Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-26/2022 19.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qzının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.933,40 manat ƏDV məbləğinin hesablanmasına dair Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli, **********005400 №-li qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 25933,40 manat əlavə dəyər vergisinin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və xx.xx.2018-ci il tarixli, **********005400 №-li qərarın etibarsız hesab edilməsi kimi icraata qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-89/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Vergi Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçınə 25.933,40 manat əlavə dəyər vergisinin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, iddia tələbinin xx.xx.2018-ci il tarixli, **********005400 nömrəli qərarının etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1886/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-89/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ƏDV hesablanmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarın etibarsız hesab edilməsi tələbinə dair işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırki adı ilə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 20 noyabr 2018-ci il tarixli, **********812800 nömrəli qərarın qanunsuz (etibarsız) hesab olunması və cavabdehin İddiaçınə 25,933.40 manat ƏDV məbləğinin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli qərarın qanunsuz (etibarsız) hesab olunması və cavabdehin İddiaçı MMC-yə 63429,87 manat vergi borcunun hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli qanunsuz qərarın ləğv edilməsi və cavabdehin İddiaçınə qanunsuz hesabladığı 63429.87 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin (VÖEN **********) xx.xx.2018-ci ildə yanvar 2018-ci il ƏDV hesabat dövrünə təqdim etdiyi dəqiqləşmiş bəyannaməyə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 25933,40 manat əlavə kameral vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli qərarda kameral hesablamanın səbəbi kimi “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində” ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə ilə iddiaçının təqdim etdiyi bəyannamə əsasında 25933,40 manat kənarlaşma yaranması qeyd edilmişdir. Əlavə kameral hesablama ilə əlaqədar İddiaçı MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Departamentinə təqdim olunan şikayətlərə departamentdən gələn cavablarda “Qarşılıqlı əlaqələrin təhlili”nin Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarixdən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılması bildirilmişdir. Əlavə kameral hesablama qeyriqanunidir. Belə ki, vergi orqanı tərəfindən son 3 il müddətindən artıq olan müddət yoxlanıla bilməz. Yalnız kameral yoxlama isə 3 ildən artıq dövrü əhatə edir. Bakı şəhəri Lokal Gəlirlər Departamenti 2008-ci ildən 2018-ci ilə qədər olan dövrü yenidən kameral yoxlayaraq cəmiyyətə əlavə hesablama aparmış, əlavə vergi öhdəliyi yaranmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin son xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktında 2016-ci il tarixli səyyar vergi yoxlaması aktında 2016-ci ilin dekabr ayının sonuna qədər vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyü yoxlanılması qeyd edilmiş, müvafiq əlavə vergi hesablamaları aparılmış, cərimə və sanksiyalar tətbiq edilmişdir. Yəni cəmiyyətdə 2016-ci ilin sonuna qədər olan dövr səyyar yoxlanılmışdır. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazları onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. 2018-ci il yanvar ayı üzrə aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin ƏDV qeydiyyatında durduğu tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən ƏDV-nin 5153821.67 manat məbləğində müəyyən olunmuşdur. Təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 5127888.29 manat təşkil etdiyi üçün 25933.38 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli, **********954100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2018-ci ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 25933.40 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2018-ci il tarixli qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 2018-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, 52057,95 manat məbləğində vergi bəyan edilmiş, təqdim edilmiş bəyannamə üzrə vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş, iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli, **********005400 saylı qərar Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli, **********812800 saylı “Vergilərin hesablanması barədə” qərarla ləğv edilmiş, yuxarıda qeyd edilən kənarlaşma bir daha aşkar edilmiş, 25933.40 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə mübahisəsi zamanı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-41/2021 saylı qərardadına əsasən ekspertiza təyin edilmişdir və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 18 may 2022-ci il tarixli, 9/29 nömrəli rəy verilmişdir. Həmin ekspert rəyində 08 noyabr 2018-ci ildə təqdim edilmiş bəyannamənin kameral yoxlaması başa çatdıqdan sonra hesabatın əhatə etdiyi dövr üzrə əlavə məlumatlar aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisinə Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi barədə **********307600 saylı bildiriş göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən vergilər əlaqəli məlumatlara əsasən hesablanmışdır. Belə ki, aparılmış araşdırma zamanı hesablamaya səbəb olmuş e-vergi hesab fakturaların bir qisminin ƏDV-yə 0 dərəcə ilə cəlb olunan fakturalar olduğu müəyyən edilmişdir. Qeyd olunanları, həmçinin xx.xx.2022-ci il tarixli ekspert rəyini nəzərə alaraq hesablanmış vergi məbləği qismən azaldılmış, vergi ödəyicisinin 2018-ci il yanvar ayı üzrə ƏDV öhdəliyinin 63429,87 manat olduğu müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Beləliklə vergi ödəyicisinin bəyan etdiyi 52057,95 manat vergi məbləği nəzərə alınaraq vergi orqanı tərəfindən 2018-ci ilin yanvar ayının ƏDV-si üzrə ümumilikdə 11371,92 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü səbəb olmadan təqdim edilmədikdə vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İddianın “63429,87 manat vergi borcunun hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi” hissəsinə gəldikdə isə ilk öncə qeyd edilməlidir ki, hesablanmış verginin 52057,95 manat hissəsi vergi ödəyicisinin özü tərəfindən xx.xx.2018-ci il tarixində bəyan edilmiş, vergi orqanı tərəfindən yalnız 11371,92 manat əlavə vergi məbləği hesablanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edillməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********005400 nömrəli “Vergilərin hesablanması barədə” qərardan görünür ki, vergi ödəyicisi İddiaçı MMC yanvar 2018-ci il üçün əlavə dəyər vergisi üzrə 13.871,18 manat bəyan etmiş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 39.804,58 manat vergi öhdəliyi müəyyən edilmiş və 25.933,40 manat əlavə vergi hesablanmışdır. - Qeyd olunan qərardan həmçinin görünür ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən ƏDV-nin 5153821.67 manat məbləğində olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən ƏDV 5127888.29 manat təşkil etdiyi üçün 25933.38 manat kənarlaşma yaranmışdır. - İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilmiş yanvar 2018-ci il vergi dövrü üzrə əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olmaqla hesabat dövründəki dövriyyə üzrə əlavə dəyər vergisinin hesablanması: ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar – dövriyyə məbləği (ƏDV-siz) 314,967.77 manat, əlavə dəyər vergisi məbləği 56,694,20 manat; o cümlədən elektron ticarətdən -dövriyyə məbləği (ƏDV-siz) 506,41 manat, əlavə dəyər vergisi məbləği 91.15 manat; malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar - dövriyyə məbləği (ƏDV-siz) 314,967.77 manat, əlavə dəyər vergisi məbləği 56,694.20 manat; ƏDV-nə sıfır faiz dərəcə ilə cəlb olunan əməliyyatlar: dövriyyə məbləği (ƏDV-siz) 43,259.03 manat, əlavə dəyər vergisi 12.08 manat; əməliyyatlar üzrə cəmi - dövriyyə məbləği (ƏDV-siz) 358,226.80 manat, əlavə dəyər vergisi məbləği 56,694.20 manat; topdan ticarətdən - dövriyyə məbləği (ƏDVsiz)358,226.80 manat; Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar - dövriyyə məbləği (ƏDV-siz) 212,148.73 manat, əlavə dəyər vergisi məbləği 38,186.77 manat; ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə dövriyyə məbləği (ƏDV-siz) 212,148.73 manat, əlavə dəyər vergisi 38,186.77 manat; təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə olunmuş məbləğ və alınmış avanslar dövriyyə məbləği (ƏDV-siz) 533,877.83 manat; hesabat dövründəki dövriyyə üzrə əvəzləşdirilən əlavə dəyər vergisinin hesablanması: VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 84,386.46 manat, əlavə dəyər vergisi məbləği 15,189.56 manat; idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ dövriyyə məbləği (ƏDV-siz) 159,883.32 manat, əlavə dəyər vergisi məbləği 28,779.00 manat; əməliyyatlar üzrə cəmi - dövriyyə məbləği (ƏDV-siz) 244,269.78 manat, əlavə dəyər vergisi məbləği 43,968.56 manat; büdcəyə ödənilməlidir – əlavə dəyər vergisi məbləği 50,912.41 manat, cari hesabat ayında və ya hesabat dövrünün 1-ci ayında muzdlu işlə əlaqədar hesablamalar – işçilərin sayı 42 nəfər, gəlirin məbləği 15,272.42 manat, vergi məbləği 1,145.54 manat bəyan edilmişdir. - Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********812800 nömrəli “Vergilərin hesablanması barədə” qərardan görünür ki, vergi ödəyicisi İddiaçı MMC yanvar 2018-ci il üçün əlavə dəyər vergisi üzrə 52.057,95 manat bəyan etmiş, vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində 77.991,35 manat vergi öhdəliyi müəyyən edilmiş və 25.933,40 manat əlavə vergi hesablanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/29 nömrəli, 18 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdehin 20 noyabr 2018-ci il tarixli, **********812800 nömrəli qərarı üzrə İddiaçı MMC-nin əlavə dəyər vergisi üzrə vergi borcunun düzgünlüyü müəyyən edilmir. Yəni 20 noyabr 2018-ci il tarixli, **********812800 nömrəli qərarı üzrə əlavə olaraq hesablanmış əlavə dəyər vergisi borcunun olunması müəyyən olunmur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********307600 nömrəli “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi barədə” bildirişdən görünür ki, tərəflərindən 08 noyabr 2018-ci il tarixində təqdim olunmuş bəyannamənin, hesabatın kameral vergi yoxlaması başa çatdıqdan sonra həmin bəyannamənin, hesabatın əhatə etdiyi dövr üzrə fəaliyyəti ilə bağlı vergi orqanına daxil olmuş əlavə sənədlər və məlumatlar daxil olmuşdur: 1.2018 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 1********.48 manat məbləğ göstərilməsinə baxamayaraq (cari ildə azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200-cü (Malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə ********.36 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 203-cü il (Daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətri üzrə 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər, o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 0 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (“Alınmış avanslar”) sətrinin “Hesabat dövrünün sonuna” olan 1302505.23 manat avans məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 880040.62 manat avans məbləğinin fərqi 422464.61 manat, cəmi ********.97 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə də 130035.49 manat məbləğində fərq müəyyən edilmişdir. Bununla əlaqədar göstərilən əlavə sənədlər və məlumatlar nəzərə alınmala 10 (on) iş günü ərzində qeyd olunan dövr üzrə dəqiqləşdirilmiş bəyannaməni, hesabatı və ya kənarlaşmaya dair yazılı izahat və zəruri olan sənədləri (məlumatlar) vergi orqanına təqdim etməkləri tələb olunur. - Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, vergi ödəyicisi İddiaçı MMC yanvar 2018-ci il üçün əlavə dəyər vergisi üzrə 76.949,45 manat bəyan etmiş, vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində 63.429,87 manat vergi öhdəliyi müəyyən edilmiş və 13.519,58 manat vergi azaldılmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 173-cü maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. - 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. - 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq; 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. - 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. - 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, kameral vergi yoxlaması dedikdə vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanlarında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilən yoxlama başa düşülür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Hazırki mübahisə üzrə məhkəmə ilk növbədə qeyd edir ki, kameral yoxlama nəticəsində cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim olunmuş bəyannamədə bəyan edilən vergi məbləğinin 52.057,95 manat olduğuna istinad etmiş, lakin əlavə dəyər vergisi üzrə dövriyyənin 77.991,35 manat olduğuna əsaslanmış, bununla da yanvar 2018ci il üzrə ƏDV üzrə 25.933,40 manat vergi məbləğinin azalması qənaətinə gəlmişdir. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən 20 noyabr 2018-ci il tarixli akt qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə gedişatı zamanı cavabdeh iddiaçı barəsində yeni qərar qəbul etmiş, hesablanmış vergi məbləğini qismən azaltmış, kameral yoxlama nəticəsində müəyyən edilən məbləğin 63.429,87 manat olması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama nəticəsində hesablanmış 63.429,87 manat vergi borcu əsaslı hesablanmışdır. Belə ki, müəyyən edilmiş məbləğin xülasəsindən görünür ki, hesablanmış verginin 52.057,95 manat hissəsi vergi ödəyicisinin özü tərəfindən xx.xx.2018-ci il tarixində bəyan edilmiş, vergi orqanı tərəfindən yalnız 11.371,92 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əlavə dəyər vergisinin bəyannaməsinin 4 hissəsində “Hesabat dövrü üzrə hesablaşmalar” iddiaçı büdcəyə ödənilməli məbləğin 50.912,41 manat olduğunu bəyan etmişdir. 52.057,95 manatın yerdə qalan 1.145,54 manat (52.057,95-50.912,41) hissəsi isə MÖMV vergisi olmuş, bu hal şəxsi hesab vərəqəsində əks olunmuşdur. Göründüyü kimi 63.429,87 manat vergi borcunun 52.057,95 manat hissəsi həqiqətən də iddiaçı tərəfindən bəyan olunmuşdur. Məhkəmə qeyd edir ki, vergi orqanı ilkin olaraq ƏDV-yə cəlb olunan 0 dərəcə ilə cəlb olunan fakturaların mövcudluğunu nəzərə almasa da, iş üzrə ekspert rəyindən sonra yeni qərar qəbul edərək, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan fakturalarını nəzərə almış, vergi məbləğini qismən azaltmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, verginin 0 (sıfır) dərəcə ilə tutulması anlayışı, ƏDVdən azad olunan əməliyyatları əhatə dairəsi və tənzimlənmə qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəaları ilə həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 164.1-ci maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: - 164.1.11. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə hər hansı şəkildə təqdim edilməsi, habelə idxalı üzrə əməliyyatlar. - 165.1-ci maddəsinə əsasən aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur: 165.1.1. Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər; 165.1.2. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 165.1.3. malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı; 165.1.4. beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi; 165.1.5. Azərbaycan Respublikasının Mərkəzi Bankına qızıl və digər qiymətlilərin göndərilməsi. 165.1.7. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2016-cı il mayın 1-dən 5 il müddətinə; 165.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı; 165.1.10. müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda). Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının karbohidrogen fəaliyyəti və ya Neft qaz əməliyyatları ilə bağlı olaraq tədarük etdiyi mallar, gördüyü işlər və ya göstərdiyi xidmətlərlə əlaqədar sıfır faiz 0 % dərəcə ilə ƏDV tutulur, bu halı təsdiq edən ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında sertifakatlar mövcuddur. Məhkəmə qeyd edir ki, həmin sertifikatların mövcudluğu iddiaçı tərəfindən aparılan əməliyyatlar üzrə ƏDV-dən sıfır faiz (0%) dərəcənin tətbiqi üçün əsas verir ki, cavabdeh də məhz qaimə fakturaları nəzərə alaraq, kameral vergi yoxlaması zamanı yanvar 2018-ci il üzrə ümumi vergi borcunun 63.429,87 manat olduğu qənaətinə gəlmişdir. Eyni zamanda iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara ətraflı cavab verilmədən iş materaillarında müvafiq məlumatların olması əsas gətirilməklə mübahisələndirilən qərar üzrə əlavə olaraq hesablanmış əlavə dəyər vergisi borcunun olmasının müəyyən olunmadığı göstərilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1 və 88-ci maddələrini rəhbər tutaraq iş üzrə alınmış ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yanvar 2018-ci il üzrə əlavə dəyər vergisinə görə 63.429,87 manat ödənilməli olması cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. Həmin məbləğin 52.057,95 manatı iddiaçının özü tərəfindən bəyan edilmiş, vergi orqanı tərəfindən 2018-ci ilin yanvar ayının ƏDV-si üzrə ümumilikdə 11371,92 manat əlavə vergi hesablanmışdır ki, həmin məbləğ iddiaçının apardığı əməliyyatlar üzrə yaranmışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar qanuni və əsaslı olmaqla ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan iş üzrə ekspert xərci iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-26/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-26/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver