Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2599/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 08 oktyabr 2010-ci il tarixli əmrin ləğv edilib, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28.01.2014-cü il tarixdə cavabdeh Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin Bakı Gömrük Mühafizə Dəstəsinin gömrük mühafizəsi və növbətçiliyin təşkili şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmişdir. O, gömrük orqanlarında xidmətinə xitam verildiyi günədək xidmətində qüsursuz işləmiş, gömrük xidməti mayoru rütbəsinə qədər yüksəlmişdir. Onun sonuncu iş yeri Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin köməkçisi olmuşdur. Hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 08.10.2020-ci il tarixli, 1000/558Ş saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin köməkçisi, gömrük xidməti mayoru kimi, o, üzürlü səbəb olmadan 21 sentyabr 2020ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamış, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarını kobud şəkildə pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr verilmişdir. O, hseab edir ki, əmrdə istinad olunan Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportu tamamilə əsassız olmuş, həqiqəti əks etdirməmişdir. Belə ki, raportda qeyd edildiyinin əksinə olaraq 21 sentyabr 2020-ci il tarixdən, 06 oktyabr 2020-ci il tarixədək o, xəstə olmuşdur. Xəstə olması barədə də, cavabdeh inzibati orqanı məlumatlandırmışdır. Belə ki, 21 sentyabr 2020ci il tarixdə iddiaçının hərarəti olmuş, məlum kokronovirus pandemiyasına yoluxmasından şübhələndiyindən dərhal özünü yaxınlarından təcrid edərək müvafiq olaraq müalicəyə başlamışdır. 06 oktyabr 2020-ci il tarixədək müalicə olunduqdan sonra işinə qayıtmış, bu barədə ətraflı izahat vermişdir. Lakin, onun bu izahatları və təqdim etdiyi sənədlər qəbul edilməmişdir. Ona bildirilmişdir ki, şəxsi problemləri ilə bağlı işdən qalması barədə əlavə izahat yazsın ki, onu bağışlayaraq xidmətdən xaric etməsinlər. O, da bununla razılaşmışdır. Lakin, onun xəstə olması ilə bağlı izahatı və təqdim etdiyi sənədlər əsas götürülməmiş, əsassız olaraq onun gömrük orqanlarından xaric edilməsi və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər X1 həmin dövrdə Bakı şəhərində karantin rejiminin vaxtı uzadılmış və dövlət orqanlarında işçi sayının 30%-dək azaldılması nəzərdə tutulmuşdu. Bununla yanaşı, qeyd edilən infeksiyaya yoluxmasından şübhələnən şəxslərə özlərini dərhal təcrid etmək tövsiyyə olunmuşdur. O, da məhz özünü və ətrafdakıları qorumaq üçün ilkin simptomları (hərarət) gördükdən sonra dərhal özünü təcrid etmişdir. Onun barəsində inzibati icraat aparılan zaman xəstə olması ilə bağlı izahatı ətraflı araşdırılmalı və eyni zamanda kobud intizam pozuntusunun nədən ibarət olması sübut edilmədiyi, həmçinin vəzifəli şəxs kimi onun əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalı, bütün bunlara məcmu halda hüquqi qiymət verilməli idi. Göstəriləndərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020ci il tarixli raportuna əsasən İdarənin 2020-ci il üçün iş planının icrası ilə əlaqədar gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı 21 sentyabr 2020-ci il tarixdən, 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamışdır. Qeyd olunan raportun araşdırılması məqsədilə Naim Telman oğlu X3 İdarəsinə dəvət olunmuş, 07 oktyabr 2020-ci il tarixdə ondan izahat alınmış, sabiq əməkdaş öz izahatında barəsində yazılmış raportla tanış olduğunu və şəxsi işi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdən, 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığını, işə çıxmaması barədə işlədiyi orqana məlumat vermədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli, 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7"nin 3.3.4-cü yarımbəndinə əsasən gömrük orqanı əməkdaşı gündəlik iş və ya növbə qrafikinə, o cümlədən, xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə rəisini məlumatlandırmalı, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməli, birbaşa rəislərin ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir. Bu Kodeksin 3.12-ci bəndinə əsasan gömrük orqanı əməkdaşı müəyyən edilmiş qaydada icazə almadan ölkəni, o cümlədən, yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyəti keçirəcəyi yeri bildirməlidir. Sözügedən Kodeksin 12.1-ci bəndinə əsasən həmin Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 71 -ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahat tələb edilməlidir. Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi isə ona intizam tənbehi verilməsini istisna etmir. Beləliklə, Komitə sədrinin 2020-ci il 08 oktyabr tarixli 1000/558Ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Yuxarıda göstərilənlərə nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.03.2011-ci il tarixdə "xxxx" MMC-yə təchizatçı vəzifəsinə qəbul edilmiş, 01.06.2012-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. 28.01.2014-cü il tarixdən DGK Baş Gömrük Mühafizə Xidmətinin Bakı Gömrük Mühafizə Dəstəsinin Bakı Gömrük Mühafizə Dəstəsinin Gömrük Mühafizəsi və növbətçiliyinin təşkili şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmiş, 01.07.2014-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinin köməkçisi vəzifəsinə keçirilmiş, 08.10.2020-ci il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İşdə olan Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rəşad Zalov tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnikinə ünvanlanmış raportdan görünür ki, Daxili Təhlükəsizlik İdarəsinin 2020-ci il üçün iş planının icrası ilə əlaqədar gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığı məlum olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, fakt üzrə araşdırma aparılması üçün göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə İddiaçı tərəfindən verilmiş 07.10.2020-ci il tarixli izahatdan görünür ki, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin baş inspektoru, gömrük xidməti polkovnikleytenantı X5, 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, ali təhsilli, ünvan 1 ünvanında yaşayan, 2014-cü ildən gömrük orqanlarında, 2018-ci ilin avqust ayından Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin köməkçisi vəzifəsində işləyən, gömrük xidməti mayoru İddiaçı izahat almışdır. İddiaçı ünvanlanmış suala (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəsisi Rəşad Zalovun 07.10.2020-ci il tarixli, 34/190/036735 nömrəli raportu təqdim edilərək, raporta göstərilənlərə münasibəti soruşulmuş) cavabı ondan ibarət olmuşdur ki, raportla tanış olmuşdur. Bildirmək istəyir ki, şəxsi işi ilə əlaqədar 21.09.2020-ci il tarixində 06.10.2020-ci il tarixinə qədər işə çıxmamış və bu barədə işlədiyi orqana məlumat verməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportunun araşdırılmasına dair arayışdan görünür ki, raportda göstərilmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinin 2020-ci il üçün İş Planının icrası ilə əlaqədar Sumqayıt Baş Gömrük İdarəsində gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən həmin Baş İdarə rəisinin köməçisi, gömrük xidməti mayor İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığı məlum olmuşdur. Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı xidməti araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamış və bu barədə işlədiyi orqana məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı üzrlü səbəb olmadan 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamışdır. Beləliklə, xidməti araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Hesab edilmişdir ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı “Gömrük oranlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1000/558Ş nömrəli, 08.10.2020-ci il tarixli “Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşı İddiaçı gömrük orqanlarından xaric edilməsi haqqında” əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı üzrlü səbəb olmadan 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamış, bununla da, xidməti vəzifəsinin icraısna laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr qəbul edilmişdir. İşdə olan X9 Mərkəzi tərəfindən verilmiş 21.09.2020-ci il tarixli və 05.10.2020-ci il tarixli sağlamlıq vəziyyəti barədə arayışlardan görünür ki, 21.09.2020-ci il tarixdə xəstə İddiaçı Teman oğlunda öskürək, bəlğəm və halsızlıq olub. Xəstəyə müalicə yazılıb. 05.10.2020-ci il tarixdə İddiaçı patologiya aşkar olunmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli raportuna əsasən İdarənin 2020ci il üçün iş planının icrası ilə əlaqədar gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi olmuş, gömrük xidməti mayoru İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamışdır. Qeyd olunan raportun araşdırılması məqsədilə Naim Telman oğlu X3 İdarəsinə dəvət olunmuş, 07 oktyabr 2020-ci il tarixdə ondan izahat alınmış, sabiq əməkdaş öz izahatında barəsində yazılmış raportla tanış olduğunu və şəxsi işi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdən, 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığını, işə çıxmaması barədə işlədiyi orqana məlumat vermədiyini etiraf etmişdir. Bununla da, o, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 1000/558Ş nömrəli, 08.10.2020-ci il tarixli əmr qəbul edilmişdir. İddiaçının, barəsində qəbul edilmiş mübahisəli əmrin qanunsuz və əsassız olması ilə bağlı dəlilləri ondan ibarət olmuşdur ki: 1. 21 sentyabr 2020-ci il tarixdə hərarəti olmuş, koronovirus pandemiyasına yoluxma şübhəsi ilə dərhal özünü təcrid edərək, müvafiq müalicəyə başlamış, 06.10.2020-ci il tarixədək müalicə olunaraq, işə qayıtmışdır. Bu barədə X9 Mərkəzi tərəfindən sağlamlıq vəziyyətini əks etdirən arayışlar təqdim edilmişdir. 2. İşə qayıtdıqdan sonra bu barədə ətraflı izahat vermiş, lakin, təqdim etdiyi sənədlər qəbul edilməmişdir. Ona bildirilmişdir ki, şəxsi problemləri ilə bağlı işdən qalması barədə əlavə izahat yazsın ki, onu bağışlayaraq xidmətdən xaric etməsinlər. O, da bununla razılaşmışdır. Məhkəmə iddiaçının 1-ci dəlili ilə bağlı qeyd edir ki, iddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06.10.2020-ci il tarixədək işburaxmasına əsas kimi hərarətinin olmasına, həmin müddətdə müalicə almasına, bununla bağlı X9 Mərkəzi tərəfindən sağlamlıq vəziyyətini əks etdirən arayışlara istinad etmişdir. Halbuki, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsi təqdim edilməlidir. Belə ki, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Həmin Təlimatın 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Həmin Təlimatın 3-cü bəndinə əsasən müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri vermək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır. Həmin feldşerlərin siyahısı və onların xəstəlik vərəqələrini vermə müddətləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin Təlimatın 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta haqları ödəyən şəxslərin (işçinin) əmək qabiliyyətinin olmamasını təsdiq edən yeganə sənəd əmək qabiliyyətinin olmaması vərəqəsidir. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi yuxarıda qeyd edilən təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Bu səbəbdən də, iddiaçının təqdim etdiyi X9 Mərkəzi tərəfindən verilmiş sağlamlıq vəziyyətini əks etdirən arayışlar onun əmək qabiliyyətinin olmamasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçının 2-ci dəlili (işə qayıtdıqdan sonra bu barədə ətraflı izahat vermiş, lakin, təqdim etdiyi sənədlər qəbul edilməmişdir. Ona bildirilmişdir ki, şəxsi problemləri ilə bağlı işdən qalması barədə əlavə izahat yazsın ki, onu bağışlayaraq xidmətdən xaric etməsinlər. O, da bununla razılaşmışdır.) ilə bağlı qeyd edir ki, iddiaçının həmin əsaslandığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin hallarla bağlı, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri və xidməti vəzifəsinin icrasına laqeyd yanaşılaraq xidməti intizam qaydalarının tələbləri pozulmuşdur. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-ci maddəsinin gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə gömrük orqanlarından xaric edildikdə xitam verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2599/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2599/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver