022 nömrəli Hökmü əsasında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamı ilə İddiaçı general-mayor rütbəsindən məhrum edilmişdir. “General-mayor” rütbəsi xüsusi kateqoriya olaraq ali hərbi rütbə kimi fərqləndirilsə də, ümumi olaraq hərbi qulluqçulara verilən hərbi rütbələrin bir növüdür. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsində də ümumqoşun hərbi qulluqçuları üçün nəzərdə tutulan hərbi rütbələrin növləri qeyd olunarkən “ali hərbi rütbə” anlayışından istifadə olunmamışdır: əsgər, baş əsgər; kiçik çavuş, çavuş, baş çavuş; kiçik gizir, gizir, baş gizir; kiçik leytenant, leytenant, baş leytenant, kapitan; mayor, polkovnik-leytenant, polkovnik; general-mayor, general-leytenant, general-polkovnik, ordu generalı.
33. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək pensiyaları ilə bağlı qanunvericilikdə hərbi rütbə verilmiş hərbi qulluqçulara və ali hərbi rütbə verilmiş hərbi qulluqçulara münasibətdə eyni pensiya şərtləri və pensiya ödənişi qaydaları müəyyən edilmiş, hər hansı fərqli tələb nəzərdə tutulmamışdır.
34. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində “hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular” dedikdə ali hərbi rütbəni də özündə ehtiva edən “ümumi hərbi rütbə anlayışı” nəzərdə tutulmuşdur.
35. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin əsası olaraq izahatında qeyd etmişdir ki, İddiaçı yalnız general-mayor ali hərbi rütbəsindən məhrum edilmişdir və digər aşağı hərbi rütbələri hələ də qüvvədədir.
36. Bununla bağlı məhkəmə qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən hərbi qulluqçulara münasibətdə iki fərqli cəza tədbiri nəzərdə tutulmuşdur: 1) hərbi rütbələrin aşağı salınması (intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında bir pillə aşağı salınma/ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda əsgər, matros rütbəsinə endirilmə) 2) hərbi rütbələrdən məhrum etmə (ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda).
37. Müvafiq Qanunun da məzmunundan görünür ki, hərbi qulluqçular ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda 1) hərbi rütbələrin aşağı salınması və ya 2) hərbi rütbələrdən məhrum etmə alternativ cəza tədbirlərindən biri tətbiq edilir.
38. Məhkəmə qeyd edir ki, hərbi qulluqçunu hərbi rütbədən məhrum edilməyə təqdim etmə son tədbirdir və görülən digər tədbirlər müsbət nəticə vermədikdə və ya hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyətlə bir araya sığmayan xata (cinayət) törətdikdə müstəsna hallarda həyata keçirilir (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən). Hazırki iddia tələbi üzrə mübahisədə də İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-9/2022 nömrəli Hökmü əsasında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamı ilə hərbi rütbədən (general-mayor ali hərbi rütbəsindən) məhrum edilmişdir.
39. Məhkəmə hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikasının Qanununda hərbi rütbələrin aşağı salınması müstəqil cəza tədbiri kimi müəyyən edildiyindən, İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-9/2022 nömrəli Hökmü əsasında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamı ilə generalmayor rütbəsindən məhrum edilməsi digər aşağı hərbi rütbələrin qüvvədə qalması kimi deyil, ümumi hərbi rütbədən məhrum edilmə kimi qəbul edilməlidir.
40. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, əmək pensiyasının dayandırılıdığı tarixdən bərpa edilməsi ilə bağlı “qanuni gözləntisi” yoxdur.
41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva