Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2602/2021 19.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “iddiaçının hərəkətlərinin qanunsuz hesab edilməsi icarə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 272/01 saylı cavabı ilə müşayət olunan və rəsmi ərizəyə bir ay ərzində cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 412 saylı xx.xx.2002-ci il tarixli sərəncamı ilə torpaq sahəsində yerləşən yarımçıq tikilinin və torpaq sahəsinin dəyişdirilərək adına sənədləşdirilməsi barədə sərəncama əsasən 100 kv.metr torpaq sahəsinə qatılmış 100 kv.metr qalan hissənin də həmin hüquq və öhdəliklərin davam etdirilməsi və onunla icarə hüquqlarına dairmüqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsinin xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılan “öhdəliyin icrası” (İPM-in 2.2.3-cü maddəsi) iddia növünə uyğun (konkret göstərilən cavabdehin üzərinə hansı öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi kimi) dəqiqləşdirmək təklif edilsə də, lakin iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: İddiaçı tələbinin birinci hissəsi üzrə “Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli “272/01 saylı cavabı ilə müşayət olunan və rəsmi ərizəyə bir ay ərzində cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi barədədir. Bununla bağlı məhkəmə qeyd edir ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli “272/01 saylı məktubunda xx xxxxxx 2020-ci il tarixli M/104 saylı müraciətinə baxılmış, ərizədə sözü gedən torpaq sahəsinin sənədləşdirilməsi məsələsinin Xocasən Bələdiyyəsinin səlahiyyəti xaricində olduğu məzmununda cavab verilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılaraq artıq cavab verildiyindən, hazırki iddia tələbi üzrə cavabdehin hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının pozulduğunu, onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini müəyyən etmək mümkün deyildir. İddiaçının tələbi sözügedən hissədə qeyrimüəyyən olmaqla, iddianın mümkünlüyü şərtlərini ödəmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə mümkün sayılmamalıdır. İddia tələbinin ikinci hissəsi, iddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 412 saylı xx.xx.2002-ci il tarixli sərəncamı ilə torpaq sahəsində yerləşən yarımçıq tikilinin və torpaq sahəsinin dəyişdirilərək adına sənədləşdirilməsi barədə sərəncama əsasən 100 kv.metr torpaq sahəsinə qatılmış 100 kv.metr qalan hissənin də həmin hüquq və öhdəliklərin davam etdirilməsi və onunla icarə hüquqlarına dair müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Qərar qəbul edilməsinə dair iddia olmaqla mübahisənin kökündə mülki hüquq münasibətləri dayanmaqdadır. Məhkəmənin mövqeyi belədir ki, iddiaçı hazırda cavabdeh inzibati orqan Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia qaldırsa da, mübahisə predmeti olan daşınmaz əmlaka dair icarə müqaviləsinin bağlanması barədə olduğunan mübahisə publik xarakterli sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia tələbinin ikinci hissəsi üzrə də mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri mümkündür. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Digər tərəfdən qeyd olunmalıdır ki, mövcud qanunvericilik mülki münasibətlərdən irəli gələn mübahisələr üzrə ayrıca məhkəmə aidiyyəti müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. (15.1-ci bənd) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibatiiqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. (15.2-ci bənd) O cümlədən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxx 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1184 saylı xx xxxxxx 2016-cı il tarixli Fərmanının 1-ci bəndinə müvafiq olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “iddiaçının hərəkətlərinin qanunsuz hesab edilməsi, icarə müqaviləsinin bağlanması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2602/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2602/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver