Məhkəmə qərarları › İş №2-1(112)-26/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-26/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-26/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) qarşı “diplomun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Müasir X2 filialının hüquqşünaslıq hazırlıq istiqaməti “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi şöbəsini bitirməsinə dair 23 aprel 2015-ci il tarixdə verilmiş 137724 ******* seriya nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-2015-ci illər ərzində Rusiya Federasiyasında Müasir X2 filialının hüquq fakültəsində qiyabi təhsil forması üzrə müqavilə əsasında ali təhsil almışdır. Hüquqşünaslıq istiqaməti üzrə bakalavr hazırlıq proqramını tam mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. 23 aprel 2015-ci il tarixdə Dövlət imtahan komissiyasının qərarı ilə ona “Hüquqşünaslıq” ixtisası üzrə 137724 ******* seriya nömrəli bakalavr diplomu verilmişdir. 10 avqust 2015-ci il tarixdə Rusiya Federasiyası Kirov vilayəti təhsil nazirliyi tərəfindən diploma 173724 nömrəsi altında apostil verilmişdir. Xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə 27 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifıkasiya idarəsinə elektron ərizə ilə müraciət etmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin ekspert qrupu tərəfindən aparılmış ekspertizanın nəticələri üzrə diplomda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi qənaətinə gəlinərək, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə istinad edilməklə 13 yanvar 2017-ci il tarixli 35/ANİ nömrəli məktubla diplomun tanınmasından imtina edilmişdir. Onun ərizəsinə obyektiv və qanunayğun şəkildə baxılması tələbinə dair xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müraciətlərinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifıkasiya idarəsində baxılaraq diplomun tanınmasından xx.xx.2019-cu il tarixli Ə-3243-/04-ANİ nömrəli məktubla təkrarən əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtinalar qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı yuxarıda qeyd olunan əsaslarla DİM tərəfindən təşkil olunmuş sınaq imtahanında iştirak etmədiyi üçün onun Rusiya Federasiyası Müasir Humanitar Akademiya tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 137724 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur.

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizəni, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.

6. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

7. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar