Məhkəmə qərarları › İş №2-1(112)-2599/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2599/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2599/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 24 sentyabr 202N-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsini, tələbinin “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” şəklində müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.202N-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt Səbail Rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli, 276 saylı arayışla, həmçinin də digər arayış və sənədlərlə təsdiq olunur. O, müharibə veteranı adının verilməsinə dair müvafiq səlahiyyətli orqanlara müraciət etmiş, lakin müraciətlərinə müsbət cavab verilməmişdir. Müdafiə Nazirliyinin nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyadan ona ünvanlanmış məktubda Silahlı Qüvvələrdə xidmətini təsdiq edən hərbi bilet və arxiv arayışında müvafiq qeydlər olmadığına görə ona “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi məqsədəuyğun hesab edilməyərək, müraciətinə rədd cavabı verilmişdir. Lakin ona aid xx.xx.2020-ci il tarixli, 92-N636 saylı arxiv arayışında göstərilən tarixlərdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısında bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilməsi faktı öz əksini tapmışdır. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını müharibə veteranı olan döyüş yoldaşları da təsdiq edə bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı Silahlı Qüvvələrdə xidmətini təsdiq edən hərbi biletində və arxiv arayışında xidməti barədə müvafiq qeydlər olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 4N nömrəli qərarına əsasən: “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh iddiaya dair xx.xx.202N-ci il tarixli, NN/5N28 nömrəli yazılı münasibətində İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə istinad edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etrmiş və bildirmişdir ki, iddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə cavabdehə məktub ünvanlamış, iddiaçıya xx.xx.20N5-ci il tarixdə imtina verildiyini qeyd etməkə, sonrakı tarixdə iddiaçının cavabdehə müraciət edibetməməsi və həmin cavab məktubunun hansı tarixdə iddiaçıya göndərilməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, cavabdeh bununla bağlı sənədləri məhkəməyə təqdim etməsə də, iddiaya mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı etirazını məhkəməyə təqdim etmiş və iddianın mahiyyəti üzrə baxılıb təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının məsələ ilə bağlı cavabdehə müraciət etməsini, cavabdehin mahiyyəti üzrə bu müraciəti cavablandırmasını, həmin imtinanı hansı tarixdə iddiaçıya təqdim etməsinə dair sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndə əlavə edilmiş Qeydə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə, yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması başa düşülür. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Lakin hazırkı iş üzrə iddiaçının xidmət keçdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması müəyyən olunmur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayonu Hərbi Komisarlığının 276 nömrəli, xx.xx.N997-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində hərbi xidmət keçmişdir. xx.xx.N993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparıldığı bölgədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-N636 nömrəli arxiv arayışından görünür ki: - N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 3N nömrəli əmrində Səbail RHK-dan toplanışa çağırılmış İddiaçı Nizami oğlunun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “baş atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiyi üçün 5 MAT-un hərbi qulluqçusu İddiaçı qazan təminatından çıxarılması barədə məlumat vardır. Arxiv arayışında qeyd edilmişdir ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün Səbail RHK-dan çağırılmış sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq Direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, N6/N986 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində xx.xx.2000-ci il tarixdə Füzuli hərbi prokurorluğu tərəfindən 2000-ci ilin sentyabr ayının 0N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin N0-cu maddəsinin 4-cü bəndinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Göründüyü kimi, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmamış, xidmət yerini özbaşına tərk etmiş, bununla bağlı başlanmış cinayət işi bəraətverici əsaslara görə deyil, amnistiya aktına əsasən rədd edilmişdir. Belə olan halda aydın olur ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. İddiaçı xx.xx.2000-ci il tarixdə ona Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığı tərəfindən 040047 nömrəli vəsiqə verilməsinə istinad edərək hüququnun olduğunu qeyd etsə də, işdən həmin vəsiqənin hazırda qüvvədə olması müəyyən olunmur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, iddiaçının müharibə veteranı kimi müavinət və ya təqaüd alması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq vəsiqə verilsə də, həmin vəsiqədən irəli gələn güzəşt və imtiyazlarla təmin edilməmiş, vəsiqə qüvvədə olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş adlı siyahıdan da görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixdə vəsiqə verilərkən istinad olunan adlı siyahıda iddiaçının tərxis olunması barədə məlumat olmadığı barədə qeyd aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, göstərilənlərə əsasən hazırkı iş üzrə iddiaçının müharibə veteranı adının verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.N-ci, N4.3-cü, 23.N-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.N-ci, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar